Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə7/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   2   3   4   5   6   7   8   9   10   ...   46

 

16 


 

 

       UOT 81’44 

 

OĞUZ BOYU PADARLAR QUBADLIDA 

 

ƏHMƏDOVA ELNARƏ HÜSEYNAĞA qızı 

Sumqayıt Dövlət Universiteti, baş müəllim 

e-mail: 

ahmedovaelnara03@gmail.com

 

 

Açar sözlər:  toponim, oykonim, etnonim, Qubadlı, Padar 

 

Padar  Qubadlı  rayonunda  Balasoltanlı  inzibati  ərazi  dairəsində,  Rayon  mərkəzindən  27  km 

şərq  uzaqlığında,  Həkəri  çayının  sol  sahilindəki  dağətəyi  ərazidə  Balasoltanlı,  Qaraimanlı  və 

Sarıyataq kəndləri ilə qonşuluqda  yerləşən kəndin adıdır. Padar kəndi dəniz səviyyəsindən 810 m 

hündürlükdədir. 

Padar  Azərbaycan  etnogenezində  iştirak  etmiş  tayfalardan  birinin  adıdır.  Tarixi  mənbələrdə 

türksoylu padarların Qafqaz Albaniyasından əvvəlki dövrlərdə yaşadıqları barədə məlumatlara rast 

gəlinir. Etnonim yunan  mənbələrində “paddir” kimi göstərilir. 

Padar  etnoniminin  mənşəyi  ilə  bağlı  tədqiqatçıların  müxtəlif  və  çox  maraqlı  fikirləri 

mövcuddur.  M.Baharlıya  görə,  padarlar  Səfəvilər  tərəfindən  Cənubi  Azərbaycandan  Şimali 

Azərbaycana  köçürülmüş  və  Ağ  hunların  nəslindən  olan  Qayı  tayfasının  tərkibində 

qaçar,  əfşar, 

zülqədər, çoban, baharlı, ustacalı, lək, xəlili, sorsor, şəfəq, ussalı, zəngənə, armalı və 

digərlərinin də 

daxil olduğu 200 ailədən biridir.  Onların bu əraziyə köçürülməsi guya  yerli dağıstanlıları, xüsusilə, 

ləzgiləri itaətə gətirmək məqsədi daşıyırmış [1, 46-48]. Əsasən, şimal bölgəsində yaşayan padarlar 

zaman keçdikcə ictimai-iqtisadi səbəblərdən müxtəlif ərazilərə yayılaraq həmin yerlərdə, daha çox 

Muğan  və  Qarabağda  məskunlaşmışlar.  Padarların  bir  qolu  Otuziki  elinə  qoşularaq  Qarabağ 

əyalətinin  Bərğüşad  (indiki  Qubadlı)  mahalında  yerləşmişdir.  Axtaçı,  İlxıçı,  Gəbəli  v  s.  kimi 

oymaqları olmuşdur. 

T.Əhmədov  öz  tədqiqatlarında  belə  bir  qənaətə  gəlmişdir  ki,  padarlar  Elxanilər  dövründə 

(XIII  əsr)  Orta  Asiyadan  Azərbaycana    köçürülmüş  və  əsas  yaşayış  yerləri  Cənubi    Azərbaycan 

olmuşdur.  XVI-XVII  əsrlərdə  onların  bir  hissəsi  Səfəvilər  tərəfindən  Azərbaycanın  torpaqlarına 

köçürülmüşlər.  Sonralar  ictimai-siyasi  və  ticarətlə  əlaqəli  səbəblərdən  bir  yerdən  başqa  yerə  köç 

etmiş və yaşadıqları yerlərə öz adlarını vermişlər [2, 86-87]. 

Tədqiqatçı    E.Nuriyev  padar  etnonimini  oğuz-səlcuq  tayfaları  ilə  əlaqələndirir  və  padarları 

maldarlıqla məşğul olan köçəri tayfa kimi göstərir. [3, 39] 

AMEA-nın  Nəsimi  adına  Dilçilik  İnstitunun  nəşri  olan  “Azərbaycan  toponimlərinin 

ensiklopedik lüğəti”ndə deyilir: “Şahsevənlər tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar 

müəyyən  ictimai-iqtisadi  hadisələrlə  əlaqədar  müxtəlif  ərazilərə  səpələnmişlər.  XIX  əsrdə  Cavad 

qəzasında    yaşayan  padarların  ilxıçı,  qaraçörüklü,  axtaçı,  pölüklü,  küyülçü  və  s.  tirələrindən, 

ümumiyyətlə, 20 tirə və 218 ailədən ibarət olması haqqında məlumat mövcuddur  [4, 150]. 

Tədqiqatçı Pilipenko “baydar” və “padar” oykonimlərini eyni bir onomastik vahidin müxtəlif 

fonetik variantları kimi  göstərmişdir. Pilipenko yazırdı ki, 1360-cı ildə Krımda xan və xan olmaq 

iddiasında  olanlar  arasında  yaranmış  ixtişaşlar  və  qarışıqlıq  nəticəsində  Mamay  xan  noqay 

tayfasından  olan  manqıtlara  qarşı  düşmən  mövqeyində  idi.  Bu  səbəbdən  Krım  manqıtlarının 

nəslindən olan baydarları məğlub edib, onları Qafqaza qovur. Burda da baydarları digər böyük türk 

sərkərdəsi Əmir Teymur təqib etməyə başlayır. Baydarlar aclıqdan və yoxsulluqdan can qurtarmaq 

üçün bir neçə illər Cənubi Qafqazda və Zaqafqaziyada köçəri həyat sürmüş, tədricən oturaq həyata 

alışmış və bu ərazidə məskunlaşaraq bu torpaqların daimi sakinlərinə çevrilmişlər. 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



 

17 


 

Pilipenko həmçinin qeyd edir ki, Gürcüstanın cənubunda Ermənistan sərhədində bir zamanlar 

türklərin yaşadığı Kveto-Kartli vilayəti və bu vilayətin Marneuli inzibati ərazi vahidliyində əhalisi 

1230 nəfərdən ibarət olan Baydar kəndi  yerləşir. Yerli sakinlərin razılığı ilə Krımdan köçürülmüş 

baydarlar burda məskunlaşmışlar.  

Padarlar  XVI-XVIII  əsrlərdə  Borçalı-Qarabağ  ərazilərində  paydar//padar  adı  ilə  tanınmış  və 

həmin ərazidə  yaşamışlar. XVI  əsr Qarabağ türkmənlərinin bir qolu  olan və Otuziki kimi tanınan 

boyun tərkibində də padar olaraq bilinməkdə idilər. Pilipenko padarların məhz Qarabağdan Borçalı-

Qazax  ərazisinə  gəlməsi  və  burda  məskunlaşması  fikrini  təkidlə  söylərkən  yerli  tərəkəmələrin  də 

Otuziki boyundan olması faktını əsas tutur. 

Ə.Çingizoğlu  “Padar eli” adlı məqaləsində  yazır: “Azərbaycandakı padar toponimləri XVI-

XVII  əsrlərdə  Azərbaycana  köçürülmüş  eyni  adlı  tayfanın  adını  daşıyır.  1593-cü  il  Osmanlı 

qaynağında  Arazbar  qəzasında,  indiki  Füzuli  rayonu  ərazisində  Qarabağın  sayilan-seçilən 

uluslarından  olan  Otuziki  elinin  Badar  adlanan  oymağı  olmuşdur.  Padar  eli  Şirvan  xanlığının 

yaranmasında, sərhədlərinin yayılmasında fəal rol oynayıb”. 

Ə.Çingizoğlunun    padar  etnonominin  mənşəyi  ilə  də    bağlı      maraqlı  mülahizələri  var.  O, 

sözün  adaçımı  haqqındakı  fikirlərini  belə  izah  edir:  “El  öz  adını  ünlü  monqol  sərkərdəsi  Baydar 

noyondan  alıb.  Baydar  adı  işlənə-işlənə  Padar  biçiminə  düşüb.  Badar  sözü  türk  dillərində  “kiçik 

tarla”,  “dağınıq  sahə”,  “kiçik  ərazi”  anlamlarında  da  işlədilir.  Dilimizin  yaddaşında  padar-bucaq 

frazeoloji  ifadəsi  yaşayır.  Bu  ifadə  “xaraba”,  “uçuq-sökük”,”qarət  olunmuş    yer”  və  başqa 

mənalarda işlənir” [5, 43-44]. 

E.Əhmədova    etnonimin  “pad”  və    “ar”  komponentlərindən  yaranması  fikrini  irəli  sürür. 

Tədqiqatçıya görə, “ar” komponenti bir çox türk dillərində “adam”, “kişi”mənalarında işlənən  “ər” 

sözü  ilə  əlaqəlidir  ki,  bu  söz    bəzi  etnonimlərin  tərkibində    həm  də  -lı  şəkilçisinin  sinonimi  kimi 

işlənmişdir. “Pad” kökünü isə  türk mənşəli bata/pata/pada/ (dua, xoşbəxt, uğurlu, bəxtiyar) sözü ilə 

əlaqələndirir.  Müəllif  eyni  zamanda  sözün  qədim  şumer  dilində    işlənmiş  “bad”  (divarla 

əhatələnmiş yer) və qədim elam dilindəki “patın” (sahə, yer, yurd) leksemi ilə də əlaqəli ola biləcəyi 

fikrini istisna etmir və etnonimi “yurd damı, yurd kişisi, yurdçu” və “yerli” mənalarında izah edir 

[6,  117-118].  Zənnimizcə,  etnonimin  bu  cür  izahını  onun  leksik-semantik  baxımdan  

aydınlaşdırılmasında ən doğru variant kimi qəbul etmək məqsədəuyğundur. 

Professor N.Əsgərov qeyd edir ki, başqa türk ölkələrində padar etnoniminə təsadüf olunmur. 

Bu  etnonimlə  bağlı  yer  adlarına  yalnız  Azərbaycan  ərazisinə  rast  gəlinir.  Müəllif  N.Volkovaya 

istinadən yazır: “Qafqaz xalqları yerli azərbaycanlıları 4 bölgü əsasında adlandırmışlar: birinci tatar, 

ikinci  türk,  üçüncü  qacar,  dördüncü  yığcam  qrup  şəklində  yaşayan  padarlar  (onlar  Azərbaycanın 

şimal-şərqində yaşayırlar) və muğnalılardır [7, 231].  

Padarların  özlərinə  məxsus  adət-ənənələri  var.  Həddindən  artiq  mühafizəkar  və  adətlərinə 

sadiqdirlər.  Padar  ailələrində  atanın  sözü  ailənin  bütün  üzvləri  üçün  qanundur.  Həyatlarını  bir 

qadınla  başa  vurmağı  üstün  tutar,  boşanmağı  həm  özləri,  həm  də  ailələri  və  nəsilləri  üçün 

rüsvayçılıq  hesab  edirlər.  Erkən  yaşda  evlənmək  padarlarda  məqbul  sayılmaz.  Qız  qaçırmaq, 

qaçaraq  evlənmək  kimi  adətlər  onlar  üçün  yolverilməzdir.  Adətən,  həmtayfalarıyla  evlənməyə  

üstünlük verirlər. Başqa  xalqdan, məsələn, ləzgilərdən qız alırlar, ancaq onlara qız verməzlər. Hətta 

tayfa daxilində məzhəb ayrı-seçkiliyi  də var. Şiə padarlar sünni padarlarla qohum olmurlar. 

Padarlar ölənlərinin üçünü, yeddisini, qırxını və bir də 52-ci gününü qeyd edirlər. 

Padar  kəndində  Kiçik  Həkəri  dərəsi  adlanan  yerdə  Albaniya  dönəminə  aid  kilsə  də  vardır. 

Təəssüf  ki,  yarıuçuq  vəziyyətdə  olan  bu  kilsə  işğala  qədər  tədqiqatçıların  diqqətindən  kənarda 

qalmışdır. Kənd ərazisində Xan dərəsi, Kiçik Həkəri dərəsi, Məcidli düzü, yaqub dərəsi  və s. kimi 

mikrotoponimlər də mövcuddur. 

Azərbaycanın bir sıra bölgələrində, məsələn, Xaçmaz rayonunun Yergüc sovetliyində Armud 

Padar,  Ağsu  rayonunda  Padarqışlaq,  Dəvəçi,  Xaçmaz,  Hacıqabul,  Oğuz,  Sabirabad  rayonlarında  

Padar    adlı  kəndlər,  Cəbrayıl  rayonunda  Padardərə,  Zaqatala  rayonunda  Padarçay    çay  adları 



Əhmədova E.H. 

 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə