Uot 4: 342. QƏRBİ avropa anarxiZMİ



Yüklə 86,68 Kb.

tarix08.09.2018
ölçüsü86,68 Kb.


D Ö V L Ə T   V Ə   H Ü Q U Q

Q A N U N   10  (264),   2 016

Quliyev Aqşin  İsabala  oğlu,

hüquq iızrə fəlsəfə doktoru

-------------------------------------------------------------------------------------------------------- 

UOT 34:342.4

QƏRBİ  AVROPA ANARXİZMİ

Açar sözlər: - anarxizm,  anarxiya,  anarxi- 

ya quruluşu.

Ключевые  слова:  анархизм,  анархия, 

анархический строй.

Keywords:  anarchism,  anarchy,  anarchi­

cal system.

A

narxizm  siyasi  şüur  tipi  kimi 

dövlətçiliyin  meydana  gəlməsilə 

yaranmış  və  bəşəriyyətin  bütün 

tarixi  ərzində  ideyalar,  hərəkatlar  halında 

inkişaf etmişdir.  Mövcud  rəsmi  qaydalardan, 

siyasi  rejimlərdən  narazı  olan  m üxtəlif sosial 

qruplar,  hər  şeydən  əw əl,  əhalinin  əzilən  və 

istismar edilən təbəqələri  ondan  ideoloji  silah 

kimi  istifadə  etmişlər.  Xalq  kütlələrinin  hər 

bir üsyanı və inqilabı yeni tarixi əsas üzərində 

dövlətsiz  cəmiyyət,  qızıl  əsr,  icma,  kommuna 

quruluşu  və  s.  haqqında  ideyalarla  müşayiət 

olunurdu.  Lakin  başa  çatmış  nəzəri  doktrina 

kimi anarxizm ancaq XIX yüzilliyin ortalann- 

da təşəkkül tapdı.

İfrat  dərəcəyə  çatdırılan  fərdiyyəçilik  və 



subyektivizm 

anarxizm  dünyagörüşunün 

əsasmı təşkil edirdi. Bu zaman tamamilə müs- 

təqil  olan  şəxsiyyət  dövlətə  qarşı  qoyulur, 

şəxsiyyətin  azadlıq  problemi  isə bütün dövlət 

formalarının  kütləvi  surətdə  inkar  olunması 

yolu  ib  həll edilirdi.  Qərbi Avropada anarxiz- 

min vətəni Almaniya və Fransa  idi.

XIX  yüzilliyin  birinci  yarısmda Almaniya 

geriyə  qalmış,  kustar-sənət  istehsalının  geniş 

yayıldığı, iri kapitalist sənayesinin demək olar

ki,  olmadığı  ölkə  idi.  İqtisadi  cəhətdən  geri 

qalmış  bu  ölkədə  inkişafın  "Prussiya"  yolu 

qalib  gəldi.  Feodal-monarxiya  quruluşunun 

inqilabi  dəyişiklikbrin  yerini  yunker  dövbti- 

nin  him ayəçiliyi  altında  g e rç ək b şd irib n  

burjua  təsərrüfatı  tutdu.  Feodal-təhkimçilik 

quruluşu  b ğ v   edilsə  də,  kəndlibr  mülkədar- 

yunkerbrə qurban verildibr.

İnkişafın  belə  formalan  kapitalizmin  yük- 

səlişini  bngidir,  burjuaziyaya  müstəqil  sinif 

kimi  formalaşmağa  imkan  vermir  və  onun 

siyasi 

gücsüzlüyünü 



şərtləndirirdi.  Xırda 

buıjuaziya,  son dərəcə ağır vəziyyətdə idi.  O, 

ikiqat  zülm  altında  qalmışdı.  B eb   ki,  xırda 

burjuaziya,  bir  tərəfdən,  yarımfeodal  polis 

dövbtinin,  digər  tərəfdən  isə  iri  kapitalın 

istismarı  altında  əzilirdi.  Xırda  kustar- 

sənətkarlıq  istehsalı  fab rik b rb   rəqabətə  tab 

gətirməyərək  məhvə  məhkum  olunmuşdular. 

Xırda  mülkiyyətçilərin  bəzən  özbri  proletar- 

lara  çevrilirdibr.  Məhz  bu  vəziyyət  anarxiya 

ənənəbrini  doğurmuşdu.  Çünki  xırda burjua­

ziya  öziinün  bütün  bədbəxtliklərinin  səbəbini 

dövlətdə görürdü.

Alm aniyada  anarxist  əhval-ruhiyyənin 

nəzəri  ifadəsi  M.Ştirnerin  1845-ci  ildə  nəşr 

olunmuş  «Tək  və  onun  mülkiyyəti»  kitabı 

olmuşdur.

Maks  Ştirner  İohani  Kaspar  Şmidtin

(1806-1856)  təxəllüsüdür.  İ.K.Şmidt  xırda 

sənətkar  aibsində  doğulmuşdu.  Xəstəliyə, 

başhcası  isə ehtiyaca görə  fa s ib b r b   səkkiz il 

Berlin  Universitetində  təhsil  almışdır.  O, 

burada  Hegelin  m ühazirəbrini  dinbm iş, 

məhz  həmin  mühazirələr  onun  dünyagörüşü-



Q A N U N   10  (264),   2016

nün formalaşmasına böyük təsir göstərmişdir. 

Universiteti  bitirdikdən  sonra  Prussiya 

paytaxtmın  bir  sıra  tədris  müəssisələrində 

xidmət etmişdir.

M.Ştimer  öz  kitabında  göstərir  ki,  real 

olaraq ancaq ayrıca, empirik cəhətdən konkret 

insan,  "tək",  "xudpəsənd"  mövcuddur.  "Xud- 

pəsənd"i  əhatə  edən  sosial  aləm  idealdır,  fər- 

din  şüurunun  doğurduğu  kabusların,  fantom- 

ların,  idollann yığıntısından ibarətdir.  Dövlət, 

hökmdar,  kilsə,  Allah  və  s.  məhz  bu 

kateqoriyaya aiddir.

"Xudpəsənd"dən  kənar  mövcud  olan 

fantomlar,  kabuslar  (Ştimerə  görə,  bunlar 

"ümumi"dir,  hakim iyyət,  dövlət,  qayda, 

hüquq və  s.  buraya daxildir)  sayəsində bunlar 

onun  bilavasitə  sahibliyinin  predmeti  olmur, 

onun  üçün  qəzəbli  tale  qismində  çıxış  edir, 

özünütəsdiqin  qarşısını  alır,  "tək"in  öz  ali 

həyat  qanununa  -  xalis  şəxsi  rifaha  nail 

olmağa  əməl  etməsinə  mane  olur.  "Xudpə- 

sənd"  Ştimerin dili ilə deyir:  "Mənım vəzifəm 

ümumbəşəri  olanları  realizə  etmək  deyil,  öz- 

özümü təmin  etməkdir.  Mən  "özüm"  özümün 

taleyiyəm,  mən  normasız,  qanunlarsız  və 

nümunələrsizəm.  Mənim  özümün  çox  az 

etməyim mümkündür.  Lakin bu  az hər şeydir 

və daha yaxşıdır".

M.Ştimerin  fikrincə,  kabuslar  və  fantom­

lar,  "ümumi"  insanı  istismar  edir,  onun  azad 

fəaliyyətini  buxovlayır.  Ona  görə  də  bu 

əlamətləri  dağıtmaq,  konkret  insanı,  "Mən"i 

onlardan azad etmək lazımdır.

M.Ştimerin ideyasına görə, müstəqil obraz 

kimi  təzahür  edən,  insanı  istismar  edən  əsas 

kabus dövbtdir. Mütəfəkkir məhz bu nöqteyi- 

nəzərdan dövlətə ölümcül müharibə elan edir. 

"Мэп 

d ö v b tin  



ölümcül 

düşməniyəm, 

alternativ  qarşısındayam:  d ö v b t,  yaxud 

Мэп".


Dövlət  Ştimer  tərəfmdən  siyasi  cəmiyyət 

ü zv b rin ə  hökm  edən,  onları  hökm ranlıq 

edənlərin  iradəsini  yerinə  yetirməyə  məcbur

etməyə  qadir  olan  qüvvə  kimi  izah  edir. 

D ö v b t  şəxsiyyəti  özü  üçün  münasib  olduğu 

kimi  düşünməyə  və  hərəkət  etməyə  təhrik 

edir,  insanm  azadlığını  onun  əlindən  alaraq 

məhv edir, onun üzərinə qanunlara tabe olmaq 

vəzifəsini  qoyur.  Əgər  "hətta  qanunda  bütün 

ayrı-ayrı  şəxsiyyətbrin  iradəsi  əks  olunsa da, 

yaxud  qanun ümumən,  xalqm  iradəsini  və  ya 

kollektiv iradəni ifadə etsə də, bu,  insanı  azad 

etmir  və  onu  yenidən  köləyə  çevirir.  Çünki 

insanın  bugünkü  iradəsi  artıq  onun  itaət 

etməli  olduğu  dünənki  iradəsi  deyil.  Bu  isə  о 

deməkdir  ki,  insanin  şəxsi  yaradıcılığı,  onun 

dünənki  iradəsi,  пэ  qədər  ki, 

qanun 


qüwədədir,  bütün  dövrlərdə  onun  hökmda- 

nnın  iradəsi  olmuşdur.  Ancaq  e b   buna  görə, 

əgər insan dünən  səfeh idisə,  deməli  o,  bütün 

həyatı  boyu  səfeh  olaraq  qalmalıdar.  Ştirner 

mülahizələrinə  yekun  vuraraq  göstərir  ki, 

dövlətin  m övcudluğu  şəraitində  m ən  öz- 

özümün köbsiyəm.

M.Ştirner  dövbti  əvəz  edə  b ib n   qurum 

qismində xudpəsəndlərin müvəqqəti ittifaq- 

larının  təşkil  edilməsini  irəli  sürürdü.  Onun 

fıkrincə,  bu  ittifaqlar  "tək"ə  öz  xudpəsənd 

maraqlarını  tam  gerçəkbşdirm ək  və  özünün 

fərdiyyətçiliyini  təsdiq  etmək  üçün  lazım 

gəlmişdir.  X udpəsəndbrin  ittifaqları  -   bu, 

ancaq  "Mən"in şəxsi qüdrətini artırmaq,  şəxsi 

mənfəətləri  əldə  etmək  üçün  vasitədir.  О 

yazırdı:  İttifaq  mexanizmdir.  Sən  bu  ittifaqın 

köməyi  ib   öz  təbii  gücünü  artırırsan.  İttifaq 

qılmcdır  və  Sən  onun  vasitəsi  i b   öz  təbii 

gücünü silahlandırırsan".

M.Ştirner,  ancaq  özünü  tanıyan,  özü  kimi 

olan digər azğın xudpəsəııdbrın  maraqları  ilə 

razılaşmayan ittifaqın azğm xudpəsəndləri  ib  

bağlı  m əsəbni  açıq  qoyur,  yəni  o,  ittifaqm 

üzvbrinin  azğın  xudpəsəndliyinin  qarşısmın 

alınması m əsəbsinə toxunmur.

M .Ştimer  ancaq  hər bir halda  sübut  edirdi 

ki,  heç  bir  "Мэп"  öz-özünü  gerçəkləşdirə 

bilməz. Hətta bu cür "Mən"in fövqəl fərdiyyət-




Q A N U N   10  ( 264) ,  2016

çiliyi  belə,  digər  insanlarla  qarşılıqlı  ünsiyyət 

qurmadan  keçinə  bilməz.  О  öz  xudpəsənd 

məqsədlərinin  həyata  keçirilməsi  üçün  digər 

insanlarla qarşılıqli ünsiyyət yaratmalıdır.  Belə 

ünsiyyət  cəmiyyətdə  mövcud  olən  müxtəlif 

sosial qruplarla yaradılmalıdır.  Belə ünsiyyətin 

müəyyən  bir  siyasi  forma  almasmın  özü  də 

zəruridir.  Belə  ünsiyyət  olmadan  hər  hansı 

"Mən"in  gələcək  varlığmın,  taleyinin  песэ 

olacağı  qaranlıq qalır.

M.Ştimerin  anarxist quruluşu Almaniyada 

burjua  cəmiyyətinin  öz  əsas  dayaqları  ilə 

formalaşmasmın özünəməxsus mənzərəsini əks 

etdirirdi. Həmin dövrdə alman buıjua cəmiyyə- 

tinin əsas dayaqlan isə aşağıdakılar idi:

1) xüsusi mülkiyyət;

2) toplanmış maddi sərvətlər, xüsusən də pul;

3) muzdlu əmək.

M.Ştimerin  təsvir  etdiyi  fərdiyyət  üçün 

onu  əhatə  edən  insanlar  yalnız  yardımçı 

material  idibr.  B eb   insanlar  fərdiyyətçinin 

tələbatlannı  təmin  etmək  üçün  ona  xidmət 

göstərirdibr.  Ştimer təsəw ü r etdiyi fərdıyyət- 

çinin  dilindən  yazırdı:  "Мэп  Səni  tanımaq, 

yaxud  Sənə  hörmət  etməyi  arzu  etmirəm. 

Мэп  Səndən  istifadə  etmək,  Səni  istehlak 

etmək  istəyirəm.  Sən  Mənim  malım,  mənim 

mülkiyyətimsən".

M.Ştimer  dövbtin  köməyı  ib   şəxsiyyəti 

susdurmağa,  eyniləşdirməyə  cəhd  göstərən 

kommunizmi  (əsasən  də  marksizmi)  digər 

an arx istb rb   müqayisədə  daha  kəskin  tənqid 

etmişdir.  Bununla  yanaşı,  o,  kapitalizm  

cəmiyyətini  də  özünəməxsus  sərt  mövqedən 

pisbmişdir.  О  yazırdı:  "Burjuaziya  dövlətin 

onu  müdafıə  etməsi,  onun  m ərhəməti 

sayəsində  mövcuddur.  Əgər  dövbtin  gücü 

məhv edibrsə, o, hər şeyi itirmək təhlükəsi ib  

üzləşər".

Ştimerin  yuxarıda  adı  çəkibn  kitabı,  bir 

qayda  olaraq,  şəxsiyyətə  bütün  təzyiq 

vasitələrini  rədd edən fərdi  anarxizm  məcəl-

ləsi hesab  oluna bilər.  Kitabın məzmunundan 

aydın  olur  ki,  Ştim er  d ö v b tin,  kilsənin, 

qanunların  və  şəxsiyyətə  kənardan  zorla 

qəbul 


e td irib n  

nə 


varsa, 

hamısmın 

düşmənidir.

Fransada  anarxizm  ideyaları  Pyer  Jozef 



Prudonun  (1809-1864) əsərbrində эп parlaq 

ifadəsini  tapmışdır. Almaniya  i b   müqayisədə 

burjua  m ünasibətbri  Fransada  daha  çox 

inkişaf  etmişdi.  XIX  yüzilliyin  ortalarına 

doğru  d ö v b tb   sənaye  fə h b b rin in   geniş 

təbəqələri  arasında  ziddiyyətbrin  dərhal 

kəskinləşməsi  baş  verdi.  Sənaye  fə h b b ri 

parlamentarizmin  mühafızə-buıjua  variantın- 

dan  öz  narazılıqlarını  ifadə  edirdibr.  Nüma- 

yəndəli  demokratiyada  əhalinin  az  əmlaka 

malik  təbəqələrinin  k ü tb v i  narazılıqları 

fransız liberallarının əksəriyyətinin mühafızə- 

kar-mühafizə mövqeyinə keçidi  i b   stimullaş- 

dırılırdı.  Fransız  maarifçiliyi  və  inqilabının 

ideallannın  unudulması  geniş  əhali  kütbsi 

arasında  həmin  narazılıqların  dairəsini  daha 

da genişbndirirdi.  Yeni  impulslar antiklerikal 

əhval-ruhiyyə  əldə  etm işdibr.  Bu  isə  о 

səbəbdən  irəli  gəlirdi  ki,  katolik  kilsəsi 

özünün  mürtəce  xəttini  həddən  artıq  açıq 

nümayiş  etdirirdi.  Katolik  kilsəsinin  ifrat 

mühafızəkarları  və  royalistbri  hər  cəhətdən 

dəstəkləməsi,  hər  hansı  mənəvi  dəyərləri 

aşkar  surətdə  qəbul  etməməsı,  inqilabın  ölkə 

həyatma  bəxş  etdiyi  ideallara  məhəl  qoyma- 

ması  эп müxtəlif sosial qruplar arasmda dərin 

etirazlara  səbəb  olmuşdu.  Sosial  qruplar 

arasmda həm realistcəsinə düşünən artikratlar, 

həm də  siyasibşm iş kəndlibr var idi.

Məhz antiklerikarlizm və anarxist antmeta- 

tizm  özünü  anarxist  elan  edən  birinci 

nəzəriyyəçi Prudonun siyasi təliminin pafosu- 

nu müəyyən  etmişdi.

P.Prudon  kəndli  ailəsindən  (onun  atası 

kənd  bondarı,  anası  isə  aşbaz  idi)  çıxmışdı. 

Həm  özünün,  həm  də  öz  yaxınlarının  yaşa-




Q A N U N   10  ( 26 4) ,   2016

ması  üçün  zəhmətə  qatlaşan  Pyer  bilikləri 

müstəqil  qazanmışdı.  O,  1827-ci  ildən  1933- 

cü  ilədək tipoqrafıyada yığıcı  işləmişdi.  Gənc 

Prudon  1837-ci  ildə  fılologiya  sahəsində 

oçerkinə  görə  Bezanson  Akadem iyasının 

mükafatına  layiq  göriilmüşdü.  O,  məhz  bu 

uğuru  sayəsində  elmi  iş  və  publisistika  ib  

məşğul ola bilmişdi.  1840-cı ildə Prudonun ən 

əhəmiyyətli  əsərlərindən  biri  -  "Mülkiyyət 



nədir?,,  kitabı  çapdan  çıxmışdır.

1844-1846-cü  illər  onun  bəzi  inqilabi 

qrupların 

nüm ayəndələri, 

о 

cümlədən 



K.Marks  i b   yaxından  tanışlıq  illərinə  aid 

olunur.  Prudon  1846-cı  ildə  K.M arksdan 

əməkdaşlıq  etmək  təklifinə  dair  məktub  alır. 

Bu  e b  bir vaxta təsadüf edir ki,  Marks  oçerk 

nəşr  etdirmişdi  və  həmin  oçerkdə  Prudonun 

m ülkiyyət  hüququ  sahəsində  tədqiqatları 

haqqında  son  dərəcə  müsbət  m ülahizələr 

söybmişdi.  Lakin  onların  əməkdaşliğı  baş 

tutmamışdır.  E b   1846-cı  ildə  Prudonun 

"İqtisadi  ziddidyətlərin  sistemi  və  ya  yoxsul- 

luq  fəlsəfəsi"  iki  cilddə  kitabı  çapdan  çıxmış, 

Marks  bu  kitablara  özünün  "Fəlsəfə  yoxsul- 

luğu"  adlı kitabı  i b  cavab vermişdir.  Məhz bu 

hadisə yaranmaqda olan əlaqələri  kəsmişdir.

Fransada  baş  vermiş  1848-ci  il  inqilabı 

Prudona  öz  sosial  layihələrini  reallaşdırmağa 

cəhdbr  göstərmək  imkanı  vermişdir.  B eb   ki, 

o,  inqilab  nəticəsində  parlam entin  üzvü 

seçilmişdi.  Lakin  növbəti  ilb r  bütün  üm idb- 

rin üzərindən xətt çəkdi:  "Xalq bankı"  ideyası 

məğlubiyyətə  uğradı,  Paris  fəhlələrinin  iyun 

inqilabı  amansızlıqla  yatırıldı,  Prudonun 

yazılarını  dərc  edən  nəşriyyat  bağlandı.  Pru­

donun  özü  prezident  Lui  Napoleon  əleyhinə 

yazdığı  iki  m əqaləyə  görə  1849-cu  ildə 

həbsxanaya  düşdü.  O,  həbsxanada  "XIX  əsr 



inqilabımn  başlıca  ideyası"  əsərini yazdı.

1852-ci ildə azadlığa çıxmış Prudon dövbt 

çevrilişi  törətmiş  və  özünü  imperator  elan 

etmiş  Lui  Napoleonu  inandırmağa  çalışdı  ki, 

bəzi  siyasi  dəyərləri  yenidən  nəzərdən 

keçirsin  və  sosialist  hərəkatm ın  başında

dursun.  İllüziyalar tezlikb  dağıldı  və  bundan 

sonra  Prudon  praktiki  siyasətdən uzaqlaşaraq 

özünü  bütünlükb  publisistik  fəaliyyətə  həsr 

etdi.


PPrudon dövbti  öz təbiətində  şəri  daşıyan 

qüsurlu  təsisat  hesab  edirdi.  Onun  fıkrıncə, 

d ö v b t  ağıl,  maarif  sayəsində  deyil,  instinkt, 

cəhalət  və  m övhum atın  doğulduğu  kimi 

yaramr.  D övbt nüfuza olan kor-koranə  inamı 

d in b   doğmalaşdınr.  О  yazırdı:  "Din  kimi 

(dövlətlə  bağlı  olan rəsmi  din  nəzərdə  tutulur 

ki,  Prudon  da bunu  islahatlaşdırmağa çağırır- 

dı.  Prudon ateist deyil, antiklerikal idi - A.Q.), 

d ö v b t  də  vicdan,  inzibati  mərkəzləşmə 

üzərində  zorakılıqdan  və  azadlığı  məzmun- 

suzlaşdırmaqdan ibarətdir".

D övbt ailədən,  onun pis patriarxal  cəhətb- 

rindən  yetişir.  Ailədə  atanın  hər  bir  etirazı 

müstəsnalıq  təşkil  etdiyi  kimi,  dövlətdə  də 

hamı  hökmdann  iradəsini  danışıqsız  yerinə 

yetirir. Ə w əlcə aibdə və dində əsası qoyulmuş 

nüfiız  prinsipi  sonradan  dövbtin  patriarxal 

quruluşunda, 

magistratların 

sistemində, 

monarxiyada  gerçəkbşdirilir,  son  nəticədə  isə 

iyerarxiyaya,  m ərkəzbşm əyə,  cəmiyyətin 

dövbt tərəfmdən udulmasma çevrilir.

D ö v b t şəri ondan ibarətdir ki, o, insanların 

bir qisminin digər qismi  üzərində hakimiyyə- 

tini  təmin  edir.  Prudonun  fıkrincə,  idarəetmə 

zamanı  iradənin  zorla  qəbul  etdirilməsi  və 

ədalətin  dağılmasının  baş  verməsi  qaçılmaz- 

dır.  Prudon b e b  nəticəyə gəlir:  "İdarəetmənin 

insanların  bir  qisminin  digər  qismi  üzərində 

həyəta keçirilməsi  köblikdir".

PPrudonun  konsepsiyasına  uyğun  olaraq 

d ö v b t  şəri  bir  də  ondan  i'oarətdir  ki,  o, 

azadlığm  düşmənidir.  Mütəfəkkir  bunu,  eyni 

zamanda,  hüquqlar  və  vəzifobr  arasındakı 

müvazinət kımi başa düşürdü. Onun ideyasına 

görə,  insana azadlıq vermək,  onu başqalan  ilə 

bərabərbşdirm ək  deməkdir.  Azadlıq  -   bu, 

istehsal  vasitələrində  bərabərlik,  mübadıbdə 

ekvivalentlilikdir, 

yəni 


bərabərliyə 




Q A N U N   10  (264),   2016

ekvivalentliyə  əməl  edilməsi  deməkdir.  Belə 

nəticə  sosial  azadlığm  boğulmasına  səbəb 

olur.  Dövlətin  bərqərar  olması  azadlığm  

söndürülməsidir,  bunun  nəticəsi  isə  dövlət 

hakimiyyətinin  təbiəti  ilə  bağlıdır.  Bu,  "qana 

susayan,  yalnız  qanla  doyan  pələngə" 

bənzəyir.  Pələngin hakimiyyətinin qurbanı isə 

azadhq  olur.  Onun  məhvi  labüddür,  çünki 

"hakimiyyət  fatal  şəkildə  despotizmə  cəhd 

göstərir".  B eb   situasiyada  ancaq  despot  azad 

qalır.


P.Prudonun  mülahizəsinə  görə,  hər  bır 

hakimiyyət,  hər  bir  hökumət  qəddarlığın 

(tiraniyanın  -   A.Q.)  dayağıdır.  Hakimiyyət 

də,  hökumət  də  müqavimət  göstərənləri  əzir, 

"ədalət  və  azadlığın  üzərindən  xətt  çəkir. 

D ö v b tin  

mahiyyəti 

də 


məhz 

bundan 


ibərətdir".  Hakimiyyət öz təbiəti və təyinatma 

görə  hüdudsuzdur.  O,  tərəddüdlərin  bütün 

fəndlərindən  (qətllər  də  daxil  olmaqla)  isti- 

fadə  edərək,  şəxsiyyəti  tam  surətdə  özünə 

tabe edir. Fərdin эп xırda narazılıq ifadə etdiyi 

zaman  dövlət  onu  "əzir,  cəzalandırır,  boğur, 

dilini  kəsir,  həyatdan  məhrum  edir,  zərərsiz- 

bşdirir,  tərksilah  edir,  əl-qolunu  bağlayaraq 

həbsxanaya  atır,  gülbləyir,  incidir,  deporta- 

siya  edir,  qurban  verir,  alıb-satır...  Hökumət 

bebdir,  onun ədaləti  və  əxlaqı  da bebdir".

P.Prudonun  siyasi  təlimində  anarxiya  azad 

sosial  quruluş  kimi  təqdim  olunur.  Bu 

quruluşda  hər  kəs  öz-özünü  idarə  edir,  yəni 

burada  özünüidarəetmə  mövcuddur.  Anarxi- 

yanın  dövbtdən  başlıca  forqi  ondan  ibarətdir 

ki, anarxiyada insana yad olan xarici qüw ələ- 

rin  hakimiyyəti  yoxdur,  hakimiyyət hər kəsin 

fəaliyyət  sferası  və  işidir.  Burada  fərd  və 

fərdlər  qrupu  üçün  tam  azadlıq  hökm  sürür, 

hamı bir-biri ib  sosial-iqtisadi münasibətlərdə 

olur,  saziş  və  qarşılıqlı  razılaşmaların  (müqa- 

v ib b rin   A.Q.)  istənilən  formasi  tətbiq  edilir. 

Bunların prosedur qaydalarma эшэ1 edilməsi- 

пэ  nəzarəti  razılığa  gəlmiş  tərəflərin  özbri 

gerçəkbşdirirbr.

PPrudonun fikrincə,  ədalətli sosial qayda 

növbəti  siyasi  çevrilişin  nəticəsi  kimi  deyil, 

bəşəriyyətin  tarixində,  yeni  mərhələnin 

ifadəsi  qismində  təzahür edir.  Peşəkar siyasət 

sferasm ın  ölgünbşm əsi  və  onun  sosial 

p ro sesb rin   idarə  olunm asına  sırf  elmi 

yanaşmalar tərəfmdən sıxışdırilması baş verir. 

Əhalinin  az  əmlaka  malik  olan  qruplarını 

yalnız  səfeh yerinə  qoymaq üçün  yararlı  olan 

parlam ent  natiq b rin i  və  siyasi  lid erb ri 

professor  və  akadem ikbr  əvəz  edir.  Prudon 

yazır:  "İdarəetmə  elmi  E lm b r  Akademiyası- 

nın seksiyalarından birinin əlində cəmbşdiril- 

məlidir.  Sözsüz  ki,  onun  daimi  katibi  Baş 

nazirdir.

P.Prudon  "M ülkiyyət  nədir?"  əsərinin 

birinci  kitabmda  təsdiq  edir  ki,  mülkiyyət 

oğurluqdur və eyni  zamanda da sübut edir ki, 

mülkiyyət  həmişə  digərini  istismar  etmək  və 

onun  əməyini  mənimsəmək  vasitəsi  olmuş- 

dur.  Lakin  bu  heç  də  о  demək  deyildir  ki, 

Prudon  prinsip  etib arib   hər  cür  xüsusi 

mülkiyyətin  əleyhdarı  olmuşdur.  O,  yalnız 

həddən  artıq  ıri  mülkiyyətin  tənqidi  ib   çıxış 

etmişdir.

PPrudon  mülkiyyəti  insanın  azadlıq  və 

sərbəstliyinin  qarantı  kimi,  bərabərlik  və 

ədalət idealı i b  birbşdirm əyə cəhd göstərmiş- 

dir.  Buna  görə  də  o,  iri  sənayenin  (hətta 

"proletar"  dövləti  olsa  da)  dövbtin  əlinə 

verilməsinin əleyhinə çıxmışdır.

İfadə  edilənləri  yekunlaşdıraraq  belə 

nəticəyə gəlmək olar ki, Prudonun azadlığa və 

könüllü 


qarşılıqlı 

əlaq əb rə 

əsaslanan

anarxiya idealı  cəlbedici  cəhətbrdən məhrum 

deyil.  Onun  d ö v b tin   ünvanma  söy b d iy i 

tənqidlər  səbəbsiz  olmasalar  da,  özbaşına  və 

bir növ əsassız səciyyə daşımışdır. Mütəfəkkir 

nəzərə  almamışdır  ki,  insan  cəmiyyətinin 

qayda-qanuna  dayaq  olan,  hüququ  ideologi- 

yalaşdıran  və  ona  inandırma,  həm  də 

məcburiyyət 

qüvvəsi 


verən 

d ö v b tsiz

yaşaması  qeyri-rnümkündür.



Q A N U N   10  ( 264) ,  2016

İstifadə  edilmiş  mənbələr:

1.  Rüstəmov Y.İ.  Sosial-siyasi və hüquqi təlimlər tarixi.  Bakı,  2007.

2.  История политических и правовых учений: / Отв.ред.  О.Э.Лейст.  М., 2006

3.  Омельченко О.А.  история  политических и правовых учений.  М., 2010

4.  Рассолов М.М.  История политических и правовых учений.  М.,  2010.

Гулиев  Агшин  Исабала оглу 

ЗАПАДНОЕВРОПЕЙСКИЙ  АНАРХИЗМ 

РЕЗЮ МЕ

В статье отмечается, что анархизм, как тип политического сознания возник с появлением государствен­

ности и развивался в виде идей и движений на протяжении всей последующей истории.  Законченной тео­

ретической  доктриной  анархизм  стал  только  в  середине  XIX  в.  Мировоззренческой  основой  анархизма 

стали  доведенные  до  крайности  индивидуализм  и  субъективизм,  когда  абсолютно  самодовлеющая  лич­

ность  противопоставляется государству,  а проблема свободы  личности решается  путем тотального  отри­

цания  всех государственных форм.

Guliyev Agshin  Isabala

W ESTERN  EUROPEAN ANARCHISM 

SUMMARY

According to the author, anarchism as a type of political consciousness has  apperaed with the advent of state­

hood and developed  in  the  form  of the  ideas  and movements  throughout all  subsequent history. As  a  theoretical 

doctrine the anarchism became only in the middle of the  19th century. Ideolgical basis for anarchism was the exces­

sive individualism and subjectivity when absolutely self-sufficient personality is opposed to the state, and the prob­

lem of personal freedom is solved by total denial o f all state forms.



Rəyçi:  h.ü.e.d., dos.  Ə.İ.  Hüseynov 

Təqdim  edən:  h.ü.e.d.,  prof.  H.S.  Qurbanov 

Daxil  olma  tarixi:  22.07.2016 

Təkrar işlənmə  tarixi:  göndərilməyib 

Çapa  imzalanma  tarixi:  03.10.2016



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə