Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə4/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   2   3   4   5   6   7   8   9   ...   46

 

10 


 

özünü  anlamağa,  dəyişməyə,  özü  ilə  başqa  insanlar  arasındakı  fərqləri  görməyə  imkan  verəcək. 

İnsanlar dilin verdiyi imkanlardan müxtəlif cür istifadə edirlər. Kennet Tomas yazırdı ki, “Ünsiyyət 

insanlara  bəxş  edilmiş  ən  ali  sevincdir”.  İnsanlar,  ilk  növbədə,  ünsiyyət  baryerlərini  aradan 

qaldırmalıdırlar.  Daniyel  Uebster  deyirdi  ki,  mənim  nəyim  varsa,  əlimdən  alın,  amma  mənim 

nitqimə dəyməyin və mən tezliklə  yenə hər şeyi əldə  edə biləcəyəm”. Ünsiyyət  qurarkən bu hala 

diqqət  yetirmək  lazımdır:  müvəqqəti  olaraq  öz  problemlərini  unutmaq,  qəlbini  şəxsi  iztirablardan 

azad etmək və həmsöhbətə münasibətdə hazır göstəriş və inandırmalardan uzaqlaşmaq. Yalnız bu 

halda həmsöhbətin nə hislər kecirdiyini anlamaq, onun emosiyalarını “görmək” mümkündür. 

Kommunikativ fəaliyyət münasibətlərin düzəlməsi və ümumi nəticə əldə edilməsi məqsədilə 

iki və daha artıq insanın razılaşma və birləşməyə yönəldilmiş səylərinin qarşılıqlı təsiridir. Ünsiyyət 

informasiya mübadiləsində olan, eləcə də bir-birini qəbuletmə və anlama vəziyyətində olan insanlar 

arasındakı qarşılıqlı təsir prosesidir. Hər ünsiyyət xoşməramlı, xoşniyyətli, xoşnəticəli olmur. Bəzi 

hallarda  insanların  ünsiyyət  prosesi  konflikt  situasiyalara  cevrilir.  Kommunikativ  konflikt  – 

ünsiyyətin  xüsusi  tipinin  nəticəsidir,  kommunikativ  aktın  xüsusi  halıdır,  xüsusi  nitq  davranışının 

nəticəsidir.  Konflikt  situasiyanın  strukturu  subyekt  prizmasından  və  onun  mental-psixoloji 

durumundan kecir.  

Konflikt cox zərif və həssas məsələdir. Gorəsən, mümkündürmü konfliktə hec girməyəsən və 

yaxud konfliktə hec vaxt girməyən insanlar movcuddurmu? Konfliktin yaranma səbəbləri sırasında 

dil vahidlərinin (vasitələrinin) yeri və rolu hansı dərəcədədir? Təbii ki, cəmiyyətdə insanlar bir-biri 

ilə  mütləq  şəkildə  ünsiyyətə  daxil  olurlar.  Cəmiyyətdən  təcrid  olunmuş  normal  və  sağlam  həyat 

mümkün deyil. Sosial mühitdə bütün insanların ünsiyyətə girmə və ya ünsiyyət saxlama bacarığı da 

eyni deyildir. İnsanlar müxtəlif olduqları kimi, onların maraqları, tələbləri, davranışları, xasiyyətləri 

də müxtəlifdir. Bir qrup insanlar var ki, onlar ücün şəxsi maraqlar daha vacibdir, cəmiyyətə və onun 

üzvlərinə  tələbləri  böyükdür,  davranışları  şəxsi,  subyektiv  maraqlarından  irəli  gəlir.  Bu  tip 

insanların nitqində işlənən dil vahidləri fərdin spesifik əlamətlərini, xasiyyətini, dünyagörüşünü əks 

etdirir. Xarakterdə daha cox üstünlük təşkil edən “eqo” onun ətrafdakı insanlarla, onların istək və 

maraqları  ilə  hesablaşmasına  imkan  vermir.  Nəticədə,  nitqdə  disfemizmlər,  vulqar  sozlər  və  bu 

leksik  vahidlərlə  zəngin  əmr  cümlələri  daha  cox  işlənir.  Xüsusilə  də,  “mən”  əvəzliyi  cümlədə, 

demək olar ki, bütün sintaktik vəzifələrdə ən fəal işlənən leksemlərdən birinə cevrilir. 

Nitqdə  işlənən  söz  və  ifadələr  xarakterdə  və  ətraf  mühitdəkilərə  münasibətdə  mövcud  olan 

səciyyəvi  əlamətləri  əks  etdirir.  Təbii  ki,  secim  bizimdir:  biz  söz  və  ifadələri  secirik.  Bəzən 

məqsədsiz  surətdə  yetişən  konflikt  situasiayalar  olur  ki,  aqressiv  xarakterli  leksik  vahidlər 

münaqişənin  daha  da  qızışması,  dərinləşməsi  və  mürəkkəbləşməsinə  səbəb  olur.  Təbii  ki,  bunun 

əksi  olan  “sülhməramlı  dil  vahidləri”  münasibətləri  sahmana  sala  bilər,  “konflikt  situasiyanın 

üzərinə  “su  səpib”  söndürə  bilər.  Deməli,  dil  vahidləri  ünsiyyətin  tənzimləyicisi  rolunu  oynamaq 

imkanına  malikdir.  Və  hətta,  fikrimizcə,  hər  cür  ünsiyyətin  həm  müsbət,  həm  də  mənfi  sonluqla 

nəticələnməsi nitqdə işlənən dil vahidlərindən asılıdır. 

Konflikt  situasiyaların  növləri  muxtəlifdir:  1)  Dinamik  tipli  konflikt  münasibət  tipini 

adlandırır;  2)  Paradiqmatik  tipli  reaksiyalar;  konkret  konflikt  tipləri  olan  mübahisə,  münaqişə, 

savaş, müharibə. 3) Konflikt situasiyanın dərin tərəfi – emosional, intellektual və iradi münasibətlər 

–  qarşıdurma,  situasiya  subyektlərinin  maraqlarının  toqquşması,  eləcə  də  zahiri  (xarici)    ətraf 

mühitdə  daxili  qarşıdurmanın  ifadəsi,  konflikti  büruzə  verməyin  fiziki  formaları  (qışqırıq,  tonun 

yuksəlməsi, səs).  

Konfliktin fiziki formaları iki qrupa ayrılır: 

a) Şəxsi konflikt qarşıdurmalar; dava, qarşılıqlı zərbə yetirmə, əlbəyaxa savaş, kiminləsə nəyə 

gorəsə və ya nəyin əleyhinəsə mubarizə və s. 

b) geniş sosial kutləni cəlb edən konflikt situasiyalar: muharibə, iki və ya daha artıq dövlət, 

xalq, tayfa və ya ölkədaxili ictimai qruplar arasında hərbi mübarizə, hərbi döyüş və s. 

Təbii ki, bütün bu proseslər nitq təzahürü ilə özünü büruzə verir. Kommunikativ strategiyanı 

elə  qurmaq  lazımdır  ki,  elə  kommunikativ  davranış  secmək  lazımdır  ki,  konflikt  situasiyanın 

inkişafını öncədən görmək, konflikt situasiyanı öncədən proqnozlaşdırmaq və idarə etmək mumkun 

olsun. Muxtəlif növ konfliktlərin əsasında hər zaman düzgün secilməmiş kommunikativ və ya nitq 

Kommunikativ konflikt və ya konfliktli ünsiyyət 

 



 

11 


 

davranışı  dayanır.  Dil  müxtəlif  tip  və  səviyyəli  konfliktlərin  yaranmasına,  inkişafına  və  həllinə 

istiqamətlənir.  

Bəzi  hallarda  ayrı-ayrı  fərdlər  münasibətlərin  gərginləşdirilməsinə,  ünsiyyətin  pozulmasına 

səbəb olan kobud, qaba soz və ifadələr, söyüş və qarğışlardan istifadə edirlər. Bəzən bu adət, vərdiş 

halını da alır. Psixologiyada koprolaliya  adlı bir anlayış movcuddur. Yunanca “konpoc” – “nəcis, 

cirk”, “laliya” – “nitq” deməkdir. Bu termin hec bir səbəb və bəhanə olmadan söyüşlərə, pis, eyıb, 

ədəbsiz  sözlərə xəstəlik səviyyəsində  tutulma,  bəzən  də  qarşısıalınmaz  impulsiv  maraq  deməkdir. 

Bu anlayışı elmə ilk dəfə fransız həkimi, uşaq psixiatriyasının banilərindən biri J.M.İtar gətirmişdir. 

İlk  dəfə  o,  Turett  sindromunu  elmi  cəhətdən  təsvir  etmişdir.  Koprolaliya,  əsasən,  Turett 

sindromunda uzə cıxır, amma daha üc xəstəlik zamanı da: şizofreniya, proqressiv iflic, az hallarda 

maniakal  vəziyyətlərdə  də  muşahidə  olunur.  Turett  sindromlu  xəstələrin  10%-i  qədərində 

koprolaliya ozunu gostərir. Cox az hallarda insultdan sonra beynin uzvi zədələnməsi və ya ensefalit, 

eləcə  də  nevroloji  xəstəliklər  –  neyroakantositoz  və  Zyoşa  Nixen  sindromu  zamanı  rast  gəlinir. 

Koprolaliya  şəxsiyyətin  fəaliyyətinin  azalması,  təcavüzkarlıq  edə  bilməyi  bacarmağa  işarə  edir. 

Bəzi  muəlliflərə  görə,  qadınlarda  koprolaliyanın  olması  onların  xusüsiyyətlərinin  dərin 

deqradasiyasının etibarlı  sübutudur. Koprolaliyaya  yaxın  anlayış  olan kopropraksiya  –  qadağan və 

ya  eyib  sayılan  jestikulyasiyaya  impulsiv  maraqdır:  koproqrafiya  isə  soyuşlərin  yazılmasına 

maraqdır.  Bir qisim  fərdlərarası  konfliktlərə koprolaliya da səbəb  olur, münaqişəni  kəskinləşdirir, 

münasibətləri ağırlaşdırır. 

 

                                                       Ədəbiyyat 

1.  Гольдин В.Е. Этикет и речь. Саратов: Саратовский Университет, 1978, 112 с. 

2.  Колшанский А.Н. Паралингвистика. М.: Наука, 1974, 274 с. 

3. Коммуникативный синтаксис //Сборник научных статей. М.: МАНПО, 1984, 203 с. 

4.  Формановская  Н.И.  Вы  сказали  «здравствуйте».  //  Речевой  этикет  в  нашем  общении.  3-е 

издание, М.: Знание, 1989, 156 с. 

     

РЕЗЮМЕ 

КОММУНИКАТИВНЫЙ КОНФЛИКТ ИЛИ КОНФЛИКТНОЕ ОБЩЕНИЕ  

Эминли Б.И.  

 

Ключевые 

слова

эффемизм, 

культура 

речи, 

манипуляции, 

психолингвистика, 

социолингвистика, конфликт 

                                                

В  обществе  люди  обязательно  общаются  друг  с  другом.  В  ряду  возникновения  конфликтов 

велики  место  и  роль  языковых  единиц  (средств).  В  социальной  среде  не  все  люди  обладают 

одинаковым  умением  входить  в  общение  и  поддерживать  его.  В  статье  исследуется 

коммуникативный  конфликт,  причины  его  возникновения  в  общении  и  рассмотрены  пути  его 

устранения.  

 

SUMMARY 



COMMUNICATIVE CONFLICT OR CONFLICT COMMUNICATION 

Eminli B.I.  

 

Key words: evfemizm, culture of speech, manipulation, psycholinguistics, sociolinguistics, conflict 

In  a  society,  people  inevitably  communicate  with  each  other.  The  place  and  role  of  language  units 

(means) are very large among conflict emergence reasons.  

Communication skills of people in social environment are not the same. In the article, communicative 

conflict  or  causes  of  conflict  communication,  wich  is  one  of  the  topical  problems  of  a  society,  have  been 

researched and looked through with solutions.  

 

Daxilolma tarixi: 



İlkin variant 

09.09.2017 

 

Son variant 



27.09.2017 

Eminli B.İ.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə