Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə8/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

 

18 


 

mövcuddur.  Kürdəmir  rayonu  ərazisində  Padar  çölü  və  eyni  adda  kənd  adı  var.  Tarixi  sənədlər 

göstərir ki, Borçalı mahalında Padar adlı oykonim  mövcud olmuş, hətta padar antroponim kimi də 

işlənmişdir. 



Elmi  yeniliyi:  Məqalədə  Qubadlı  toponimlərinin  tərkib  hissəsi  olan  Padar  etnooykoniminin 

linqvistik xüsusiyyətləri, padarların etnik kökü,  yayılma arealı, tədqiq olunan ərazidə məskunlaşma 

tarixi və səbəbləri tarixi faktlar əsasında araşdırılmışdır.   

Tətbiqi  əhəmiyyəti:  Məqalə  ali  məktəb  müəllimlərinin  toponimlərin  tədrisi  prosesində  əlavə 

elmi  material  kimi  istifadəsi  üçün  yararlıdır.  Eyni  zamanda  etnonim  və  toponimlərlə  bağlı  elmi 

tədqiqat işlərində məqaləyə istinad edilə bilər. 

 

ƏDƏBİYYAT 

1.

 



Vəliyev  (Baharlı)  M.  Azərbaycan:  Coğrafi-təbii  etnoqrafik  və  iqtisadi  mülahizat.  Baki: 

Azərbaycan, 1993, 192 s.  

2.

 

Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı: Bakı Universiteti, 1991, 318 s. 



3.

 

Nuriyev E. Azərbaycan SSR Şəki-Zaqatala zonasının toponimiyası. Bakı: Elm, 1989, 110 s. 



4.

 

Azərbaycan toponimlərinin ensiklopedik lüğəti: 2 cilddə, II cild. Bakı: Şərq-Qərb, 2007, 303 s. 



5.

 

Çingizoğlu Ə. Padar eli  // 



"Soy" jurnalı

 2 (10), Bakı, 2008, s. 43-47. 

6.

 

Əhmədova E. Padar etnoniminin mənşəyinə dair // Azərbaycan onomastikası problemləri. Bakı, 



1988, s. 117-118 

7.

 



Əsgərov N. Areal türk onomastik vahidləri. Bakı: Elm, 2005, 485 s. 

8.

 



Urud M. Zəngəzur toponimləri. Bakı: Nurlar NPM, 2013, 400 s. 

Rus dilində: 

1. Пилипенко A. Крымскотатарские колонии на Кавказе и в Закавказье // Газета "Ветан 

Крым". Крым, 2011. 

Elektron mənbələr: 

https://az.wikipedia.org/wiki/Padarlar

 

http://maidan.org.ua/static/mai/1298664142.html



 

 

РЕЗЮМЕ 

ОГУЗСКОЕ ПЛЕМЯ ПАДАР В ГУБАДЛЫ 

Ахмедова Э.Г. 

 

Ключевые слова: топоним, ойконим, этноним, Губадлы, Падар 

В статье речь идёт о лингвистических особенностях и этнических корнях этноойконима Падар, 

являющегося частью топонимов Губадлы. Здесь также даны сведения о распространении топонима, 

истории и причинах поселения падаров. 

 

SUMMARY 

OGHUZ TRIBE PADAR  IN GUBADLI REGION 

Akhmedova E.H. 

 

Key words: toponym, oikonym, ethnonym, Gubadli, Padar 

The article is about the linguistic features and ethnic roots of ethnooikonym Padar which is the part of 

toponyms of Gubadli region. Spread of toponym, its history and reasons of padar’s settlement are also 

studied. 



 

 

Daxilolma tarixi: 

İlkin variant 

11.04.2017 

 

Son variant 



27.09.2017 

Oğuz boyu padarlar Qubadlıda 

 



 

19 


 

 

UOT 82.192; 398.8 

 

OZAN-AŞIQ ŞEİRİNDƏ TƏSƏVVÜF 

 

1

BAYRAMOV ASLAN ƏHMƏDXAN oğlu  

2

İSGƏNDƏROV BALAKİŞİ ATAKİŞİ oğlu 

Sumqayıt Dövlət Universiteti,  

Folklorşünaslıq ETL, 1-professor, 2-elmi işçi 

e-mail: sdu.elmixeberler@mail.ru 

 

Açar sözlər: ozan, aşıq, sufi, təriqət, mərifət, poeziya, Tanrı 

 

Həyatını Məhəmməd peyğəmbərə həsr etmiş, əmlakı və ailəsi belə olmayan fanatik dindarlar 



Mədinədə  tikilmiş  məscidin  bir  küncündə,  əl-suffada  yaşadıqları  üçün  onlar  sufi  adlandırılmışlar. 

Şərqşünas Bertels  və Bartold bu kobud dərvişləri  kobud parçadan tikib  geydikləri geyimlərə  görə 

sufi  adlandırdıqlarını  qeyd  edirlər.  Lakin  gərək  əvvəlcə  sufi  olmalıydı  ki,  onların  geyimləri  də 

yarana idi [8, 76-77]. Bir çoxları isə peyğəmbərlərə sadiq olan və suffada gecələyən, sonralar böyük 

bir  cərəyan  təşkil  edən  sufilərin  sələfləri  olan  sufilər  peyğəmbərin  vəfatından  sonra  onun  həyat 

tərzini,  dediyi  kəlamları,  xasiyyət  və  əməllərini  təbliğ  etməklə  məşğul  olmuşlar.  Bu  şəxslər 

dərvişlik edərək təsəvvüfün-sufiliyin təməlini qoymuşlar. Onlar islamın əleyhinə olmamış, islamın 

özünəməxsus  şəkildə  izahı  və  şərhinə  görə  başqa  islam  cərəyanlarından  fərqlənmişlər.    Onların 

baxışlarında  buddizm,  şamanizm  və  neoplatonizmin  ünsürləri  təzahür  edir.  Sufilərin  ali  məqsədi 

mənəvi kamilliyə çataraq Allaha qovuşmaqdır. Təriqətçilər Allaha və peyğəmbərlərə sevgilərini və 

dualarını öz dillərində zikr edirlər. 

Türkmən  kütlələri  IX-X  əsrlərdə  islam  dinini  qəbul  edərkən    böyük  ölçüdə  əski  adət- 

ənənələrini də mühafizə etmək məcburiyyətində qalmışlar. Onlar ilk vaxtlar qarmaqarışıq və sıxıcı 

dini qaydaları yayan dərviş və seyidlərə o qədər etibar etmir, qam-şaman inancı ilə yeni din  (islam 

dini)  arasında  bir  paralellik  qurmağa  can  atırdılar.  Beləliklə,  Orta  Asiyada  Xoca  Əhməd  Yəsəvi 

tərəfindən qurulan Yəsəvilik təriqəti ilə türk sufiliyinin əsası qoyulmuş və bir siyasi quruluş kimi 

ortaya  çıxmışdır  [7,  27-28].    Səmimi  inam  və  davranışlarına  heyran  olan  xalq,  ona  çox  bağlandı. 

Dünyada və axirətdə onu əziz saydı. Onu ərənlər qatına çıxarıb şanına əfsanə düzəltdilər. Anadolu 

və Türküstan övliyaları Xoca Əhməd Yəsəvini pir saydılar. Bu gün də onun məqbərəsi müqəddəs 

bir ziyarət kimi Qazaxıstanda qalmaqdadır: 



Muhəmmədin, bilin, zatı ərəbdir, 

Təriqətin yolu bütün ədəbdir. 

Həqiqət bilməyən insan deyildir

Biliniz, heç bir şeyə bənzəməzdir [15, 16]. 

 Ələvi-bəktaşi, heydəri, nəqşibəndi, xəlvətiyyə, bəhayi və s.  inancların əsasları böyük ölçüdə 

Əhməd  Yəsəvi  baxışlarına  əsaslanır.  Xorasan,  İran,  Cənubi  Qafqaz,  Anadolu,  hətta  Balkan 

ölkələrinə qədər bu təriqətlər yayılmışdır [12, 30]. Müsəlman ölkələrində bu dini inanclar hələ də 

qalır.  Kosova,  Xorvatiya,  Bosniyada  da  bu  rituallar  bu  gün  də  yerinə  yetirilməkdədir.  Köçəbə 

türklərin    əski  inanclarına    uyğun  gələn    musiqi,  rəqs  və  səmanın  qadın  və  kişilərin  birlikdə  zikr 

törənlərinə qatılmaları bir ritual kimi formalaşmışdır [2, 76-77]. 

Orta  çağ  dövründə  ozan  sənətinin  aşıq  sənəti  ilə  əvəzlənməsi  nəticəsində  el  aşıqlarının 

yaradıcılığına  təriqət  səciyyəli  söz-terminlər  daxil  olmağa  başlamışdır.  Məsələn:  “miskin”,  “qul”, 

“xəstə”, “qərib” kimi ifadələr Tanrı qarşısında bəndə “miskinliyini” göstərir. Təsəvvüf simvolikalı 

bu  ifadə  formaları  qədim  Türküstan  ellərində  türk  təsəvvüf  ədəbiyyatının  babası  sayılan  Əhməd 

Yəsəvi də bir çox hikmətlərinin möhürbəndində Qul Xoca Əhməd təxəllüsü işlətmişdir. Yuxarıda 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə