Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə1/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
  1   2   3   4   5   6   7   8   9   ...   44


 

 
    
UOT 81.373.47   
 
BƏDİİ ƏSƏRLƏRİN DİLİNDƏ DİALEKTİZMLƏRİN YERİ VƏ MÖVQEYİ 
(S.Rəhimovun “Saçlı” romanı əsasında) 
 
QƏHRƏMANOVA ÇINARƏ MƏMMƏD qızı 
Azərbaycan Dövlət İqtisad Universiteti, f.ü.f.d.  
e-mail: 
Chinara83@gmail.com
 
 
Açar sözlər:  dialektizm, semantika, etnoqrafiya, ədəbi dil 
Məhdud  ərazidə  yaşayanların  məişətdə  elə  əşya  və  hadisələr  olur  ki,  ümumxalq  məişətinə 
keçmədiyindən, ümumxalq məişətindən istifadə edilmədiyindən ümumxalq dilində onların adlarının 
qarşılığı, sinonimləri də olmur. Həmin məhdud ərazidən bəhs edən elmi və ya bədii əsərdə bu cür 
əşya və hadisələrin təsvirinə də yer vermək lazım g000000əlir.  Buna görə də dilçilikdə etnoqrafik 
dialektizm  adlandırılan  bu  cür  şivə  sözlərinin  bədii  dildə  işlənməsi  təbii  sayılır  və  məqbul  hesab 
edilir [1, s.40-47] 
Etnoqrafik dialektizmləri “Dəli  Kür” romanında  araşdıran Q.Kazımov  yazır ki,  romanda ilk 
baxışda  təəccüb  doğuran  məhdud  dairə  işlənmə  xüsusiyyətlərinə  malik  sözlərdir.  Belə  sözlərin 
əsasını  şivə  sözləri  təşkil  edir.  Bu  sözlərin  bir  qismi  əksər  dialekt  və  şivələrinə,  çox  hissəsi  Qərb 
dialekt  və şivələri qrupuna aiddir. Şübhəsiz, bu hal  romanda təsvir edilən hadisələrin baş verdiyi, 
cərəyan  etdiyi  ərazi  ilə  əlaqədardır.  Romanda  məhdud  ərazi  ünsiyyətinə  xidmət  edən  sözlərin 
işlənməsi  mühüm  səbəblərlə  bağlı  olub,  təsadüfi  xarakter  daşımır.  Bunların  bir  çoxunu  yazıçı 
bilərəkdən əsərə daxil etmişdir (1,45). 
T.Əfəndiyeva  etnoqrafik  dialektizmləri  leksik-semantik  mənalarına  görə  aşağıdakı  9  qrupa 
bölmüşdür:  1)  əkinçiliyə  aid;  2)  köhnə  alət  adları;  3)  maldarlığa  aid  adlar;  4)  geyim  əşyalarının 
adları; 5) yemək adları; 6) ot və bitki adları; 7) ev əşyalarının adları; 8) köhnə ölçü və çəki adları; 9) 
köhnə adət-ənənə adları[5, s.152]. 
Bunların bir çoxunun dəqiqləşdirməyə ehtiyacı var. Bu dialektizmlər hər bir bölgədə oxşar və 
fərqli  şəkildə  üzə  çıxır. Qubadlı  şivəsinə  məxsus  etnoqrafik  dialektizmlər  də  bu  qruplarda  birləşə 
bilər. Kənd təsərrüfatının müxtəlif tərəflərini əhatə edir. İndi köhnələrək sıradan çıxmış etnoqrafik 
dialektizmlər əsasən Qubadlının keçmişindəki həyat və məişətin təsviri zamanı, yəni tarixi koloritin 
yaradılması məqsədilə istifadə edilir. 
S.Rəhimovun  əsərlərinin  lüğət  tərkibində  tarixi  dövrlərin  izlərini  göstərən  etnoqrafik 
dialketizmlər  işlədilmişdir.  Bunlar,  əsasən,  köhnə  ay  adlarında,  köhnə  təsərrüfatla  bağlı  olan 
sözlərdə, qohumluq münasibətlərini bildirən adlarda və.s özünü göstərir: 
1) Köhnə ay adları.  S. Rəhimovun “Saçlı” romanında 2 köhnə ay adına rast gəlinir: quyruq 
doğan ay; qışın çilləsi. Çillə sözünü yazıçı əsərdə 2 cümlədə işlətmişdir: 
... Mən öz ailəmlə bu sərt qışlı dağların ətəyində bizim klubun hicra guşəsində qışın çilləsində 
donardım  (Ic.,  s.229).  ...  Zamanın  hökmü  belədir,  qışın  çilləsində  yayın  gününü  doğuzdurmaq 
olmaz! (IIc., s.71). 
Bu sözə dialekt və şivələrdə “böyük çillə və kiçik çillə” formasında təsadüf olnur. Çillə sözü 
Quba  dialektində  həm  qış,  həm  də  yay  fəslinə  aid  edilir  (2,  s.279).  Çillə  sözü  ümumiyyətlə,  qış 
məhfumu  ilə  bağlıdır.  Məsələn,  “Çillə  hələ  girməyib”  cümləsində  qışın  girmədiyi,  başlanmadığı 
ifadə olunur. Lakin maraqlı burasıdır ki, Quba dialektində çillə sözü yay fəslinə də aid edilir, onun 
müəyyən  dövrünü  bildirir.  Məsələn  “Yayın  çilləsində...”.  Burada  quyruğdoğan  ifadəsi  də  işlənilir 
(2, s200).  
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  


 

 
Quyruq  doğan  ay.  Yazıçı  aşağıdakı  cümlədə  işlətmişdir:  Köçəri  dili  ilə  deyilsə,  “quyruq 
doğub”  (II  c.,  s.68).  H.Mirzəyev  yazır  ki,  quyruqdoğan  ay  (quyruk  döğən  ay)  –  Avqustun  ikinci 
yarısı. Ordubad rayonunun Nüsnüs kənd şivəsində “qurux doğan ay”, “yayın axır ayı” (6, s.279). 
2)  Qohumluq  münasibətini  bildirən  dialektizmlər.  S.  Rəhimovun  əsərlərinin  dilində 
qohumluq münasibətini bildirən bir sıra sözlərə təsadüf olunur. Bunlar aşağıdakılardır: 
Dədə romanda ata mənasında işlənir: - Ata, qurban olum. ...qurban olum, dədə! [III c., s.120]. 
Bu söz Şamaxı, Bakı dialektlərində və Lənkəran şivəsində də ata mənasında işlənir [7, s.326]. Onu 
da  qeyd  edək  ki,  dədə  sözü  qədim  Azərbaycan  dilində  “böyük,  ulu,  el  ağsaqqalı”  mənalarında 
işlənmişdir [4, s.270]. 
Yeznə  əsərdə  aşağıdakı  cümlələrdə  işlənmişdir:  O  biri  tərəfdən  də  Göyçənin  ata  tərəfi 
Yarməmmədə kömək edər, - biz qoymarıq yeznəmiz korluq çəksin [IIc, s.29]. 
Yeznə-kürəkən.    Bu  sözə  eyni  mənada  digər  dialekt  və  şivələrimizdə  də  təsadüf  edilir  [3, 
s.115]. Qubadlı şivələrində “bacının əri” mənasında işlənir (4, s.118). 
M.Kaşğarinin  lüğətində  yezna  (7,  260).  şəklində  “böyük  bacının  əri”  mənasında  qeydə 
alınmış  həmin  termin  L.A.Pokrovskayanın  yazdığına  görə,  başlıca  olaraq  qıpçaq  tipli  türk 
dillərində,  qismən  də  başqa  türk  dillərində  eyni  mənada  işlənir  (8,s.64-65).  Yeznə  sözü  qırğız 
dilində “jezde”, başqırd dilində “eznə” şəklində ifadə olunur. 
Dadaş. Əsərdə Meşinovun dilində işlədilmiş bu söz dosta müraciət mənasındadır:  - Axı,  nə 
barədə,  dadaş?  –  deyə  Meşinov  dostuna  tərəf  əyildi  [I  c.,  s.87].  Bu  söz  Ağdam,  Göyçay,  Qusar, 
Lənkəran, Ordubad, Şamaxı, Yardımlı, Zəngilan şivələrində 3 mənada işlənir: 
1. Ata (Zəngilan) – Bizdə dədə də derix, dadaş da derix; 2. Böyük qardaş (Ordubad); 3. Dayı 
(Yardımlı)  [3,  s.116].  Göründüyü  kimi,  bu  söz  S.Rəhimovun  əsərlərində  şivələrimizdən  fərqli 
mənada işlənmişdir. 
Günü. “Kişinin ikinci arvadına verilən ad” mənasında olan bu söz əsərdə aşağıdakı cümlədə 
işlədilmişdir: Mənsub hansı ağzı sulandırmayıb, hansı müavini sədrinə günü eləməyib [II c., s.106]. 
Mətndən  anlaşılır  ki,  bu  söz  “rəqib”  mənasında  işlənmişdir.  Türk  dillərində  günü  sözünə  qırğız 
dilində günü, qazax dilində gündez, başqırd dilində köndəz formalarında rast gəlinir [4, s.271]. 
Bəbə.  “Körpə uşaq, çağa” mənasında bu söz əsərdə aşağıdakı cümlədə işlədilmişdir; Təzədən 
yüz yaşına dönüb bəbə olamyacaq ki? [II, s.297]. Bakı dialektində bebə fonetik variantında təsadüf 
olunur: Mən belə görürəm ki, məni qorxıdırsan [3, s.39]. Gəncə, Füzuli, Kürdəmir, Qazax, Masallı, 
Mingəçevir,  Naxçıvan,  Oğuz,  Şəki  dialekt  və  şivələrində  bu  söz  2  mənada  işlənir:  1.  körpə  uşaq, 
çağa.  –  Sən  də  bəbəsən  (Füzuli);  -  Onun  bəbəsi  yaman  göyçəkdi  (Kürdəmir);  -  Gözünüz  aydın, 
eşitdim  sizə  təzə  bir  bəbə  gəlir  (Oğuz);  2.  gəlincik  (Gəncə).  –  A  qızım,  ala  sa  bir  yaxşı  bəbə 
almışam [3, s.41]. 
Qağa. Əsərdə “...iştahsız nə aparar, Qəşəm qağa?” [I c., s.241] cümləsində işlədilən bu sözün 
dialekt  və  şivələrdə  müxtəlif  mənaları  mövcuddur.  Bu  söz  Qazax  dialektində,  Tovuz,  Ağdam, 
Şirvan, Əli Bayramlı şivələrində qağa, Füzuli, Oğuz rayonu şivələrində qa formasındadır və bu söz 
“ata, böyük qardaş” mənalarında işlənir. Dərələyəz mahalında “ata” mənasında ağa sözü də işlənir. 
Dərələyəzin Qovuşaq kəndində bəzi evlərdə uşaqlar atalarına ata//atta deyirlər. Quba dialektində bu 
sözə “aba” formasında rast gəlinir [2, s.270]. Qubadlı şivələrində ataya, əmiyə, dayıya, əmoğluya, 
dayoğluya, biboğluya, mamoğluya “qağa” – deyə müraciət edirlər (4, s.118). 
3)  Yemək  adlarından  ibarət  dialektizmlər.    İnsanlar  yarandığı  gündən  onları  ilk  növbədə 
yemək-içmək, öz tələbatlarını ödəmək üçün qida məhsulları əldə etmək məsələsi düşündürmüşdür. 
Çünki  yemək  insanların  yaşaması  üçün  ən  vacib  faktorlardan  biri  olmuş  və  bunsuz  insan 
cəmiyyətinin  indiki  inkişaf  səviyyəsinə  gəlib  çatması,  maddi  nemətlər  istehsal  etməsi  qeyri-
mümkün  olardı.  Elə  buna  görə  də  demək  olar  ki,  qida  məhsullarının  əldə  edilməsi  insan 
cəmiyyətinin tarixi qədər qədimdir. Yemək adlarının tədqiqi xalqın tarixi, adət və ənənəsi, məişəti, 
keçmiş  yaşayış  tərzi  haqqında  geniş  və  dolğun  material  verir.  Bu  mənada  S.Rəhimovun  yemək 
adları ilə bağlı əsərlərində işlətdiyi  dialektizmlərin tədqiqi olduqca vacibdir. Yazıçı yemək adları 
Qəhrəmanova Ş.M. 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə