Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ


РЕЗЮМЕ  ДОПОЛНИТЕЛЬНЫЕ  ПРИДАТОЧНЫЕ ПРЕДЛОЖЕНИЯ В РАЗНОСИСТЕМНЫХ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə3/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   2   3   4   5   6   7   8   9   ...   46

 

 



РЕЗЮМЕ 

ДОПОЛНИТЕЛЬНЫЕ  ПРИДАТОЧНЫЕ ПРЕДЛОЖЕНИЯ В РАЗНОСИСТЕМНЫХ 

АНГЛИЙСКОМ И АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКАХ  

И ИХ СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ 

Юнусова Ш.А. 

 

 

Ключевые слова:  сравнительно-типологическое исследование, союзы, союзные слова, прямое 

дополнительное придаточное  предложение, косвенное  дополнительное  

придаточное  предложение. 

В  статье,  исследованы  дополнительные  придаточные  предложения  в  английском  и  

азербайджанском  языках,  определены  их  схожие  и  различные  характеристики.  Различия 

особенностей  в  структурной  системе  дополнительных  придаточных  предложений  связаны  с 

флективно-аналитической  структурой    английского  и  агглютинативно-синтетической  структурой 

азербайджанского языка. 

 

SUMMARY 

THE OBJECT SUBORDINATE CLAUSES IN DIFFERENT SYSTEMATIC ENGLISH AND 

AZERBAIJANI LANGUAGES AND THEIR COMPARATIVE ANALYSIS.  

Yunusova Sh.A. 

 

 

Key words: typological –comparative research, conjunctions, conjunctive words, indirect object 

subordinate clause, direct object subordinate  clause. 

In  the  article  object  subordinate  clauses  in  the  English  and  Azerbaijani  languages  have  been 

comparatively  researched,  and  their  similar  and  different  characteristics  have  been  defined.  Different 

characteristics  in  the  structural  system  of  object  subordinate  clauses  are  connected  with  flective-analytic 

structure of the English language and agglutinative – synthetic structure of the Azerbaijani language. 

 

 

 

 

Daxilolma tarixi: 

İlkin variant 

19.06.2017 

 

Son variant 



27.09.2017 

Müxtəlifsistemli ingilis və Azərbaycan dillərində tamamlıq budaq cümlələri və onların müqayisəli təhlili 

 



 

 



 

UOT 81-25 

                  



KOMMUNİKATİV KONFLİKT VƏ YA KONFLİKTLİ ÜNSİYYƏT 

 

EMİNLİ BÖYÜKXANIM İBRAHİM qızı 

Sumqayıt Dövlət Universiteti, f.f.d., baş müəlim 

e-mail: sdu.elmixeberler@mail.ru 

 

Açar sözlər: evfemizm, nitq mədəniyyəti, manipulyasiya, psixolinqvistika, sosiolinqvistika, konflikt

 



Sivilizasiyanın müasir inkişafı dövründə, vətəndaş cəmiyyəti quruculuğunun möhkəmləndiyi 

bir zamanda mədəniyyət məsələlərinin öyrənilməsinə diqqət daha da gücləndirilməlidir. 

Dil  cəmiyyətdə,  ilk  növbədə,  insanlar  arasında  ünsiyyətə  xidmət  edir.  Münasibətlərin 

formalarından  asılı  olaraq,  ünsiyyətin  səviyyələri  də  müxtəlif  olur.  Ünsiyyətin  məna  səviyyəsi  ilə 

anlam səviyyəsi arasında, informasiya və təsir aspektləri arasında kontekslə, bütün anlam şəraiti ilə 

müəyyən  edilən  sıx  qarşılıqlı  əlaqə  vardır.  Bu  əlaqəni  informasiya  və  bu  informasiya  ilə  necə 

hərəkət  etmək  haqqında  gostəriş,  əmr  arasındakı  əlaqə  kimi  təsəvvür  etmək  olar.  Beləliklə,  əgər 

məna özündə ümumi informasiya daşıyırsa, anlam ünsiyyətə girənlər arasında əlaqəni göstərir, nitq 

davranışını təşkil edir və istiqamətləndirir, coxvariantlı, coxmənalı, konkret, təsirli səciyyə yaradır. 

Nitq insana məxsusdur. İnsan  öz nitqini unikal fərdi şəxsiyyət kimi, özünəməxsus səciyyəvi 

əlamətlərin daşıyıcısı kimi, emosiyaların və temperamentin, fərdi ifadə keyfiyyətlərinin sahibi kimi 

ifadə  edir.  Həm  fərdi  və  səs  xüsusiyyətləri,  həm  də  psixoloji  durum,  zahiri  görkəm  və  davranış 

keyfiyyətləri – səciyyəvi şəxsiyyətin təzahür etməsi ücün vacib olan bütün bu keyfiyyətlər insana 

təbiətdən verilir. Müxtəlif fəaliyyətlərdə bir-biri ilə eyni olan, bir-birini təkrar edən nitq  mümkün 

deyildir.  

Nitqin xarakteristikaları mütəhərrikdir. Nitqin formaları və strukturu nitq şəraitindən və nitqin 

motivindən,  insanın  psixoloji  və  fiziki  vəziyyətindən,  tərəf-muqabillər  arasındakı  münasibətlərin 

səciyyəsindən asılı olaraq dəyişir. 

Günün  müxtəlif  vaxtlarında  insanın  əhvali-ruhiyyəsi,  fiziki  vəziyyəti  dəyişdiyi  kimi,  onun 

nitqinin  ifadəliliyi,  tempi,  aktivlik  istiqaməti,  nəhayət,  üslubu  da  muxtəlif  olur.  Nitq  həssas  bir 

barometr  kimi  şəraitə  uyğunlaşır.  Nitqin  fərdi  calarları,  emosional  xüsusiyyətləri  tükənməz  olub, 

insanın davranışı kimi hüdudsuz və zəngindir. 

 Millətin və bəşəriyyətin xilası mədəniyyətdədir. Nitq etiketlərinin gücü ünsiyyətdə mübadilə 

etdiyimiz məlumatın xüsusi səviyyəsini əks etdirməsindədir. «Nitq etiketinin sehri həm də ondadır 

ki,  bizim  qarşılıqlı  fəaliyyətimizə,  həqiqətən  də,  qapı  acır.»  (199,  52-54).  Nəzakətlilik  insana 

hörmətin ifadə formasıdır və bu forma da nitq etiketi stereotiplərində əks olunur. Məhz forma və 

stereotip.  Nitq  davranışı  forması  kimi  nəzakətliliyi  müdafiə  etmək  lazım  gəlir.  Cünki  bu,  həm 

nəzakətli  olana,  həm  də  nəzakətlə  müraciət  olunana  lazımdır;  burada  hər  2  tərəf  qalib  gəlir;  həm 

«mən», həm  «sən». Nəzakətlə danışan həm özünün, həm də muraciət olunanın qürurunu qoruyur. 

Hər  bir  şəxsin  qüruru,  eyni  zamanda  cəmiyyətin  qürurudur.  Buna  görə  də  nəzakətlilik  uğrunda 

mübarizə  aparmağa  dəyər.  Nəzakətlilik  öz-özünə  yaranmır.  Onu  erkən  vaxtlardan  ailədə,  uşaq 

bağçasında, məktəbdə tərbiyə etmək lazım gəlir. 

Dilə  sahib  olmaq  şəxsiyyətin  uğurlu  sosiallaşmasının  mütləq  şərtidir.  Şərqin  müdrik  fikrinə 

görə, “həqiqət danışanın dilində deyil, dinləyənin qulağındadır”. Dinləmək bacarığı yaxşı xasiyyətin 

ən vacib və effektli elementlərindən biridir. Balzak yazırdı ki, dinləmək təkcə nəzakətliliyin olması 

demək deyil, həm də etinasızlığın əlamətidir. Insanlarla ünsiyyətdə hec nə diqqət mərhəməti qədər 

yüksək  dəyərləndirilmir.  Ciddi,  düzgün  danışıq,  sərtliyə,  qayda-qanuna  olan  məhəbbətə,  soyuq 

hisslərə işarə edir. Dinləməyi bacarmaq rəhbərin (başçının, ağsaqqalın) peşəkarlıq əlamətidir. Dilin 

zənginliyi insana özünü təsvir etməyin müxtəlif imkanlarını təqdim edir. İnsanın dilində öz daxili 

aləminə, onun şəxsiyyətinin xüsusiyyətlərinə xas olan söz və ifadələr nə qədər cox olarsa, bu, ona 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə