Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
  1   2   3   4   5   6   7   8   9   ...   43


 

 



  

UOT 81-116 

 

MÜASİR DİLÇİLİKDƏ KOQNİTİV PARADİQMAYA DAİR 

 

MƏHƏRRƏMOVA MƏTANƏT HİDAYƏT qızı 

Sumqayıt Dövlət Universiteti, dissertant  

e-mail:

 

meherremova79@inbox.ru 

 

Açar sözlər: strukturalizm, antroposentrik paradiqma, daş, koqnitiv, milli şüur

  

 

Müasir  dilçilik  insan  amili  ətrafında  formalaşır.  Nəzər  alsaq  ki,  bu  günə  qədər  linqvistik 



diskurs üç məlum paradiqma yaradıb, müasir paradiqma özündən əvvəlkilərin bir növ inkarı kimi 

yaranır.  Müqayisəli-tarixi  dilçilik  təbii  dilləri  fenomenal  baxımdan  öyrənmirdi.  Qohum  dillərin 

faktları  müqayisə  olunaraq  ulu  dil  axtarışları  təşəkkül  tapırdı.  Sistem-struktur  paradiqma 

komparativistikanın  inkarı  olaraq  əsas  diqqətini  təbii  dillərin  quruluşuna  yönəldir.  Dilçilər  milli 

xüsusiyyətlərdən uzaqlaşaraq dünya dillərinin əsasını təşkil edən universal semiotik sxemi müəyyən 

etməyə çalışıblar. Bunun nəticəsi kimi məna və onun milli-mədəni özəlliyi ya arxa plana çıkilib ya 

da heç hesaba alınmayıb. Nəhayət, strukturalizmə mənəvi və elmi reaksiya olaraq koqnitiv dilçilik 

keçən  əsrin  ikinci  yarısında  təşəkkül  tapır.  Koqnitiv  dilçilik  isə  struktur  təlimlərdən  fərqli  olaraq, 

əsas  diqqəti  məhz  milli  “baxışlara”  yönəldir.  Təbii  dillərdə  “koqnisiya”  anlayışına  uyğun  şəkildə 

danışan xalqların təfəkkürlərinin izlərini axtarmaq və tapmaq dil haqqındakı elmin əsas vəzifəsinə 

çevrilir.  

Dilçilikdə koqnitivizm yaxud antroposentrik paradiqma V. fon Humboldtun elmi baxışları ilə 

bağlıdır.  Sonralar  müvafiq  ideyalar  E.Sepirin,  B.Uorfun,  A.Vejbitskayanın,  L.Vissonun  və  başqa 

alimlərin  əsərlərində  öz  inkişafını  tapmışdı.  Alimlərin  fikrinə  görə,  XX  əsrin  sonuna  doğru 

dilçilikdə tamamilə yeni elmi paradiqma formalaşmağa başlayır. Bu paradiqma müqayisəli-tarixi və 

sistem  struktur  paradiqmalardan  sonra  formalaşır  və  antroposentrik  paradiqma  adı  alır. 

V.A.Maslova qeyd edir  ki,  “Dilin antroposentrikliyini hal-hazırda hamı tərəfindən qəbul olunmuş 

fikir hesab etmək olar” [2, 5]. Azərbaycan dilində antroposentrizm terminini bəşərmərkəzliyi kimi 

dərk  etmək  lazımdır.  Bəlkə  də,  bu  cür  tərcümə  çox  formal  səslənir,  lakin  antroposentrizm 

termininin kalkasıdır, onun daxili formasını əks erdirir.  

Belə düşünmək olar ki, dilçilikdə antroposentrizm məhz strukturalizmin əksi kimi formalaşır, 

strukturalizmə  reaksiya  səciyyəsi  daşıyır.  Bildiyimiz  kimi,  strukturalizm  dildə  mənaya  ikinci 

dərəcəli  amil  yeri  ayırırdı.  Əsas  amil  dil  sxemini  təşkil  edən  münasibətlər  idi.  Məna  diqqət 

mərkəzindən qaçırdısa, deməli, insan amili də dilçilikdə ikinci plana çəkilirdi.  

Antroposentrik  paradiqma  tədqiqat  maraqlarının  obyektdən  subyektə  keçməsini  göstərir. 

Tədqiqatçılar  L.Vitqenşteynin  “Dünya  əşyaların  yox,  faktların  çoxluğudur”  [1,  5]  tezisini  əsas 

götürərək diqqəti hadisələrə və onların mərkəzində dayanan insana yönəldirlər. 

Antroposentrik  paradiqma  çərçivəsində  dil  mədəniyyətin  bir  qolu  kimi  qəbul  olunur.  Digər 

tərəfdən, mədəniyyət özü yalnız mətndə və, deməli, dildə əks olunan fenomen kimi dəyərləndirilir. 

Bu  istiqamətdə  aparılan  tədqiqatlar  leksik-semantik  materialı  müxtəlif  adətlər  və  mərasimlər 

ətrafında  sistemləşdirir.  Əslində,  bu  cür  sistemləşmə  semantik  sahələr  üzrə  aparılan  təhlilləri  də 

xatırladır. Ona görə ki, semantik sahələr bütövlükdə müəyyən mədəni sahələri əhatə edir. Semantik 

sahəni  öyrənmək  elə  mədəniyyətin  müəyyən  fraqmentini  öyrənmək  deməkdir.  Dilin  semantik 

sistemini  semantik  sahələr  və  mədəniyyətin  müxtəlif  sahələri  üzrə  öyrənməklə  bütövlükdə  dil 

sistemini milli mentalitetə uyğun gələn sinxron varlıq kimi dəyərləndirmək olar.  

Antroposentrik  paradiqma  koqnitiv  dilçiliklə  eyniləşdirilə  də  bilər.  Bu  iki  anlayışı 

qarşılaşdırsaq,  görərik  ki,  birincisi  (antroposentrik  paradiqma)  genişdir  və  daha  çox  yanaşmanı 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



 

 



xatırladır,  ikincisi  isə  (koqnitiv  dilçilik)  nisbətən  dardır.  Ümumiyyətlə,  koqnisiya  termini 

informasiyanın  qəbul  olunması,  nümayiş  olunması  və  istehsal  olunması  proseslərinin  qarşılıqlı 

əlaqə  qəlibini  bildirir.  Müxtəlif  insanlar  xarici  informasiyanı  eyni  cür  qəbul  etmir,  onların 

şüurlarında həmin informasiya eyni formada reprezentasiya olunmur, və, nəhayət, nitqlərində eyni 

formada istehsal olunmur. Koqnisiya qəlibləri müxtəlif insanları fərqləndirirsə, kütləvi şüurları daha 

kəskin şəkildə ayırır. Milli şüur, milli mentalitet, milli təfəkkür real varlıqdırsa, deməli, xalqlar bu 

səviyyədə  fərqlənirlər.  Lakin  informasiyanın  qəbulu  və  nümayiş  olunması  (reprezentasiya) 

səviyyəsində baş verənləri duymaq mümkün deyil.  Yalnız bir səviyyədə  - informasiyanın  istehsal 

sistemində koqnitiv fərqlər özünü büruzə verir.  

Informasiyanın istehsal sistemi dildir. Deməli, milli mentalitetlərin fərqləri özünü yalnız dildə 

göstərə  bilər.  Deyə  bilərlər  ki,  davranış  qaydaları  da  xalqları  fərqləndirir.  Davranış  normaları, 

ictimai  hadisə  olaraq,  etnik  təfəkkür  tarixindən  çox  ictimai  şüur  tarixini  əks  edir.  İctimai  şüur 

tarixində  isə  mənşə  etibarilə  hadisələri  fərqləndirmək  həmişə  mümkün  olmur.  Dilin  əsas  fondu 

daxili forma səviyyəsində xalqın dünyagörüşünü əks edir. Digər tərəfdən, ictimai normalar da dildə 

öz izahatını tapanda, kütləvi refleksiya halında sabitləşir. Əslində, ictimai fikir, xalqın düşüncəsini 

əks edirsə, folklordan tutmuş yazılı ədəbiyyata qədər geniş sahədə öz ifadəsini tapır.  

Beləliklə,  koqnitiv  dilçilik  məqsədyönlü  şəkildə  dildə  milli  mentalitetin  izlərini  axtarır. 

Məsələn:  azərbaycanlılar  “mən  işləyirəm,  mən  işə  gedirəm”  deyirlər,  türklər  “mən  çalışıram” 

ifadəsini  işlədirlər.  Azərbaycan  dilində  də  çalışmaq  feili  işlənir,  lakin  bu  feil  işləmək  sözündən 

fərqlənir,  yüksək  üslubi  çalar  kəsb  edir  və  “səy”  semantik  əlamətini  əlavə  olaraq  aktuallaşdırır. 

Deməli, bu iki feil iki qohum dildə əməyə olan müxtəlif münasibətləri bildirir. Hər halda çalışmaq 

türk şüuru üçün adi haldırsa, azərbaycanlıların şüuru bu hadisəni xüsusi ekspressiyaya malik olan 

hadisə kimi qəbul  edir. Digər tərəfdən, işləmək (hadisə) azərbaycanlılar üçün adi haldırsa, türklər 

üçün – aşağı səviyyədə dəyərləndirilən hərəkətdir.  

Bir sözlə, koqnitiv dilçilik dili informasiyanı təşkil, emal və istehsal edən bir varlıq kimi dərk 

edir. Strukturalizmin əksi olaraq, koqnitiv dilçilikdə semantika əsas ter tutur. Koqnitiv qəlib, qeyd 

olunduğu  kimi,  informasiyanın  təşkili  (alınması),  emalı  və  istehsalını  nəzərdə  tutduğu  üçün, 

koqnitiv  dilçiliyin  fundamental  problemlərindən  birini  semantikanın  həqiqətlə  mövcud  olan 

münasibətləri  təşkil  edir.  Aydın  məsələdir  ki,  söhbət  dil  semantikasının  həqiqətlə  olan 

münasibətlərindən gedirsə, ilk növbədə, leksik və frazeoloji vahidlər yada düşür. Məhz leksika milli 

şüurun  konseptləşməsindən  xəbər  verir.  Frazeoloji  vahidlər  isə  dilin  ikinci  dərəcəli  nominasiya 

vahidləri  olaraq,  işarələnənə  ekspressiv  münasibət  bildirən  vasitədir.  Beləliklə  də,  frazeoloji 

vahidlər müasir dilçiliyin maraq mərkəzində yerləşir [3, 456].  

Frazeoloji vahidlər ikinci dərəcəli nominasiya vahidləri olaraq mədəniyyəti konsept şəklində 

təqdim edir. Yəni mədəniyyət leksika və frazeologiyada konseptləşir, lakin frazeologiyada mədəni 

faktlara  ekspressiv  münasibət  bildirilir,  və  buna  görə  də  frazeoloji  vahid  kommunikativ  effekt 

baxımından  dilin  daha  güclü  vasitəsidir.  Beləliklə,  müasir  dil  tədqiqatları  məcazlara,  frazeoloji 

vahidlərə,  atalar  sözləri  və  zərbi-məsəllərə  xüsusi  diqqət  yetirir.  Ilk  növbədə?  bu  diqqət  dil 

vahidlərinin əsasını təşkil edən obrazların konseptləşməsilə bağlıdır. Məsələn: Azərbaycan dilində 

və  Azərbaycan  xalqının  milli  təfəkküründə  daşın  konseptləşməsi  iki  koqnitiv  əlamət  üzərində 

qurulur:  “bərk”  və  “hissetməzlik”.  Çox  maraqlıdır  ki,  Rusca-Azərbaycanca  Lüğətdə  rus  dilində 

işlənən  черствый,  черстветь,  черствость  sözlərini  və  anlayışlarını  Azərbaycan  dilində  izah 

etmək  üçün  tərtibçilər  daşa  dönmək,  ürəyini  daşa  döndərmək,  daşürəklik,  daşürəkli  sözlərinə 

müraciət edirlər. Deməli, artıq Azərbaycan təfəkküründə “daş” konseptləşmişdir.  

Frazeologiyada  da  bu  konsept  öz  ifadəsini  tapır.  Məsələn,  bağrı  daşa  dönmək 

frazeologizmində həmin konsept öz ifadəsini tapır. Konsept milli təfəkkürdə hərtərəfli əhatə olunur. 

Məsələn:  “daş”  konsepti  Azərbaycan  frazeologiyasında  yalnız  göstərilən  koqnitiv  əlamətləri 

nümayiş  etmir.  Azərbaycanca-rusca  frazeologiya  lüğətində  daş  komponenti  ilə  yaranan  aşağıdakı 

frazeoloji vahidlər qeydə alınır: daş atıb başını tutmaq, daş atmaq, daş qayaya rast gəlib, daş(ı) daş 

Məhərrəmova M.H.  



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə