Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə4/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   2   3   4   5   6   7   8   9   ...   44

 
12 
 
fonosemantikanın əlaməti kimi dilimizdə qorunub saxlanmışdır. Bir sözlə, omonimləşmə, omonim 
sözlər  birhecalı  dillərdə  indi  də  mövcuddur.  Birhecalı    (kök  quruluşlu,  amorf)  dillərdə 
omonimləşmə,  vurğu  fonosemantikanın  ilk  əlamətləri  kimi  indi  də  özünü  göstərir.  Bir  qisim 
omonim  sözlərdə  vurğunun  məna  fərqi  yaratması  sübut  edir  ki,  vurğu  ilə  omonimləşmə    prosesi 
arasındakı  əlaqənin  tarixi  kökləri  qədimdir.  Məsələn,  alma  (isim)  –  alma    (feil),  vurma  (isim)  – 
vurma (feil), alın (isim) – alın (feil), gəlin (isim) – gəlin (feil) 
Cümlədəki  sözlərdən,  sözdəki  hecalardan  birinin  digərinə  nisbətən  daha  güclü  deyilməsinə 
vurğu  deyilir.  Bu  tərifdən  də  görünür  ki,  vurğunun  hüdudu  söz  və  hecadır.  Belə  ki,  sözlərdəki 
hecalardan, cümlədəki sözlərdən biri digərinə nisbətən aydın, səlis və güclü tələffüz olunur. Bu da 
nitqin məzmun, məna çalarlığına xidmət edir. Həm də bu zaman nitq prosesi dalğalı axına bənzəyir. 
Vurğu, onun xarakteri, növləri ilə bağlı tədqiqatlar  az olmamışdır. Məsələn, M.Kazımbəy vurğunun 
əhəmiyyətindən,  vurğu  qəbul  etməyən  bəzi  şəkilçilərdən  bəhs  etmişdir.  N.Aşmarin  Azərbaycan 
dilində  vurğunu  Nuxa  (Şəki)  şivəsinə  aid  topladığı  dil  faktları  əsasında  izah  etmişdir.  O, 
Azərbaycan  dilində  vurğunun  sözün  son  hecasının    üzərinə  düşməsi  və  bəzi  alınma  sözlərdə 
vurğunun  sözün  son  hecasının  üzərinə  düşməməsi  məsələsinə  diqqət  yetirmişdir.  Vurğudan 
S.Mayzel  də  bəhs  etmişdir.  S.Mayzel  türk  dillərində  vurğunun  sözün  son  hecasının  üzərinə 
düşməsini qeyd etməklə  yanaşı,  istisna halları da,  yəni  son hecasının üzərində vurğu olmayan dil 
faktlarını da (alınma sözləri) nəzərdən keçirmişdir. Vurğudan xüsusi olaraq bəhs edənlərdən biri də 
Ə.Dəmirçizadə  olmuşdur.  Ə.Dəmirçizadə  vurğusu  son  hecaya  düşən  və  vurğusu  son  hecaya 
düşməyən  sözlərdən,  o  cümlədən  Azərbaycan  dilində  vurğu  qəbul  edən    və  qəbul  etməyən  
şəkilçilərdən,  vurğunun  növlərindən  xüsusi  olaraq  bəhs  etmişdir.  Bundan  başqa,  B.Çobanzadə  və 
F.Ağazadə,  S.Cəfərov  mürəkkəb  sözlərdə  vurğu,  M.Hüseynzadə  təyini  söz  birləşmələri  ilə 
mürəkkəb  sözlərin  fərqlənməsində  vurğunun  rolu,  A.Axundov  vurğunun  növləri,  vurğu  qəbul 
etməyən  şəkilçilər,  təyini  söz  birləşmələrində  vurğu,  A.Bəşirova  təyini  söz  birləşmələrində  vurğu 
məsələlərinə  xüsusi  tədqiqiat  əsərləri  həsr  etmişlər.  Vurğu  türk  dillərində  də  tədqiq 
olunmuşdur.Məsələn, A.N.Kononov mürəkkəb isimlərdə vurğunu, M.Resenin mürəkkəb söz və söz 
birləşmələrində  vurğunu,  E.N.Nəcib  söz  birləşmələrində  vurğunu,  N.K.Dmitriyev  və  digərləri 
sözlərdə vurğunu tədqiq etmişlər. Vurğunun akustik təbiəti həm də onun xüsusiyyətləri kimi özünü 
göstərir. Bunlar aşağıdakılardır: 
Birincisi,  Azərbaycan  dilində  vurğunun  akustik  təbiəti  vurğulu  hecadakı  saitin  kəmiyyətcə 
uzun  olması  ilə  bağlıdır.  Belə  ki,  vurğulu  hecadakı  saitin  kəmiyyəti  vurğusuz  hecadakı  saitin 
kəmiyyətindən  uzun  olur.    Sözdəki  hecalar  üzrə  aparılmış  təcrübənin  nəticələri  də  təsdiq  edir  ki, 
sözlərdəki vurğulu saitin uzunluğu əsas rol oynayır. Vurğusu ikinci hecada olan ikihecali sözlərdə “ 
vurğulu saitin  uzunluğu vurğusuz saitin uzunluğundan orta hesabla 0,5-0,4 dəfə çoxdur”. (3. 161) 
Deməli, Azərbaycan dilində vurğunun akustik təbiətindən biri onun mövcud olduğu hecadakı 
saitin kəmiyyətcə uzun olmasıdır. 
İkincisi, Azərbaycan dilindəki vurğunun akustik təbiəti saitin səs tonu ilə bağlı olur. Belə ki, 
vurğulu  hecadakı  saitin  səs  tonu  vurğusuz  hecadakı  saitin  səs  tonundan  yüksək  olur.  Yenə  də  bu 
sahədə  aparılmış  təcrübi  işlərin  nəticələri  göstərir  ki,  “...  vurğulu  saitin  əsas  sən  tonu  160-225, 
vurğusuz saitin əsas səs tonu isə 100-180 hers təşkil edir” (3.162) 
Deməli,  Azərbaycan  dilindəki  vurğunun  akustik    təbiətindən  biri  də  onun  mövcud  olduğu 
hecadakı saitin səs tonunun yüksək olmasıdır. 
Üçüncüsü,  Azərbaycan  dilindəki  vurğunun  akustik  təbiəti  vurğulu  hecadakı  saitin 
intevsivliyinin  daha  qüvvətli  olması  ilə  fərqlənir.  Belə  ki,  vurğulu  hecadakı  saitin  intensivliyi 
vurğusuz hecadakı saitin intensivliyindən daha qüvvətli olur. 
Deməli,  Azərbaycan  dilindəki  vurğunun  akustik  təbiətindən  biri  də  onun  mövcud  olduğu 
hecadakı saitin intensivliyindən daha qüvvətli olmasıdır. 
Azərbaycan ədəbi tələffüzündə vurğu 
 


 
13 
 
Hər bir dilin fonetik sistemində vurğu mühüm yer tutur. Sait və samit fonemlər kimi, vurğu da 
sözləri fərqləndirməyə xidmət edir. Məsələn, a'lma -alma', dondurma' - dondu'rma, gə'lin-gəlin' və s. 
Vurğu ədəbi tələffüz üçün əsasdır. Heca vurğusu sahəsində  olan əsas səhvlər, demək olar ki, yalnız 
alınma sözlərin deyilişində özünü göstərir. Bu səhvlərin meydana çıxmasının müxtəlif səbəbləri ola 
bilər. Fikrimizcə bu, hər şeydən əvvəl, psixoloji səbəbdən irəli gəlir. Bəllidir ki, Azərbaycan dilində 
vurğu bir qayda olaraq, sözün və ya söz formasının son hecasına düşür. Bununla bağlı olaraq, başqa 
dillərdən, xüsusilə Avropa dillərindən alınma sözləri, sanki öz sözlərimiz kimi vurğulayıb tələffüz 
edirik.  Məsələn,  relye'f  -  re'lyef,  ya'rmarka  -  yarma'rka,  ka'fedra  -  kafe'dra,  allergiya'  -  alle'rgiya, 
İngi'ltərə - İngiltə'rə. 
Dünya  dilləri  içərisində  alınmalarsız,  yalnız  öz  sözlərindən  ibarət  olan  bir  dil  təsəvvürə 
gətirmək qeyri-mümkündür. P.L. Çernıx doğru olaraq göstərir ki, “Çox çətin təsəvvür etmək olar ki
bir dil, hətta özünün ən qədim vəziyyətində belə, başqa bir dilin heç bir təsirinə məruz qalmamış 
olsun”.  [8.  16]  L.P.Krısin  belə  bir  fikir  irəli  sürmüşdür  ki,  sözlərin  bir dildən  başqa  dilə  keçməsi 
üçün  əsas  şərait  ikidillilikdir.  İkidillilik  şəraitində  əcnəbi  söz  əvvəlcə  danışıq  dilində  işlənməyə 
başlayır, sonra ümumxalq dilinin bütün sahələrinə keçir. [7, 17] 
Beləliklə, əcnəbi sözlər, hər şeydən əvvəl, danışıq dilində  işlənir və dildə  yaşamaq hüququ 
qazanır, deməli, dilin lüğət tərkibinə daxil olur. İlk dəfə nitqdə işlənən bu sözlər dilimizin fonetik –
qrammatik  qayda-qanunlarına  tabe  edilir,  yəni  alınan  sözü  dil  mənimsəyir.  Ona  görə  də  alınma 
sözlərin düzgün tələffüz qaydalarının – orfoepik norma və prinsiplərin yaradılması bütünlükdə dilin 
özü,  habelə  yazı  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Sözün  tələffüzünə  şüurlu  münasibət  düzgün 
yazıya  yiyələnməyin  zəruri  şərtlərindəndir.  Bəzi  alınma leksik vahidlər mənbə dildəki  vurğularını 
saxlayır : dire’ktor, do’ktor, no’rma, o’pera, fe’rma, tempera’ment və s. Müəyyən qrup sözlər də var 
ki, Azərbaycan dilinin fonetik təbiətinə tam uyğunlaşdığı üçün alındığı dildəki vurğularının yerini 
dəyişir,  vurğu  son  heca  üzərinə  keçir:  bomba’,  vanna’,  tabo’r,  yubka’,  kofta’,  pipetka’,  plyonka’, 
sosiska’,  bundesta’q,  budka’  və  s.  Dilimizdə  həmçinin    müəyyən  fonetik  şəraitə  görə  morfoloji 
məqam,  eləcə  də  məna  təsiri  ilə  vurğusu  son  hecada  deyilən  əsl  Azərbaycan  sözləri  də  vardır. 
Məsələn ; a’ncaq, ba’yaq, dü’nən, ya’lnız, ye’nə və s. 
Sözlərin  vurğularının  düzgün  deyilməməsi  bəzən  sözlərin  mənasının  yaxşı  dərk  olunma-
masından irəli gəlir.  Məsələn rus dilində -oviç şəkilçisi yerinə görə həm ata adını, həm də soyadı 
bildirir. Birinci halda şəkilçi tamam vurğusuz deyilir, ikinci halda isə vurğu şəkilçinin birinci hecası 
üzərinə düşür: Serafi'moviç - Serafimo'viç, Ada'moviç - Adamo'viç və s.
 
Bəzən həyəcanlı vurğu ilə 
deyilən sözlərdə  heca vurğusu, adətən, öz həqiqi  yerini dəyişir. Məsələn,  Va'qif! Ey sərvərim,  ey 
facidarım  ifadəsində  həmin  sözdə  vurğu  sonuncudan  birinci  hecaya  düşür.  Vurğu  intonasiya  ilə 
müşayiət  edilən  sözün,  söz  birləşməsinin  və  cümlənin  informativliyinə  təsir  göstərən 
ekstrolinqvistik  göstəricilərdən  biridir.  Dil  vahidlərinin  kommunikasiyasında  vurğu  ilə  məna  bir  –
birini tamamlayan amillər kimi qrammatik quruluşa da təsir göstərir.
 
İstər fonetik tərkibi  eyni  olan bəzi  oxşar vahidləri mənaca bir-birindən  fərqləndirmək və  ya 
cümlənin hər hansı bir üzvünü məntiqi cəhətdən nəzərə çarpdırmaq, istərsə də müəyyən emosional 
incəlikləri vermək üçün vurğunun müxtəlif növlərindən istifadə olunur. 
Elmi yeniliyi:Vurğu aktual dilçilik problemlərindən biridir. Məqalədə vurğu mühüm prosodik 
vasitə kimi tədqiq edilmişdir. 
Tətbiqi əhəmiyyəti: Məqalədən fonetika kursunun tədrisində, vurğu ilə bağlı tədqiqat işlərində 
istifadə oluna bilər 
 
 
 
 
Eminli B.İ. 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə