Uot 330: 004. 75 Mahmudov R.Ş



Yüklə 126,25 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü126,25 Kb.
#6013


İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 14-23 

 

14                                                                  www.jpis.az 



 

UOT 330:004.75  

Mahmudov R.Ş. 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

rasimmahmudov@gmail.com 

BULUD TEXNOLOGİYALARI İQTİSADİYYATININ MÖVCUD VƏZİYYƏTİ  

VƏ İNKİŞAF PERSPEKTİVLƏRİNİN ANALİZİ 

Məqalədə bulud texnologiyalarının mahiyyəti, meydana gəlməsi və inkişaf mərhələləri göstərilir. 

Bulud  xidmətlərinin  təsnifatı,  formaları  şərh  olunur.  Bulud  texnologiyalarının  inkişaf  tempi  ilə 

bağlı  statistika  və  proqnozlar  analiz  edilir.  Müvafiq  texnologiyaların  iqtisadi  cəhətdən 

üstünlükləri və çatışmazlıqları, hüquqi tənzimləmə problemləri araşdırılır. Bulud texnologiyaları 

iqtisadiyyatının inkişafı ilə bağlı dövlət siyasətinin hədəflərinə dair təkliflər irəli sürülür.  

Açar sözlər: bulud texnologiyaları, bulud texnologiyaları iqtisadiyyatı, bulud xidmətləri, bulud 

xidmətləri bazarı, bulud infrastrukturu, bulud platforması. 

Giriş 

Bu  gün  informasiya  texnologiyaları  sahəsində  müxtəlif  innovasiyaların  sürətli  tətbiqi 

davam  edir.  Onlardan  biri  də  bulud  texnologiyalarıdır.  Verilənlərin  emalı,  ötürülməsi  və 

saxlanması  sahəsində  imkanların  əhəmiyyətli  dərəcədə  genişlənməsi  hesabına  dövlət  və  özəl 

sektora xidmətlərin göstərilməsində bulud texnologiyalarının rolu ciddi şəkildə artmaqdadır.  

Bulud  –  verilənlərin  və  proqram  məhsullarının  saxlandığı,  İnternet  vasitəsi  ilə 

istifadəçilərin qoşulduğu hər hansı bir data-mərkəz, server və ya onların şəbəkəsidir [1].  

2013-cü  ildə  Beynəlxalq  Telekommunikasiya  İttifaqı  və  Beynəlxalq  Standartlaşdırma 

Təşkilatının  birlikdə  təklif  etdikləri  tərifə  görə,  bulud  texnologiyaları  –  zəruri  halda  müstəqil 

olaraq istifadə edilə və tənzimlənə bilən fiziki və yə virtual resurslara çıxışı, genişlənən və çevik 

resurs bazasına şəbəkə əlyetərliliyini təmin edən paradiqmadır [2].  

Başqa  bir  tərifə  görə,  bulud  texnologiyaları  –  kompüter  resurslarının  və  qurğularının 

istifadəçilərə İnternet-servis kimi təqdim edildiyi, bu zaman onlardan bulud infrastrukturu bağlı 

xüsusi biliklərin və həmin  texnologiyanın  idarə  edilməsi  ilə bağlı bacarıqların  tələb edilmədiyi 

verilənlərin paylanmış emalı texnologiyasıdır [1]. 

Bulud  xidmətləri  dedikdə,  bulud  texnologiyaları  əsasında  müştərilərin  sorğularına  uyğun 

olaraq  istənilən  şəbəkə  və  qurğu  vasitəsi  ilə  istənilən  anda  təqdim  olunan  və  ya  istifadə  edilən 

xidmətlər başa düşülür [2].   

Ekspertlərin  proqnozlarına  görə,  bulud  texnologiyaları  yaxın  20  il  ərzində  ən  mühüm 

dönüş texnologiyalarından biri kimi cəmiyyətdə və iqtisadiyyatda öz ciddi təsirini göstərəcək [3]. 

Verilənlərin  emalı,  saxlanması  və  ötürülməsi  imkanlarının  sürətlə  artması  bulud 

texnologiyalarının iqtisadiyyatının əsasını qoyur.  

Bulud texnologiyalarının inkişafı və geniş istifadəsi makro və mikro səviyyələrdə bir sıra 

iqtisadi  perspektivlər  vəd  edir.  Buna  görə  də,  bulud  xidmətləri  informasiya  iqtisadiyyatının  və 

onun  aparıcı  istiqaməti  olan  İnternet  iqtisadiyyatının  əsas,  perspektiv  seqmentlərindən  biri 

sayılır. Elə buna görə də dünyanın bir sıra aparıcı dövlətləri informasiya cəmiyyətinin, İKT-nin, 

informasiya iqtisadiyyatının,  yaxud İnternetin inkişafına dair milli strategiya və proqramlarında 

bulud texnologiyalarına xüsusi yer ayırırlar.  

Lakin  bulud  texnologiyalarının  üstünlükləri  ilə  yanaşı,  müəyyən  problemləri  də 

mövcuddur.  Bu  problemlər,  ilk  növbədə,  bulud  texnologiyalarının  böyük  xərctutumlu  olması, 

informasiya  təhlükəsizliyi  və  hüquqi  tənzimlənmə  məsələləri  ilə  bağlıdır.  Bundan  başqa,  bulud 

texnologiyalarının  inkişafı,  tətbiq  və  təsir  dairəsinin  genişlənməsi  bu  sahədə  elmi  cəhətdən 

əsaslandırılmış dövlət siyasətinin müəyyənləşdirilməsini və həyata keçirilməsini zəruri edir.  

 



İnformasiya cəmiyyəti problemləri, 2014, №2,  14-23 

 

 



       www.jpis.az                                                                      15 

 

Bulud xidmətlərinin təsnifatı 

Hazırda bütün mövcud bulud texnologiyaları spektrini üç kateqoriyaya  ayırırlar [4, 5]: 

 



infrastruktur xidmət kimi (IaaS); 

 



platforma xidmət kimi (PaaS); 

 



proqram təminatı xidmət kimi (SaaS). 

Bu  xidmətlərin  hər  birinin  müəyyənedici  özəllikləri  kompüter  və  ya  informasiya 

texnologiyaları  resurslarının  tipi  ilə  bağlıdır.  Bulud  xidmətlərinin  istifadəçisi  bu  xidmətləri 

göstərənlərdən icarə hüququ, yaxud abunə yazılışı əsasında məsafədən giriş imkanı əldə edir. 



IaaS  bulud  xidmətləri  təchizatçısının  bu  cür  kompüter  resursları  bulud  xidmətləri 

istifadəçilərinə  proqram  təminatından  istifadə  etmələrinə  imkan  verir.  Bu  xidmətin  elastikliyi 

təşkilatlara  və  müəssisələrə  kompüter  infrastrukturuna  vaxtında  və  çevik  şəkildə  giriş  əldə 

etməyə imkan verir.  



PaaS  bulud  xidmətlərinin  istifadəçisi  təchizatçıya  məxsus  platforma  alətlərindən  istifadə 

edərək öz proqram təminatını və verilənlərini yerləşdirir və onları tənzimləyir.  



SaaS bulud xidmətlərinin müştərisi təchizatçının infrastrukturunda  yerləşdirilmiş proqram 

təminatından  istifadə  edir.  Zəruri  proqram  təminatından  istifadə  müştəridə  olan  müxtəlif 

qurğular, veb-brauzer kimi sadələşdirilmiş müştəri interfeysi, yaxud proqram interfeysi vasitəsi 

ilə təmin edilir.  

Bundan başqa, istifadəçilərə göstərilən bulud xidmətlərinin müxtəlif formaları mövcuddur. 

Onların arasında aşağıdakıları fərqləndirmək olar [4, 5]: 

 

Hamı üçün əlyetərli olan bulud xidmətləri: şəbəkə üzrə xidmətlər təqdim edən,  ictimai 



istifadə üçün əlyetərli olan açıq resurslardır. Bu cür bulud xidmətlərinə e-poçt, şəbəkə 

verilənlər  bazası,  sosial  şəbəkələr  kimi  əhali  tərəfindən  geniş  istifadə  edilən  kütləvi 

bazar xidmətləri daxildir. 

 



Xüsusi bulud  xidmətləri: bir təşkilat  (dövlət  və  ya kommersiya qurumu)  üçün təqdim 

edilən,  özəl  mülkiyyətə  aid  olan  və  həmin  təşkilatın,  yaxud  üçüncü  tərəfin  nəzarət 

etdiyi xüsusi resurslardır.  

 



Korporativ bulud xidmətləri: birgə fəaliyyət üçün zəruri olan, məhdud müştəri qrupuna 

təqdim  edilən,  həmin  qrup,  yaxud  üçüncü  tərəfin  yerləşdirdiyi  və  idarə  etdiyi 

resurslardır. 

 



Hibrid  bulud  xidmətləri:  yuxarıda  göstərilən  xidmətlərin  müəyyən  qaydada  (məsələn, 

hamı  üçün  əlyetərli  olan  və  xüsusi  bulud  xidmətlərinin  birlikdə  göstərilməsi) 

kombinasiyasıdır. 

Bulud texnologiyalarının meydana gəlməsi və inkişaf mərhələləri 

Bulud  hesablamaları  köhnə  texnologiyalara  əsaslanır.  Amma  2000-ci  illərin  ortalarına 

qədər həmin texnologiyaların tətbiq sahələri çox məhdud idi, potensialı isə açılmamışdı [6].  

“Bulud  hesablamaları”  termin  kimi  yalnız  2007-ci  ildə  populyarlaşsa  da,  onun 

yaranmasının  uzun  tarixi  vardır.  Hazırda  bulud  paradiqmasının  tərkibinə  daxil  olan 

texnologiyaların,  demək  olar  ki,  hamısı  əvvəllər  də  mövcud  olub.  Lakin  bazarda  perspektiv 

texnologiyalarını  kommersiya  baxımından  cəlbedici  olan  vahid  sistemdə  birləşdirilməsinə  dair 

təkliflər olmayıb. Yalnız son 5-6 ildə ictimai bulud servisləri meydana gəlib.  

Bəzi versiyalara görə, telekommunikasiya sektorunda bulud termini ilk dəfə 1990-cı illərin 

əvvəllərində  işlədilib  [6].  Digər  bir  versiyaya  görə,  bulud  hesablamaları  ideyası  ilk  dəfə 

Amerikanın  Emori  Universitetinin  nəzdindəki  Goizueta  biznes  məkəbinin  professoru  Ramnat 

Çellap tərəfindən irəli sürülmüşdür [7]. Məhz R.Çellap bildirmişdi ki, bulud texnologiyalarının 

meydana gəlməsini texniki deyil, iqtisadi hadisə kimi qeyd etmək lazımdır.    

2006-cı  ildə  isə  ilk  dəfə  Erik  Şmidt  Google  şirkətinin  “proqram  təminatı  servis  kimi” 

yanaşmasını şərh edərkən həmin termindən istifadə etmişdir [8]. Amazon şirkəti özünün Elastic 



İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 14-23 

 

16                                                                  www.jpis.az 



 

Compute  Cloud  servisini  istifadəyə  verəndən  sonra  bulud  texnologiyaları  populyarlaşmağa 

başladı.   

İnformasiya  texnologiyaları  sahəsində  analitik  tədqiqatlarla  məşğul  olan  məşhur  Gartner 

şirkəti  (ABŞ)  tərəfindən  təklif  edilən  modelə  əsasən,  bulud  texnologiyalarının  inkişafı  üç 

mərhələdən  ibarətdir  [9].  Birinci  mərhələ  (2007-2011)  –  cığır  açanların  və  bazarın 

formalaşması    dövrü  adlanır.  Bulud  texnologiyaları  həmin  dövrdə  bu  texnologiyaların  bazara 

sürətlə  daxil  olmaq  və  işləmələrin  keyfiyyətini  kəskin  yüksəltmək  imkanlarına  diqqət  yetirən 

şirkətlərin  hesabına  inkişaf  edir.  Bu  mərhələdə  bulud  texnologiyaları  investisiyaların  18-24  ay 

ərzində qayıtmasını nəzərdə tutan  İT layihələri çərçivəsində daha effektli idi.  

İkinci  mərhələ  (2010-2013)  –  bazarın  möhkəmlənməsi  dövrü  adlanır.  2012-ci  ildən 

etibarən  bulud  təklifləri  bazar  tələblərini  üstələməyə  başlayır,  müxtəlif  bulud  təchizatçıları 

arasında  müştəri  uğrunda  mübarizə  özünün  pik  nöqtəsinə  çatır  ki,  bu  da  bəzi  şirkətlərin 

birləşməsinə,  bəzilərinin  isə  iflasına  səbəb  olur.  Eyni  zamanda,  bulud  təkliflərinin  yetkinliyi 

yüksəlir  və  konservativ  istifadəçilər  ciddi  şəkildə  bulud  texnologiyalarının  imkanlarından 

bəhrələnməyə  başlayırlar.  Bulud  layihələrinin  müddəti  uzanmağa  başlayır  və  şirkətlər 

investisiyaların  3-5  il  müddətində  qayıtmasını  nəzərdə  tutan  layihələri  həyata  keçirməyə 

təşəbbüs göstərirlər.  

Üçüncü mərhələ (2012-2015) - bulud texnologiyalarının kütləvi yayılması dövrü adlanır. 

Bu dövrdə bazarda daha az sayda şirkətlər dominatlıq  etməyə başlayır.  Həmin şirkətlər  faktiki 

olaraq öz texnologiyalarını bazarda standart kimi təqdim edirlər.  

Bulud texnologiyaları iqtisadiyyatının artım tempi: statistika və proqnozlar 

Bulud  texnologiyalarının  inkişafı  sahəsindəki  tendensiyalar  hazırda  telekommunikasiya, 

biznes və ictimai sfera arasındakı qarşılıqlı münasibətlərin köklü şəkildə dəyişməsi ilə müşayiət 

olunur.  Bu  dəyişikliklərin  hesabına  informasiyanın  emalı,  saxlanması  və  ötürülməsi  sahəsində 

böyük imkanlar yaranır. Məsələn, Intel şirkətinin istehsal etdiyi 22 nanometrlik göstəriciyə malik 

hazırkı  prosessorlar  1971-ci  ildə  buraxdığı  prosessorlardan  4  min  dəfə  sürətlidir.  1986-2007-ci 

illər ərzində qlobal “texnoloji yaddaş” hər üç ildən bir, iki dəfə artıb. İnternet-brauzerin yarandığı 

1993-cü  ildə  İnternetə  girişin  maksimal  sürəti  56  Kbit/s  təşkil  edirdisə,  2013-cü  ildə  artıq 

istehlakçı bazarında sürəti 2 Gbit/s olan İnternet  xidmətləri təklif edilir. Bu isə, 1993-cü ildəki 

göstəricidən  36  min  dəfə  artıqdır  [3].  Hazırda  bulud  xidmətləri  göstərən  böyük  transmilli 

şirkətlər dünyanın müxtəlif nöqtələrində nəhəng verilənlər bazaları olan yüz minlərlə serverlərə 

malikdirlər.  

Bulud  xidmətləri  bazarının  həcmini  müxtəlif  cür  qiymətləndirirlər.  Proqnozlara  görə, 

2015-ci  ilə  kimi  IaaS,  PaaS  və  SaaS  xidmətlərinə  görə  ödənişlər  hesabına  gəlirlər  94  milyard 

dollara  çatacaq  [9].  Buna  bulud  texnologiyaları  bazasındakı  veb-saytlarda  yerləşdirilən 

reklalmlardan əldə edilən gəlirləri də əlavə etmək olar. Hazırda bu cür reklamlardan əldə edilən 

gəlirlər bulud xidmətlərindən əldə edilən gəlirləri xeyli üstələyir.  

Bulud texnologiyaları İKT sektorunun əksər seqmentlərində bu və ya digər dərəcədə təsir 

göstərir. Genişzolaqlı İnternet xidmətlərinə olan tələb telekommunikasiya xidmətləri gəlirlərinin 

artmasını  stimullaşdırır. Lakin  telefon  rabitəsi  xidmətlərindən  əldə  edilən  gəlirlər  səsli  İnternet 

rabitəsi  protokollarının köməyi  ilə  bulud  texnologiyaları  əsasında işləyən istifadəçilərin artması 

hesabına azala bilər.  

Bulud  texnologiyalarına  keçid  verilənlər  trafikinin  əhəmiyyətli  dərəcədə  artmasına  təkan 

verir.  Statistikaya  görə,  2013-cü  ildə  Google  orta  hesabla  bir  dəqiqə  ərzində  2  mln.  axtarış 

sorğusu  qəbul  edib,  Facebook  700  minə  yaxın  kontent  dərc  edib,  Tvitter  isə  100  min  məlumat 

yerləşdirib. Bu məlumatların İnternet vasitəsi ilə bulud mübadiləsinin həcminin 60%-i Avropa və 

Şimali  Avropanın  payına  düşüb.  Asiya-Sakit  Okean  regionu  həmin  trafik  həcminin  üçdə  bir 

hissəsini əhatə edib,  Latın Amerikası, Yaxın Şərq və Afrikanın birlikdə payı isə cəmi 5% olub. 




İnformasiya cəmiyyəti problemləri, 2014, №2,  14-23 

 

 



       www.jpis.az                                                                      17 

 

Bununla  yanaşı,  yaxın  bir  neçə  il  ərzində  ən  yüksək  artım  tempinin  məhz  Yaxın  Şərqdə  və 



Afrikada müşahidə ediləcəyi proqnozlaşdırılır [9].  

Hazırda bulud texnologiyaları iqtisadiyyatında bir neçə iri bulud xidməti təchizatçısı üstün 

mövqe tutur ki, bunların da hamısı Amerika şirkətləridir (IBMMicrosoftGoogleHPAT&T və 

s.).  Həmin  şirkətlər  bulud  xidmətləri  bazarına  hamıdan  əvvəl  daxil  olaraq,  üstünlük 

qazananlardır.  İri  bulud  xidmətləri  platformasının  yaradılması  üçün  zəruri  olan  investisiyanın 

həcmi  olduqca  böyükdür:  verilənlər  mərkəzləri  klasterinin  yaradılması  yarım  milyard  dolardan 

artıq vəsait tələb edir.  

Hələlik  bulud  xidmətləri  bazarında  bir  neçə  transmilli  şirkət  üstün  möqedə  qalmaqda 

davam  etsə  də,  yaxın  gələcəkdə  bu  sahədə  regional  və  milli  şirkətlərin  onlarla  rəqabətə  girə 

biləcəyi  gözlənilir.  Belə  ki,  qanunvericiliyə  və  ya  korporativ  siyasətə  əsasən,  bəzi  dövlətlər  və 

müəssisələr öz verilənlərini milli yurisdiksiya hüdudları daxilində yerləşdirməlidirlər. Buna əsas 

kimi  təhlükəsizliyin  etibarlı  şəkildə  təmin  edilməsi  və  geosiyasi  maraqlar  göstərilir.  Halbuki 

əvvəllər iri şirkətlər və dövlətlər özəl bulud xidmətlərini hamı üçün əlyetərli olan xidmətlərdən 

üstün  tuturdular.  Lakin  verilənlərin  və  xidmətlərin  təhlükəsizlik  səviyyəsini  və  onlara  nəzarəti 

yüksəltmək naminə müəyyən iqtisadi gəlirlərdən imtina etməyə məcburdurlar.  

ABŞ-ın proqram təminatı istehsalı ilə məşğul olan Citrix şirkətinin proqnozuna görə, bulud 

texnologiyalarının  sürətli  inkişafı  nəticəsində    2015-ci  ilin  sonuna  qədər  dünyada  14  milyona 

yaxın  yeni  iş  yeri  açılacaq  [10].  Bulud  texnologiyaları  sahəsində  tələb  olunan  əsas  peşələr 

bunlardır:  şəbəkə  sistemi  administratoru,  şəbəkə  və  informasiya  sistemləri  üzrə  analitik, 

informasiya  sistemlərinin  təhlükəsizliyi  üzrə  mütəxəssis,  proqramçılar,  veb  mütəxəssisləri, 

verilənlər bazası administratoru və s. 

Bir çox ekspertlərin fikrincə, informasiya xidməti texnologiyaları arasında ən perspektivlisi 

məhz  bulud  texnologiyalarıdır.  Marketvisio  Consulting  şirkətinin  2012-ci  ildə  açıqladığı 

tədqiqatın nəticələri də bunu təsdiq edir (Şəkil 1.) 

 

                   



                       

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. İnformasiya xidmətləri bazarının seqmentlərinin inkişaf potensialı [9]. 

Yaxın 4 il ərzində (2014-2018) ictimai buludlarda yerinə yetirilən hesablamaların ildə 44% 

sürətlə  artacağı  gözlənilir.  Korporativ  bulud  xidmətləri  sektorunda  müvafiq  artım  sürəti  8,9% 

həddində  qiymətləndirilir.  Bulud  texnologiyaları  sahəsində  ixtisaslaşan  Amerikanın  Nasuni 

şirkətinin hesablamalarına görə, bulud serverlərində saxlanılan verilənlərin ümumi həcmi 2013-

cü ilin sonunda artıq bir ezabayta (1 mln. Tbayt) çatıb [11]. Cisco şirkətinin proqnozlarına görə, 




İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 14-23 

 

18                                                                  www.jpis.az 



 

2017-ci  ilə  kimi  buludlardan  keçən  trafikin  həcmi  artaraq  2,6  Zbayt-dan  7,7  Zbayt-a  

çatacaq [12].  

Gartner  şirkətinin  proqnozuna  görə,  2015-ci  ildə  ABŞ-da  son  istifadəçilər  üçün  bulud 

xidmətlərinin  dəyəri  180  mlrd.  dollara  çatacaq.  2018-ci  ilə  qədər  bulud  infrastrukturunda 

yerləşdirilən avadanlığın ümumi dəyəri 79 mlrd. dollar təşkil edəcək [9].  

Cədvəl 1. İctimai bulud xidmətləri bazarının  5 ən iri seqmenti [13] 



Seqment 

Gəliri                 

(2013, min dollar) 

Bazardakı payı 

(2013) 

Proqnozlaşdırılan 

artım (2013-2018) 

ERM(ERP) 

10 780  

24%  


18%  

CRM 


8 135  

18%  


20%  

Server həlləri 

3 981 

9% 


26% 

Birgə fəaliyyət üçün 

proqram əlavələri 

3 374 


7% 

26% 


Təhlükəsizlik həlləri  2 922 

6% 


18% 

Digər 


16 556 

36% 


26% 

Cəmi 


45 748 

100% 


23% 

Bulud texnologiyalarının iqtisadi imkanları və problemləri 

Bulud  texnologiyalarının  bir  sıra  xüsusiyyətləri  iqtisadi  baxımdan  olduqca  cəbedicidir. 

İstər yeni yaranan, yaxud kiçik firmalar olsun, istərsə də nəhəng biznes strukturları olsun, bulud 

texnologiyalarının iqtisadi imkanları onları özünə cəlb edir. Hesablamalara görə, firmaların data-

mərkəzlərinin  yaradılması  və  fəaliyyəti  ilə  bağlı  xərcləri  onların  ümumi  xərclərinin  təxminən 

yarısını  təşkil  edir  [14].  Ona  görə  də  bu  texnologiyaların  təqdim  etdiyi  xidmətlərdən  istifadə 

biznes qurumları üçün daha sərfəlidir.  

Bulud texnologiyalarının iqtisadi imkanları aşağıdakı xüsusiyyətlərlə bağlıdır [3, 15-17]:

 

1.  Genişlənmə  (Miqyaslanma).  Yeni  məhsulların  və  xidmətlərin  daxil  edilməsi,  satış 

kanalının genişlənməsi və sifarişçilərin sayının artması təşkilatın informasiya sistemindən artan 

yükə  davam  gətirmək  və  böyük  həcmdə  verilənlərin  işlənməsini  tələb  edir.  Çevik  və  etibarlı 

fəaliyyət  sifarişçilərin  məmnunluğunu  artırır.  Genişlənən  proqram  əlavələri  eyni  vaxtda 

buraxılan nüsxələrin sayının artması hesabına böyük həcmdə yükə davam gətirməyə imkan verir. 

Məlum  olduğu  kimi,  çoxlu  sayda  nüsxələrin  eyni  zamanda  buraxılmasında  tipik  avadanlıqdan 

istifadə edilir ki, bu da müvafiq xərclərin ümumi dəyərini aşağı salır və infrastrukturun müşayiət 

edilməsini asanlaşdırır.  



2.  Elastiklik.  Biznesin  həyata  keçirilməsi  şəraitinin  dəyişməsinə  çevik  reaksiya  uğurlu 

biznesin  əsas  şərtlərindən  biridir.  Məsələn,  dəyişən  bazar  şəraiti  və  rəqiblərin  fəaliyyəti  yeni 

məhsul  və  ya  xidmətləri  sürətlə  tətbiq  etməyi  tələb  edə  bilər.  Bu  zaman  isə  informasiya 

sisteminin  tam  planlaşdırma,  layihələndirmə  və  işlənməsi  tsiklini  həyata  keçirmək  lazım  gəlir. 

Elstiklik  avadanlığa  və  proqram  təminatına  ilkin  investisiya  qoyuluşuna  zərurət  olmadan 

infrastrukturun  gücünü  artırmağa  imkan  verir.  Elastiklik  genişlənən  proqram  əlavələri  ilə 

bağlıdır. Belə ki, informasiya sisteminin fəaliyyəti üçün nəzərdə tutulan hesablama resurslarının 

sayının ani olaraq dəyişdirilməsi məsələsini həll edir. 



3. Multitenantlıq. Multitenantlıq  – müxtəlif istifadəçi  qruplarına, təşkilatlara və istifadəçi 

kateqoriyalarına  və  s.  xidmət  göstərmək  üçün  ümumi  resurslardan  maksimal  istifadə  hesabına 

xərclərin azaldılması üsullarından biridir. Multitenantlıq proqram təminatı yaradan şirkətlər üçün 

daha cəlbedici ola bilər. Çünki bu üsul bulud platforması resurslarına ödəniş etmək üçün nəzərdə 

tutulan  xərclərə  qənaət  etməyə  və  əlyetərli  hesablama  resurslarından  maksimum  dərəcədə 

istifadə etməyə imkan verir.  



4.  İstifadəyə  görə  ödəniş.  İstifadə  edilən  resurslara  görə  ödəniş  bulud  texnologiyalarının 

kapital  məsrəflərinin  bir  hissəsini  əməliyyat  xərclərinə 

yönəltməyə  imkan  verən 



İnformasiya cəmiyyəti problemləri, 2014, №2,  14-23 

 

 



       www.jpis.az                                                                      19 

 

xüsusiyyətlərindən  biridir.  Zəruri  resursları  əldə  edən  kimi  təşkilatın  informasiya  sisteminin 



fəaliyyəti  ilə  bağlı  xərcləri  optimallaşdırmaq  olar.  Multitenantlıq  üsulunu  tətbiq  etməklə, 

resursları müxtəlif istifadəçilər arasında bölərək, xərcləri daha çox azaltmaq olar. Elastiklik isə 

resurs  həcmini  çevik  şəkildə  artırmağa  və  ya  azaltmağa,  yəni  xərcləri  təşkilatın  faktiki 

tələbatlarına uyğunlaşdırmağa imkan verir.  



5.  Özünəxidmət.  Müasir  şəraitdə  yeni  məhsulu  və  ya  xidməti  bazara  çevik  şəkildə 

çıxartmaq üçün informasiya sistemlərini genişləndirmək, yaxud modifikasiya etmək tələb olunur. 

Ənənəvi  olaraq,  informasiya  sistemlərində  dəyişikliklərin  aparılması  üçün  əvvəlcədən 

avadanlığın seçilməsi, alınması və quraşdırılması ilə bağlı məsələlər həll edilirdi. Bu işlərin həll 

edilməsi  isə  uzun  müddət  vaxt  aparırdı.  Özünəxidmət  isə  tələb  olunan  resursların  istifadəçi 

tərəfindən bir neçə dəqiqə ərzində əldə edilməsinə imkan verir.  



6.  Resursların  ani  olaraq  əldə  edilməsi.  İT  bazarının  tədqiqi  ilə  məşğul  olan  ABŞ-ın 

məşhur International Data Corporation (IDC) şirkətinin vitse-prezidenti Frank Gensin fikrincə, 

bu  firmalar  bulud  texnologiyalarını  təkcə  iqtisadi  üstünlüklərinə  görə  deyil,  həm  də  rahatlığına 

görə həvəslə tətbiq edirlər. Ənənəvi data-mərkəzlərdə İT əməliyyatları günlərlə, həftələrlə vaxt 

apardığı  halda, bulud  texnologiyalar sayəsində bu işlər bir neçə dəqiqə  ərzində  yerinə  yetirilir. 

Məsələn,  tutaq  ki,  şirkətin  yeni  pilot  layihəsinin  reallaşdırılması  üçün  bir  neçə  yeni  serveri 

istismara  vermək  tələb  olunur.  Əvvəllər  bunun  üçün  avadanlıq  almaq  və  onu  data-mərkəzdə 

yerləşdirmək  lazım  gəlirdi  ki,  bunun  üçün  də  həftələlərlə,  aylarla  vaxt  tələb  olunurdu.  Bulud 

texnologiyalarından istifadə edərkən, sadəcə, zəruri sayda virtual serverləri aktivləşdirmək və işə 

başlamaq mümkündür.  



7. Resurstutumlu proqram vasitələrinin kütləviləşməsi. Bulud texnologiyalarının meydana 

gəlməsinə  qədər  resurstutumlu  proqram  vasitələri,  əsasən,  böyük  şirkətlər  üçün  əlyetərli  idi. 

Lakin  bulud  texnologiyalarının  meydana  gəlməsi  ilə  hətta  kiçik  firmalar  da  resurstutumlu 

hesablama  məsələlərini  həll  etmək  imkanı  qazandılar.  Əlbəttə,  korporativ  veb-saytlarla  bağlı 

perspektivlər o qədər də əhəmiyyətli deyil, amma böyük verilənlər massivinin emalını tələb edən 

biznes-analitika  sistemlərindən  söhbət  gedirsə,  bulud  texnologiyalarının  kommersiya 

perspektivləri  daha  ciddi  qəbul  edilməlidir.  Bundan  başqa,  bulud  texnologiyaları  böyük  həcmli 

multimedia informasiyası massivlərinin emalını “demokratikləşdirməyə” imkan verir.  



8.  Proqramçıların  yaradıcılığı  ilə  bağlı  maneələrin  aradan  qalxması.  Bulud 

texnologiyaları  daha  çox  texniki  deyil,  kommersiya  xarakterli  olsa  da,  burada  məhz 

proqramçıların yenilik etmələri üçün daha böyük imkanlar yaranır. Belə ki, bulud texnologiyaları 

keçmişdə böyük vaxt  aparan və problemlər  yaradan bir çox  yorucu işlərdən qurtulmağa imkan 

verir.  Məsələn,  hər  bir  proqramçı  bilir  ki,  proqram  təminatını  təcrübə  laboratoriyasından 

istehsala  keçirmək  üçün  nə  qədər  çətinlikləri  dəf  etmək  lazım  gəlir.  Bulud  texnologiyaları 

şəraitində  isə  virtual  maşınların  konfiqurasiyası  işlənib  hazırlananda  və  istehsal  prosesində 

tətbiqində eyni cür olur.  Bu isə  aparat və proqram təminatlarındakı fərqliliklərlə bağlı  yaranan 

problemlərdən  qaçmağa  imkan  verir.  Belə  bir  şəraitdə  isə  proqramçılar  bütün  diqqətlərini 

yaradıcılıq məsələlərinə yönəldə bilirlər. Bu da daha az müddətdə və daha az resurslar hesabına 

daha məhsuldar və səmərəli işləməyə imkan verir.  

Göründüyü  kimi,  bulud  texnologiyaları  ilə  bağlı  iqtisadi  effektivliyin  artım  potensialı 

dövlət  və  özəl  təşkilatlarının  öz  əməliyyat  fəaliyyətlərini  bulud  texnologiyaları  platformasına 

keçirmək  üçün  güclü  stimul  yaradır.  Bununla  yanaşı,  xərclərin  artması  və  təhlükəsizlik 

məsələlərinin  həlli  kimi  bəzi  problemlərin  yoluna  qoyulması  də  vacibdir.  Bulud  xidmətlərinin 

müxtəlif  istifadəçiləri  imkan  və  riskləri  fərqli  şəkildə  qiymətləndirirlər  və  buna  uyğun  olaraq 

ayrı-ayrı həll yollarını seçirlər.  

Mümkün risklər və ya çatışmazlıqlar arasında aşağıdakıları göstərmək olar [3, 16]: 

 

rabitə  xidmətləri  xərclərinin  artması  (telekommunikasiya  xidmətləri  operatorlarına 



ödənişlərin edilməsi hesabına); 

 



verilənlərin miqrasiyası və inteqrasiyası ilə bağlı xərclərin artması; 


İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 14-23 

 

20                                                                  www.jpis.az 



 

 



verilənlərə və proqram təminatına nəzarət səviyyəsinin aşağı düşməsi; 

 



verilənlərin təhlükəsizliyi ilə bağlı təhdidlər; 

 



xidmətlərin göstərilməsi ilə bağlı texniki problemlər. 

Gartner  şirkəti  bulud  texnologiyalarının  istifadəsi  ilə  bağlı  əsas  problemləri  müəyyən 

etmək üçün 2013-cü ildə bu texnologiyaları tətbiq edən dünyanın aparıcı şirkətləri arasında sorğu 

keçirmişdir  [9].  Şirkətlər  əsas  problemlərin  təhlükəsizlik,  idarəetmə,  əlyetərlilik  və  monitorinq 

məsələləri ilə bağlı olduğunu qeyd etmişlər (Şəkil 2). 

                                        

 

 



 

 

 



 

 

Şəkil 2. Bulud texnologiyalarının tətbiqi ilə bağlı meydana çıxan əsas problemlər  



Bulud texnologiyaları iqtisadiyyatının inkişafı ilə bağlı hüquqi problemlər 

Bulud  texnologiyalarının  inkişafı  hüquqi  tənzimləmə  problemləri,  xüsusən,  verilənlərin 

mühafizəsi  və  konfidensiallığı  məsələləri  ilə  müşayiət  olunur.  Bulud  xidmətlərinin  potensial 

istifadəçiləri  arasında  ən  çox  narahatlıq  doğuran  məsələ  verilənlərin  təhlükəsizliyi  ilə  bağlıdır. 

Bu  narahatçılıq  2013-cü  ildə  milli  kəşfiyyat  proqramları,  hüquq-mühafizə  orqanlarının  qlobal 

bulud  xidmətləri  təchizatçılarının  verilənlərinə  daxil  olmaq  imkanına  malik  olmaları  haqqında 

informasiya  yayıldıqdan  sonra  daha  da  artdı  [16].  Bulud  xidmətləri  sahəsində  innovasiya  və 

investisyaları  təşviq  etmək  üçün  normativ  hüquqi  bazanın  olması  zəruridir.  İstifadəçilərdə  isə 

bulud xidmətlərinə qarşı etimadı və inamı yüksəltmək lazımdır ki, onlardan tərəddüdsüz istifadə 

edə bilsinlər.  

Ümumi  hüquq  prinsipləri  istifadəçilərin  əsas  hüquqlarının  qorunmasında  mühüm  rol 

oynayır. Ona görə də bulud texnologiyalarını tənzimləyən xüsusi qanun və ya normaların qəbul 

edilməsi vacib şərt deyil.  

Ümumi  hüquqla  yanaşı,  bulud  xidmətləri  göstərənlərlə  onların  müştəriləri  arasındakı 

müqavilə  münasibətləri  də  bulud  texnologiyaları  iqtisadiyyatının  fəaliyyətinə  əhəmiyyətli 

dərəcədə təsir göstərir. Bəzi hallarda ictimai maraqları qorumaq məqsədi ilə sərbəst proses olan 

müqavilə  bağlanışına  tənzimləyici  orqanlar  müdaxilə  edə  bilərlər.  Bu,  şəxsi  həyatın 

toxunulmazlığı,  kommersiya  sirri  və  ya  milli  təhlükəsizliklə  bağlı  məsələlərə  görə  verilənlərin 

bulud platformasında yerləşdirilməsini tənzimləmək məqsədi ilə edilə bilər.  

Bu  cür  məsələlərdə  istifadəçilərlə  xidmət  göstərənlərin  maraqları  fərqli,  hətta  əks  qütblü 

olur. Belə ki, istifadəçilər öz verilənləri üzərində nəzarəti həyata keçirməkdə, xidmət göstərənlər 

isə  öz  servislərinin  istismarı  və  inkişafı  ilə  bağlı  maksimum  sərbəstliyin  təmin  olunmasında 

maraqlıdırlar.  Bulud  texnologiyalarının  gələcək  inkişafı  da  məhz  qanunvericilərin  hansı  tərəfə 

meyl  etməsindən  çox  asılıdır.  Bu  bazarın  dayanıqlı  inkişafı  isə  istifadəçilərlə  xidmət 

göstərənlərin maraqları arasında hüquqi balansın yaradılmasını tələb edir.  

Xarici  yurisdiksiya  hüdudları  daxilində  fəaliyyət  göstərən  şirkətin  xidmətləri  ilə  bağlı 

təhlükələr  olarsa,  həmin  problemləri  milli  qanunvericilik  çərçivəsində  həll  etmək  çətin 

məsələdir.  Ona  görə  də  xarici  investorlar  üçün  əlverişli  mühit  yaratmaq,  yerli  infrastrukturun 

qurulmasının  təşviq  edilməsi  yolu  ilə  daxili  bazarda  bulud  xidmətlərinin  göstərilməsini  təmin 



İnformasiya cəmiyyəti problemləri, 2014, №2,  14-23 

 

 



       www.jpis.az                                                                      21 

 

etmək məqsədəuyğundur. Bir sıra ölkələrdə dövlət ehtiyaclarını təmin etmək üçün xüsusi bulud 



platformaları yaradılır. O cümlədən Avropa Birliyi ölkələri üçün təhlükəsiz bulud platformasının 

yaradılması nəzərdə tutulur [17].  



Bulud texnologiyaları iqtisadiyyatının inkişafı ilə bağlı dövlətin üzərində düşən vəzifələr 

Dövlət öz diqqətini bulud texnologiyaları bazasında həll edilən məsələlərin güclü və zəif 

tərəflərinin  analizinə, həmin ölkədə  bu texnologiyalardan istifadənin  xüsusiyyətlərinin  dərindən 

dərk  edilməsinə  yönəlməlidir.  Eyni  zamanda,  bulud  texnologiyaları  əsasında  biznesin  həyata 

keçirilməsi modellərinin müxtəlifliyinə, bulud xidməti istifadəçilərinin geniş spektrinə və bulud 

texnologiyaları iqtisadiyyatının ekosisteminin kompleks xarakter daşıdığına diqqət yetirməlidir.  

İstər  dövlət  xidmətlərinin  göstərilməsi,  istərsə  də  işgüzar  rəqabət  mühitinin  yaradılması 

baxımından  bulud  texnologiyaları  strategiyasının  hazırlanıb  həyata  keçirilməsi  vacibdir. 

Məsələyə  strateji  yanaşma  iqtisadiyyatdakı  ümumi  situasiyaya  adaptasiya  olunmalı,  ölkənin 

iqtisadiyyat və İKT ilə bağlı ümumi inkişaf konsepsiyalarına uyğun gəlməlidir.  

Hazırda dövlətlərin bulud texnologiyalarına keçidə mane olmasının xeyrinə heç bir tutarlı 

arqument  yoxdur.  Dövlət  səviyyəsində  bulud  texnologiyaları  iqtisadiyyatının  formalaşması  və 

inkişafı üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur [3]: 

 



Ölkənin  bulud  texnologiyalarının  tətbiqinə  hazırlığının  qiymətləndirilməsi.  İlk 

növbədə,  dövlət  ölkədəki  cari  vəziyyəti  analiz  etməli,  bulud  texnologiyalarının 

müvəffəqiyyətlə  tətbiqi  üçün    aradan  qaldırılması  zəruri  olan  zəif  cəhətləri  üzə 

çıxartmalı  və  bulud  texnologiyalarının  əsasında  hansı  məsələlərin  həllinin  daha 

məqsədəuyğun olduğunu müəyyənləşdirməlidir.  

 



Bulud  texnologiyalarının  inkişafına  dair  milli  strategiyanın  hazırlanması.  Hazırlıq 

səviyyəsinin qiymətləndirilməsinə əsaslanaraq, bulud texnologiyalarının inkişafına dair 

milli strategiyanı hazırlamaq olar. Bu, ayrıca bir sənəd formasında da ola bilər, ölkənin 

İKT üzrə inkişaf strategiyasının bir hissəsi kimi də.  

 

İnfrastruktur  məsələlərinin  həlli.  Buraya  genişzolaqlı  İnternet  infrastrukturunun 



etibarlılığının  və  əlyetərliliyinin  yüksəldilməsi  tədbirləri,  habelə  müvafiq  xidmət 

keyfiyyətinin  müntəzəm  monitorinqi  aiddir.  Bu  məsələdə  telekommunikasiya 

sektorunun effektli tənzimləmə normaları mühüm rol oynayır. Fasiləsiz elektrik enerjisi 

ilə təminat da vacib məsələlərdəndir.  

 

Bulud  texnologiyalarının  tətbiqi  ilə  əlaqədar  normativ-hüquqi  problemlərin  həlli, 



istifadəçilərin  maraqlarının  etibarlı  şəkildə  qorunmasının  təmin  edilməsi.  Buraya 

verilənlərin  yerləşdirilməsi,  elektron  əməliyyatlar  və  kibercinayətkarlıq  kimi  əsas 

məsələlər  aiddir.  Müvafiq  qanunvericiliyin  hazırlanmasında  qabaqcıl  beynəlxalq 

təcrübənin nəzərə alınması da vacibdir.  

 

Bulud  texnologiyaları  iqtisadiyyatı  çərçivəsində  mümkün  inkişaf  istiqamətlərinin 



analizi.  Üç  əsas  sahəyə  diqqət  yetirmək  vacibdir:  milli  verilənlər  mərkəzlərinin 

inkişafı,  bulud  texnologiyaları  bazasında  xidmətlərin  inteqrasiyası  potensialı  və  yeni 

bulud xidmətlərinin inkişafı. 

 



İnsan  resurslarının  təmin  edilməsi.  Bulud  xidmətlərinə  keçid  və  onların  inteqrasiyası 

üçün zəruri olan proqram təminatının işlənməsi, işgüzar proseslərin yenidən təşkili və 

qurulması üçün tələb olunan idarəetmə və təşkilati işlərin görülməsi, həmçinin hüquq 

və loqistika məsələləri ilə bağlı mütəxəssislərin yetişdirilməsi vacibdir.  

 

Dövlət  orqanlarının  bulud  xidmətləri  ilə  təmin  edilməsi.  İnternet  iqtisadiyyatında 



dövlət  orqanlarının  rolunu  nəzərə  alaraq,  dövlət  orqanlarının  milli  verilənlər 

mərkəzlərini yaratmaq imkanlarına baxmalıdırlar. 



 

 


İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 14-23 

 

22                                                                  www.jpis.az 



 

Nəticə 

Bulud texnologiyalarının sürətli inkişafını şərtləndirən əsas səbəb onların iqtisadi cəhətdən 

əlverişli  olması,  əlyetərliliyi,  istifadə  üçün  rahatlığıdır.  Bu  texnologiyaların  imkanlarından 

bəhrələnən  biznes  qurumları  öz  maliyyə  resurslarına  əhəmiyyətli  dərəcədə  qənaət  edə  bilirlər. 

Müasir iqtisadiyyatda istənilən növ biznes fəaliyyəti üçün informasiya əsas istehsal amillərindən 

biri  kimi  çıxış  edir.  Bu  baxımdan,  hesab  etmək  lazımdır  ki,  bulud  texnologiyalarının  təqdim 

etdiyi imkanlar müasir biznes strukturlarının əsas ehtiyaclarından birinin ödənilməsinə yönəlib. 

Lakin bu texnologiyaların tətbiqi  bir sıra problemlərlə müşayiət  olunur.  Elə problemlər var ki, 

onların  həlli  bulud  texnologiyalarını  tətbiq  edən  müəssisələrin  bilavasitə  özlərinin  vəzifəsidir. 

Bunlar,  ilk  növbədə,  müəssisədaxili  iqtisadi,  texniki  və  təhlükəsizlik  məsələləri  ilə  bağlıdır. 

Dövlətin  üzərinə  düşən  vəzifələr  isə  milli  təhlükəsizlik,  hüquqi  tənzimləmə  və  makroiqtisadi 

siyasət kontekstində həyata keçirilməlidir.  

 

Ədəbiyyat 

1.

 



Келим Ю.М. Вычислительная техника: [учебное пособие], Академия, 2011, 362 c. 

2.

 



http://www.itu.int 

3.

 



Information Economy Report 2013. The Cloud Economy and Developing Countries, United 

Nations Publication Unctad, 2013, 136 p. 

4.

 

Əliquliyev R.M.,  Abdullayeva  F.C. Bulud  texnologiyalarının  təhlükəsizlik  problemlərinin 



tədqiqi və analizi //İnformasiya texnologiyaları problemləri, 2013, №1(7), 3-14. 

5.

 



Jamsa  K.  Cloud  Computing:  SaaS,  PaaS,  IaaS,  Virtualization,  Business  Models,  Mobile, 

Security and More, Jones & Bartlett Publishers, 2013, 322 p. 

6.

 

Кузнецов  С.  «Облачные»  выгоды  и  проблемы  //  Computer,  2011,  №3, 



http://citforum.ru/computer/2011-03 

7.

 



Агафонова А.Н. Инновационные преобразования информационного бизнеса // Вестник 

Нижегородского  университета  им.  Н.И.Лобачевского.  Экономические  науки,  2013,  

№4 (1), с. 287–291. 

8.

 



Shikha  Dogra  S.  Cloud  Computing  and  its  Security  Concerns  A  Survey  //  International 

Journal of Innovative Technology and Exploring Engineering (IJITEE), Volume 3, Issue12, 

May 2014, http://www.ijitee.org/attachments/File/v3i12/L16390531214.pdf 

9.

 



Forecast 

Overview: 

Public 

Cloud 


Services, 

Worldwide, 

2011-2016, 

http://www.gartner.com/resId=2332215. 

10.

 

http:// www.investors.citrix.com/analysts.cfm 



11.

 

http://www.nasuni.com/resource-center/analyst-reports 



12.

 

Cisco  Global  Cloud  Index:  Forecast  and  Methodology,  2012–2017,  http://www.cisco.com/ 



c/en/us/solutions/service-provider/global-cloud-index-gci/index.html 

13.


 

http://www.idc.com/prodserv/idc_cloud.jsp 

14.

 

Якушева  Н.А. Расчет экономической эффективности облачных вычислений // Вестник 



МГТУ им. Н.Э. Баумана. Сер. “Приборостроение”, 2012, Спец.вып. 5: Информатика и 

системы, c. 224-235. 

15.

 

Риз Д. Облачные вычисления,  БХВ-Петербург, 2011, 288 c. 



16.

 

Williams B. The Economics of Cloud Computing, Cisco Press, 2012, 91 p. 



17.

 

OECD Internet Economy Outlook 2012, OECD Publishing, 2012, 296 p. 



 


İnformasiya cəmiyyəti problemləri, 2014, №2,  14-23 

 

 



       www.jpis.az                                                                      23 

 

УДК 330:004.75 



Махмудов Расим Ш. 

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

rasimmahmudov@gmail.com 

Анализ  современного  состояния  и  перспектив  развития  экономики  облачных 

технологий 

В  статье  указываются  сущность, возникновение и этапы развития облачных технологий. 

Комментируются классификации и формы облачных сервисов. Анализируются статистика 

и  прогнозы,  связанные  с  развитием  облачных  технологий.  Исследуются  экономические 

преимущества  и  недостатки,  а  также  вопросы  правового  регулирования  данных 

технологий.  Выдвигаются  предложения  по  цели  государственной  политики,  связанной  с 

развитием экономики облачных технологий. 

Ключевые  слова:  облачные  технологии,  экономика  облачных  технологий,  облачные 

сервисы, рынок облачных сервисов, облачная инфраструктура, облачная платформа. 

 

Rasim Sh. Mahmudov 

Institute of Information Technology of ANAS, Baku, Azerbaijan  

rasimmahmudov@gmail.com 

Analysis  of  the  current  state  and  prospects  of  development  of  the  economy  of  cloud 

technologies 

The essence, formation and development stages of the cloud techologies are shown in the article. 

The classification, forms of cloud services are interpreted. The statistics and forecasts related to 

the pace of development of the cloud technologies are analyzed. The economic advantages and 

shortcomings,  the  problems  of  legal  regulation  of  proper  technologies  are  investigated.  The 

offers on the targets of state policy related to economic developments of the cloud technologies 



are made.   

Keywords: cloud technologies, the economy of cloud technologies, cloud services, cloud services 

market, cloud infrastructure, cloud platform. 

Yüklə 126,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə