80
əkinçiliyin inkişafına imkan verir. Yüksək dağlıq hissələr əhalinin daimi təsərrüfatla məşğul
olmasına çətinlik törədir [4].
Bölgənin spesifik xüsusiyyətlərindən biri onun əlverişli nəqliyyat qovşağında yerləşməsidir.
Onun xarici bazara çıxmaq, ticarət əlaqələri yartamaq üçün təbii şəraiti və faydalı coğrafi mövqeyi
vardır, ixtisaslı kadr potensialına malikdir. Bölgədə meyvəçiliyi, üzümçülüyü, aqroturizmi inkişaf
etdirmək üçün əlverişli şərait vardır.
Ölkəmiz müstəqillik qazandıqdan sonra uzun illər ərzində formalaşan bir iqtisadi sistemdən
tamamilə yeni dünya bazar iqtisadiyyatı prinsiplərinin formalaşdığı bir iqtisadi sistemə – bazar
münasibətləri və sahibkarlıq şəraitinə qədəm qoymuş, ölkədə mülkiyyət münasibətləri yeniləşmiş
və sahibkarlığın inkişafına əsalar yaranmışdır.
Aparılan hesablamalar göstərmişdir ki, bölgənin əsas növ kənd təsərrüfatı məhsullarının
istehsalında 1995-ci ilə nisbətən 2004-cü ildə dəyişikliklər baş vermişdir. Əgər 1995-ci ildə ümumi
istehsalda bitkiçilik məhsulları istehsalı 70,2% təşkil edirdisə, 2004-cü ildə bu göstərici 79,5% təşkil
etmışdir. 1995-ci ildə bölgədə taxıl istehsalı ümumi istehsalda 15,6%, kartof 20,1%, tərəvəz 9,2%,
meyvə 4,2%, üzüm 5,6%, heyvandarlıq 19,8%, o cümlədən ət 3,1%, süd 15,2% təşkil etmişdir. 2004-
cü il vəziyyətinə ümumi məhsulda taxıl 23,3%, kartof 43,4%, tərəvəz 9,9%, meyvə 4,4%, üzüm 1,2%,
heyvandarlıq məhsulları 21,5%, o cümlədən ət 3,2%, süd 17,5% təşkil etmişdir [3].
Sonrakı 2005-2014ci illərin statistikasına nəzər saldıqda bir çox sahələrdə müsbət
dəyişikliklərin olduğunu görmək mümkündür (cədvəl 1, diaqram 1).
Diaqram 1. Gəncə-Qazax iqtisadi coğrafi rayonunda ixtisaslaşmış kənd təsərrüfatı məhsul-
larının istehsalı (ton).
Cədvəllərə nəzər saldıqda dənli bitkilərin əkin sahələri 2005-ci ildə dənli bitkilərin əkin
sahələri 91157 ha, 2013-cü ildə 101972 ha, 2014-cü ildə 94654 ha təşkil etmişdir. Azalmaya dənli
bitkilərin qiymətinin aşağı düşməsi səbəb olmuşdur [1].
Günəbaxan əkini sahələri iə 2005-ci ildə 2234 ha-dan, 2014-cü ildə 6260 ha-ya kimi
artmışdır. Kartof əkini sahələri 2005-ci ildə 38828 ha, 2014-cü ildə 29828 ha olmuşdur. Tərəvəz
əkini sahələri 2005-ci ildə 11146 ha olduğu halda, 2010-cu ildə 12816 ha, 2014-cü ildə 11906 ha
təşkil etmişdir. Meyvə və giləmeyvə əkini sahələrində isə artım çox görünür. Belə ki, 2005-ci ildə
9931 ha, 2014-cü ildə 14927 ha təşkil etmişdir. Üzüm əkini sahələri 2005-ci ildə 1732 ha-dan 2014-
cü ildə 4080 ha-a qədər artmışdır.
Sahələr üzrə əkin sahələrinin bəzisində artım digər sahələrə marağın azalması hesabına baş
vermişdir. Buna da bir sıra amillər səbəb olmuşdur.
Diaqrama nəzər salsaq, kartofçuluğun bölgədə üstün mövqe tutduğu məlum olur. İqtisadi
coğrafi rayonda 2005-ci ildə 700000 tona yaxın olmuşdur. Sonrakı illərdə stabil olaraq hər il
500000 tona yaxın kartof istehsal olunmuşdur. Rayon üzrə əsas aparıcı mövqedə dənli bitkilər
dayanır. Orta hesabla il ərzində təqribən 250000 tona yaxın dənli bitkilər istehsal olunur.
Rayonda 3-cü əsas bitkiçilik sahəsi tərəvəzçilikdir. Belə ki, illər üzrə stabil olaraq 200000 ton
tərəvəz məhsulları toplanılır. İqtisadi coğrafi rayonda ət istehsalı 2005-ci ildə 18062 ton, 2014-cü
ildə 27564 ton təşkil etmişdir. Bu da rayonda heyvandarlığa marağın artması hesabına baş
vermişdir. Süd istehsalı da 163605 tondan 266862 tona qədər artmışdır. Yumurta istehsalında da
artım aydın nəzərə çarpır.
Elmi yeniliyi: Məqalə Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda bazar iqtisadi şəraitində ASK-
nin inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından elmi əhəmiyyət kəsb edir.
Tətbiqi əhəmiyyəti: İqtisadi coğrafi rayonun məhsuldar qüvvələrinin həm bolluğu, həm
kasadlığı şərtlərində əhalinin və təsərrüfatın səmərəli şəkildə yerləşdirilməsi ən mühüm
məsələlərdəndir. Məqalədə təhlil olunan məsələlər iqtisadi rayonun sosial-iqtisadi inkişafı
istiqamətində qoyulan əsas vəzifələrə aiddir.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda kənd təsərrüfatının müasir ixtisaslaşma istiqamətləri
81
0
200000
400000
600000
800000
2005
2010
2011
2012
2013
2014
dənli bitkilər
günəbaxan
kartof
tərəvəz
meyvə
Kənd təsərrüfatı bitkilərinin əkin
sahəsi
(bütün təsərrüfat kateqoriyaları üzrə), ha
2005
2010
2011
2012
2013
2014
Dənli və dənli paxlalılar
91157
90265
91894
95035
101972
94654
o cümlədən buğda
67101
58865
61038
59986
63695
61018
Pambıq
2755
889
1352
1380
960
622
Şəkər çuğunduru
-
18
-
85
356
398
Dən
üçün günəbaxan
2234
3576
5452
4953
4893
6260
Kartof
38828
31713
30229
31022
31906
29828
Tərəvəz
11146
12816
12711
12321
12150
11906
Bostan bitkiləri
1112
1751
1459
1039
1196
1084
Meyvə
və giləmeyvə
9931
14405
14522
14620
14774
14927
Üzüm
1732
4071
4230
4459
4081
4080
Əsas bitkiçilik məhsullarının istehsalı
(bütün təsərrüfat kateqoriyaları üzrə), ton
2005
2010
2011
2012
2013
2014
Dənli və dənli paxlalılar
271276
237707
278470
297482
322418
264765
o
cümlədən buğda
184715
149053
179444
184665
201316
166801
Pambıq
3323
1677
2975
2568
1472
1093
Şəkər çuğunduru
-
57
-
1765
7803
11346
Dən üçün günəbaxan
3642
6978
10839
10264
9811
10730
Kartof
700853
574835
540277
564551
587014
453697
Tərəvəz
184817
203180
203779
201757
204067
199158
Bostan bitkiləri
19618
28020
23161
16984
19985
18636
Meyvə və giləmeyvə
116296
129204
131834
138403
140972
134135
Üzüm
27041
45458
49515
52436
53703
55652
Mal-qaranın sayı (bütün təsərrüfat
kateqoriyaları üzrə), baş
2005
2010
2011
2012
2013
2014
İribuynuzlu mal-qara
298883
322841
325844
328581
330994
329301
o cümlədən inək və camışlar
141833
154303
155231
156913
158176
156934
Qoyunlar və keçilər
1626241 1736622 1739350 1740207 1745925 1741316
Donuzlar
1407
76
-
185
643
207
Quşlar
2166833 2399809 2438828 2483108 2997419 3119063
Heyvandarlıq məhsullarının istehsalı, ton
2005
2010
2011
2012
2013
2014
Ət (kəsilmiş çəkidə)
18062
22536
23312
24461
26154
27564
Süd
163605
222702
237700
248197
259982
266862
Yumurta,
min ədəd
79869
110680
111897
113036
175470
210888
Yun (fiziki çəkidə)
2701
3604
3673
3725
3788
3841