Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

 

30 


 

Daha  bir  çətinlik  “ədəbi  tənqid”  termininin  diskretliyi  ilə  bağlıdır.  Ədəbiyyatşünaslığın  

“tənqid nəzəriyyəsi” adlanan bir bölməsinin inkişafı və tənqidi öz baxış bucağından öyrənən oxşar 

humanitar  sahələr  olan  estetika,  kulturologiya,  ədəbiyyat  və  incəsənətin  sosiologiyasında,  məhz 

tənqid  fenomeninə  artan  maraq  ona  gətirib  çıxardı  ki,  həmin  definisiya  heç  də  autentik  olmayan 

anlayışların  bildirilməsi  üçün  istifadə  olunmağa  başladı.  Birincisi,  təfəkkürün  kommunikativ–

praqmatik    növünün  üstünlük  təşkil  etdiyi  intellektual  proses  qismində  kritik  refleksiya  tənqid 

adlandırılır  [2,70-84].  İkincisi,  subyektin  bədii  praktika  məhsullarının  dərk  edilməsinə 

yönləndirilmiş idrak–qiymətləndirmə və interpretasiya fəaliyyətindən ibarət  olan ədəbi  yaradıcılıq 

növü kimi qəbul edilir [5, 169]. Üçüncüsü, bu fəaliyyətin nəticəsi olan, tənqidi əsərin məhz mətni 

(və  ya  mətnlər məcmusu) və dördüncüsü, incəsənətin və cəmiyyətin qarşılıqlı  təsirini təşkil edən və 

tənzimləyən,  əsərin  sosial  fəaliyyətini  təmin  edən  sosial-mədəni  institut  kimi  yanaşılır  [20,  118-138]. 

Beşincisi, tənqid, ədəbiyyatşünaslığın və ya elmi biliklərin hər hansı bir başqa sahəsinin, məsələn, 

incəsənət  elminin  tərkib  hissələrindən  biri  kimi  öyrənilir  [6,  168-169].  Altıncısı,  xarici  ənənələrə 

əsasən tənqid deyildikdə daha çox bədii hadisənin istənilən monoqrafik təhlili, o cümlədən sırf elmi 

təhlili nəzərdə tutulur [18, 459-478].  

  Buradan belə nəticəyə  gəlmək olar ki,  sadalanan elmlərin  qeyri-bərabərliyi  və ayrılmasının 

zərurətinə dair  məsələ Rus ədəbi tənqidində heç vaxt qaldırılmayıb. Bu səbəbdən də terminin indiki 

zamana  qədər    formalaşdırılmış  semantik  müxtəlifliyi  konkret  işlərdə  hər  zaman  nəzərə  alınmır.  

Belə  ki,  birinci  –  üçüncü  mənalar,  ənənəvi  olaraq,  mənaca  ekvivalentlər  kimi  istifadə  edilir  və 

bunun nəticəsində bir sıra nəzəri problemlərin təfsirində fərqli oxunuşların yaranması labüddür. Bu, 

tənqidin tarixi və nəzəriyyəsi üçün ən aktual kateqoriyalarından birinin misalında - tənqidi metodun  

fərdiləşdirilmiş  və  tipoloji  variantlarında  yaxşı  görünür.  Belə  ki,  öncə  tədqiqatçıların  diqqəti 

anlayışın  məzmun  zənginliyinin  öyrənilməsi  üzərində  cəmləşdi.  Lakin  maraq  tədricən  problemin 

həm də nəzəri aspekti istiqamətində gücləndirilməyə başladı.  Metodun struktur modelini yaratmaq 

və əsaslandırmaq cəhdləri meydana  gəldi. Xüsusilə, bu metodun müxtəlif tərifləri,  M.Q.Zeldoviç, 

Y.B.Borev,  A.M.Qutorov,  N.V.Konovalov,  B.F.Yeqorov,  V.S.Brüxovetski,  V.V.Tixomirovun 

əsərlərində təqdim edilmişdir.  

Təklif  edilən  yanaşmaları  birləşdirən  odur  ki,  anlayışın  zəruri  komponentləri  qismində 

dəyişməz olaraq növbəti tandem göstərilir: dərk edən subyektin ümumi dünyagörüşünün əsasları – 

onun  fəlsəfi-estetik  platforması  –  meyarlar  və  üsullar.  Bu  zəncirin  bəndləri  arasındakı 

münasibətlərin  necə  başa  düşülməsi  və  bu  zəncirdə  estetik  biliklərin  hansı  funksiyanı  yerinə 

yetirdiyi  barədə V.N. Konovalovun mövqeyində açıq şəkildə göstərilir. O, metodun bir sistem kimi 

nəzəri  modelini  quraraq  bir-biri  ilə  bağlı  iki  səviyyə  qeyd  edir:  birinci,  ümumi  nəzəri,  ikinci  isə  

səmərəli səviyyədir. Bu səviyyələrdən hər biri öz növbəsində bir neçə elementlərdən ibarətdir. Bu 

zaman, sistemin mürəkkəbliyi və onun üzərinə xarici amillərin əhəmiyyətli təsiri barəsində çoxsaylı 

qeyd-şərtlərlə  olsa  da,  iddia  edilir  ki,  səviyyələr  arasında  “iyerarxik  tabelik”  mövcuddur  [7,  134]. 

Oxşar nöqteyi-nəzər, estetika üzrə əsərlərdə təqdim edilmişdir [19, 462-463]. Bu zaman isə, tənqidin, 

həm  fəaliyyət,  həm  də  mətn  kimi  differensiasiyasının  yoxluğu,  tənqidi  metodun  mahiyyəti  və 

təbiətinin dərk edilməsini çətinləşdirir. Həqiqətənmi bu metod, öz tərkib hissələrinin mütləq birliyində 



“tənqidi əsərin, onun məlum, metodoloji məqsədlərə çevrilən funksiyaları ilə birlikdə, öz strukturunun 

analoqu  olaraq  çıxış  edir?”  [3,  28].  Məhz  bu  vəziyyət,  əksər  tədqiqatçılar  tərəfindən  aksiom  kimi 

qəbul edilir [21, 1-3]. Yaxud metod  yalnız,  elmi fikir tərəfindən, tədqiqat obyekti haqqında bilikləri 

qaydaya salmaq məqsədi ilə, xüsusi olaraq qurulmuş mücərrəd rəsmi bir modusdur? Nəticədə, əsas 

suala  cavab bundan asılıdır: metod, subyekt tərəfindən incəsənətin  yaradıcı  yolla mənimsənməsinin 

real vasitəsidir və yaxud bu məhz tənqidin elmi təhlili üçün bir alətdir? 

Əgər  tənqidi  materialların  müxtəlifliyini  və  fərqli  cinsliliyini  nəzərə  alsaq,  o  zaman  açıq 

şəkildə  görünür  ki,  real  tənqidi  əsərdə  metodun  bütün  komponentləri,  o  cümlədən  fəlsəfi-estetik 

koordinatlar,  müəllif tərəfindən hər zaman  başa düşülən səviyyədə tam olaraq dərk edilmir və hər 

zaman,  diskursiv-məntiqi  şəkildə  konkret  mətndə  təqdim  edilmir.  Onlar  həm  obyektiv,  həm  də 

Ədəbi-tənqidi mətndə  estetik  problematikanın  fəaliyyətinin spesifikası 

 



 

31 


 

subyektiv xarakterli səbəblərdən ötrü, ümumiyyətlə, heç olmaya bilər. Bunun misalı kimi ünvanlı, 

məqsədli  yönləndirmələr, kommersiya, qəzet,  yazıçı tənqidinin bəzi variantlarında və  ya epiqram, 

tənqidi  replika,  qeydlər,  bədii  hadisə  haqqında  hesabat,  annotasiya  kimi  kiçik  janrlarda  nəzəri 

hesablamaların  əsas  materiala  janr  və  üslub  baxımından  uyğunsuzluğunu  göstərmək  olar. 

Esseistikada  praktiki  təcrübəyə  istinad  edərək  V.Y.Xalizev  haqlı  olaraq  qeyd  edir:  “...Mənəvi 



cəhətdən  qüsursuz  və  dərin  idraka  malik,  lakin  analitik  formaya  malik  olmayan  bir  çox  ədəbi-

tənqidi  çıxışlar mövcuddur.  Zövqün  hökmləri,  tənqiddə öz hüquqlarına malikdir, baxmayaraq ki, 

onların  məntiqi  əsaslandırılması  yoxdur  və  dünyanın  dərk  edilməsi  və  estetik  emosiyanın  canlı 

hərəkətində ifadə edilir...” [7, 88]. Belə ki, estetik doktrinanın bütöv, geniş şəkildə təqdim edildiyi 

və  əsaslandırıldığı  proqramlı  məqalələr,  çox  güman  ki,  qanunauyğunluğun  pozulması  deməkdir, 

çünki onların tənqidi mətnlərin ümumi kütləsindəki nominal payı nisbətən azdır.  

Müəllifin  öz  fəlsəfi-estetik  kredosunu  izah  etməməyinin  səbəbi,  çox  vaxt,  senzura  şərtləri, 

sosial-siyasi  hadisələrin  təsiri, etik və  ya korporativ doğruluq qaydaları  kimi eksta ədəbi  amillərin  

təsirindən irəli gəlir. Bundan başqa, daha bir məqamı nəzərə almaq lazımdır ki, həm proses, həm də 

mətn olaraq, tənqiddə, metodoloji bazanın yaradılmasından öncə müəllifin meyarlarının və konkret 

aksioloji  fəaliyyətinin  formalaşmasının  olması  heç  də  mütləq  deyil.  Metodun  yuxarıda  göstərilən 

bütün elementlərinin hazırlanması, paralel şəkildə icra edilir, bəzən isə əks qaydada hərəkət edir.  

Əsərlər,  yazıçılar,  sənət  sahələri  kimi  yeni-yeni  bədii  ərazilərin  kəşf  edilməsi  ilə  eyni 

zamanda, əsərlərdə çox vaxt nəzəri öz-özünü refleksiya meydana gəlir. Rusiya tənqid elminin bütün 

tarixi  (yalnız  onun  XVIII  əsrdəki  inkişafının  ilkin  mərhələsindən  başqa)  buna  sübutdur.  Parlaq 

nümunələrdən  biri  kimi  V.Q.Belinskinin  adını  çəkmək  olar.  Böyük  tənqidçinin  yaradıcılığında 

ümumi  estetik  axtarışların  və  analitik-qiymətləndirici  fəaliyyətin  vəhdəti  və  sinxronluğu  ona  həsr 

olunmuş  çoxsaylı  tədqiqatlarda  nümayiş  etdirilmişdir.  Gənc  Belinskinin  estetik  baxışlarının, 

Q.A.Solovyov tərəfindən diqqətlə öyrənilməsi prosesində etdiyi müşahidələr çox böyük əhəmiyyət 

kəsb edir. Tədqiqatçı inandırıcı şəkildə sübut etdi ki, məhz praktika və ədəbiyyat faktları, xüsusilə, 

A.S.Puşkin və A.V.Koltsovun poeziyasının dərk edilməsi, V.Q.Belinskinin əksər nəzəri fikirlərini 

dəyişdirirdi [13, 178]. Bu hal bir çox məqamlarda bütövlükdə tənqidə də aiddir.   

Bütün  deyilənlər,  növbəti  rəylər  üçün  əsas  verir:  fəaliyyətin  bu  sahəsində  istənilən 

mülahizənin    ilkin  nöqtəsi  kimi  çıxış  edən  tənqidi  refleksiya,  fundament  rolunu  oynayan  dünya 

görüşü əsasları, estetik nəzəriyyə, meyarlar, qiymətləndirici təcrübə metodun bütün ardıcıl tabe olan 

elementlərini  mütləq  şəkildə  əhatə  edir.  Refleksiyanın,  bilavasitə  tənqidi  əsərə  transformasiyası 

mexanizmini eskiz şəklində öyrənərək, bu ziddiyəti başa düşmək mümkündür.  

Dərk  edən  subyektin  şüurunda  mövcud  olan  struktur  modeli,  tamamilə  konkret  bir  mətnin 

yaradılması  məqsədini  daşıyan  bir  proses  kimi  inkişaf  edib  öz  hərəkətini  başlayan  zaman  müəllifin 

metodoloji  biliklərinin  müəyyən  hissələrinə,  ümumiyyətlə,  ehtiyac  duyulmur.  Konkret  təfəkkür 

materialının  mətn  tərtibatında  iştirak  edən  hissələr  isə,  məqsədli  yönləndirmələrdən,  tənqidi  çıxışın 

müəyyən janr, ideya-məzmun və digər xüsusiyyətlərindən asılı olaraq, özünü fərqli-fərqli büruzə verir.  

Müəllif  fikrinin  gerçəkləşməsi  gedişatında  fəlsəfi-estetik  koordinatlar,  kifayət  qədər 

sistemləşdirilmiş  formada  mətndə  təqdim  edilə  bilər.  Əksər  hallarda  məqalənin  kompozisiya 

baxımından,  nəzəri  (proqramlı)  və  qiymətləndirici  hissələrə  parçalanması  müşahidə  olunur  ki,  bu 

sonuncu hissə estetikaya aid məsələlərlə zəngindir. V.Q.Küxelbekerin “Bizim poeziyanın, xüsusilə, 

lirik  poeziyanın  son  onillikdə  istiqaməti  haqqında”  (О  направлении  нашей  поэзии,  особенно 

лирической,  в  последнее  десятилетие)    (1824),  N.A.Dobrolyubovun  “Rus  ədəbiyyatının 

inkişafında  xalqçılığın  iştirakının  dərəcəsi  haqqında”  (О  степени  участия  народности  в 

развитии русской литературы) (1847), M.Y.Saltıkovun “Koltsovun şeirləri” (Cтихотворения 

Kольцова) (1856-1860) məqalələri nümunə kimi göstərilə bilər.  

Tənqidçinin  ilkin  mövqeyi  əsərin  mətnaltında  qalır.  Axı  tənqidin  əsas  funksiyası  –  elmi 

konsepsiyaların,  ciddi,  sübutlu  və  dəlilli  şəkildə  istehsalı  deyil,  “ayrı-ayrı  bədii  əsərlərin 

qiymətləndirilərək  dərkedilməsidir”  (V.Y.Xalizev).  Qeyd  edilməlidir  ki,  metodoloji  yönləndirmələrin 

Kərimova V.S.  



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə