Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə2/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   2   3   4   5   6   7   8   9   ...   44

 

 
ilə  bağlı  aşağıdakı  dialektlərdən  istifadə  etmişdir:  qovurğa,  fətir,  ağartı,  kömbə,  hoppa,  əppək, 
xamraşı, xəşil, qurut, saçarası, şoq, şilə, cad və s. 
Şilə.  Bəzi  bölgələrdə  bu  xörək  adına  “şiləaşı”  da  deyirlər.  Qərbi  Azərbaycanın  Amasiya 
rayonunda yarmadan hazırlanmış xörək “şiləaşı” adlanır (3, s.469). Qarabağ bölgəsində şilə xörəyi 
düyüdən hazırlanır. S.Rəhimov da “Üzsüz qonaq” hekayəsində bu mənada işlətmişdir: Bir balaca 
düyülü olsa bəd olmaz! – Yanı şilə? (8 c., 55). 
Şirə.  Dialektoloji  lüğətlərdə  “çay  qırağında  qumluqdan  süzülüb  çıxan  duru  su”  (Zəngilan) 
mənasında  izah  edilir  (2,  s.469).  Yazıçı  “Üzsüz  qonaq”  hekayəsində  bu  sözü  tamamilə  başqa 
mənada işlətmişdir. “-Bal” mənasında. Aşağıdakı cümlədə “şirə” sözü “bal” sözünün sinonimi kimi 
işlənmişdir. “-Bilmirəm bizdə də heç bir şirə varmı? – deyə Ocaqqulu arvadının üzünə baxdı. – Ay 
arvad, o küpənin dibində o palıd balından bir xəşillik varmı? (8 c., s.56). 
Cad.  Yazıçının  hekayələrində  (8  c.,  s.136)  işlənən  bu  dialektizmin  mənası  “darı  çörəyi”  (4, 
s.117) mənasındadır. Qubadlı şivələrində müşahidə edilən termin səciyyəli sözdür (4, s.117). 
Qovurqa.  Əsərdə  ...  –  məktəb  qovurqadır  məgər  cibinə  tökəsən?  [II  c.,  s.82]  cümləsində 
işlədilmişdir.  Bəzi  bölgələrdə  bahar  bayramında  sacın  içərisində  buğda  qovururlar.  Cəbrayıl 
şivəsində qovurğa sözü işləkdir. Buğdanı sajın üstə qovururlar. olur qovurqa. 
Fətir.  Əsərdə  “...  ağartısız  uşaqlarımız  dolanmaz”  cümləsində  işlədilmiş  bu  sözün  mənası 
“inəkdən,  qoyundan,  camışdan,  keçidən  alınan  süd  və  qatıq  məhsulları”  deməkdir.  Lüğətlərdə 
Ağdam şivəsində işləndiyi göstərilir (3, s.18). 
Kömbə. Əsərdə  “... hazırca kömbə tapanlar haradan başa düşər ki, hansı şey haradadır [II c., 
s.199] cümləsində işlədilmiş bu sözün mənası “yağda un ilə bulamadan və ya yumurtadan bişirilmiş 
yemək növü” (Qazax) deməkdir [11, s.253]. 
Horra.  Əsərdə  “...  baxanda  işləyə  elə  bil  horradır  axır...”  [II  c.,  s.442]  cümləsində 
işlədilmişdir.  Cəlilabad  şivəsində  balqabaqdan  hazırlanır  duru  xörək  adıdır  [3,  s.228].  Xanlar  və 
Tovuz  rayonlarında  tərkibində  yağı  az  olan  və  ya  yaxşı  qaynadılmayan  ayrandan  əmələ  gələn  pis 
keyfiyyətli şora deyirlər [1, s.227] 
Əppək    sözü  yazıçının  hekayətlərində  “çörək”  mənasında  işlənmişdir:  “Həm  əppəklərini 
yeyib,  sularını  içib,  allaha  şükür  edib,  sonra  da  yıxılıb  yatırdılar  (8  c.,  s.138).  “Azərbaycan 
dialektoloji  lüğəti”ndə  bu  sözün  2  mənası  göstərilir:  Ağdam,  Bolnisi,  Gədəbəy,  Göranboy, 
Qarakilsə,  Mingəçevir,  Şəki,  Tovuz,  Yevlax  dialekt  şivələrində  “çörək”,  Zəngilan  şivəsində  isə 
“aşığın hamar tərəfi” mənalarında qeydə alınmışdır (3, s.174-175). 
Xamralı.    Yazıçının  “Üzsüz  qonaq”  hekayəsində  “Şordan,  şoqdan,  caddan,  xamralıdan-
zaddan...”  cümləsində  işlətdiyi  bu  dialekt  sözünün  mənası  “sacda  bişirilən  çörək”  (6,  s.219) 
mənasındadır. 
Xəşil.    Bu  sözə  dialekt  və  şivələrimizdə  “xəşil-xaşıl-xasıl”  formalarında  “xəmir  xörəyi” 
mənasında rast  gəlirik (6, s.219). Yazıçı bu dialektizmi eyni  mənada “Üzsüz qonaq” hekayəsində 
işlədir: “Vallah, bir xəşil olsa heç bəd olmaz” (8 c., s.56). 
Qurut.    Bu  sözə  yazıçının  “Küp  qarısı”  hekayəsində  9  dəfə  rast  gəlirik.  Hekayədə  “...  qarı 
gözlərini  qurut  kimi  ağardıb”  (8  c.,  s.125)  cümləsində  “qurudulmuş,  dəyirmişəkilli  süzmə” 
mənasında işlədilmişdir. Onu da qeyd edək ki, Qazax, Şahbuz, Ordubad dialekt və şivələrində də 
eyni mənada işlədilir. 
4) Geyim adları ilə bağlı dialektizmlər. S.Rəhimov əsərlərində geyim adları ilə bağlı maraqlı 
dialekt sözləri işlədilmişdir. Bunlar aşağıdakılardır: 
Laçın    sözü  əsərdə  “ev  ayaqqabısı”  mənasındadır:  O,  boz  şinelinə  bürünmüş,  cod  qəzilli 
ayaqlarına  yastıdaban  lançın  keçirmişdi  [I  c.,  s.248].  Bu  sözə  Ağsu,  Gəncə,  Qazax,  Lənkəran, 
Sabirabad, Şəki dialekt və şivələrində lapçın şəklində təsadüf edilir (3, s.284). Lapçın sözünə eyni 
şəkildə  Ağsu,  Qafan,  Lənkəran,  Sabirabad,  Şahbuz,  Şamaxı  dialekt  və  şivələrində  [3,  s.256]  rast 
gəlinir: Lapçını – Lapçını gəti! (Qafan); - Xeyrənsə lapçını itirib (Sabirabad); -Başmaqçiyə üç cüt 
lapçın tapşırdım (Şamaxı) [3, s.356] 
Bədii əsərlərin dilində dialektizmlərin yeri və mövqeyi(S.Rəhimovun “Saçlı” romanı əsasında) 
 


 

 
Arxalıq    sözü  “Üzsüz  qonaq”  hekayəsində  “yaxası  düymələnən,  uzun  ətək  paltar” 
mənasındadır. Bu sözə Bakı, Şəki, Qazax, Gəncə, Şuşa dialektlərində müşahidə olunur: - Koxa əlini 
döşünə atıb, möhürü arxalığının cibindən çıxardıb, İmamquluya tərəf tutdu (8 c.. s.61).  
Daqqa  sözü “Üzsüz qonaq” hekayəsində “qaragül dərisindən papaq” mənasında işlənmişdir: 
-  Yüzbaşıdan  qalma  göy  mahud  çuxasını  geydi,  daqqa  divan  papağını  başına  qoydu  (8  c.,  s.72). 
Lüğətdə bu sözün dialekt və şivələrimizdə 4 mənada işləndiyi göstərilir: 1. neft, mazut və su qabı 
(Kürdəmir,  Qazax,  Şəmkir,  Tovuz);  2.  buğda,  arpa  saxlamaq  üçün  taxtadan,  ağacdan  hazırlanmış 
qab, boçka (Gəncə, Qax, Şəki); 3. lovğa, ədabaz (Bərdə, Hamamlı, Qazax, Yevlax) (3, s.117-118). 
Dizlik.    Lüğətlərdə  qeydə  alınmayıb.  “Dizə  qədər  uzanan  corab”  mənasındadır.  Bəxti 
ömründə heç bir dizlik geyməzdi (8 c., s.166). 
Qılıcı.    Bu  söz  də  lüğətlərdə  qeydə  alınmayıb.  Mənası  “qılınc  kimi  düz  şalvar”  deməkdir: 
Arvadına yer saldırdı, özü də tüklü qılıcı şalvarda yerə girdi (8 c., s.166). 
Patava    “corabın  üstündən  ayağa  bükülən  yun  parça”  mənasında  “Malyeməz”  hekayəsində 
işlənmişdir: -Bəxtinin çarıq-paltavası islandı. Bu dialektizm lüğətlərdə qeydə alınmayıb. 
Bafta  sözü dialektoloji lüğətdə 2 mənada qeydə alınmışdır: 1. əlvan parçadan tikilən haşiyə 
(Qazax);  2.  zərli  parça  adı  (Hamamlı)  [3,  s.27].  Bu  söz  əsərdə  aşağıdakıcümlədə  işlədilmişdir: 
Göyçək üst tumanının ayağına enli qara bafta tutardı [II c., s.29]. 
Yaşmaq    sözü  əsərdə  “qadınların  ağzını,  burnunun  və  üzünün  bir  tərəfini  gizlətmək  üçün 
başlarına saldıqları yaylıq, örtüyün bir hissəsi, örtük” mənasındadır: Qara kalağayısını başına atdı, 
üzünə xırda yaşmaq tutdu [I c., s.304]. Bu söz Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində 
“yemşək//yaşmax” formasındadır [3, s.188] 
Qırdıma    sözü  əsərdə  “gödək”  mənasındadır:  -  Öyrənərəm,  öyrənərəm,  ay  Xanım  bacı 
öyrənərəm,  -deyə  qırdıma  tuman  Gülöymə  fır-fıra  kimi  fırlanırdı[I  c.,  s.69].  Bu  söz  Cəbrayıl 
şivəsində “gödək” mənasında işlənir. –Sumuzar bir qızdırma don tikif [3, s.330] 
Botin  sözü  əsərdə  “qısa  böğazlı  və  ya  boğazsız  ayaqqabı”  mənasındadır:  Qulam  müəllim 
botinlərinin  dabanları  əyilmiş  bu  uşaqlara  daim  belə  baxırdı  [III  c.,  s.15].  Bu  da  fransız  dilinə 
məxsus söz olub,ədəbi dilimizdən şivə və dialekt kimi yayılmışdır 
Qanavuz    sözü  əsərdə  “parça  növü”  mənasındadır.  Lüğətlərdə  qeydə  alınmamışdır.  Yazıçı 
aşağıdakı cümlədə işlətmişdir: O, ağ köynəyi üstündən qırmızı qanavuzdan enliqol köynək, onun da 
üstündən döşü açıq, qolu qırçınlı arxalıq geyib, gümüş kəmər bağladı [II c., s.129]. 
Beləliklə,  dialekt  keyfiyyətləri  yazıçılara  öz  qəhrəmanlarının  həyatını,  məişətini  və 
görünüşünü  daha  realistik  təsvir  etməkdə  kömək  edir.  Məhz  buna  görə  etnoqrafik  və  leksik 
dialektizmlərdən geniş istifadə edilir. 
S.Rəhimovun “Saçlı” romanı və hekayələrinin leksik tutumu zəngin və müxtəlifdir. Məqalədə 
yazıçının “Saçlı” romanının və hekayətlərinin dilindəki etnoqrafik dialektizmlər ilk dəfə olaraq elmi 
nəticəsini  əldə  etmişdir  və  ədəbi  dildə  Azərbaycan  dilinin  dialektləri  arasında  müqayisələr 
aparılmışdır. 
Araşdırmada nəzəri olaraq Azərbaycan ədəbi dilinin inkişafında S.Rəhimovun rolu, mövqeyi, 
canlı  danışıq  dilinin  ədəbi  dilə  təsiirndə  belə  sənətkarların  xidməti,  ədəbi  dil  normalarının 
formalaşmasında yazıçının fərdi yaradıclığının əhəmiyyəti sübut edilmişdir. 
Elmi  yeniliyi:  Məqalədə  bədii  əsərlərdə  işlənən  dialektizmlərin  mövqeyindən  bəhs  edilir  və 
onların üslubi imkanları göstərilir.  
Tətbiqi  əhəmiyyəti:  Məqalədən  dialektlərin  tədrisində  köməkçi  vasitə  kimi  istifadə  etmək 
olar.    Bundan  əlavə  məqalədə  göstərilən  dialektizmlər  dialektoloji  lüğətlərin  tərtibi  üçün  mənbə 
hesab edilə bilər.  
 
ƏDƏBİYYAT 
1.
 
Azərbaycan dilinin dialektoloji lüğəti. Ankara: 1999, 568 s. 
2.
 
AbbasovaR. Azərbaycan dilinin Qubadlı şivələri. Bakı: Çinar,  2006, 203 s. 
Qəhrəmanova Ş.M. 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə