62
c) LİFO üzrə:
(20x950)+( 100x980)= 117000 min man.
ç) HİFO üzrə:
120x920=110400 min man.
d) LOFO üzrə:
120x1120=134400 min man.
Fərz edək ki, Bakı şəhərində yerləşən benzindoldurma məntəqəsinin istehlakçılara yanacaq
satışından əldə etdiyi rüblük gəlirin ümumi məbləği 1695000 min man. olmuşdur.
Müəssisənin yekun göstəricilərinin seçilən uçot üsulundan asılılığını müəyyən etmək üçün
yuxarıdakı göstəricilərin köməyi ilə cədvəl quraq. Yekun məlumatlar cədvəl 2-də.verilmişdir.
Cədvəl 2.
Çöstəricilərin adı
Orta maya dəyəri
FİFO
LİFO
HİFO
LOFO
Alışdan alınan gəlir
(min man.)
1695000
1695000
1695000
1695000
1695000
Satılan yanacağın maya
dəyəri (min man.)
1165888,8
157700
172700
179300
155300
Mənfəət (min man.)
529111,2
37300
22300
15700
39700
Mənfəət vergisinin
dərəcəsi (%)
20
20
20
20
20
Məfəət vergisinin
məbləği (min man.)
105822,2
107460
104460
103140
107940
Cədvəl məlumatlarından göründüyü kimi, eyni bir müəssisənin məlumatları əsasında
hesablanmış göstəricilər (mənfəət və mənfəətdən tutulan verginin məbləği) satılan yanacağın maya
dəyərinin hesablanması metodundan bilavasitə asılıdır. Nəzərə alsaq ki, Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan FİFO və LİFO metodlarının tətbiq edilməsi
qaydası yerli müəssisələr tərəfindən mənimsənilməyib, onda Azərbaycanın müəssisələrində
material məsrəflərinın və qalıqlarının orta maya dəyəri üzrə qiymətləndirilməsi barədə nəticə
çıxarmaq mümkündür. İnflyasiya şəraitində pulun qazanılması və kapitalın artırılması problemi ilə
qarşılaşan müəssisələr özləri üçün vergi yükünün azaldılmasına səy göstərirlər [3, 24.]. Hesabat
göstəricilərini təhrif etmək yolu ilə bu məqsədə nail olan müəssisə rəhbərləri sonrakı auditor
yoxlamasının nəticələrindən asılı olaraq, inzibati və ya cinayət məsuliyyətindən qaça bilmirlər.
Lakin yuxarıda nəzərdən keçirilmiş alternativ qiymətləndirmə üsullarının tətbiq edilməsi ilə
bağlı məsələ qanunvericilik qaydasında həll edilərsə, müəssisələr onlardan hər hansı birini tətbiq
etməklə, vergi yükünün qanuni yolla azaldılmasına nail ola bilərlər. Belə ki, inflyasiya şəraitində
fəaliyyət göstərən benzindoldurma məntəqəsi yanacağın maya dəyərini LİFO üzrə uçota alarsa,
orta maya dəyəri metodu ilə müqayisədə vergi yükü 1,3 mln. man. Azalardı, HİFO üsulunun tətbiq
edilməsi nəticəsində isə müəssisənin 2,7 mln. man. vəsaitinə qənaət edilərdi.
Beləliklə, onilliklər ərzində Avropa ölkələri iqtisadiyyatının tənzimlənməsi sahəsində özünün
səmərəliliyini təsdiq etmiş alternativ uçot üsullarının Azərbaycan müəssisələri tərəfındən tətbiq
edilməsini nəzərdə tutan təlimatın hazırlanmasının zəruriliyi şübhə doğurmur.
Elmi yeniliyi: Qanunvericiliklə təsbit edilmiş qiymətləndirmə üsullarının təcrübədə tətbiqi
mexanizmi əsaslandırılmışdır.
Tətbiqi əhəmiyyəti: Firmalarda vergi yükünün azaldılması məqsədilə istifadə edilə bilər.
Material ehtiyatlarının və məsrəflərinin qiymətləndirilməsi metodları
63
ƏDƏBİYYAT
1.
Əhmədzadə M. Biznes plan praktikum. Bakı: Nafta-press, 2010, 60 s.
2.
Роберт Н. Антони. Основы бухгалтерского учета. М.: Триада НТТ, 1993, 311с.
3.
Крылова Н.С. Как писать бизнес-план. М.: ПРИОР, 1993, 125с.
4.
Чернов В. П., Эйсенер Ю.Н. Бизнес-плaн рабочая книга. СПб.: ЭИС, 2012.
РЕЗЮМЕ
МЕТОДЫ ОЦЕНКИ МАТЕРИАЛЬНЫХ ЗАПАСОВ И ЗАТРАТ
Ахмедзаде М.И.
Ключевые слова: налоговое бремя, материальные запасы, материальные затраты,
альтернативные методы оценки.
Статья посвящается рассмотрению методов оценки материалов, обеспечивающих снижение
налогового бремени экономических субъектов. Указанные методы регулируются нормами
бухгалтерского законодательства переходного периода. Вероятность практического использования
методов Европейского континентального учета в условиях азербайджанской экономики велика.
Изучение альтернативных методов учета, подтвердивших свою эффективность в сфере
регулирования экономики Европейских стран, способствует повышению уровня экономического
образования в университетах.
SUMMARY
EVALUATION METHODS OF MATERIAL RESOURCES AND EXPENSES
Ahmadzade M.I.
Key words: tax burden, material resources, material costs, alternativ evaluation methods
The article is devoted to studying the evaluation methods providing reducing the tax burdien of
economic entities. Displayed methods are regulated by the rules of financial accounting legislation of
transitional period. Probability of practical use of European continental accounting methods is high in
Azerbaijan's economy condition. Studying alternative accounting methods that have confirmed the
effectiveness in European countries in the fıeld of economical regulation may allow to raise the level of
economic education at universities.
Daxilolma tarixi:
İlkin variant
28.12.2016
Son variant
27.09.2017
Əhmədzadə M.İ.