Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   2   3   4   5   6   7   8   9   ...   44

 

10 


 

rəsmi, qadağan edilmiş, deyilməsi məsləhət görülməyən, ictimai yerlərdə nalayiq hesab edilən, ədəb 

dairəsindən, etikadan kənar olan sözlər əvəzinə, ona yaxın, qismən nəzakətli, bəzən də örtülü, gizli 

sözlərin  işlədilməsi  daxildir.    İkinci  qrupa  daxil  olan  sözlər  tabu  sözləri  əvəz  edir.  Birinci  qrupa 

daxil  olan  evfemıstik  sözlərlə  ikinci  qrupa  daxil  olanlar  arasında  başlıca  fərq  aşağıdakı  kimidir. 

Birinci  qrupa  daxıl  olan  evfemistik  sözlərin  əvəz  etdikləri  sözlərin  məzmununa,  mənasına  demək 

olar  ki,  tam  uyğundur.    Hər  ikisi  ilə,  yəni  istər  evfemistik  sözlə, istərsə  də  onun  əvəz  etdiyi  sözlə 

ifadə edilən məzmun eynidir və hər ikisi asanlıqla başa düşülür.

 

 Doğrudur, evfemıstik sözlər əvəz 



etdiyi  sözdən  formaca  fərqlənir,  yəni  sözlər,  ifadələr,  hətta  cümlələr  əvvəlkilərə  bənzəmir,  lakin 

məzmun  eynidir,  burada  məzmun  təhrif  olunmur,  çox  asanlıqla  başa  düşülür.  Məsələn:  “öldü” 

əvəzinə  “rəhmətə  getdi”,  “o  biri  dünyaya  təşrif  apardı”,  “ömrünü  bizə  bağışladı”,  “həyatı  tərk 

etdi”“həyat ilə həmişəlik xudahafizləşdi” və s. söz və ifadələr işlədildiyi zaman ümumi məzmun 

birdir.  Lakin  ikinci  qrupa  daxil  olan  evfemistik  sözlər  birinci  qrupa  daxil  olanlardan  bir  neçə 

cəhətdən fərqlənir. Tabu sözü əvəz edən söz, yəni evfemistik söz, həm formaca, həm də məzmunca 

bir-biri  ilə  əlaqədar  deyildir.  Bunları  müəyyən  izahat  olmadan,  mətnə  müraciət  etmədən  başa 

düşmək  çətindir.  Məsələn:  insan  bədəninin  müəyyən  üzvlərini  öz  adı  ilə  söyləmək  və  ya  yazmaq 

ədəb dairəsindən kənar hesab edildiyindən elm aləmində bunları ifadə etmək lazım gəldikdə yalnız 

latın  dilində  olan  adları  verilir.  Bu  isə  müəyyən  dərəcədə  onların  adını  gizli  saxlayır,  yalnız 

mütəxəssislər bunu başa düşür. “Tabu əsasında yaranan evfemizmlərin bir qismi də müəyyən qorxu

təhlükə  törədən  əşyaların  adını  çəkmək  xatirinə  yaranır"  [1,65].  Məsələn:  məişətdə  ilanın  adını 

çəkmək guya müəyyən təhlükə törədir. Buna görə də “ilan” sözü əvəsinə “ip, kafir, mərdüməzar, 



xalası göyçək” və s. sözlər işlədilir. Tabu əsasında yaranmış evfemizmlərin bir qismi də müəyyən 

etika ilə bağlıdır.  Məsələn:  kişi öz qadınının  adını başqalarının  yanında  çəkməyi  eyib  hesab edir. 



“Mənim arvadım, arvadım Gülər” və s.  əvəzinə “Bizim külfətimiz, uşaqların  anası” kimi  söz və 

ifadələr  işlədir.  EIəcə  də  bəzi  qadınlar  ərlərinin  adını  söyləməyi  qəbahət  hesab  edir  və  bunun 

əvəzinə “uşaqların atası, mənim qocam,” bəzən də “o” şəxs əvəzliyini işlədir.  

“Uduzmaq”  əvəzinə  istifadə  olunan  uğur  “qazanmamaq”,  “gəlmək”  əvəzinə    “təşrif 

gətirmək”“soyunmaq” əvəzinə “əynini dəyişmək” kimi evfemizm vasitəsilə ifadə olunan sözlərdə 

incəlik, yumşaqlıq duyulur. 

Son  illər  insanların  nitqi  davranışında  aqressivliyin  həddindən  çox  artığı  müşahidə  edilir. 

Evdə,  qonşuluqda,  ictimai  yerlərdən  (ticarət  məkanları,  ictimai  nəqliyyat  vasitələri)  tutmuş, 

meydanlardakı  mitinq,  parlamentdəki  debatlara  qədər    hər  birində  söylənilən  nitq  həmsöhbətin 

davranışının qiymətləndirilməsində şərtilik kimi xarakterizə edilir (kəskin neqativ ekspressivlik (hər 

hansı bir mövzunun müzakirəsi zamanı, hətta düşmənsayağı nitq tonu və s.) 

Müasir şifahi və qismən də  yazılı nitqin belə xüsusiyyətləri dilxarici fəaliyyətdə baş verən 

neqativ  proseslərin  nəticəsidir:  bunlar  mədəniyyət  sahələrində  ümumi  destruktiv  məfhumlarla  sıx 

bağlıdır. Xarakter, məqsəd və nəticələrinə görə müəyyən dərəcədə ziddiyyətli olub, istifadə edilən 

vasitələrdən  biri  də  nitqin  evfemizmləşməsidir.  Evfemizmləşmə  üçün  fikrimizdə  aşağıdakı 

məqamlar mahiyyətlidir: 

1)  Nitqin  predmetinin  birbaşa  mənasının  mövcud  sosial  mühitdə  və  ya  konkret  adresat 

tərəfindən kobudluq, kəskinlik, ədəbsizlik və s. kimi dəyərləndirilməsidir. Müəyyən obyekt, insan 

fəaliyyətinin sahələri və insan münasibətləri belə qiymətləndirmə yarada bilər [6, 28]. Digərləri bu 

nöqteyi-nəzərdən neytraldır. Buna görə də hər nitq evfemizləşməyə uğramır. Yalnız kobud söz və 

ifadələr  yerinə daha  yumşaldıcı ifadələrdən istifadəsi məfhumun mahiyyətini maskalayır, gizləyir.  

Buna, bəzi tibbi terminlərin də istifadəsində rast gəlinir.  Məsələn: insanları qorxudan xərçəng, şiş 

əvəzinə törəmə, kanser və s. sözlər işlənir.  

2) Evfemizmlərin istifadəsinin mətndən və nitq şəraitindən asılı olması: 

“Nitq  situasiyası  üzərində  sosial  nəzarət  və  ya  danışanın  öz  nitqinə  nəzarəti  nə  qədər  sərt 

olarsa, evfemizmlərin yaranması da bir o qədər mümkündür. Əksinə, nitq situasiyasına zəif nəzarət 

olduqda  nitqin  yüksək  avtomatizmi  zamanı  (ailədə  ünsiyyət,  dostlarla  ünsiyyət  və  s.)  evfemizm 

əvəzinə birbaşa məna ifadə edən sözlərə üstünlük verilir” [6, 30]. 

Danışanın bu və ya digər predmeti adlandırması ədəblilik–ədəbsizlik, nəzakətlilik–kobudlu-

luq  nöqteyi-nəzərindən  insanların  müəyyən  fəaliyyət  mövzusu  və  sahələrindən  və  yaxud  da  onlar 



Evfemizmlərin linqvomədəni spesifikası 

 



 

11 


 

arasındakı münasibətlərdən asılıdır. Belə ənənəvi mövzu və sahələr fizioloji proses və vəziyyətlərlə 

əlaqədardır. Məsələn: hamilə–boylu, ikicanlı; insan bədəninin ayrı-ayrı hissələri 

Sosial və şəxslərarası münasibətlərdə evfemizmlərin istifadəsinin əsas məqsədi həmsöhbətlə 

kommunikativ  konfliktlərdən  və  uğursuzluqdan  qaçmaq  cəhdidir.  Bu  növ  evfemizmlərdə 

adlandırma digər nominasiya  üslublarından daha nəzakətli formada olur. Məsələn: kar–zəif eşidən, 

qulaqdan  zəif;  kor–gözü  zəif,  tipli  ifadələr  həmsöhbətdə  kommunikativ  diskomfort  yaratmamaq 

məqsədi daşıyır. 



Elmi yeniliyi: Evfemizmlər müasir dilimizdə işləkliyinə görə fərqlənən söz qrupu kimi izah 

edilsə  də,  linqvistik  cəhətdən  geniş  təhlil  olunmuşdur.  Məqalədə  ilk  dəfə  olaraq  evfemizmlər 

linqvomədəni aspektdən təhlil olunub.  

Tətbiqi  əhəmiyyəti:  Məqalədən  Müasir  Azəbaycan  dilinin  leksikası,  nitq  mədəniyyəti 

dərslərində nəzəri məlumat kimi istifadə edilə bilər. 

 

ƏDƏBİYYAT 

1.İbrahimova  S.R.  Evfemizmlərin  fonosemantik  xüsusiyyətləri//  Humanitar  Elmlərin 

öyrənilməsinin aktual problemləri. Bakı, BSU. 

2.Xəlilov  B.Ə. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, 442 s. 

3.Булаховский Л.А. Табу и эвфемизмы // Введение в языкознание. Ч.2. М.: Учпедгиз, 1953. 

с.50-54 


4.Величковский Б.М. Современная когнитивная психология. М.: МГУ, 1982, 336 с. 

5.Залевская  А.А.  Психолингвистическое  исследование:  слово  и  текст.  Тверь:  Тверской 

гос.ун., 2002, с.35- 46 

6.Крысин  А.П.  Эвфемизмы  в  современной  русской  речи.  Русистика,  Берлин,  1994,  №1-2, 

с.28-49 

7.Шмелев  Д.Н.  'Эвфемизм  Текст//  Русскии  язык.  Энциклопедия.  М.:  Советская 

Энциклопедия, 1979, 486 с. 

 

РЕЗЮМЕ 



ЛИНГВОКУЛЬТУРНЫЕ ОСОБЕННОСТИ ЭВФЕМИЗМОВ 

Эминли Б.И. 

 

Ключевые слова: лексика, семантика, эвфемизм, культура речи, вежливость. 

Эвфемизмы  используются  в  устных  или  письменных  текстах  для  замены  слов,  признанных 

грубыми или « непристойными»,  например, бранно-ругательных и матерных слов. Иногда в качестве 

эвфемизмов  используются  «нелитературные»  слова  с  меньшей  отрицательной  «нагрузкой»,  чем 

брань и мат- просторечные, жаргонные, авторские. Использование эвфемизмов значительно смягчает 

негативную  «нагрузку»  на  текст  бранных  или  матерных  слов,  хотя  в  большинстве  случаев  по 

эвфемизму, либо по смыслу текста  можно установить, какое слово он заменяет. 

 

SUMMARY 

LINGUOCULTURAL FEATURES OF EUPHEMISMS 

Eminli B.I. 

 

Keywords: lexis, semantics, euphemism, culture of speech, politeness. 

Euphemisms are used in speech or printed texts for replacement of words which are recognized as 

rude  or  “improper”  such  as  abusive  and  obscene  words.  Sometimes,  “nonliterary  words”  are  used  as 

euphemisms  with  less  negative  “load”,  rather  than  abusive,  slangy,  authorial.  Use  of  euphemisms 

significantly mitigates negative “load” of abusive and obscene words on text. However, in most cases it is 

possible to determine the word it replaces due to euphemism or text. 

 

 

Daxilolma tarixi: 



İlkin variant 

21.04.2017 

 

Son variant 



 

 

Eminli B.İ.  

 



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə