Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə2/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   2   3   4   5   6   7   8   9   ...   46

 

 



tabelilik  intonasiyası  ilə  müşayiət  olunur.  O.Musayev  bunu  yanaşma  üsulu  adlandırır  [4,  281]. 

Məsələn: I think, I should like him very much. 

Azərbaycan  dilində  isə  tamamlıq  budaq  cümlələrini  baş  cümlələrə  bağlayan  əsas  vasitələr 

bunlardır: 

-ki bağlayıcısı. Məsələn: Hiss edirəm ki, Siz hərəkətinizə görə peşmansınız

-kim, nə, hər nə, hər kim, hər kəs, nə qədər, nə təhər və s. bağlayıcı sözləri. Məsələn: Səndən 



nə soruşsalar, hamısına cavab ver

-tabelilik intonasiyası. Məsələn: Adam istəyir, lap başını götürüb getsin

-sa, sə, mı, mi, mu, mü şəkilçiləri. Məsələn: Dərsi kim öyrənibsə, onu danışdıracaqlar.  

İngilis  və  Azərbaycan  dillərində  tamamlıq  budaq  cümlələrində  budaq  cümlələrinin  baş 

cümlələrə bağlanma vasitələrinin fərqli cəhətləri ingilis dilinin flektiv-analitik, Azərbaycan dilinin 

isə aqlütinativ-sintetik quruluşlu dil olması ilə bağlıdır. 

İngilis  dilində  tamamlıq  budaq  cümlələri  baş  cümlədə  işlənən  qavrayış,  arzu,  hiss,  əminlik 

bildirən  “sure,  sorry,  pleased,  desirous,  anxious”  və  vəziyyət  bildirən  “aware,  afraid”  kimi 

sözlərdən sonra gəlir və bu sözlərin mənasını tamamlayır: 

He was sorry, he was late. – O, təəssüfləndi ki, o, gecikib. 

Tamamliq budaq cümlələri mövqeyinə



 

görə iki qrupa bölünür: 1) prepozitiv tamamlıq budaq 

cümlələri, 2) postpozitiv tamamlıq budaq cümlələri [5,163]. 

Prepozitiv  tamamlıq  budaq  cümlələri  baş  cümlədən  əvvəl  işlənir  və  baş  cümləyə  ingilis 

dilində “that, if, lest” bağlayıcıları, Azərbaycan dilində isə “ki” bağlayıcısı vasitəsilə birləşir: I knew 

that he would come to me. – Mən bilirdim ki, o, mənim yanıma gələcək. 

Postpozitiv  tamamlıq  budaq  cümlələri  isə,  bir  qayda  olaraq,  baş  cümlədən  sonra  işlənir. 

Komponentlərin  belə  sıralanma  qaydası  Azərbaycan  dilinə  xasdır  və  bu  zaman  tamamlıq  budaq 

cümləsi baş cümləyə bağlayıcı sözlər (kim, nə, hər kim, hər nə, hər kəs, nə qədər, nə təhər)  və -sa, -

sə şəkilçiləri (bağlayıcı sözlərlə birgə) vasitəsilə bağlanır: Biz nə ediriksə, düz edirik. 

İngilis  dilində  tamamlıq  budaq  cümləsi  baş  cümləyə  “whether”  bağlayıcısı  ilə  bağlandıqda 

tamamlıq  budaq  cümləsi  baş  cümləyə  görə  müxtəlif  mövqelərdə  işlənə  bilər:  Whether  she  had 

changed her mind about what to say I did not know. We discussed whether we should go to see him. 

Dediklərimizdən  belə  qənaətə  gəlmək  olar  ki,  ingilis  dilində  tamamlıq  budaq  cümləsi  baş 

cümləyə  görə,  əsasən,  postpozitiv  mövqedə,  Azərbaycan  dilində  isə  prepozitiv  və  postpozitiv 

mövqedə işlənir. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  dilində  tamamlıq  budaq  cümlələrində  baş  və  budaq 

cümlələrin başqa quruluşda işlənməsi də mümkündür: 

-budaq cümlə baş cümlənin ortasında işlənə bilir. Məsələn: O,başını qaldıraraq mənə - “sizə 

istədiyiniz kitabı gətirmişəm” - dedi

Baş  cümlə  budaq  cümlənin  ortasında  işlənir.  Məsələn:  “Elə  isə”,  -  dedi  –“  özüm  gedib 



baxım”

-baş  və  budaq  cümlənin  hissələri  növbə  ilə  işlənir.  Məsələn:  Atam  :”Ttelevizoru  niyə 



açmırsan?” - dedi, -“aç, baxaq”

İngilis  və  Azərbaycan  dillərində  tamamlığın  sadə  cümlələrin  tərkibində  müxtəlif  növləri 

olduğu kimi, tabeli mürəkkəb cümlələrin tərkibində də tamamlıq budaq cümlələri müxtəlif  növlərə 

ayrılır.  N.A.Kobrina  baş  cümlədəki  idarəedici  sözün  tələbinə  görə  ingilis  dilində  tamamlıq  budaq 

cümlələrinin dörd növə ayrıldığını göstərmişdir [6,437]: 

1.Vasitəsiz tamamlıq budaq cümlələri (The Direct Object Clauses). Vasitəsiz tamamlıq budaq 

cümlələri daha çox nitq feilləri ilə işlənir: She told me that her husband had photographed her. 

2.Vasitəli tamamlıq budaq cümlələri (The İndirect Object Clauses). Vasitəli tamamlıq budaq 

cümlələri ingilis dilində az işlənir: I am quite sure, I shall understand it.  

3.Tamamlıq budaq cümləsi Koqneyt tamamlığın (qohum tamamlığın) funksiyasında olur (The 



Cognate Object Clause). Bu tamamlığı səciyyələndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, onun 

Müxtəlifsistemli ingilis və Azərbaycan dillərində tamamlıq budaq cümlələri və onların müqayisəli təhlili 

 



 

 



(tamamlığın) ifadə vasitəsi olan isim, həmin cümlədəki xəbərlə - feillə eyni kökdən olur. İsimlə feil 

arasında  olan  bu  əlaqəni  nəzərə  alaraq,  həmin  növ  tamamlığı  cognate  –  qohum  tamamlıq 

adlandırırlar [4,251]. Məsələn: He and his mamma knew very few people and lived what might have 

thought very lovely.   

4.Sözönülü  tamamlıq  budaq  cümlələri  (The  Prepositional  Object  Clauses).  Bu  halda 

tamamlıq  budaq  cümləsi  baş  cümləyə  after,  about,  before,  for,  of,  as  to,  beyond  sözönüləri  ilə 

bağlanır: I want to be paid for what I do. 

Azərbaycan dilində isə baş cümlələrin xəbərləri nitq feilləri ilə ifadə olunan tamamlıq budaq 

cümlələri vasitəsi ilə, vasitəsiz nitqlə əlaqədardır. Bunların baş cümləsinin xəbərləri ən çox demək, 

söyləmək, danışmaq, soruşmaq, tapşırmaq, xahiş etmək, əmr etmək, nəql etmək, əhd etmək, təsdiq 

etmək və başqa feillərlə ifadə olunur. Baş cümlə danışanın sözlərini ifadə etməklə, budaq cümlədəki 

sözlərin sahibini də bildirir [7,315].  

Vasitəsiz tamamlıq budaq cümlələri kimi?, nəyi?, nə?, vasitəli tamamlıq budaq cümlələri isə 

kimə?, nəyə?, kimdə?, nədə?, kumdən?, nədən?, kimlə?, nə ilə?, nə halda? suallarına cavab verir.  

Müasir Azərbaycan dilində Koqneyt  tamamlıqdan danışılmır, lakin demək olar ki, dilimizdə 

də buna oxşar hadisə mövcuddur[4,251]. Məs.: Hər kim ki, ovçu idi, ona ov  ovlamaq tapşırılırdı

Belə cümlələrə “Kitabi-Dədə Qorqud” dastanında rast gəlmək olur. Bu hal əyani olaraq göstərir ki, 

müasir ingilis dilində olduğu kimi, müasir Azərbaycan dilində də xüsusi növ tamamlığın mövcud 

olmasından danışmaq mümkündür [4,251]. Ancaq bəzi qrammatika kitablarında bu idarəedici sözün 

tələbinə görə vasitəli və vasitəsiz tamamlıq budaq cümlələrinə aid edilir. 

İngilis  dili  tamamlıq  budaq  cümlələri  Azərbaycan  dilinə  tamamlıq  budaq  cümləsi,  mənaca 

bağlı  iki  sadə  cümlə,  mübtəda  budaq  cümləsi,  təyin  budaq  cümləsi,  məqsəd  budaq  cümləsi  kimi 

tərcümə  olunur.  Azərbaycan  dili  tamamlıq  budaq  cümlələri  isə  ingilis  dilinə  tamamlıq  budaq 

cümləsi,  semantik  cəhətdən  bağlı  iki  sadə  cümlə,  mübtəda  budaq  cümləsi,  xəbər  budaq  cümləsi, 

məqsəd budaq cümləsi, səbəb budaq cümləsi vasitəsilə tərcümə olunur.  



Elmi  yeniliyi:  Təqdim  olunan  məqalədə    müxtəlifsistemli  ingilis  və  Azərbaycan    dillərində 

tamamlıq  budaq  cümlələri  müqayisəli  araşdırılmış,  oxşar  və  fərqli  xüsusiyyətləri 

müəyyənləşdirilmişdir. 

Tətbiqi  əhəmiyyəti:  Ali  və  orta  məktəblərdə  müəllim  və  tələbələr  ingilis  və  Azərbaycan 

dillərində tamamlıq budaq cümlələrinin oxşar və fərqli cəhətlərini nəzərə almaqla, məqalədən elmi 

mənbə kimi istifadə edə bilərlər. 

 

ƏDƏBİYYAT 

1.

 

Kazımov Q.Ş. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı: Nurlan, 2008, 500 s. 



2.

 

Axundov A.A. Feilin zamanları. Bakı: ADU, 1961.  



3.

 

Əsədova M.N. İngilis və Azərbaycan dillərində tamamlıq budaq cümlələri. Bakı: Nurlan, 2007, 



146 s. 

4.

 



Musayev O.İ. İngilis dilinin qrammatikası. Bakı: Maarif. 1986, 368 s. 

5.

 



Vəliyeva  N.  Dil  tipologiyasının  aktual  problemləri.  Actual  problems  of  language  typology. 

Актуальные проблемы языковой типологии. Bakı: Elm və Təhsil, 2011, 509 s. 

6.

 

Кобрина  Н.А.,  Корнеева  Е.А.,  Оссовская  М.И.,  Гузеева  К.А.  Грамматика  английского 



языка. СПб.: Союз, 1999, 496 с. 

7.

 



Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q. Müasir Azərbaycan dili. Üçüncü nəşr. IV hissə. 

Sintaksis. Bakı: Şərq-Qərb, 2007, 424 s. 



 

 

 

 

 

Yunusova Ş.Ə. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə