Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə9/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

 
23 
 
 
UOT 81.373 
 
TÜRK DİLLƏRİNDƏ MİFOLOJİ LEKSİKANIN TƏDQİQİ TARİXİ  
 
QARAYEVA AYNUR VALEH qızı 
Sumqayıt Dövlət Universiteti, doktorant 
e-mail: qarayeva.aynur.1984@mail.ru 

Açar sözlər: mif, mifologiya, mifoloji leksika, mifonim, mifonimika  
Mifonimiya (mifonimika) – dilçiliyin dini-mifoloji mətnlərin leksikasını öyrənən, araşdıran 
bölməsidir. Mifonimiya  termini,  eyni  zamanda mifoloji adların  – onimlərin özünəməxsus spesifik 
xüsusiyyətlərini  ifadə  edir.  Tədqiqat  oyektinin  kateqoriyasından  asılı  olaraq  mifonimiya  ənənəvi 
olaraq  aşağıdakı  bölmələrə  ayrılır:  1)  mifoloji  antroponimika  –  mifoloji  insan  adları;  2)  mifoloji 
toponimika – mifoloji ərazi adları; 3) mifoloji zoonimika – mifoloji heyvanların adları; 4) mifoloji 
astronimika – mifoloji göy cisimlərinin adları və s. 
Mifonimiyada xüsusi adlar reallığa və qeyri-reallığa olan münasibətinə görə iki böyük qrupa 
ayrılır: 1) realionimlər – gerçəklikdə mövcud olmuş  varlıq və obyektlərin adları: 2) mifonumlər – 
uydurma obyekt və varlıqların adları: a) dini-mifoloji terminlər; b) eponimlər – mifik qəhrəmanların 
adları; 3) mifik predmetlərin (geyim, silah, əşya), mifik heyvanlarn adları;  c) mifoloji heyvanlara 
verilən adlar və s. 
Mifonimiyanın  tədqiqi  tarix,  etnoqrafiya,  geologiya,    mətnşünaslıq,  ədəbiyyatşünaslıq, 
coğrafiya, astronomiya, ölkəşünaslıq, demoqrafiya və s. bir çox sahələrlə sıx bağlıdır. 
Bu qəbil araşdırmalar silsiləsinə daxil olan mifoloji leksika ilə bağlı tədqiqatların əsas qayəsi 
dilin  lingvokulturoloji  mənzərəsini  açıqlamaqla  bərabər,  eyni  zamanda  dilin  keçdiyi  tarixi  inkişaf 
yolunu,  eyni  zamanda  dilin  lüğət  tərkibinin  alınmalar  hesabına  necə  zənginləşməsinin  əsas 
göstəricisidir.  Dəfələrlə  qeyd  edilib  ki,  mifoloji  görüşlər  insanların  inancları  və  sitayiş  etdikləri 
dinin görüşləri, düşüncələri ilə bağlıdır. Təbii ki, xalqın qəbul etdiyi, sitayiş mənbəyi olan dinlər və 
dini görüşlər dildən yan ötmür və bu və ya fərqli şəkildə dildə yeni ifadə və anlayışların işlədilməsi 
ilə  dilə yeni sözlər gətirir. 
Mif  xalqın  mədəniyyətinin  əsasını  təşkil  edir.  Bu  baxımdan  fərqli  sahələrlə  məşğul  olan 
tədqiqatçılar  XIX  yüzilliyin  əvəllərindən  başlayaraq  bu  sahədəki  araşdırmalara  xüsusi  diqqət 
yetirməyə  başladılar.  Mifologiynanın  lingvistik  araşdırmaları  da  bu  illərdən  başlayır.    Rus  dilinin 
mifoloji  leksikasını  lingvokulturoloji  aspektdə  araşdıran  O.B.Abıyakaya  son  onilliklərdə  bu  qəbil 
araşdırmalara  mifoloji  leksikayla  bağlı  olan  və  alman  dilində  mifonimlərin  semantik,  sintaktik  və 
praqmatik  xüsusiyyətlərinin  araşdırılmasına həsr  edilən A.A.Zavyalovanın dissertasiyasını [2000],   
mifoloji  personajların  müqayisəli  təhlilinin  metodikasını  və  nəzəriyyəsini  təklif  edən 
L.N.Vinoqradovanın  tədqiqatınını [2001] xüsusilə qeyd edir [6, 22].  
Azərbaycan dilinin mifoloji leksikansının tədqiqi  bu  gün dilçiliyimizin  qarşısında dayanan 
ən  aktual  məsələlərdən  biridir.    Dilimizin  mifoloji  leksikasının  müqayisəli  tədqiqi  bir  çox 
leksemlərin  səciyyəvi  xüsusiyyətini  dəqiqləşdirməyə,  müxtəlif  dini-mifoloji  mətnlərin  leksikasını 
təsnif etməyə və onların xüsusiyyət və ümumi qanunauyğunluqlarını müəyyən etməyə geniş fürsət 
yaradar.  Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  bu  qəbil  leksik  vahidlərin  araşdırılaraq  təhlil 
edilməsi onlarda oğuz və qıpçaq dil qruplarına aid elementlərin də müəyyən edilməsi baxımından 
xüsusi əhəmiyyət kəsb edir. 
Azərbaycan dilinin mifonimiyası uzun bir tarixi inkişaf yolu keçmiş və hal-hazırda özündə 
müxtəlif  türk  dilləri  plastlarını  –  oğuz,  qıpçaq  və  müəyyən  qədər  qədim  türk  dili  elementlərini 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  


 
24 
 
ehtiva edir. 
Türk mifonimikası müxtəlif cəhətlərdən və fərqli səviyyələrdə  türkologiyada tədqiq edilib 
və  edilməkdədir.  Lakin  bu  günümüzə  qədər  türkoloji  dilçilikdə  bu  sahə  ilə  bağlı  monoqrafik 
tədqiqatlara çox az rast gəlinir. 
Azərbaycan  dili  və  digər  türk  dillərinin  mifonimikasının  tədqiqinə  ümumi  şəkildə 
leksikologiya ilə bağlı aparılan araşdırmalarda müəyyən semantik modellərin təhlili və izahı [1, 12], 
eyni  zamanda  tipoloji  araşdırmalarda  [10]  rast  gəlinir.    Bununla  yanaşı,  qeyd  etmək  istərdik  ki, 
mifoloji və dini leksikanın morfoloji quruluşu da az işlənmiş sahələrdən biridir və bu fakt birbaşa 
türk dillərinin morfoloji quruluşunun yetərincə araşdırılmaması ilə izah edilir  [6, 18]. 
Mifoloji  toponimləri  tədqiq  edən  E.F.İşberdin  qeyd  edir  ki,  mifoloji  toponimlərin 
diferensiallığı denotatdan, ətraf aləmin varlıq və predmetlərindən[4, 23], coğrafi obyekt və onların 
əlamətlərindən və s.-dən asılıdır. 
Türkologiyada mifonimiya sistemində sözyaradıcılığı məsələsi müxtəlif cəhətlərdən tədqiqat 
obyekti olmuşdur [12].  
Mifologiyanın  leksik-semantik  quruluşunun  kompleks  təhlilini  türkoloji  dilçilikdə  1958  və 
1959-cü  illərdə  kumık  dilinin  materialları  əsasında  Cəfərov  və  1963-cü  ildə  Vəliyevin 
tədqiqatlarında  müşahidə  etmək  olar.  Eyni  zamanda  digər  türk  dillərinin  materialları  əsasında 
yazılmış  1964-cü  ildə  Mirtajiyev,  1971-ci  ildə  Əmirov,  1967-ci  ildə  İkramov,  1980-ci  ildə  
Xanbikov,  1975-ci  ildə  Uraksin,  1976-cı  ildə  Tatarintsev,  1983-cü  ildə  Quzeyev,  1986-cı  ildə 
Kajibekov, 1966-cı ildə Yuldaşevin tədqiqatları da təqdirəlayiqdir. Bu tədqiqatlarda türk dillərinin 
mifoloji  leksikası  fərqli  nöqteyi-nəzərlərdən  araşdırılıb.  Məsələn,  Y.Çunqayev  mifoloji  leksikanı 
araşdırarkən türkmən dilini və qədim türk dilini macar dili ilə müqayisə edərək, bu dillərdə mövcud 
leksik paralelləri tarixi aspektən müqayisəyə cəlb edir [19, 18]. 
1969-cu  ildə  X.İ.Suyunçev  qeyd  edir  ki,  kumık  mifonimik  leksemlərinin  monqol  dlində 
paralelləri  mövcuddur.  Bir  çox  monqol  elementləri  türk  dillərinə  o  qədər  nüfuz  edib  ki,  müasir 
dövrdə onların müəyyən edilməsi xüsusi tarixi-müqayisəli araşdırma tələb edir [17, 13].  
Qıpçaq  dini-mifoloji  onomastikasının  areal  tədqiqi  artıq  məlum  dil  faktlarına  fərqli 
yanaşmanı təmin edir [18, 35; 15, 47]. 
Kumık    mifologiyasının  bir  çox  onomastik  terminləri  digər  altay  və  türk  dillərinin 
modellərinə uyğun gəlir [8]. 
Türkoloji  ədəbiyyatda  mifoloji  məzmunlu  cüt  sözlərin  [5,  10]  və  mifoloji  sinonimlərin 
funksiyaları ilə bağlı araşdırmalara da təsadüf edilir. 
Məlumdur ki, Azərbaycan dilinin qrammatik və leksik qruluşu, digər türk dillərində olduğu 
kimi,  öz  sabitliyi  ilə  seçilir.  M.Ergin  qeyd  edir  ki,  türk  dillərinin  əsas  formaları    XV  əsrin 
sonlarından bugünumuzədək, demək olar ki, dəyişməz qalıb [4, 14]. Eyni fikri digər tədqiqatçılar da 
dəstəkləyir.  Bu,  Azərbaycan  dilində  mifoloji  vahidlərin  xronolojiləşdirilməsində  mühüm 
əhəmiyyətə malikdir. 
  Mifonimlər  arasında  isim  məsələsi  türkologiyada  kumık,  karaim  və  digər  türk  dillərinin 
materialları əsasında da tədqiq edilmişdir [7], [13]. Bir çox araşdırmalarda onomastik semantikalı 
isimlər,  sifətlər  və  digər  nitq  hissələri  haqqında  fərqli  fikir  və  mülahizələrin  irəli  sürülməsinə 
rəğmən,  onomastik  növəli  isimlərin  sözyaradıcılığı  prosesi  daha  geniş  şəkildə  A.Y.Boziyev 
tərəfindən araşdırlıb [11]. Qeyd edilən bu tədqiqatlar Azərbaycan dili semasiologiyası üçün mühüm 
əhəmiyyət  kəsb  edir.  Belə  ki,  isimlər  dilin  leksik  layında  ən  böyük  qismi  təşkil  etməklə  bərabər, 
eyni  zamanda,  müxtəlif  mifoloji  və  onomastik  frazeoloji  ifadələri  formalaşdıran  əsas  komponent 
kimi çıxış edirlər. 
2008-ci ildə işıq üzü görən İ.O.Məmmədovun  Azərbaycan dili materialları əsasında işləyib 
hazırladığı “Etnoqrafik leksika” əsəri dini-mifoloji leksikanın tədqiqində mühüm addımlardan biri 
Türk dillərində mifoloji leksikanın tədqiqi tarixi  
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə