Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə3/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   2   3   4   5   6   7   8   9   ...   44

 

 



Bayatılarda  geyim  və  bəzək  əşyaları  adları  ən  çox  birinci  misrada  başlanğıc  kimi  təqdim 

edilir.  Əsas  fikir  isə  sonrakı  misralarda  verilir.  Amma  ikinci  misralarda  da  geyim  və  bəzək 

əşyalarının adlarının işlənməsi nəzərə çarpır. 

Qeyd etdiyimiz kimi, müasir dövrdə Azərbaycan kişi və qadınlarının geyim tərzi əskisindən 

tamamilə  fərqlənir.  İndiki  insanların  çoxu  həmin  geyimləri  (çuxa,  arxalıq,  araqçın,  vala,  yazma, 

dingə və s.) görməmişlər. Uşaqlar belə geyim nümunələrini ancaq muzeylərdə və televizorda rəqs 

kollektivlərinin  geyimlərində    görə  bilərlər.    Bu  baxımdan  Azərbaycan  məişəti  və  etnoqrafiyamız 

üçün maraqlı olan geyim və bəzək adlarının öyrənilməsi maraqlı ola bilər.  



Elmi  yenilik:    Azərbaycan  xalqının  etnoqrafik  məişətində  olmuş  köhnə  geyim  və  bəzək  

əşyaları  adlarının  öyrənilməsi,  onları  ifadə  edən  sözlərin  mənşəyi  və  quruluşunu  öyrənmək 

azərbaycanşünaslıq üçün hər vaxt yenilik saymaq mümkündür. 

Tətbiqi  əhəmiyyəti:  Məqalə:  “Azərbaycan  folkloru”,  Azərbaycan  dilinin  dialektologiyası”, 

Azərbaycan  dilinin  leksikologiyası”  fənlərinin  tədrisi  zamanı,  həm  də  etnoqrafik  terminlərə  aid 

lüğətlərin tərtibi  üçün əhəmiyyətlidir.  

 

Ədəbiyyat 

1.

 



Azərbaycan etnoqrafiyası. 3 cilddə: II cild. Bakı: Şərq-Qərb, 2007, 381 s. 

2.

 



Azərbaycan SSRI İnzibati ərazi bölgüsü. Bakı: Azərnəşr, 1979. 

3.

 



Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 2007, 450 s. 

4.

 



Azərbaycan folkloru. Bakı: Maarif, 1985, 409 s. 

5.

 



Bayramov A.Ə., Bayramova A.A. Ağbaba şivəsi sözlüyü. Bakı:  Vətən, 2015, 405 s. 

6.

 



Əsirəddin Əbu Həyyam əl-əndəlusi. Kitab əl-idrak lisan əl-ətrak.  Bakı : Azərnəşr, 1992. 

7.

 



Qars ölkəsi. Türk Cümhuriyyətinin 50 ili. 1923-1973. Ankara: 1973. 

8.

 



Kitabi -Dədə Qorqud ensiklopediyası. I cild. Bakı: 2000, 567 s. 

9.

 



Bayramov A. Ə. Oğuz elindən, ozan dilindən. Bakı: Elm,  2000, 323 s. 

 

РЕЗЮМЕ. 



ОТОБРАЖЕНИЕ НАЗВАНИЙ АЗЕРБАЙДЖАНСКОЙ ОДЕЖДЫ И   

УКРАШЕНИЙ В БАЯТЫ 

Байрамов А. А. 

 

 Ключевые слова: баяты, чуха, япынджы, серебро, пояс (ремень), серъги.  

В статъе анализируется процесс воздействия русской и европейской моды в 30-х гг. ХХ века 

на  азербайджанскую  национальную  одежду.  Многие  виды  одежды  были  вытеснены  их  обихода, 

соотвественно и их названия  (чуха, япынджы, дон, папаха, аракчын,  язма, вала и другие) вышли из 

употребления. 

Рассмотрены  семантические  оттенки,  стилистические  возможности  и  проведен  анализ  этих 

названий. 

 

SUMMARY 

REFLEСTION OF THE GARMENT AND ORNAMENT NAMES IN BAYATI.  

Bayramov A. A. 

 

Keywords: bayatı, Caucasian coat, felt cloak, silver belt, belt, earrings. 

The  article  analyzes  the  names  of  national  female  and  male  garments  and  decorative  items 

(Caucasion coat, felt cloak, dress, cap, skull cap, vala etc.) worn till the 30 s of 20 th century, also displays 

semantic meanings and stylistic features of these names.  

 

Daxilolma tarixi: 

İlkin variant 

14.04.2017 

 

Son variant 



21.06.2017 

 

Geyim və bəzək adlarının bayatılarda əks olunması 

 



 

 



 

UOT 81-25 

 

EVFEMİZMLƏRİN LİNQVOMƏDƏNİ SPESİFİKASI 

 

EMİNLİ BÖYÜKXANIM İBRAHİM qızı 

Sumqayıt Dövlət Universiteti, baş müəllim 

e-mail: sdu.elmixeberler@mail.ru 

 

Açar sözlər: leksika, semantikevfemizm, nitq mədəniyyəti, nəzakətlilik  

 

Evfemizm kobud və ya kəskin deyilmiş söz və söz birləşmələrinin daha yumşaq, nəzakətli 



ifadəsi üçün istifadə edilən linqvistik vahiddir. Evfemizmlər leksik qadağanın nəticəsidir ki, bu da 

insanın  onu  əhatə  edən  aləmdə  bəzi  əşya  və  hadisələrin  adlarının  istifadəsində  mövhumat,  inanc, 

qorxu və s. növ münasibətlərlə əlaqədar yaranan əks-mənalı ifadələrdir. 

Müasir sivil cəmiyyətdə evfemizmlərin yaranma və istifadə səbəbi etiketlə yanaşı, kobud və 

ədəbsiz ifadələrdən qorxu hissi ilə bağlıdır. 

Evfemizm  mövzusuna  müraciət  edərkən  yalnız  evfemistik  ifadələri  deyil,  həm  də 

evfemizmlərin yarandığı sosial-mədəni və dil fonunu da təhlil etmək lazımdır. Dildə 2 ziddiyyətli 

tendensiya aydın üzə çıxır: 1. nitqin kobudlaşması; 2. nitqin evfemizmləşməsinə cəhd. 

Birinci tendensiya leksik səviyyədə kobud-loru sözlərin, sadə danışıq dilinin, jarqon sözlərin 

istifadəsi  ilə  yaranır:  Məsələn:  sürüşmək  (aradan  çıxmaq),  tıxmaq  (yemək),  gəbərmək  (ölmək). 

Buna  yalnız şiafahi  məişət  mühitində deyil, bəzi  yazılı,  ictimai  nitqlərdə,  hətta radio və televiziya 

publisistikasında  da  rast  gəlinir.  Nəzakətli  danışmaq  üçün  dildə  müxtəlif  vasitələrdən  istifadə 

olunur. Sözlərin çoxmənalılığı, məna incəlikləri, sinonim silsiləsi, frazeoloji birləşmələr və s. bizə 

öz nitqimizi  ahəngdar qurmağa imkan verir. Nitqi  cəlbedici, rəngarəngetmə vasitələrindən biri də 

evfemizmlərdir.  Evfemizmlər  bu  və  ya  digər  məzmunun  yumşaldılması,  xoşagələn  şəklə 

salınmasıdır. Evfemizmin mövcud olması və dildə işlədilməsi xoşagəlməz, pis təsiri müəyyən qədər 

azaltmaq,  pis  əhval-ruhiyyənin  yaranmasının  qarşısını  almaq  məsələsi  ilə  şərtlənir.  Həyatın  bütün 

sahələrində  böyük  əhəmiyyətə  malik  olan  söz  insanlara  təsir  edir  və  bunun  nəticəsində  müxtəlif 

əhval-ruhiyyə,  bəzən  sevinc,  bəzən  təmkinlik,  bəzən  də  yüksək  həyəcan  əmələ  gətirir  [3,  50-54]. 

Evfemizm hər hansı bir sərt və  ya kobud məna ifadə edən sözü yumşaltma, vulqarlıqdan çıxarma, 

qarşıdakını incitməmək, kobudluq etməmək, nəzakətli davranmaq üçün istifadə edilir. Bu sahədə ilk 

tədqiqatçılar  Ceyms  Freyzer  və  rus  alimi  D.K.  Zelenindir.  C.Freyzer  əsərində  bütün  dünya 

xalqlarının  mədəniyyətində  yer  alan  tabu  və  evfemizm  sözləri  hərtərəfli  (tabunun  növləri,  əmələ 

gəlmə  səbəbləri,  nəticələri,  bununla  bağlı  inanclar  və  s.)  araşdırmışdır.  D.K.  Zelenin  isə  Şərqi 

Avropa  və  Şimali  Asiya  ərazilərində  yaşayan  xalqların  mədəniyyətlərində  mövcud  olan  tabu  və 

evfemizm  sözləri  araşdırmışdır.  Uduzmaq  əvəzinə  istifadə  olunan  “uğur  qazanmamaq,  “gəlmək” 

əvəzinə  “təşrif  gətirmək”,  soyunmaq”  əvəzinə  “əynini  (libasını)  dəyişmək  kimi  tabu  -  evfemizm 

cütlüklərini misal göstərmək olar.  

Fiziki təsir çox zaman keçici olur, müəyyən müddətdən sonra öz təsirini itirir. Söz vasitəsilə 

edilən təsır isə bir növ mənəvi təsirdir. Fiziki təsir bədəni xaricdən zədələyirsə, mənəvi təsir insanın 

qəlbinə, beyninə  təsir edir. Belə  təsir həm  qüvvətli  olur, həm də uzun müddət  davam  edir [4, 31]. 

Xalq  arasında  işlədilən  “Xəncər  yarası  sağalar,  söz  yarası  sağalmaz”  məsəlinin  yaranması  heç  də 

təsadüfi deyil. Deməli, söz vasitəsilə edilən təsir, bu təsir vasitəsilə yaranan reaksiya, həyəcan daha 

qüvvətlidir.  Belə  hallarda  həyəcanı,  yaranan  reaksiyanı  kənar  etmək  və  ya  zəiflətmək  üçün 

evfemizmlərdən  istifadə  olunur.  Evfemistik  sözlər  vasitəsilə  məna  birbaşa  deyil,  dolayı  yolla 

anlaşılır.  Bu  yolla  verilən  xəbərin,  xoşagəlməz  hadisənin  təsiri  zəifləyir.  Evfemzimləri  hansı 

məqsədlə,  hansı  səbəblərə  görə  yaranması  cəhətdən  iki  yerə  bölmək  olar:  Birinci  qrupa  qismən 

kobud,  xoşagəlməz  sözlər  əvəzinə,  yumşaq,  xoşagələn,  daha  çox  nəzakətli  sözlərin  işlədilməsi 

daxildir. Burada heç bir qadağa yoxdur, onların işlədilməsi danışanın öz istəyindən asılıdır. Burdakı 

evfemizmlər çox vaxt neytral mövqe daşıyır. İkinci qrupa isə dildə işlədilməsi caiz olmayan, qeyri-

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 2                   2017 

  



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə