Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə9/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

 

20 


 

söylədiyimiz fikirlərin davamı kimi qeyd edə bilərik ki, Türküstan baxşılarından Qul Əlbənd, Qul 

Məşrəb,  Qul Mahmud;  Azərbaycan aşıqlarından Miskin  Abdal,  Qul  Abbas, Xəstə Qasım, Şikəstə 

Abdulla; Anadolu aşıqlarından Qul Hümmət, Qul Dəvəçi, Quloğlu, Pir Sultan Abdal, Səfil Şenlik, 

Öksüz Dədə və Aşıq Dərdli adları ilə sənət aləminə gəlmələri sufi düşüncəsinin olduqca böyük bir 

coğrfiyaya yayıldığından xəbər verir. 

XIII  əsrdə  monqol  ordusunun  təsiri  ilə  qaçaraq  Anadoluya  sığınan  təsəvvüfçülər  şeirlərini 

əsasən təkkələrdə yaratmış və yaymışlar. Türk sufiləri, xüsusilə, səlcuqlar dövründə əxlaqı, sadəliyi, 

ruh təmizliyini qayə saymış, onu qədim türk “alp”lıq və “fütuhat” düşüncəsi ilə birləşdirmiş və bir 

dünyagörüşə çevirmişlər. Anadoluda əxlaq və ruh təmizliyi ilə bərabər, yurdunu, vətənini qoruması 

üçün cəngavərlik və qəhrəmanlığı təlqin etmişlər. Bir çox halda fikirlərini sazla da ifadə etmişlər. 

Orta Asiyada, xüsusilə,  XIII  əsrdə  daha çox  Anadoluda  yerləşən Xorasan ərənləri, Rum  abdalları 

təşkilatları  belə  yaranmış  və  Səlcuqluların  davamı  olan  Osmanlı  dövlətinin  mənəvi-ideoloji 

dayağına çevrilmişlər.  

Anadolu  Səlcuqlarının    dövründə  yaşamış  ən  böyük  təsəvvüf  şairləri  Mövlanə  Cəlaləddin 

Rumi və Yunis Əmrə olmuşlar. Yeniçəri ocağının piri Hacı Bəktaş da bu dövrdə yaşamışdır. Yunis 

Əmrə  təsəvvüf  dünyagörüşünü  formalaşdıran  4  mərhələni  (şəriət,  təriqət,  mərifət  və  həqiqət) 

müqayisə edərək bir-biri ilə ayrılmaz üzvi əlaqədə olduğunu belə təsvir edir. 



Şəriət, təriqət yoldur varana

Həqiqət, mərifət ondan içəri [13, 90]. 

Mövlanəyə  görə,  insan  həqiqətə  çatmaq,  Allaha  qovuşmaq  üçün  nəfs  və  ehtiras  ordusunu 

məğlub etməlidir. Duyğularını və düşündüklərini söyləməyi bacarmalıdır. Söyləməyə gücü çatmasa

ruhunun qovuşduğu sözləri sazlara söyləyərək səmalara ucaltmalıdır. Səma rəqsi isə ruhun Allaha 

doğru  qanadlanması  mənasını  daşıyır.  Səma  rəqsləri  durna  quşunun  uçuşunu  təqlid  edən 

hərəkətlərdir. Bu ibadətin – səma rəqsinin təməlinin Həzrəti Məhəmməd və Həzrəti Əli zamanında 

yarandığı və “40-lar məclisinə” söykəndiyi qeyd edilir. Bununla bağlı olaraq, Qul Hümmətdən bir 

örnək də vermək mümkündür: 



Qırxlar ilə belə ayini-cəmdə, 

Bu eşqin sirrinə özəndi Əli  [2, 203]. 

Sonralar  bu  inanc  sistemi  Orta  Asiya  türklərinin  inanc  və  ənənələri  ilə  qovuşaraq  mifoloji 

düşüncəyə çevrilmişdir. Bir çox ozan və aşıqların şeirlərində “40-lar məclisi” yetərincə xatırlanır. 

Türk ozanı Nöqsani babanın şeirində bu daha aydın şəkildə ifadə olunmuşdur: 



Bu dünyada gerçək ərənlər çoxdur, 

Vəsfini etməyə qüdrətim yoxdur. 

Üçlər, Beşlər, Yeddilər, Qırxlar haqdır, 

Dörd qapıdan Haqqı gəl edən mədət [2, 274]. 

Əlinə, belinə, dilinə sahib olmaq şəklində yaranan güclü əxlaq sistemi təsəvvüflə bağlı olan 

bütün təriqətlərdə (qızılbaş, nəqsibəndi, hənəfi, ələvi və s.) vardır. Əlinə bağlı olmaq odur ki, əlinlə 

qoymadığını alma, dilinə bağlı olmaq gözünlə görmədiyini söyləmə, belinə bağlı olmaq isə haram 

olan  cinsi  yaxınlıqdan  uzaq  durmaqdır  [2,  201].  Bu  yol  qılıncdan  kəskindir.  XIV  əsrin  sonunda 

varlığını  Rum  abdalları  adı  altında  Osmanlı  dövlətinin  qurtuluş  və  fatehçilik  dönəmində  abdal, 

baba, dədə, ləqəbləri daşıyan gəzərgi (kolonirator) dərvişlər Anadoludan Balkanlara qədər yayılmış 

və Osmanlı sultanlarından sayğı və sevgi görmüşlər [2, 79]. Bunlar arasında Abdal Musa, Keyikli 

Baba, Hacı Bəktaş Vəli, Sarı Saltük, Balım Sultan kimi ərənlər olmuşdur. Onlardan biri olan Balım 

Sultan Urun Abdullaların nəyə qadir olduqlarını şeirlərinin birində belə təqdim edir:  



Biz Urum abdallarıyıq, 

Məqsədimiz yardır bizim, 

Keçdik zinət əbasından, 

Zənginliyimiz ərdir bizim [6, 131]. 

Ozan-aşıq şeirində təsəvvüf 

 



 

21 


 

Abdallar  İslam  dini    ilə  türklərin  islamdan  əvvəl  olan  şamanizmini  birləşdirmişlər.  Əskidən 

göy  tanrı  ilə  bağlantı  qura  bilən  qam-şaman  islamlaşmaqla  bərabər,  həm  də  abdal  kişilərə  dini-

fəlsəfi  görüşləri  buraxmışlar.  Abdal  statusu,  ləqəbi  qazanan  şəxs  Allahdan  baqşa  hər  şeydən  vaz 

keçmiş  dünya ilə əlaqəsini kəsib tanrıya bağlanmış  bir dərviş idi -  təsəvvüf sahibi idi.  Bu inanc 

köçəbə türkmənlər arasında daha çox yayılmışdı [4, 21]. Cənubi Qafqazda azərbaycanlılar yaşayan 

ərazilərdə abdal  həm  də  etnonim  kimi  formalaşaraq Abdal  Gülablı, Boz  Abdal,  Abdallı,  Abdallar 

kənd adlarında əks olunmuşdur.  

Təsəvvüfə  görə,  kamil  insan  olmaq  üçün  dörd  əsas  mərhələdən  –  şəriət,  təriqət,  mərifət  və 

həqiqət qapılarından keçməlisən. Hər qapının 10 məqamı vardır. Hacı  Bəktaş Vəliyə görə də, qul 

tanrıya  40  məqamda  yetişər,  çatar  və  dost  olar.  Bu  məqamların  10-u  şəriət,  10-u  təriqət,  10-u  

mərifət, 10-u isə həqiqətindir [9, 106].  Bunlara ayrılıqda nəzər salaq:  



Şəriət. Təsəvvüfdə insanı Allaha yaxınlaşdıran dörd qapıdan birincisi şəriətdir. Şəriət elmini 

öyrənmədən  təriqətə  keçilə  bilməz.  Şəriətin  aşağıda  qeyd  olunan  məqamları  vardır:  iman  etmək, 

elm  öyrənmək,  ibadət  etmək,  haramdan  uzaqlaşmaq,  ailəsinə  fayda  vermək,  təbiətə  zərər 

verməmək,  peyğəmbərin  əmirlərini  yerinə  yetirmək,  şəfqətli  olmaq,  təmiz  olmaq  və  pis  işlərdən 

uzaq olmaq [2, 199]. 

Bir  dini  kitabda  göstərilir  ki,  şəriət  bir  ağacdır,  təriqət  onun  budaqları,  mərifət  onun 

yarpaqları,  həqiqət  isə  onun  meyvələridir  [2,  230].  Ona  görə  də  hər  bir  insan  təriqətdən  həqiqətə 

yetməyincə ona insan deməzlər. Şah Xətai də təsadüfi deməyib ki: 



Şəriət yolunu Məhəmməd açdı,  

Təriqət yolunu şah Əli seçdi

XIX əsrdə Qeysəriyyədə yaşamış əsl adı Məhəmməd olan ulu türk ozanı aşıq Seyrani Bəktaşi 

təriqətinə bağlanaraq öz yaradıcılığında şəriət, mərifət və təriqət bağlantılarını belə təsvir etmişdir: 

Şəriət gəldi dikildi,  

Mərifət yoluna dürlər töküldü 

Hayır, hümmət ol dəm gülbənk çəkildi.  

Təriqət kəməndin ərkandan aldım. [7,178]  

Daha  sonra  o,  sufizmin  təməl  prinsipləri  olan  bu  dörd  mərhələni  öz  şeirində    bu  cür 

əlaqələndirmişdir: 

Şəriət şərtinə əməl etməyən, 

Təriqətdə bir gerçəyə yetməyən, 

Mərifət şəhrindən yükün tutmayan 

Həqiqətə çata bilməz surəsi. [7, 207]. 

Təriqət.  Lüğəvi  mənası  əvvəlcə  “yol”  bildirən  təriqət  anlayışı  Allaha  yaxınlaşmaq  üçün 

gedilən  yolun  görünən tərəfidir. Təsəvvüfdə yer alan hər bir təriqətin  yolu, ədəb və ərkanı vardır. 

Təriqət şəriətdən  həqiqətə gedən yoldur. [4, 271] 

Elmi  ədəbiyyatda  Allaha  yetişmək  üçün  təriqətin  aşağıda  qeyd  olunan  10  məqamı,  10  yolu 

göstərilir. O məqamlar bunlardır:  tövbə etmək, mürşidin öyüdlərinə əməl etmək, təmiz geyinmək, 

yaxşı  əməllər  uğrunda  mübarizə  aparmaq;  xidmət  etməyi  sevmək,  haqsızlıqdan  qorxmaq, 

ümüdsizliyə düşməmək, ibrət almaq, ehsan vermək və özünü sadə aparmaq.  

Gölpınarlıya görə, təriqət qulu, Tanrıya çatdıran zövq, nəşə, irfan, eşq və cazibə yoludur. Sufi 

bu yolu tutaraq varlığını Tanrıya verir [2, 199]. 

Böyük  türk  sufi  ozanı  Yunis  Əmrə  şəriətdən  həqiqətə  gedən  yolu  çox  sadə  dildə  belə 

açıqlayır.  

Şəriət xəbərini,    

Şərh ilə yaxşı eşit. 

Şəriət bir gəmidir

Həqiqət dəryasıdır. 

O, gəminin taxtası,  

Hər necə möhkəm isə, 

Dəniz dalğalı olsa, 

Taxta qırılasıdır [13, 59]. 

Bayramov A.Ə., İsgəndərov B.A. 

 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə