Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə46/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   38   39   40   41   42   43   44   45   46

 

94 


 

SUMMARY 

NEW DIGITAL VISUAL CULTURE AND ART 

Kerimova M. F. 

 

Key words: digital culture, art, sensor society 

The objective purpose of the presented article is to investigate how the way of our life    changed with 

the  effect  of  internet  and  computer  technology.  Also,  the  author  analyzed  that,  new  technologies  and  the 

Internet  bring  together  a  new  way  of  communication,  and  the  understanding  of  the  effect  of  interactive 

communication to the other cultures. In given article, the concept of “Digital Culture” interpreted, in modern 

period  the  effects  of  technology  and  internet  to  the  cultures  are  analyzed,  the  examples  of  modern 

technologies  in  art  are  given,  “Sensor  Society”and  the  communication  models  put  forward  and  explained 

with details. 

 

 

  Daxilolma tarixi: 



İlkin variant 

01.05.2017 

 

Son variant 



27.09.2017 

 

 



   Yeni rəqəmsal vizual mədəniyyət və incəsənət  

 



 

95 


 

      

UOT 37.046.14 

 

KİMYA MÜƏLLİMİNİN DƏRSƏ HAZIRLAŞMASI,   

DƏRSİN PLANLAŞDIRILMASI VƏ TƏŞKİLİ 

 

1

ƏSKƏROV AĞAİSA BAYRAMƏLİ oğlu 

2

HƏSƏNOVA DÜNYA TALEH qızı 

Sumqayıt Dövlət Universiteti, 1-dosent, 2- magistrant 

e-mail: agaisa.askerov.1955@mail.ru 

 

Açar sözlər: planlaşdırma, hazırlıq, təlim modelinin komponentləri, qiymətləndirmə sxemləri. 

 

Son  illərdə  ölkəmizdə  aparılan  məqsədəyönlü  təhsil  islahatları  Azərbaycan  təhsil  sisteminin 



inkişafına  və  təkmilləşdirilməsinə  xüsusi  rəvac  vermişdir.  Gənc  nəslin  təlim-tərbiyəsi  və  onların 

şəxsiyyət kimi formalaşmasında müstəsna rolu müəllimlərin icra etdiklərini nəzərə alaraq, gənc müəllim 

kadrlarının hazırlanması hər zaman diqqət mərkəzində saxlanılır. Gənc müəllimlərə kömək məqsədi ilə 

müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması haqda bəzi tövsiyələrə diqqət yetirək.  

İlk  öncə  unutmamalıyıq  ki,  tədris-təlim  prosesində    müəllim  həlledici  simadır.  Müəllimin 

müvəffəqiyyətinin başlıca amili onun intellektual səviyyəsi, vəzifə məsuliyyətini dərk edərək dərsə 

hazırlığıdır.  Ədəbiyyatlardan  məlumdur  ki,  müəllim  dərsə  hazırlaşan  zaman  təlimin  önəmli  dörd 

funksiyasının:  təhsil (öyrədici), inkişafetdirici,  tərbiyəvi  və nəzarətedici  funksiyalarının tələblərini 

necə  yerinə  yetirməyin  icrasını  diqqətdə  saxlamalıdır  [1,  559-560].  Dərsdə  öyrədici  funksiyanı 

yerinə  yetirmək  üçün  müəllim,  ilk  növbədə,  mövzuya  aid  əsas  bilikləri,  qanun  və  nəzəriyyələri, 

kimyəvi  anlayışları  dəqiqləşdirir;  inkişafetdirici  funksiyanı  yerinə  yetirmək  üçün    dərsin 

məzmununu təşkil edən bilik və bacarıqlar vasitəsilə nə kimi funksiyaları – idraki prosesləri inkişaf 

etdirəcəyini müəyyənləşdirir; tərbiyəedici funksiyanı yerinə yetirmək üçün materialist dünya görüşü 

formalaşdırmaq  formalarını  təyin  edir;  nəzarətedici  funksiyanı  yerinə  yetirmək  üçün  hansə  əməli 

işləri icra etmək lazım olduğunu konkret olaraq düşünüb seçir və fəaliyyəti nəzarətdə saxlayır.  

İkinci mərhələdə müəllim dərsin hər bir mərhələsində görəcəyi əks-əlaqə işlərini planlaşdırır. 

Buraya  müəllimin  nəzəri  və  praktik  bilikləri  əldə  etmək  üçün  ədəbiyyat  seşimi  və  şagirdlərlə 

işləmək  planı  daxildir.  Müəllimin  dərsə  hazırlaşması  və  dərsin  planlaşdırılması  zamanı,  əsasən, 

aşağıdakı ardıcıllıqların gözlənilməsi təklif olunur: mövcud fənn  proqramının tələbləri,  şagirdlərin 

intellektual səviyyəsi,  mövzunun məzmunu, təlim üsulları və iş formalarının seçilməsi, refleksiyaya 

hazırlıq  və s. 

Dərsin  planlaşdırılmasında  isə  aşağıdakılar  diqqət  mərkəzində  saxlanmalıdır:  mövzunun 

proqramın tələblərinə uyğun  elmiliyi, proqramın tələbi; mövzunun tədrisi zamanı sinif şagirdlərinin 

real bilik səviyyəsi; mövzunun mahiyyətinə uyğun metod və üsulların seçilməsi; naillik dərəcəsinə 

əminlik; müvafiqlik, elmilik, sistematiklik və əyaniliyin təminatı; təlim prosesində vaxt bölgüsü və 

icra mexanizmləri. 

Dərsin  planlaşdırılması  zamanı  aşağıdakı  şərtlər  gözlənilməlidir  [1,  560-565]:  mövzunun 

məqsədi  (öyrədici,  tərbiyəedici  və  inkişafetdirici)  müəyyənləşdirilir;  keçilən  mövzuların 

nəticələrinin  nəzərə  alınması  və  mövzulararası  əlaqənin  dəqiqləşdirilməsi;  mövzunun  həcmi  və 

mahiyyəti  nəzərə  alınmaqla  üsul  və  metodların  seçilməsi;  iş  formasının  konkretləşdirilməsi; 

motivasiyanın yazılı və ya şıfahi formada təşkilinin müəyyənləşdirilməsi; müəllimin fasilitasiya və 

fasilitator  funksiyası.  Qeyd  olunan  amillərin  gənc  müəllimlər  tərəfindən  nəzərə  alınması  tədrisin 

təşkilinə və nəticələrin yüksəldilməsinə müsbət təsir edəcəkdir. 

Kurikulum fənn  proqramlarının tələblərinin ödənilməsi təlim prosesində fəal/interaktiv təlim 

metodlarından istifadə zərurətini yaradır. Bu isə təlim prosesində  bir sıra çətinliklərə və probemlərə 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



 

96 


 

səbəb  olur.    Klassik  ədəbiyatdan  da    məlumdur  ki,  müasir  dərs  problemli  (problem  situasiyası 

yaradan) dərslərdir. 

Müasir  dərsin  problemli,  inkişafetdirici  təlimin  təşkilinin  birinci  və  başlıca  şərti  yüksək 

ixtisaslı  mütəxəssis    və  azad  düşüncəli,  vətənpərvər  şəxsiyyətlərin  yetişdirilməsidir.  Bu  zaman 

təlimin  təşkili  müəllimdən  yüksək  hazırlıq,  təlim  metod  və  üsullarının  seçilməsi  üçün  yeni 

səviyyədə sistematik yaradıcı iş və bacarıq tələb edir. Müəllimin peşəkarlığı və hazırlıq səviyyəsi, 

onun  baza  biliyindən,  kimyaya  aid  peşə  hazırlığından,  həyata  baxışından,  intellektual 

səviyyəsindən, şagirdlərlə münasibətindəki hümanistlikdən asılıdır [4, 123,124].  

Müəllimlər  günün  tələbləri  səviyyəsində  yeni  təlim  texnologiyalarından  istifadə  ilə  dərsin 

təşkilində bir sıra çətinliklərlə üzləşirlər. Bu sıraya aşağıdakıları şamil etmək olar: təlim metod və 

üsullarının  seçilməsi.  Əgər  üsullar  düzgün  seçilməzsə,  mövzunun  (tədris  materialının)  şagirdlərə 

mənimsədilməsi  yetərli  olmayacaq,  onların  sərbəst  surətdə  təfəkkürü  inkişaf  etdirən  əməli 

fəaliyyətləri  alınmayacaq;  motivasiyanın  yaradılması  və  dərsin  bütün  mərhələlərində  vaxt 

bölgüsünün  duzgün  təşkili;  zamanın  və  tədris  materialının  tələbinə  uyğun  video,  audio  və  digər 

texniki  vasitələrdən  istifadə;  şagirdlərdə  fənnə  qarşı  mənəvi  tələbatın  bir  həyat  normasına 

çevrilməsi; metodik ədəbiyyatların tam yetərincə yayılmaması və bu səbəbdən müəllimlərin iradi-

emosional vəziyyətlərinin stabilliyinin dəyişkənliyi.   

Kimya  üzrə  metodik  ədəbiyyatlarda  problemli  dərslərin  planlaşdırılması    və  tədrisi  geniş 

müzakirə  obyektinə  çevrilmişdir.  Dərsə  hazırlıq  haqqında  T.V.Kudryatsevin  fikirlərinə  bəzi 

əlavələri  qeyd  etmək  istəyirəm:  materialın  məzmununu  təhlil  edərkən  müəllim  diaqnozlaşdırma, 

proqnozlaşdırma  və  layihələndirmə  amillərini  təhlil  eyməlidir;  bu  amillərə  əsasən  motivasiyanı 

qurmaqla  problemli  situasiyanın  meyarlarını  seçməlidir;  nə  edəcəyəm?,  necə  edəcəyəm?,  hansı 

həcmdə  edəcəm?  suallarına  cavab  tapılmalıdır;    virtual  olaraq  dərsin  ümumi  gedişi    öncədən 

düşünülməli və planlaşdırılmalıdır. 

Müasir  dərs  xüsusiyyətinə  görə  tələbyönümlü,  nəticəyönümlü,  şəxsiyyətyönümlü  və 

şagirdyönümlülüyü ilə xarakterizə edilir. Qeyd olunan prinsiplərin nəzərə alınması (tətbiqi) zamanı  

müəllim  bir  sıra  çətinliklərlə  üzləşir.  Bu  sıraya  aşağıdakı  amillər  daxildir:  şagirdlərin  real  bilik 

səviyyəsi  və  bacarıq  imkanlarının  nizamlanması  məqsədilə  başlanğıc  nöqtəsinin  düzgün  təyin 

edilməsi  ilə  əlaqədar  həyata  keçirilən  təlim  fəaliyyətləri  şagirdin  inkişaf  səviyyəsi  ilə  mütənasib 

olmalıdır; fəal, müstəqil və kollektiv (birgə) təlim üçün imkanların yaradılmasına əlverişli şəraitin 

yaradılması;  təhsil  müəssisələrində  maddi-texniki  və  əşyavi  mühitin    təlabata  cavab  verməməsi; 

şagirdlərdə  kollektivçilik  ruhunun  tam  başa  düşülməməsi;  valideyin–məktəb–müəllim  üçlüyünün 

yetərincə vəhdət təşkil etməməsi və s.  

Müasir  mərhələdə  təlim  modelinin  komponenti  olmaqla  qiymətləndirməyə  fəal/interaktiv 

yanaşmanın münasibəti barədə çox danışılıb, xeyli araşdırmalar aparılıb. Fəal/interaktiv təlimə görə

şagird  nailiyyətlərinin  qiymətləndirmə  obyektləri  çoxdur.  Bunlardan  biri  ənənəvi  təlimin  çox  az 

diqqət  yetirdiyi  şagirdin  şəxsi  keyfiyyətlərinin  diqqət  mərkəzində  saxlanmasıdır.  Şagirdin  biliyə 

yiyələnmək  həvəsinin,  yaradıcılıq  meyillərinin,  mənəvi  keyfiyyətlərinin  və  s.  onun  təlim  nə-

ticələrində  mühüm  rol  oynadığını  unutmaq  olmaz.  Bu  cəhətlərə  fəal/interaktiv  təlimin  diqqət 

yetirməsi  bütövlükdə  təlimin  uğurları,  nəticələri  barədə  əsaslı  fikir  söyləməyə  imkan  verir              

[3, 87,142].  

Ədəbiyyatlardan  məlum  olduğu  kimi,  təlim  modelinin  dörd  əsas  komponenti,  başqa  sözlə, 

təlim  prosesinin  tərkib  hissələri  (təlimin  məzmunu,  təlimin  metodları,  öyrədici  mühit, 

qiymətləndirmə) qarşılıqlı əlaqəyə  girərək (eləcə də  hər biri ayrılıqda) aşağıdakı  iki məqsədə nail 

olunmasına  şərait  yaratmalıdır:  şagirdlərin  idrak  proseslərinin  (təfəkkür,  hafizə,  diqqət  və 

təxəyyülün eləcə də bilik, bacarıq və vərdişlərin) inkişafı; şagirdlərin şəxsiyyətinin (başlıca olaraq 

sosial-psixoloji, emosional-iradi) inkişafı. Deyilənlərdən aydın olur ki, bu iki cəhət təlim prosesinin 

hansı dərəcədə uğurlu olduğunu müəyyənləşdirmək üçün meyar rolunu oynayır [2,86,88,108]. 

Kimya müəlliminin dərsə hazırlaşması, dərsin planlaşdırılması və təşkili 

 



 

97 


 

Şagird  nailiyyətlərinin  qiymətləndirilməsi  onların  biliklərə  hansı  səviyyədə  yiyələndikləri 

haqqında fikir söyləməyə imkan verir. Sələflərimiz doğru demişlər: qiymətləndirmədən kənarda heç 

bir  şüurlu  fəaliyyət  yoxdur.  Məhz  bu  zaman  müəllim-şagird  münasibətlərində  əsas  əks-əlaqə 

meydana gəlir. Metodistlər belə hesab edir ki, qiymətləndirilmənin aparılmasında  müvafiqliyinin və 

etibarlılığın  təmin  olunması,  şəffaflıq,  ədalətlilik,  qarşılıqlı  ehtiram  və  əməkdaşlıq  kimi  prinsiplər 

diqqət mərkəzində saxlanılmalıdır. 

Metodik  ədəbiyyat  məlumatlarına  istinad  etsək,  qiymətləndirmənin  aşağıdakı  prinsipləri 

diqqət mərkəzində saxlanılır.  

Qiymətləndirmə: şəraitdən asılı  olaraq müxtəlif metodlarla (formalarla da)  təlim prosesinin 

mühüm tərkib hissəsi kimi bütün mərhələlərdə aparıla bilər;   sagirdlərin mənimsəmə bacarıqlarını 

yüksəltməli,  idrakı  fəaliyyət  qabiliyyətini  formalaşdırmalı,  qazandıqları  nəticələri  daim 

yaxşılaşdırmaq  istəyi,  arzusu  yaratmalıdır;  qiymətləndirmə  zamanı  müəllim  özü  nümunə  olmalı, 

ədalət  və  şəffaflıq  nümayiş  etdirməlidir;  kriteriyalar  dəqiq  hesablanmış  meyarlara  əsaslanmalıdır. 

Qiymətləndirmədə  portfolio  vasitəsi  önəmli  amildir.  Onun  vasitəsi  ilə  müəllim  şagirdin  ilkin-

diaqnostik,  cari  inkişaf  (formativ)  və  yekun  summativ  bilik  mənbəyini  və  onun  dəyərini 

müəyyənləşdirir. 

Qiymətləndirmə  ayrı-ayrı  fərdlər  (müəllimlər)  tərəfindən  həyata  keçirildiyi  üçün  verilən 

qiymətlər  bir-birindən  xeyli  fərqlənir,    subyektivlik  inkarolunmaz    problem  olaraq  qalır  və 

mübahisəyə səbəb olan məsələdir. 

Kurikulum  tədris  proqramının  tələbləri  ilə  təlim  aparılan  məktəblərdə,  əsasən  aşağıdakı 

qiymətləndirmə motivlərindən istifadə olunması tövsiyə olunur: dioqnostik qiymətləndirmə – ilkin 

səviyyənin qiymətləndirilməsi, formativ qiymətləndirmə – şagirdin gündəlik inkişaf dinamikasının 

müəyyənləşdirilməsi, summativ (yekun) qiymətləndirmə – qarşıya qoyulan son naillik dərəcəsinin 

müəyyənləşdirilməsi və əldə olunan bilikləri tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını 

aşkara çıxarmaqdır. 

Qiymətləndirmənin  daha  ədalətli,  obyektiv,  etibarlı  və  ardıcıl  həyata  keçirilməsinə  imkan 

verən, müəllimləri tədrisin səmərəliliyi ilə, faydalı məlumatlarla təmin edən qiymətləndirmə vasitəsi 

–  qiymətləndirmə  standartlarıdır.  Onlar  xüsusi  sxemlər  və  meyarlar  formasında  hazırlanır.  Bu 

meyarlardan  istifadə  zamanı  müəllim  vaxta  qənaət  edir,  sinif  şagirdlərinin  fərqli  cəhətlərini  aşkar 

edir  siniflər  arasındakı  fərqi  müqayisə  edə  bilir,  məlum  meyarlarla  qiymətləndirmənin  aparılması 

daha dəqiq, şəffaf və ədalətli olur.  

Ədəbiyyatda qiymətləndirmə sxemlərinə aşağıdakıları şamil edirlər:  qiymətləndiriləcək əsas 

sahələr;  nailiyyətin  müxtəlif  səviyyələrini  dəyərləndirmək  üçün  qiymətləndirmə  şkalası;  səviyyə 

üzrə  etiket:  nailiyyət  səviyyəsini  təsvir  edən  söz  və  ya  rəqəm;  səviyyə  deskriptoru:  nailiyyət 

səviyyəsini daha müfəssəl təsvir edən söz (ifadə); səviyyə indikatorları: hər bir nailiyyət səviyyəsi 

üzrə  diqqət  yetiriləcək  məsələyə  aid  konkret  nümunələr;  standart:  nail  olunması  nəzərdə  tutulan 

nəticə  [1,  570-572].  Bu  sıraya  xüsusi  meyar  cədvəlini  də  əlavə  etmək  lazımdır.  Eyni  zamanda 

müəllim  ona  hazır  formada  verilən  qiymətləndirmə  standartlarından  istifadə  zamanı  standartın 

hazırlanma  ardıcıllığına  xüsisu  diqqət  verərək  bu  sıralamanın  tələblərinin    yerinə  yetirilməsini 

gözləməlidir.  Bütün  bu  proseslərin  həyata  keçirilməsi  zamanı  lazım  gəldikdə  müəllim  öz 

əlavələrini, təklif və tövsiyələrini verə bilər.  

Qeyd  olunan  iş  mexanizmlərinin  nəzərə  alınması  kurikulum  fənn  proqramının  tələblərinə 

cavab  verən  müasir  dərslərin  təşkilinə  və  icrasına  müsbət  təsir  etdiyini  əməli  fəaliyyətimizin 

nəticəsi kimi əminliklə deyirik.  

 Elmi  yeniliyi:  Təklif olunan  yanaşma forması  şagirdlərin şəxsiyyət kimi  formalaşmasına və 

onların idraki fəaliyyətinin inkişafına zəmin yaradır. 

Tətbiqi  əhəmiyyəti:  Orta  ümumtəhsil  məktəblərində  təlim  zamanı  iş  forması  kimi  istifadə 

oluna bilər. 

 

Əskərov A.B., Həsənova D.T. 

 



 

98 


 

ƏDƏBİYYAT 

1.

 



İbrahimov F.N., Hüseynzadə F.L.Pedaqogika. Dərslik. Bakı: Mütərcim, 2013, s.559-576. 

2.

 



Əhmədov  A.,  Şərifov  T.,  Abbasov  Ə.  Şagird  nailiyyətlərinin  qiymətləndirilməsi.  //  Kurikulum 

jurnalı, N 1. Bakı: 2008, s.86-87. 

3.

 

Əskərov  A.B.,  Niyazova  A.A.,  Şərəfova  Z.S.  Kimya  dərslərində  yeni  texnologiyalar: 



fəal/interaktiv təlim. SDU, 2014. s.87-108. 

4.

 



Махмутов М.И. Теория и практика проблемного обучения.  Казань: Таткнигоиздат, 1972. 

с.42, 123, 178, 427-431. 

 

РЕЗЮМЕ 

ПОДГОТОВКА УЧИТЕЛЕЙ ХИМИИ К УРОКАМ, 

ИХ ОРГАНИЗАЦИЯ И ПЛАНИРОВАНИЕ. 

Аскеров А.Б., Гасанова Д.Т. 

 

Ключевые  слова:  планирование,  подготовка,  компоненты  моделей  обучения,  схемы 



оценивания. 

 

В статье представлен план работы учителя на каждом этапе урока, выбор литературы 



для проведения практических работ и план работ с учащимися. 

 

Одним  из  основных  условий  в  организации  использования  новых  технологий  в 



обучении  являются  усовершенствование  проблемных  занятий,  их  преимущества,  а  также 

получение  информации  в  процессе  обучения,  направленное  на  оценивание  компонентов 

моделей обучения соответственно стандартам. 

 

SUMMARY 



CHEMISTRY TEACHER'S LESSON PREPARATION,  

LESSON PLANNING AND ORGANIZATION 

Askerov A.B., Hasanova D.T. 

 

 

Key words: planning, training, components of the training model, evaluation models. 

 

Plan of teachers’ work in every stage of a lesson, selection of  literature for practical work 



and a work plan with the student are introduced in the article.  

 

One of the key conditions on arrangements of usage of new technologies is: improvement of 



problematical lessons and their advantages, at the mean time to receive information (in the process 

of  education)  which  is  directed  to  evaluation  of  components  on  study  models  of  demanded 

standards. 

                                                                    

                                               

                                     



  Daxilolma tarixi: 

İlkin variant 

26.04.2016 

 

Son variant 



27.09.2017 

 

 



 

Kimya müəlliminin dərsə hazırlaşması, dərsin planlaşdırılması və təşkili 

 



 

99 


 

 

Mündəricat              Содержание        Contents 

 

 



Dilçilik                

 

1. 


Yunusova Ş.Ə. Müxtəlifsistemli ingilis və Azərbaycan dillərində tamamlıq budaq 

cümlələri və onların müqayisəli təhlili 

2. 


Eminli B.İ. Kommunikativ konflikt və ya konfliktli ünsiyyət 

3. 



Karimova D.A. 

Inversion in the English language 

12 

4. 


Əhmədova E.H. Oğuz boyu padarlar Qubadlıda 

16 


 

 

Ədəbiyyatşünaslıq       

 

5. 


Bayramov A.Ə., İsgəndərov B.A. Ozan-aşıq şeirində təsəvvüf 

19 


6. 

Cəfərli Y.İ. Den Braunun “Mələklər və iblislər” romanında postmodern oyun 

texnologiyası  

25 

7. 


Rəfiyeva A.İ. Ədəbiyyatşünaslığımızda monoqrafik tədqiqatlara meylin güclənməsi  31 

8. 


Rəsulova S.H. XX əsrin əvvəllərində yaranan Azərbaycan uşaq ədəbiyyatının 

tədqiqi və nəşrinə dair (F.Köçərli, S.M.Qənizadə, M.Ə.Sabir, A.Səhhət) 

36 

 

 

Tarix    

 

9. 


Hacıyev İ.M. Naxçıvanın Azərbaycanda dövlətyaranma prosesindəki roluna dair 

(e.ə. III minillik-e.ə. II minilliyin sonları) 

42 

10.  Baxşəliyev A.B. Təbriz şəhəri Avropa müəlliflərinin əsərlərində (XVI–XVII əsrlər) 



46 

11.  Rzaquliyeva S.D., Bünyadov Z.V., Muradova K.V. Azərbaycan Respublikasında 

pensiya islahatı konsepsiyasının mahiyyəti və əsas müddəaları 

51 


12.  Ağayev T.D., Musayeva M.A., Alməmmədli M.G., Əliyeva N.F. Pirsaatçay və 

Girdimançay hövzəsinin iqlimi 

56 

 

 

İqtisadiyyat   

 

13.  Əhmədzadə M.İ. Material ehtiyatlarının və məsrəflərinin qiymətləndirilməsi 

metodları 

60 


14.  Məmmədov İ.S., Tağıyeva A.V. Bazar iqtisadiyyatı şəraitində  beynəlxalq əlaqələrin 

qloballaşmasının bəzi məsələləri 

64 

15.  Hüseynova M.S., Əhmədova T.M. Amortizasiya siyasəti investisiya qoyuluşlarının 



artırılması vasitələrindən biri kimi 

67 


16.  Vəliyeva L.M., Məmmədova E.Ş. Dünya bankı və qlobal problemlərin həllində 

onun rolu

 

72 


17.  Pənahəlyieva M.Ö., Babayeva T.P. Avropa İttifaqı  ölkələri  ilə Azərbaycan 

Respublikasının qarşılıqlı iqtisadi əlaqələrinin kompleks tədqiqi 

75 

18.  Allahverdiyeva S.Ə., Alməmmədli M.G., Babaşova Ə.A. Gəncə-Qazax iqtisadi-



coğrafi rayonunda kənd təsərrüfatının müasir ixtisaslaşma istiqamətləri 

79 


 

 

Pedaqogika, psixologiya, metodika  

 

19.  İsmayılov A.Ö., Quliyev Ə.F., Orucov S.K., Səmədov Y.A. Müasir qloballaşma 

dövründə təhsil sahəsində pedaqoji texnologiyalardan istifadənin əhəmiyyəti 

83 


20.  Rzayeva S.B. Tələbələrin şəxsiyyət kimi  formalaşmasında seminar  məşğələsinin rolu 

87 


21.  Kərimova M.F. Yeni rəqəmsal vizual mədəniyyət və incəsənət  

91 


22.  Əskərov A.B., Həsənova D.T. Kimya müəlliminin dərsə hazırlaşması,  dərsin 

planlaşdırılması və təşkili

 

95 


 


 

100 


 

 

 



 

 

 



 

 

Kompüter yığımı 



 S.Şahverdiyeva 

Texniki redaktor 



 E.Həsrətova 

Dil dəstəyi 



Linqvistik mərkəz 

 

 



 

 

 



 

 

 



 

 

Çapa imzalanmışdır: 26.09.2017-ci il 



Mətbəə kağızı, kağızın formatı: 70

*

108 ¼ 



Yüksək çap üsulu. Həcmi: 23,18 ş.ç.v. 

Sifariş 63. Tiraj 250 nüsxə. 

Qiyməti müqavilə yolu ilə. 

-------------------------------------------------------- 

Sumqayıt Dövlət Universiteti 

Redaksiya və nəşr işləri şöbəsi 

 

 

 



 

 

 



 

 

 



Müxbir ünvan: 

 

Azərbaycan, 5008, Sumqayıt, 43-cü məhəllə 



Tel:    (0-12) 448-12-74 

           (0-18) 644-88-10 



Faks: (0-18) 642-02-70 

 

Web: www.sdu.edu.az 

E-mail: sdu.elmixeberler@mail.ru 

 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə