Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi


alpaqıt,  çığatay  ləhcəsində  alpağut



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə6/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   2   3   4   5   6   7   8   9   ...   44

 
16 
 
alpaqıt,  çığatay  ləhcəsində  alpağut  şəklində  işlənilmişdir.  M.Kaşğaridə  isə  “təkbaşına  düşmənə 
hücum edən, igid, yenilməz güləşçi, bahadır, pəhləvan” mənalarındadır. 
Amaçlık, amaçlık yer – atıcılıq üçün ayrılan yer [4, c.1, 206]. 
Akdı – “yağı akdı” – düşmən sel kimi axdı, hücuma keçdi [4, c.1, 220]. 
Əgirdi – “bəg kənd əgirdi” – bəy şəhəri mühasirəyə aldı [4, c.1, 229]. 
İçikti  –  “ər  içikti”  –  adam  döyüşdə  təslim  oldu  və  öz  arzusu  ilə  düşmən  tərəfində  savaşa  girdi         
[4, c.1, 240]. 
Tıl – düşməndən alınan əsir, dil [4, c.1, 348]. 
Görünür ki, bu əsir vasitəsilə düşmən tərəfin hərbi məlumatları öyrənilibdir. 
Kaçut – savaş və qovğada igidlərin bir-biri ilə çarpışması [4, c.1, 363]. 
Kılıç – qılınc [4, c.1, 365]. 
Tokış – cəng, savaş [4, c.1, 371]. 
Kəriş – savaşda davam gətirmə [4, c.1, 373]. 
Tutuğ – girov [4, c.1, s.375]. 
Başak – ox və ya nizənin ucuna keçirilmiş dəmir, ucluq [4, c.1, 380]. 
Bu  söz  “Kitabi-Dədə  Qorqud”da  dəmrən//təmrən  kimi  işlənmişdir:  Sadağından  toqsan  oxın  yerə 
dəkdi. Eki oxın dəmrənin çıqardı. 
Azərbaycan  dilində  hal-hazırda  başaq  sözü  buğda  bitkisinin  sünbül  hissəsi,  başlığı,  ucluğu 
mənalarını bildirir.  
Müqayisə  üçün  qeyd  edək  ki,  “biçmək,  kəsmək”  məna  anlamından  yaranan  bıçaq  sözü  ilə 
başaq sözü arasında əlaqə vardır. K.Musayev “biç, kəs” məna anlamından törəyən sözlərdən bəhs 
edərkən  or  kökündən  oraq,  orman  sözlərinin,  biç  kökündən  isə  bıçaq,  bıçqı  (mişar  mənasında) 
sözlərinin yarandığını qeyd etmişdir [6, 306-334]. 
Çərig – döyüş səfi, döyüş sırası [4, c.1, 389]. 
Bu söz çeriq şəklində “Mənzum oğuznamə”də “qoşun” mənasında işlənir. Məs.: [7, 22]. 
Atası Qara xan çeriq birlə bat, 
Yetib kəldi kördi Oğuzqa mədəd. 
Tərcüməsi: 
Atası Qara xan qoşun çəkərək, 
Gəlib gördü Oğuza yetişib kömək. 
Bu  söz  barəsində  B.Xəlilov  yazır:  “...  yazılı  mənbələrdə  “qoşun,  ordu”  mənasında  çəriq 
sözünün  çerig  variantı  da  olmuşdur.  Çerig  variantı  “qoşun,  ordu”  mənasında  sü  sözü  ilə  paralel 
şəkildə işlənmişdir: sü çerig // çerig sü “qoşun, ordu” [5, 29]. 
Tolum – silah. Bu, bütün silahlara verilən ümumi addır. [4, c.1, 395] 
Bügdə - xəncər [4, c.1, 415] 
Tuğru – qılınc, bıçaq, xəncər kimi şeylərin qəbzəsinin içinə keçirilən incə dəmir [4, c.1, 417] 
Karma – yağma, talan [4, c.1, s.426]. 
Tutğun – tutulan, yaxalanan, dustaq, əsir [4, c.1, 428]. 
Kalkan – qalxan. Türk və Oğuz dillərinin birində [4, c.1, 432]. 
Kawşut – iki xanın ölkələrinin təhlükəsizliyi məqsədilə görüşərək barışmaları [4, c.1, 441]. 
Bulğak – düşmən gələndə xalq arasına düşən çaxnaşma, xaos [4, c.1, 454]. 
Yarık – zirehə, qalxana verilən ümumi  addır. Bir-birindən fərqləndirmək üçün zirehə “kübə 
yarık”, dəmir qalxana “say yarık” deyilir. [8, c,3, 22]. 
Yadağ – piyada [8, c.3, 32]. 
Sü – əsgər, qoşun. Bu şeirdə də işlənmişdir: 
   
kəldi yer yapa
   
Karar, kar... 
   
Kaçtı anqar Alp Aya, 
   
Ufut bolup ol yaşar. 
Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində müasir azərbaycan ədəbi dilində  
işlənməyən hərb və titulla bağlı  etnoqrafik sözlər
 


 
17 
 
Yer üzünü basıb qoşun gəldi, atların dırnaqlarından qopan toz dağ təpələrini qapatdı. Alp Aya 
adlı adam qaçdı, yenildiyi üçün sıxılır, utandığından  gizlənir. [8, c.3, 200-201]. 
Sünqüş – savaşda hücuma keçmə, süngü ilə vurma [8, c.3, 317]. 
Sünqü – süngü, mizraq, nizə [8, c.3, 319]. 
Yalınq, yalınq kılıç-qından çıxarılmış qılınc, sıyrılımış qılınc [8, c.3, 323]. 
Kalkanq – qalxan. Bu sözün “kalkan”şəkli də var. [8, c.3, 334]. 
Titullar  cəmiyyətdə  şəxsin  ictimai  mövqeyini  bildirir.  Bu  səbəbdəndir  ki,  cəmiyyətdə  titul 
sahibləri əsl adları ilə deyil, daha çox titulları ilə şöhrətlənmişlər. Qədim türklərdə şəxslər əsl ad və 
titulları  ilə  tanınmışlar.  Məsələn,  Gül  Təkin,  Bayındır  xan,  Dədə  Qorqud,  Burla  Xatun,  Selcan 
Xatun, Aruz Qoca və s. 
Cəmiyyətdə ilk titul sözlər ailə səviyyəsində olmuşdur. Ona görə ki, cəmiyyət ailə  - qəbilə - 
tayfa – xalq – millət ardıcıllığı ilə inkişaf etmişdir. Bu barədə T.Hacıyev yazır: “... ata, baba, dədə, 
qoca,  əmi,  dayı,  qardaş,  oğul,  kürəkən,  ana,  nənə,  qarı,  xala,  bacı,  gəlin  kimi  sözlər  İlkin 
yaradılışında titul – rütbə anlayışları bildirmişdir. İndi bu sözlərdən birinin bir neçə məna – ünvanda 
işlənməsi həmin qədim ictimai-sosioloji təyinatın izidir...” [9, 133]. 
Deməli,  cəmiyyətdə  titulların  tarixi  çox  qədimdir.  Tarixi  çox  qədim  olan  bu  köməkçi  ad 
kateqoriyasının  araşdırılması  birbaşa  və  dolayısı  yolla  həmişə  tədqiqatçıların  diqqət  mərkəzində 
olmuşdur. Hətta titullar türk xalqlarının məişətində o qədər dərin kök salmışdır ki, başqa dillərə də 
təsir göstərmiş, təsir göstərdiyi dilin lüğət tərkibinə keçmişdir. Məsələn, A.Zahidi  xatun titulunun 
türk dillərində işlənən qadın sözündən düzəldiyini və bu sözün ərəb dilinə keçərək qadın // kadın // 
katun // xatun şəklinə düşdüyünü “şah arvadı” mənasında titul kimi işləndiyini qeyd etmişdir [10, 
112]. Yaxud M.Adilov xan, bəy, ağa titullarının türk mənşəli olduğunu qeyd etmişdir [11, 11]. O, 
ağa  titulu  barəsində  yazır:  “ə//a  ünsürünün    adam  mənası  ən  qədim  türk  sözlərindən  olan  “ağa” 
sözündə də özünü göstərir. “Ağ” qədim türk dillərində “böyük” mənasında işlənmiş və deməli, ağ-a 
tərkibi böyük adam (sonralar danışan şəxsin özündən böyük ata, böyük qardaş, əmi və s.) mənasına 
malik olmuşdur” [11, 11]. 
Titullar, onların tədqiqat, leksik xüsusiyyətləri və s. barədə geniş tədqiqat işi aparılmışdır [12, 
123-195]. Qeyd  edək ki, titulları  qoruyub saxlayan ən dəyərli qaynaqlardan biri  yazılı  abidələrdir. 
Bu mənada M.Kaşğarinin lüğətində qeydə alınmış titullar xüsusilə maraq doğurur. Həmin titullar öz 
spesifikliyi  ilə  digər  yazılı  abidələrdəki  titullardan  fərqlənir.  Odur  ki,  onları  bir-bir  nəzərdən 
keçirək. 
Özük – qadınlara verilən bir ləqəb. Qızıl kimi təmiz ruhlu qadına  “altun özük” deyilir. Bədəni 
inci  kimi  təmiz  olan  qadına  “ərtini  özük”  deyilir,  çünki  iri  dənəli,  əmsalsız  mirvariyə  “ərdini” 
deyilir. Bu ləqəb çigil qadınlar üçün söylənir [4, c.1, 139]. 
Ayadı – ləqəb verdi. “Xan anqar ayağ ayadı” – xan ona ayama ləqəb verdi [4, c.1, 229]. 
Kurç – mətin və igid adamlara  “kurç ərən” deyilir. İçi dolu və külçə şeylərə də belə deyilir [4, 
c.1, 352]. 
Tegit  –  “tegin”  sözünün  cəmidir.  Lüğəvi  mənası    “kölə”  deməkdir,  sonra  xaqan  oğullarına 
unqun olmuşdur. Bu, qaydaya zidd bir cəmdir. “Ögə tegit” orta hallı adamların böyüklərinə, xaqan 
uşaqlarının kiçiklərinə verilən addır. Bu iki söz birləşdirilərək işlənilir [4, c.1, 362-363]. 
Çigil  –  türklərdən  üç  boyun  adıdır.  Birisi  köçəri  olub,  Kuyasda  yaşayır.  İkincisi  Tıraz 
yaxınlığında bir qəsəbədə yaşayır. Bunlara çigil deyilir [4, c.1, 392]. 
Tarım  –  təkinlərə  və  Əfrasiyab  soyundan  olan  xatunlara  və  bunların  böyük-kiçik  bütün 
uşaqlarına  verilən  addır.  Nə  qədər  böyük  olursa-olsun,  xaqaniyyə  xanlarının  övladlarından 
başqasına belə deyilə bilməz. “Altun  Tarım” böyük xatunların  (baş hərəm) ləqəbidir [4, c.1, 394-
395]. 
At – ləqəb, ünvan. “Bəg anqar at berdi” = “bəy ona ünvan verdi”. [4, c.1, 146]. 
Tawğaç  –  böyük  və  əski  tikililərin  hamısına  birdən  “Tawğaç  edhi”  deyilir.  Ərəblər  də  eyni 
qayadada öz əsərlərinə “ad qövmünün əsərləri” deyirlər. Xanlar “Tawğaç” sözünü özlərinə ünvan 
İbayev N.A. 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə