Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

siyahıyaalma  vərəqəsini  doldurarkən  özünün  «məşğuliyyəti, 

vəzifəsi,  xidməti»  barədə  qrafada  inamla  yazmışdı:  «Rus 

torpağının  sahibi».  1902-ci  ilin  sentyabrında  isə  çar  II  N i­

kolay  Rusiyanın  beş  quberniyasının  volost  starşinalarına  və 

kənd  starostalarm a müraciətlə demişdi:  «Yadda saxlayın  ki, 

başqasının  malını  ələ  keçirmək  yolu  ilə  deyil,  namuslu 

əməklə,  qənaətlə  və  Allahın  qanunlarına  uyğun  yaşam aq 

yolu  ilə  sərvətlənmək  olar.  İndicə  sizə  dediyim  bu  sözləri 

kəlməbəkəlmə  öz  həmkəndlilərinizə  çatdırın,  onu  da  deyin 

ki,  mən  onlarm   həqiqi  ehtiyaclarının  qeydinə  qalacağam» 

(Sitat  bu  mənbədən  gətirilir:  История  государственного 

управления  в  России.  Изд.  2-е,  испр.  /Под  общей  редакци­

ей Р.Г.Пихои.  М :  Изд-во РАГС, 2002.  с. 189).

M əm urluq  xidməti  Rusiyada  (və  əlbəttə,  Azərbaycanda 

da) yüz  minlərlə  insan  üçün  sosial  təminatın  xüsusi  forması 

idi.  M əşhur  rus  filosoflarından  biri  xatırlayır  ki,  Çində 

adamlar  salam laşanda  «Siz  düyü  yemisinizmi?»  -  deyə  so­

ruşduqları  kimi,  köhnə  Rusiyada  da  adamlar  bir-biri  ilə 

rastlaşanda  soruşurdurlar:  «Siz  harada  xidmət  edirsiniz?». 

S.Y.Vitte  belə  hesab  edirdi  ki,  Rusiya  çarlarının  mövcud 

olduğu  şərait  «insanı  öz  mövqeyi  naminə  ...  günaha  b at­

mağa  və  görmək  istəmədiyi  şeylərə  göz  yummağa  məcbur 

etmir»,  onların «xüdbin maddi m araqlan» yoxdur.

Qərbdə  yalnız  1929-1933-cü  illərdəki  «böyük  böhran» 

dövründə  yayılmış  dövlət  tənzimləməsi  formaları  Rusiya­

da  artıq  1870-ci  illərdən  məlum  idi  və  fəal  istifadə edilirdi. 

Bu  siyasət  əsaslı  siyasət  idi,  çünki  hər  yerdə  xüsusi 

mülkiyyət  iqtisadi  cəhətdən  azlıq  edir  -   «özəl  təşəbbüslərin 

və  özəl  sərmayə  qoyuluşlarının  nöqsanları  yalnız  «dövlət 

sifarişləri çətirinin» köməyi ilə kompensasiya edilir».

Rusiya  bir  qədər  tərəddüd  edəndən  sonra,  ümumiyyətlə 

desək,  vətənpərvər  xarakter daşıyan  fəaliyyət xətti  qəbul  et­

di.  Bu  fəaliyyət  xətti,  ilk  növbədə,  Sergey  Yulyeviç  Vittenin 

(1849-1915)  adı  ilə  bağlıdır.  Özü  alman  lüteranlarmın  nəs­

lindən  olan,  «pravoslavlıq,  mütləqiyyət,  xəlqilik»  ruhunda

32

tərbiyə edilmiş  Vitte deyirdi:  «Biz ruslar  siyasi  iqtisad  sahə­



sində,  əlbəttə,  Qərbin  yedəyində  gedirdik  və  buna  görə  də 

Rusiyada  hökm   sürən...  təməli  olmayan  kosmopolitizm 

şəraitində...  ən  səfeh  istiqamət  seçdik.  Bizim  iqtisadçılar 

Rusiya  imperiyasının  iqtisadi  həyatını  kosmopolit  iqtisadi 

reseptlər  üzrə  ölçüb-biçmək  fikrinə  düşdülər.  Bunun  nəti­

cələri...  göz qabağındadır».

Çar  III  Aleksandrın  dövründə  Rusiyada  sənayeləşmə 

proqramı qəbul  edildi.  Bu,  ölkənin  tarixində  dövlət  tərəfin­

dən  qəbul  edilmiş  ilk  təsərrüfat planı  idi.  Deməli,  bu  baxım­

dan,  kommunistlərin  qəbul  etdikləri  beşillik  planlar  heç  də 

birinci  təcrübə  deyildi. 

Sürətlə  sənayeləşmə  ideologiyası 

1893-cü  ildə  ifadə  edilmişdir.  S.Vittenin  II  Nikolaya  məru­

zəsində (1899-cü  il) göstərilirdi:  «Mən elə güman edirdim ki, 

mütləq  mənada  mükəmməl  ticarət-sənaye  sistemi  yoxdur, 

elə  bilirdim  ki,  hər  bir  sistemin  həm  müsbət,  həm  də  mənfi 

cəhətləri  var,  lakin  praktikada  həyata  keçirilməli  olan  sis­

temi  seçərkən  tərəzinin  bir  gözünə  ölkədə  artıq  mövcud 

olan  sistem,  tərəzinin  o  biri  gözünə  isə  uğrunda  xalqın 

müəyyən  qədər  qurbanlar  vermiş  olduğu  və  xalq  təsərrüfa­

tının  artıq  uyğunlaşdığı  sistem  qoyularsa,  bu  sistemlərdən 

ikincisi  həmişə  ağır  gələrdi».  Maliyyə  naziri  S.Y.Vittenin  II 

Nikolaya  ünvanlanm ış  bu  məruzəsində  imperiyanın  tica­

rət-sənaye  siyasətini  müəyyənləşdirmək  və  sonra  bu  siyasə­

tin  müəyyən  proqram ını  dönmədən  əməl  etmək  zərurətin­

dən  bəhs edilir.

Sürətli  inkişaf  həmişə  məntiqəuyğun  və  bütün  siyasi 

rejimlər  üçün  yararlıdır.  Bu  mənada,  geriləməni  aradan 

qaldırmaq  məqsədilə  sənayeləşmə  bizim  üçün  -  yeni  əsrin 

əvvəlində  yaşayan  insanlar  üçün  ibrət  dərsi  ola  bilər.  Qərbi 

«qovub  çatm aq»  sahəsində  bizim  Prezidentin  yeritdiyi  isla­

hatlar siyasətini  çar  hökumətinin  siyasəti  ilə müqayisə etsək 

görərik  ki,  o  dövrdə  qısa  müddətdə  istehsalın  çox  böyük 

həcmini  təmin  etməyə  qadir  olan  ən  iri  firmaların  rəğbət- 

ləndirilməsi  kursu  həyata  keçirilirdi.  Hökumət  bu  cür  fir­

33



malara  mütərəqqi  texnika  və  texnologiyanın  daşıyıcıları  ki­

mi,  sənayenin  təmərküzləşməsinə  isə  istehsalın  və  satışın 

daha  səmərəli  təşkil  edilməsi  vasitəsi  kimi  baxırdı.  Bunun 

nəticəsində  iki  əsrin  qovuşuğunda  Rusiyada  sənayenin  ar­

tım  sürəti  Qərbin  daha  çox  inkişaf etmiş  ölkələrindəki  ana­

loji  göstəricilərdən  xeyli  yüksək  idi.  Bunun  bir  m ühüm   sə­

bəbi də ondan  ibarət idi ki,  ölkə iqtisadiyyatına xarici  k ap i­

tal cəlb edilmişdi.  Bir məqamı  xüsusi qeyd  etməliyik  ki,  indi 

olduğu  kimi  o  dövrdə  də  əcnəbi  kapitalın  iştirakı  problem i 

ictimai  şüurda  kəskin  kolliziyalara  səbəb  olurdu.  Son  m a­

liyyə  nazirlərinin,  demək  olar  ki,  hamısının  fikrincə,  xarici 

investisiyalar  tamamilə  zəruri  olsa  da,  torpaq  m ülkiyyətçi­

ləri  olan  aristokratiya 

və  yüksək  vəzifəli  m əm urların 

nümayəndələri  bu  investisiyaları  özlərinin  mövqeyinə  təh­

lükə  mənbəyi  hesab  edirdilər  (lakin  radikal  ziyalılar  da 

onları  dəstəkləmirdi).  İstər  ölkənin  özündə  mövcud  olan, 

istərsə də  xaricdən cəlb edilən  məhsuldar  kapital  «əl-qol  aça 

bilmədi».  Bəzi  regionlarda  torpaq  sahibliyi  hüquqları  m əh­

dudlaşdırılmışdı,  əcnəbilər  öz  müəssisələrini  yaratm aq  üçün 

icazə  almalı  idilər,  hökumət  səhmdar  şirkətlərinin  ad m in i­

strasiyasının  milli  tərkibi  ilə  bağlı  tələblər  irəli  sürür,  x ü su ­

sən  bu  cür  şirkətlərin  administrasiyasında  xaricdə  q o h u m ­

luq  əlaqələri  və  xalis  etnik  əlaqələri  olan  yəhudilərin  sayım  

məhdudlaşdırırdı  (bax:  Сорокин  A.K.  Государство  и  пред­

принимательство  в  России.  (Исторический  опыт  предок­

тябрьской модернизации) //Полис.  1995.ЖЗ. с.151-154).

Rusiya  iqtisadiyyatına xas  və  bizim  bugünkü  gerçəkliyə 

yaxın  olan  iki  mühüm  amili 

əcnəbilərin  qeyri-mütənasib 

dərəcədə  yüksək  rolunu  və  dövlətin  iqtisadiyyata  birbaşa 

müdaxiləsini  xüsusi  qeyd etməyə dəyər.  Xarici investisiyala­

rın  həcmi  Rusiyada  bütün sənaye investisiyalarının  həcmi­

nin  1/3  hissəsinə  çatmışdı.  Xarici  investisiyalar,  xüsusən, 

dəmir sənayesi,  köm ür,  kimya və neft sənayesi  kimi  mühüm 

sahələrdə  cəmləşmişdir.  Milli  iqtisadiyyatda  dövlətin  rolu 

məsələsinə gəldikdə  isə,  1860-1900-cü illər  müddətində  hər

34

onillikdə  dövlətin  bu  rolu  artırdı.  Rusiyada  səhmdar  kapi­



tallarının  məbləği  barədə  rəqəmlər  bu  sahədə  müəyyən  tə­

səvvür yaradır:  1912-ci  ilin  məlumatlarına görə,  rus  kapita­

lının məbləği  371,2 milyon  rubl olduğu halda əcnəbi kapita­

lın  məbləği 401,3  milyon  rubla çatmışdı,  yəni  bütün  vəsait­

lərin  yarıdan  çoxu  xarici  kapitalın  payına  düşürdü.  II  N i­

kolayın  hakimiyyətinin  başlanğıc  dövründə  əcnəbilər  R u­

siyada kapitalın  20-30%-inə nəzarət etdikləri  halda,  1913-cü 

ildə  onlar  Rusiyada  kapitalın  60-70%-inə,  1917-ci  ilin 

sentyabr  ayında  isə  90-95%-inə  nəzarət  edirdilər  (bax:  Мо­

солов A.A. При дворе последнего Российского императора. 

Записки  начальника канцелярии Министерства император­

ского двора. М.,  1993).

Maraqlı  bir  məqama  fikir verin:  imperiya  əhalisinin  ək­

səriyyəti  mahiyyət  etibarilə,  ölkənin  «kapitallaşması»  p ro ­

seslərindən kənarda qalmışdı, tnsanlann bazara daxil olm a­

sı  bazarın  özünün  inkişaf  sürətindən  və  yeni  elitanın  var­

lanma  tempindən  açıq-aşkar  geri  qalırdı.  «Kapitalizm  R u­

siyada dərin  kök sala  bilmədi»,  o,  «kütləvi  şüurun  m üqavi­

məti  ilə  üzləşdi».  Qərbdəki  orta  bürgerə  xas  olan  «şəxsi  tə­

şəbbüskarlıq,  fərasət,  riskə  getməyə  hazır  olm aq...»  kimi 

keyfiyyətlər  Rusiyada  və  Azərbaycanda  (ən  əvvəl  Bakıda) 

kütləvi  şəkildə  yayılmadı.  «Kapitalizmin  Rusiya  variantı» 

kəndlinin  ənənəvi  psixologiyasında  yalnız  «sənaye  maşını­

nın  dişli  çarxları  olan...  zavod  sahibləri-kapitalist  psixo­

logiyasına» çevrilməyə kömək etdi.

Başqa  sözlə  desək,  Rusiyada  kapitalizm  münasibətləri 

dərinləşdikcə,  «aşağılar»la  «yuxarılar»  arasında  müharibə 

də dərinləşirdi.  Özü  də  bu  müharibə  Avropada  sinfi  m üba­

rizə  adlanan  form adan  daha  sərt  formalarda  gedirdi.  Bu 

qəddarlıq  xeyli  dərəcədə  məhz  ondan  irəli  gəlirdi  ki,  çar 

rejimi  Qərbi  A vropadan  və  onun  iri  maliyyə  kapitalından 

asılı idi.

35



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə