Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə2/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   2   3   4   5   6   7   8   9   ...   44

 

 



 

⃰     ⃰    ⃰ 

 

Başında ağ şalı var,

 

Çalmaya oxşarı var. 

Başında şalı neylim,

 

Ujdarı sarı neylim? 

Əmimoğlu olasan,

 

Mana bir şal alasan. 

Bayatılarda  işlənən  çalma,  yazma,  vala  sözləri  müasir  Azərbaycan  dili  səviyyəsində 

köhnəlmiş  sözlər  hesab  olunsa  da,  Türkiyə  türkcəsində  və  Ağbaba  şivəsində  anlaşıqlı  olaraq  baş 

örtüyü mənalarında işlənir. Baş örtüyü və parça növü mənasında şal sözü bu gün də işlənir. 

Qadın  və  kişi  baş  geyimi  kimi  araqçın  sözü  də  tarixizm  olaraq  dilimizdə  işlənmir,  amma 

baytılarda mühafizə edilmişdir. Araqçının özülü bərk dəridən düzəldilir. Üzərinə gümüş və ya qızıl 

pərəklərdən  güləbətin    və  ya  buta  formalı  naxışlarla  bəzədilmiş  məxmər (ipək  də  ola  bilər)  parça 

çəkilir və başa qoyulur [1,109].  

Bayatılarda  araqçının  qoyulma  qaydası,  ətrafının  qızıl  pullarla  bəzədilməsi  və  s.  təsvir 

olunur. 


Araxçını yana qoy,

 

Qaldır yannan, yana qoy. 

Araxçının fizil qoy,

 

Dördbiryanın qızıl qoy. 

Araxçın geyənə bax, 

Qaladan yenənə bax. 

Bir  neçə  Ağbaba  bayatısında  geyim  adı  kimi  işlənən  don,  yelək  və  qöcük  sözləri  də 

maraqlıdır. Məsələn: 

Al qöcüyüm geysənə,

 

Ceyran tək yerisənə. 

Abı don, abı daraq, 

 

Yarımı gördüm bayaq. 

Ağ əlim, ağ biləklim, 

Əyni gülgəz yeləklim. 

Qöcük  ətəksiz  qadın  paltarıdır.  Ön  tərəfi  rəngli  düymələr  və  lentlə  bəzədilir.  Yaxalarını 

bağlamaq  üçün  çarpaz  bərkidilərdi.  Bu  geyim  növləri  ilə  kənd  qadınlarının  toylarda  və  bayram 

günlərində süsləndiklərini çox görmüşəm. Qöcüyün  yaxası 40 düymə ilə bəzədilərdi. Bir çox ailələrdə 

50-ci illərə aid qöcük geyinmiş qadın şəkilləri qalmaqdadır. Üstdən geyilən  qolsuz kişi və qadın geyimi 

yelək  adlanmışdır.  Yeləyin  yaxaları  bir-birinə  çarpazla  bərkidilərdi.  Don  isə  bu  gün  də  qadın  geyimi 

kimi geyilir. Don qədim sözlərimizdəndir. “Kitabi-Dədə Qorqud”da xatırlanmaqdadır [6.67-91]. 

Həm qədim dilimizdə, həm şifahi və yazılı ədəbiyyatda kişi baş geyimi kimi işlənən papaq 

sözü  də  çox  işlənir.  Ozamankı  papaqların  forması  başqa  cür  olub.  Qara  və  ağ  quzu  dərisindən 

astarla  tikilən  həmin  papaq  növü,  demək  olar  ki,  baş  geyimi  növündən  çıxmışdır.  Ucqar  dağ 

kəndlərində az da olsa, quzu dərisindən papağı olan insanlara rast gəlmək olar. 

Qardaşa bax, qardaşa,

 

Papaq qoyubdu başa.    

Ay pis papaq, pis oğlan, 

Sana tərəf kim baxar? 

Papaq  sözü  kişi  və  qadın  geyimi  kimi  bu  gün  də  həmin  semantik  mənada  işlənməkdədir, 

lakin  papağın  bir  çox  növləri  yaranaraq  forması  dəyişmiş,  Avropa  geyim  tərzinə 

uyğunlaşdırılmışdır.  



2. Bayatılarda işlənən bəzək əşyalarının adları

Bayatılarda qadın qol, bilək, sinə, bazu, barmaq və baş bəzək əşyalarının bəzi xüsusiyyətləri 

(materialı, forması, naxışı, rəngi və s.) göstərilir:  Sırğa, kəmər, üzük, bilərzik, bazubənd, sinəbənd, 

dingə və s. bəzək və zinət əşyaları bayatıda geniş formada əks olunur.  



Asırğası altunnan

 

Keçir dərə altınan,  

Üzüyümün qaşı var, 

Yığvalımın yaşı var.  

Birinci  misradakı  asırğa  sözü  sırğa  mənasındadır.  Mənbələrdə  də,    göstərilir  ki,    bu  gün 

qadınların qulaqlarından asılan bəzək əşyası vaxtı ilə  asırğa adlanmış, sonradan a səsi düşərək sırğa 

fonetik  formasında  işlənmişdir  [4.16].  Altun  sözü  dilimizdə  arxaikləşsə  də,  əksər  türk  dillərində 

qızıl mənasını ifadə etməkdədir. Axırıncı misradakı yığval “bəxt” mənasındadır. 

Bayatılarda  xatırlanan  gümüş  kəmər  qadın  bəzəyinin  bir  hissəsi  olaraq  zərgər  əməyinin 

məhsulu olmuşdur. Üstündə müxtəlif zərgərlik  elementləri  formasında olan, eyni  gümüş parçaları  

kəmərin  qayışına  keçirilən  hər  elementə  “gül”  deyilir.  Belin  ölçüsünə  görə  15,  20  güldən  ibarət 

olardı.  Yadımdadır,    60-70-ci  illərədək  kənd  qadınları  bellərinə  gümüş  kəmərlər    taxardılar. 

Nişanlanan qızlara da gümüş kəmər və baş bəzəyi də mütləq gətirilərdi. Gümüş kəməri ildə bir kərə 

təndir külü ilə sürtüb parıldadardılar. 70-ci illərdə kənd qadınlarının çoxlarının gəzdirdikləri gümüş  

Geyim və bəzək adlarının bayatılarda əks olunması 

 



 

 



kəmərləri  ehtiyacdan  70-80  manata  satdılar.  Onları  alanlar  isə  şəhərdən  gəlib  qapı-qapı  kəmər 

almaq  istəyən  ermənilər  idi.  Ermənilər  aldıqları  kəmərləri  çox  baha  qiymətə  dünya  muzeylərinə 

satırdılar.  O vaxt İrəvandan Beyruta təyyarə işləyirdi. Elə kəmərlər və digər qiymətli əşyalar kimi 

həmin  reyslə  xaricə  daşınırdı.  Bu  gün  tək-tük  ailələrdə  az  da  olsa,  həmin  gümüş    kəmərlərdən 

qalmaqdadır. 

Qızıl kəmər belində,

 

Badam şəkər dilində. 

Gülpəri evdə gəzər,

 

Kəmərə düymə düzər.   

Gümüş kəmərlə gəzir, 

Xəbərdaram zatından.                                     

Üstü  daş-qaş  və  güləbətin  naxışlarla  bəzədilmiş  belbağı  da  qadın  üst  geyiminin  yaraşığı 

sayılmışdır və bir bayatıda belə əks olunur:     

Bel bağının ucu gümüş

Bağlasana, əmioğlu. 

Məni verirlər yada 

Ağlasana, əmim oğlu.               

Qeyd  edək  ki,  o  dövrdə  Axsqa  və  Axıskələr    kəndlərində  yaşayan  türk  qadınlarının  

geyimlərində  də  gümüş  kəmərlər,  qızıldan  sırğalar  qabarıq  nəzərə  çarpardı.  Məişətdə  “göbəkli 

kəmər” və “sallama kəmər” növləri çox işlənmişdir. “Göbəkli kəmər”in  ortasında ğümbəz formalı, 

üstü  daş-qaşla bəzədilmiş toqqa,  sallama kəmərin   güllərində isə gümüş  və qızıl zəncirlə sallanan 

pullar olardı [1, 53]. 

Bayatılarda  bəzək  əşyası  kimi bazubənd, sinəbənd və muncuq sözləri də işlənir. Bəzmənd 

və sinəbənd adından göründüyü kimi, qız və gəlinlərin qiymətli bəzək əşyaları olmuşdur: 



Sinəbəndin açma gəl

 

Başıma iş açma gəl.   

 

Bir cüt bəzmənd olaydım,  

Yarımın qollarında. 

Qadın bəzəyi kimi,  həm keçmişdə, həm də bu gün aktual sayılan üzük də bayatılarda geniş  

işlənməkdədir. Üzüyün “aypara”, “yarpaq”, “buta”, “satıl” növləri olmuşdur. (1.232) 

Qızıl üzük firuzə,

 

Gedin deyin xoruza. 

Altun üzük isdanmaz,

 

Suya salsam, pasdanmaz. 

Verdiyin qızıl  üzük 

Barmağımda çürüdü. 

Göründüyü kimi, üzüyün firuzədən və ya qızıldan olması poetik formada nəzərə çatdırılır.  

Həm bəzək əşyası,  həm də paltarın bir  elementi olan  düymə paltarın yaxasını düymələmək, 

həm  də    yaraşıq  üçün  sümük  və  ya  metaldan  hazırlanmış  yuvarlaq  (başqa  formada  da  ola  bilər)    bir 

şeydir.    Həm  qədim  qadın  geyimlərində,  həm  də  müasir  geyimlərdə  düyməni  bağlamaqla  yanaşı, 

bəzəmək funksiyası da qalmaqdadır. Bayatılarda onların rəng fərqi belə izah edilir.  



Bəyaz düymə toz olar,

 

Sarı düymə  söz olar.  

Yaxana düymə  düzüm, 

Açılmasın yaxan yar. 

 Qadınların  baş  geyimində  istifadə  olunan,  bəzək  əşyalarını  üstündə  cəmləşdirən  dingə  də 

bayatılarımızda və oxşamalarda xatırlanır. Dingə elat qadının baş bəzəyinin əsas elementi olmuşdur [3.46]. 

Başında məxmər dingə,

 

Buğdanı tökdü dingə.

 

Bir o vurdu, bir də mən,

 

Bizi gətirdi təngə. 

Dingəli dinar, 

Əl vurma sınar. 

Səni görən oğlan, 

Dərdindən yanar. 

Dingə  Qarabağ,  Zəngəzur,  Borçalı,  Ağbaba,  və  ona  yaxın  olan  ərazilərdə  1960-cı  illərə 

qədər bəzək əşyası kimi işlədilmişdir. Qars vilayətinin ucqar dağ kəndlərində yaşayan qarapapaqlar 

bu gün də bəzək əşyası kimi  dingədən istifadə edirlər [7, 213].  

Dingə  dairəvi  qasnaq  formasında  olub,    məxmər  parça  ilə  üzlənir.  Onun  üzərinə  qızıl  və 

gümüş  pullar, zəncirlərlə tikilir. Xüsusilə, qabaq hissəsi rəngli muncuq və qızıl pullarla bəzədilib 

başa qoyulardı. 

Geyim  adları  etnoqrafiya  ilə  bağlı  olduğu  üçün  zaman-zaman  ləqəbdən  etnonimə  (tayfa 

adına), daha sonra isə torpağın yaddaşı olan toponimə çevrilmişdir. Məsələn: Ağköynək, Qarapapaq 

(Qazax),  Qarabörk  (Ucar),  Qaradonlu  (İmişli),  Qaradolaq  və  s.  [2.139-153].  Bu  adlar  onomastik 

leksika kimi Azərbaycan, Türkiyə,  İran,  Gürcüstan və Qərbi Azərbaycanda da geniş yayılmışdır.  

Bayramov A.A. 

 



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə