Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə6/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   2   3   4   5   6   7   8   9   ...   44

 

14 


 

cəhətilə dаhа çох bаğlıdır. Bunа görə də, хüsusilə, хаlq dilinə mеyil еdən bədii üslubdа bunа 

dаhа çох rаst gəlinir [2, 24, 25]. 

Bədii  üslubda,  yazıçının  və  obrazların  dilində  sifətin  intensiv  formasına  geniş  rast  gəlinir. 

Misаl  üçün:  Gördüm  Fərhad  başını  salıb  aşağı,  qıpqırmızı  qızarıb  və  elə  bir  haldadır  ki,  çırtma 

vursan qanı damar [4, 204]. Sapsarı qayqanaq, yamyaşıl soğan, qıpqırmızı turp. Bundan gözəl hansı 

nemət var? [4, 234]. Evakuasiya – bumbuz, basırıq vaqonlar, küləklərin döydüyü sonu görünməyən 

gözləmələr...[4, 326]. Göy dəniz, gömgöy dəniz, bir də ağ, ağappaq gəmi [4, 366]. 

Bədii  üslubda  xitаbın  təkrаrı  ilə  də  intеnsivlik  fоrmаlаşır,  burаdа  çаğırış  mənаsı  üstünlük 

təşkil еdir:  Lift üçüncü mərtəbədən keçəndə bugünkü dublyajın rejissoru Ağa Mehdi pilləkəndən 

Feyzullanı görüb:  

Kəbirlinski, Kəbirlinski, – deyə, çığırdı [4, 389]. 

Bədii üslubda epiqraflar mətnin əvvəlində verilərkən həmin mətnin məzmunu ilə uyğunluq 

təşkil edir, bunların vasitəsilə müəllif ifadə olunan fikrin təsirini daha da artırır. [6,  190]. 

Ədəbi  dilin  elmi-funksional  üslublarından  olan  elmi  üslubdan  insanların  bütün  elmi 

fəaliyyət dairəsində istifadə edilir. Elmi üslub öz dəqiqliyi, yığcamlığı, məntiqiliyi ilə səciyyələnir. 

Bu  üslubda  dəqiqlik  gözlənildiyi  üçün  intensivlik  yaradan  faktorlara  rast  gəlinmir.  Elmi  üslubda 

danışan və ya yazan digər üslubların elementlərinə müraciət etməməlidir. Elmi məsələləri şərh edən 

natiq  ehtiyac  duyduqda  (diqqəti  daha  çox  cəlb  etmək,  fikrin  təsirini  artırmaq,  nitqə  müəyyən 

canlılıq gətirmək məqsədilə) bədii dilə məxsus vasitələrdən istifadə edə bilər [1, 196]. 

Afad  Qurbanov  yazır  ki,  “elmi  üslubda  emosional-ekspressiv  çalarlıq  yaradan  sözlərə  yol 

verilmir” [6, 192]. 

Funksional üslublardan biri olan publisistik üslub daha çox sadəliyi, yığcamlığı, kütləviliyi, 

kəskinliyi və təsirliliyi ilə səciyyələnir. Bu üslubda yarımçıq cümlələrin işlədilməsi, yarımçıq ritorik 

suallar, təkrarlar fikrin qabarıq ifadəsinə səbəb olur. Məsələn:  

Bəmbəyaz çiçəkdir bu qar töhfəsi

Torpağın dərdini oxşayır, örtür. [13, 6]

 

Boyyyy!  Heç  kim  görməsin,  görməsin!  Bir  ağ  maşın  bütün  qıpqırmızı  qanıydı,  elə  bil 

maşının başından vedrəynən bir qan axıtmışdın ki, qırmızılığa çıxsın. [14, 32]

 

Rəsmi üslubda standart formalardan istifadə olunduğuna görə heç bir kənar fikir ola bilməz. 

Rəsmi üslubda müxtəlif növ rəsmi sənədlər hazırlanır və bu sənədlərdə hər bir məsələnin dili aydın, 

qısa  izah  edilməlidir,  artıq  və  lüzumsuz  sözlərə,  təkrarlara,  bədii  ifadə  vasitələrinə  yol 

verilməməlidir.  

Epistolyar üslub tarixən müxtəlif növ məktubların meydana çıxması əsasında formalaşıb. Bu 

üslubdan  ailə-məişətdə,  dostluq  məktublarında,  rəsmi  məktublarda,  açıq  məktublarda  istifadə 

olunur.  Bu  üslubda  fikrin  qabardılması,  şişirdilməsi,  mənanın  genişləndirilməsi  hallarına  çox  rast 

gəlmək olur. Nümunə üçün 1911-ci ildə Mirzə Cəlilin Sidqiyə ünvanladığı məktuba nəzər yetirək: 

“Bu gün Səmədovlara tel vurdum, sənə 50 manat versin. Jurnal gəlmir, bilmirəm niyə? Evdən və 

uşaqlardan muğayət ol. Müzəffər çox gəzməsin və səy eləsin. Münəvvərin paltarını al və nə lazım 

olsa, birbəbir elə. Hər nə sözün olsa, yaz. Qəzetləri göndər” [7, 836]. 

Apardığımız araşdırma nəticəsində məlum olur ki, funksional üslublardan olan rəsmi üslubda 

dəqiqlik  norması  gözlənildiyi  üçün  intensivlik  yaradan  dil  vasitələrindən  istifadə  edilmir.  Danışıq 

üslubunda,  bədii  üslubda,  publisistik  üslubda,  epistolyar  üslubda  intensivlik  yaradan  dil 

vasitələrindən  geniş  şəkildə istifadə edilir. Rəsmi üslubda isə elmi  məsələlərin şərhi zamanı natiq 

ehtiyac  yaranarsa,  fikrin  təsirini  artırmaq  məqsədilə  intensivlik  yaradan  vasitələrdən  istifadə  edə 

bilər. 


 

 

 

 

İntensivliyin ədəbi dilin funksional üslublarında işlənmə dərəcəsi 

 



 

15 


 

ƏDƏBİYYAT 

1.

 



Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Bakı, 2013, 277 s. 

2.

 



Adilov M.İ. Əsərləri. 2 cilddə, II c. Bakı: Elm və təhsil, 2011, 370 s. 

3.

 



Adilov M.İ., Verdiyeva Z.N., Ağayeva F.M. İzahlı dilçilik terminləri. Bakı: Maarif, 1889, 364 s. 

4.

 



Anar. Əsərləri: 2 cilddə. I c., Bakı: Nurlan, 2003, 606 s. 

5.

 



Cabbarlı C.Q.  Əsərləri: 4 cilddə, I c., Bakı:  Şərq-Qərb, 2005, 328 s. 

6.

 



Qurbanov A.M. Ümumi dilçilik: 2 cilddə, II c. Bakı: Maarif, 1993, 548 s. 

7.

 



Məmmədquluzadə C.M. Əsərləri: 3 cilddə, III c. Bakı: Azərbaycan SSREA, 1967, 431 s. 

8.

 



Mustafayeva Q.H. Azərbaycan dilinin üslubiyyatı. Dərs vəsaiti. Bakı: Elm, 2010, 392 s.  

9.

 



Orucov Ə.A.  Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə. I cild. Bakı:  Şərq-Qərb,  2006,744 s. 

10.


 

Rusca-Azərbaycanca  lüğət  /  (Ə.Orucovun  redaktəsi  ilə)    AMEA  Dilçilik    İnstitutu.  3  cilddə,       

I c., Bakı: Şərq-Qərb, 2005, 728 s. 

11.


 

Vahabzadə B.M. Seçilmiş əsərləri: 2 cilddə, I c., Bakı:  Öndər, 2004, 328 s. 

12.

 

Vаqif M.P. Əsərləri. Bakı: Şərq-Qərb, 2004, 264 s. 



13.

 

Vəliyeva S. Qar yağır. Ədəbiyyat qəzeti. 28 may, №20(5039), 2016, 32 s. 



14.

 

Vəliyeva Ş. İkiayaqlı. Ədəbiyyat qəzeti. 4 iyun, №21(5040), 2016, 32 s. 



 

РЕЗЮМЕ 

СТЕПЕНЬ ИСПОЛЬЗОВАНИЯ ИНТЕНСИВНОСТИ В РЕЧЕВЫХ СТИЛЯХ 

Мурсалиева Х.М.  

 

Ключевые  слова:  интенсивно,  интенсивность,  функциональные  стили,  степень 

интенсивности  в  художественном  стиле,  степень  интенсивности  в 

разговорном стиле 

В  статье  сделана  попытка  определения  использования  степени  интенсивности  в 

функциональных стилях: литературном, художественном, научном, эпистолярном и официальном. В 

результате  исследования  выяснено,  что  в  официальном  стиле  не  используются  языковые  средства, 

создающие интенсивность. 

 

SUMMARY 

USAGE DEGREE OF INTENSITY IN STYLES 

Mursaliyeva Kh.M. 

 

Keywords: intensive, intensity, functional styles, the degree of intensity in artistic style, the degree of 

intensity in negotiating style 

In the article we have tried to determine the development degree of intensity in  functional styles: in 

the  literary  style  of  negotiations,  in  the  artistic  style,  in  the  scientific  style,  in  the  epistolary  style,  in  the 

official style. At the result of investigation it appears that, the official style is not used in creating intensity. 

 

 

 



Daxilolma tarixi: 

İlkin variant 

02.12.2016 

 

Son variant 



 

Mürsəliyeva X.M.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə