Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

 

53 


 

yaradıldı. Hələ 1945-ci ildə aqrar islahat haqqında Türkiyə Böyük Millət Məclisində qanun qəbul 

olundu.  Bu  «Kəndlilərə  torpaq  paylamaq»  haqqında  qanun  idi.  Qanuna  görə  torpaqsız  kəndlilərə 

dövlət  fondundan  və  ya  iri  sahibkarlıqdan  torpaq  almaq  hüququ  verilirdi.  Bu  torpağı  kəndlilər 

dövlət  fonduna  20  il  müddətinə  ödəniş  ödəməklə  almaq  hüququna  malik  olurdular.  «Kəndlilərə 

torpaq paylamaq haqqında qanun» (Türk dilində isə «Çiftçi  torpaqlarının qanunu») türk hökuməti 

tərəfindən çox şişirdilirdi. Həmin dövrdə prezident olan İsmət İnönü bu islahatı 20 il ərzində həyata 

keçirilən  qanunların  ən  görkəmlisi  adlandırmışdır

3

.  İlk  torpağı  isə  torpaqsız  kəndlilər,  sonra  kiçik 



torpaqları  olanlar,  sonra  başqa  ölkələrdən  gələnlər  və  daha  sonra  isə  müharibədən  gələnlərə 

verirdilər.  Türkiyə  hökuməti  iqtisadi  güzəştlərlə  bərabər,  siyasi  güzəştlərə  də  getdi.  TBMM-də 

müstəqil seçki haqqında qanun qəbul edildi. Eyni zamanda mətbuat azadlığınada icazə verildi.  Bu 

işdə jurnalistlərdən Zəkəriyyə Sertel, Sabihə Sertel, F.Erkməm, yazıçı Suod Dervis Səbahəddin Əli 

və başqaları mühüm rol oynayırdılar. Yazıçı Səbahəddin Əlinin nəşr etdiyi satirik jurnal «Mərhum 

paşa» ABŞ yönümlü siyasət yürüdən Türkiyə hökumətini tənqid edirdi. Bu da,  əsasən,  sovetpərəst 

qüvvələrin maraqları ilə üst-üstə düşürdü. Onu da qeyd etmək lazımdır ki, Türkiyə hökumətinin bu 

addımı,  yəni  qərbyönümlü  siyasəti  onun  iqtisadi  asılılığından  irəli  gəlirdi.  Bu  da  başda  ABŞ 

olmaqla,    bu  dövrdə  SSRİ-yə  qarşı,  sosializmə  qarşı  həyata  keçirilən  «Soyuq  müharibə»nin  bir 

dalğası  idi.  «Soyuq  müharibə»nin  əsasını  və  mahiyyətini  antikommunizm  və  antisovetizm  təşkil 

edirdi. Qeyd edək ki, bu cür məsələlər ayrı-ayrı partiyaların proqramlarında da öz əksini tapmışdır. 

Buna əsas misal Demokrat Partiyasını göstərə bilərik. Onu da qeyd edək ki, Demokrat Partiyasının 

proqramı iqtidar ÇXR-nın proqramı ilə eynilik təşkil edirdi. Lakin DP-sı, əsasən, «özəl təşəbbüs və 

kapital»ın imkanlarını genişləndirmək və iqtisadi çətinlikləri aradan qaldırmaq zərurətini ön plana 

çəkirdi. Bu isə amerikan şirkətlərini ölkəyə sərmayə qoymağa sanki səsləyirdi. Təbii hal idi ki, türk 

cəmiyyətində yeniliyə can atan çoxlu siyasi və iqtisadi qüvvələrin mövcudluğu, digər tərəfdən isə 

uzun  illər  boyu  iqtidarda  olmuş  ÇXR-nın  (Cümhuriyyət  Xalq  Partiyası)  yürütdüyü  siyasətdən 

narazılıqlarını    olması          get-gedə  DP  əhatə  dairəsini  genişləndirdi.  1946-cı  il  iyul  ayının  21-də 

TBMM-nə  seçkilər  keçirildi.  Bu  seçkilər  bir  sıra  tədqiqatçılar  tərəfindən  heç  də  birmənalı 

qarşılanmadı.  Hətta  seçkilər  DP-nin  narazılığı  ilə  müşayiət  olundu.  Lakin  bütün  bu  hallara 

baxmayaraq,    bu  seçkilər  Türkiyə  tarixində  parlamentin  müxtəlif  siyasi  qüvvələrdən  təşəkkül 

tapmasının  başlanğıcını  qoydu.  Nəticədə  ÇXR  (eyni  zamanda  Xalq  Respublika  Partiyası)  465 

deputat  yerindən  402  yer  qazandı

4

.  Demokrat  partiyası  63  mandat,  müstəqillər  isə  7  mandat 



qazandılar. 1946-cı ildə İstanbul, İzmir, Ankara, Adana, Zonqullaq və başqa şəhərlərdə həmkarlar 

ittifaqı  yarandı.  Az  müddət  ərzində  həmkarlar  ittifaqının  sayı  30-u  keçdi.  Əslində  DP  fəhlələrə 

bərabər hüquqların verilməsi, ölkə iqtisadiyyatının sərmayə qoymaqla dirçəldilməsinə çalışırdı. Bir 

sözlə,  bütün  mövcud  olan  vəziyyətlər  DP-nın  ABŞ-la  yaxınlaşdırmağa  və  xarici  kapitalın  ölkəyə 

satılması  prinsipinə  uyğun  hərəkət  etməsinə  gətirib  çıxarırdı.  1946-cı  ildə  TBMM-yə  I  sessiyanın 

yeni çağırışı keçirildi. Respublika prezidenti İsmət İnönü, baş nazir isə keçmiş XRP-nin baş katibi 

Rəcəb Peker seçildilər

5

. Yeni hökumətin seçilməsi ölkənin hərbi siyasi rejimini möhkəmlətmək və 



demokratik hərəkatın genişlənməsinə yönəlirdi. Xarici siyasətdə isə Türkiyə Böyük Britaniyanın və 

ABŞ-ın  antikommunist  siyasətini  dəstəkləyirdi.  Türkiyə  II  Dünya  müharibəsindən  sonra  bu  xətti 

özünün  hərbi  strateji  xətti  hesab  edirdi.  Buna  səbəb  olan  vasitələrdən  biri  də  Rusiya  ilə  olan 

problemlər  idi.  Belə  ki,  1946-cı  ildə  Rusiya  Montro  sazişinə  yenidən  baxılmasına  başlayırdı

7



Rusiyanın  bu addımı  Türkiyənin  boğazlar məsələsində problem  yaradırdı. Qeyd edək ki,  bu saziş 



1936-cı  ildə  Montroda  bağlanmış  boğazlar  haqqında  konvensiya  idi

8

.  Bütün  çətinliklərlə    yanaşı,  



müharibədən  sonrakı  dövrdə  ən  kəskin  və  mühüm  dövr  iqtisadiyyatın  dirçəldilməsi  idi.  II  Dünya 

müharibəsi illərində ordunun saxlanılması Türkiyə sənayesinə və əhalinin əmək qabiliyyətinə mənfi 

təsir etmişdi, sənayenin inkişafı və nəqliyyatın bərpası, kənd təsərrüfatının yenidən qurulması, eyni 

zamanda  digər  bir  sıra  məqsədlər  üçün  Türkiyəyə  yalnız  xaricdən  kömək  lazım  idi.  «Soyuq 

müharibə»nin əsasını təşkil edən Qərblə yaxınlaşma prinsipi ordunun saxlanılması üçün sərf edilən 

xərclərin  getdikcə  artmasını  tələb  edirdi.  1940-1948-ci  illərdə  müdafiə  üçün  olan  xərclər  bütün 



Əsədova A.V.  


 

54 


 

dövlət xərclərinin 53%-ini təşkil edirdi

8

. 1949-cu ildə isə büdcənin 41%-dən çoxu hərbi məqsədlər 



üçün  ayrılmışdır.  İqtisadiyyatın  inkişafı  üçün  Türkiyə  hakim  dairələri  ABŞ-ın  maraqlarını  ölkə 

iqtisadiyyatının  maliyyələşdirilməsinə  cəlb  etməyə  çalışırdı.  Böyük  dünya  siyasətində  rəqib  olan 

SSRİ-nin, qonşuluğunda hərbi məntəqələr yaratmaqda maraqlı olan ABŞ-ın Türkiyəni seçməsinə və 

ona  iqtisadi  yardım  etməsinə  gətirib  çıxardı.  20-30-cu  illərdə  Türkiyə  iqtisadiyyatına  aid  bir  sıra 

dəyərli  elmi  əsər  və  məqalənin  müəllifi  olan  İ.Penin  hesablanmalarına  görə,    yalnız  1937-ci  ildə 

Almaniya Türkiyədən 152 min ton taxıl, 36 min ton meyvə, 17 min ton tütün, 10 min ton pambıq və 

yun,  58  min  ton  mədən  xromu  idxal  etmiş,  əvəzində  Türkiyəyə  gəmi  və  gəmiçilik  avadanlığı, 

dəmiryolu və hava nəqliyyatı vastələri, hərbi ləvazimat, toxuculuq məhsulları və uşaq oyuncaqları 

satmışdır. Ümumilikdə isə müharibə ərəfəsində  Almaniyanın tütünə olan ehtiyacının 24%-ini qoz 

və  fındığın  21%-ini,  pambığın  27%-ini,  yunun  19%-ini  Türkiyədən  olan  idxalat  hesabına  təmin 

edilmişdir

9

. Müharibədən sonrakı ilk illərdə bu cür ixracat ancaq ABŞ-a icazə verildiyindən digər 



dövlətlər Türkiyənin bu yeni ixracat rejimindən narazılıq edirdilər. 1947-ci il  avqust ayının 15-də 

ixracata aid  yeni qərarın qəbul edilməsi ilə əvvəlki ixracat rejimi bir qədər  yumşaldıldı. II Dünya 

müharibəsindən sonra kapitalist ölkələri sərbəst ticarət və ya «azad» valyuta ilə ticarət etməyə nail 

oldular.  Lakin  sistemdə  olunan  dəyişiklik  Türkiyənin  daxili  iqtisadi  çətinliklərini  artırmış  oldu. 

Eynilə Türk lirəsinin dəyəri də aşağı düşdü. Dövlət xəzinəsində boşluq və ölkədə qızıl ehtiyatının 

azalması getdikcə daha da çox hiss olunurdu: təkcə 1947-ci ilin 10 ayı ərzində ölkədə qızıl ehtiyatı 

190 milyon lirə azalmışdır. Bu tənəzzül sonrakı illərdə də davam etmişdir. Baş verən çətinliklərlə 

əlaqədar olaraq 1948-ci ildən Türkiyə hökuməti ixracat rejimi haqqında yeni bir qanun qəbul etdi. 

Bu  ideya  1948-ci  ildə  keçirilən  Türkiyə  iqtisadi  konfransında  müxtəlif  düşüncəli  mütəxəssislər 

tərəfindən irəli sürülmüşdür. Lakin ticarət siyasətində yenə də  bir sıra çətinliklər var idi. Bununla 

əlaqədar olaraq, 1949-cu ildə sentyabrın 9-da Türkiyə hökuməti xarici ticarət rejimi haqqında yeni 

qərar  qəbul  etdi.  Bu  rejim  həm  ixracata,  həm  də  idxala  aid  edilirdi.  Bir  sözlə,  Türkiyə  II  Dünya 

müharibəsindən  sonra  işğalçılıq  siyasəti  yürüdən  və  xalqların  azadlığını  boğan  SSRİ-yə  qarşı  əks 

siyasət  yürüdürdü.  Bir  çox  sosialist  ölkələri  ilə  Türkiyənin  tədiyyə  sazişi  yox  idi.  Beləliklə  də, 

idxalat və ixracata aid edilən yeni rejim Türkiyəni bu ölkələrlə ticarət əlaqələrindən uzaqlaşdırırdı. 

Ölkə  iqtisadiyyatının  dirçəldilməsi  üçün  xarici  kapitalın  qoyuluşu  siyasətini  dəstəkləyən  TDP 

sonralar seçkilərdə qalib gəldi. Belə ki, 1950-ci ilin mayında Türkiyədə xüsusi əhəmiyyətli hadisə 

baş  verdi.  Xalq  Respublika  Partiyası  hakimiyyətdə  Demokratik  Partiya  ilə  əvəz  olundu.  DP 

seçkilərdə 53,7% səs və məclisdə 83,7% yer aldı. XRP isə 39,3 səs və 14.1 % yer aldı və uduzdu

10



Bir sözlə, 1950-ci il  may seçkilərində DP 396, XRP 68, Milli 1, bitərəf isə 7 səs qazandı. Beləliklə, 

27  il  hakimiyyətdə  olan  XRP  (CXP)  hakimiyyətinə  son  qoyuldu.  Türkiyə  Böyük  Millət  Məclisi 

(TBMM) Cəlal Bayar ölkə prezidenti, Adnan Menderesi isə baş nazir seçdi. Qeyd edək ki,  Cəlal 

Bayar  bundan  əvvəl  ticarət,  iqtisadiyyat  və  baş  nazir  vəzifələrində  işləmişdir.  Bayar-Menderes 

hökuməti  xarici  ticarət  siyasətini  də  Qərbin  maraqlarına  uyğunlaşdırırdı.  Bu  da  xarici  dövlətlərin 

Türkiyə bazarında sərbəstliyinə gətirib çıxarırdı.  II Dünya müharibəsində və müharibədən sonrakı 

illərdə  Sovet-Türkiyə  münasibətlərində  əmələ  gələn  soyuqluq  yeni  hökumətin  dövründə  (1950-

1960) daha da şiddətləndi.  Bu isə özünü iqtisadi münasibətlərin  bütün  sahələrində  göstərdi.  Hətta  

İzmir  yarmarkasında  müntəzəm  iştirak  edən  Sovet  İttifaqı  müharibədən  sonra  bir  müddət 

yarmarkada  iştirak  etmədi.  Məşhur  ABŞ  jurnalisti  V.Lippmon  Amerikanın  hərbi  siyasətinin  iç 

üzünü açaraq yazırdı: “Biz Yunanıstan və Türkiyəni ona görə seçmişik ki, onların xüsusi köməyə 

ehtiyacı  var,  ona  görə  seçmişik  ki,  onlar  Sovet  ittifaqına  və  Qara  dənizə  strateji  yollar  açırlar”

11



Hətta türk hökuməti bu dövrdə SSRİ rəhbərləri ilə istənilən danışıqlardan imtina edə bilərdi. Xarici 



siyasətdə,   əsasən,  iqtisadi inkişaf prinsipini əsas götürən  Bayar- Menderes hökuməti  bu siyasəti 

daxili  siyasətdə  də  tətbiq  edirdi.  Lakin  daxili  siyasətin  əsasında    konstitusiyaya  uyğun  gəlməyən 

qanunların  seçilib  çıxarılması  və  bu  qanunların  demokratik  şəkildə  icrası  dururdu.  1951-ci  ilin 

avqust ayında Türkiyə hökuməti «Xarici kapital qoyuluşu» haqqında qanun imzaladı ki, bu qanun 

da  xaricilərin  nəzarətini,  xüsusilə  də,  Amerikanın  Türkiyəyə  tam  kapital  qoyuluşuna  azad  şərait 

II Dünya müharibəsindən sonra Türkiyənin sosial-iqtisadi və siyasi vəziyyəti 

 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə