Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə7/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   2   3   4   5   6   7   8   9   10   ...   44

 

16 


 

 

UOT 801.81 

 

TOY MƏRASİMİ İLƏ BAĞLI BƏZİ TERMİNLƏRİN STRUKTUR-

SEMANTİK TƏHLİLİ 

 

MUSAYEVA İLAHƏ İLHAM qızı 

Sumqayıt Dövlət Universiteti, müəllim 

e-mail: i_musayeva83@mail.ru 

  

Açar sözlər: mərasim,  göbəkkəsmə,  adaxlı,  nişanlı, duvaq 

 

 İstər  tarixi,  etnoqrafik,  istərsə  də  dil  və  mədəniyyət  aspektindən  öyrənilməsi  labüd  olan 



mərasim  leksikasında  etnolinqvistik  amillərin  müqayisəli  şəkildə  araşdırılması  məqsədəuyğundur. 

Belə  ki,  ortaq  tarixə  malik  olan  türk  dillərinin  mərasim  leksemlərinin  struktur-semantik  və 

funksional  təkamülünün  tədqiqi  olduqca  vacibdir  və  bu  araşdırmaların  tutarlı  faktlar  və  nəticələr 

ortaya  qoya  bilməsi  danılmazdır.  Nümunələr  əsasında  bu  leksemlərə  nəzər  salsaq,  bəzi    sözlərin 

semantik  diferensiyaya  uğradığının,  bəzilərinin  isə  fonetik  baximdan  fərqlənsələr  də,  semantik 

cəhətdən  paralellik    təşkil  etdiyini    görə  bilərik.  Məsələn:  kürəkən,  küdəkü,  güyəgü,  göygü,  göy 

kürəkən sözünun müxtəlif türk dillərində işlənən  derivatlarıdır.                             

Azərbaycan və türk dillərinin mərasim leksikalarını müqayisəli şəkildə tədqiq etdikdə belə bir 

mənzərə  yaranır  ki,  məhz  mərasim  leksikasına  daxil  olan  söz  və  ifadələr  dilin  daha  qədim 

dövrlərinə aid leksik-semantik xüsusiyyətlərin daşıyıcısı kimi çıxış edir. Bəzən müqayisə edilən bu 

dillərin tərkibində elə sözlərə rast  gəlinir ki, onları digər türk dillərində də olduğu kimi müşahidə 

etmək  mümkündür.  Məsələn:  türk  dilində  işlədilən  soy-sop  (nəsil-nəcabət,  soy,  kök,  tayfa)  sözü 

paragenonimlərə  aid  edilə  bilər.  Belə  ki,  türk  dilindən  əlavə,  bu  sözə  qaraim  dilində  də  сой-соп 

şəklində təsadüf edilir ki, bu dildə qeyd edilən leksik vahid “ailə” mənasında işlədilir.   

Türk  və  Azərbaycan  dillərində  mərasim  leksikası  ilə  bağlı  araşdırmalara  nəzər  saldıqda  

dilçilik  ədəbiyyatında  bu  qəbil  tədqiqatların  az  olması  faktı  ilə  üz-üzə  dayanırıq.  Xalqın  milli-

mənəvi dəyərlərinin daşıyıcısı olan mərasim leksikasının araşdırılması, düşünürük ki, tutarlı faktlar 

və  nəticələr  ortaya  qoya  bilər.  Oğuz  qrupu  türk  dillərinin  leksikası  müxtəlif  aspektlərdən  fərqli 

şəkildə işıqlandırılır. Məsələn: Y.Çunqayev öz tədqiqatında türkmən və qədim türk dilinin venger 

dili ilə əlaqələrini işıqlandıraraq venger dilində türk paralellərindən söhbət açır və s.  

Biz isə mərasim leksikasını araşdırarakən bir o qədər də fərqli dilləri deyil, oğuz qrupu türk 

dillərinə  daxil  edilən  Azərbaycan  və    başqa  türk  dillərinin  materiallarına  əsaslanırıq.  Bu  dillərdə 

mərasim  leksikası  kifayət  qədər  geniş  işıqlandırılmamış  və  tipoloji  araşdırmaya,  linqvistik  təhlilə 

cəlb edilməmişdir. 

Türk dillərinin mərasim leksikasında işlənmə tezliyi ilə diqqəti cəlb edən leksik vahidlərdən 

biri  duvaq sözüdür. Duvaq tarixən türk qızlarının toy zamanı bədnəzərdən  qorunmaq üçün istifadə 

etdikləri  vasitə,  örtükdür.  Evlilik  mərasimində  həyat  yoldaşlarının  üzünü  ilk  dəfə  gördüklərinin 

sübutu  kimi    duvağı  bəy  özü  açmış,  rənginə  gəldikdə,  saray  gəlinləri  qırmızı,  sadə  xalq  isə 

bənövşəyi, ağ, mavi rənglərdən istifadə etmişlər. 

Azərbaycan dilinin izahlı lüğətində duvaq 2 mənada göstərilmişdir: 

1) (etnoqr.) gəlin gedən qızın üzünü örtən tül örtü. Məs: Gül düxtərinin ərusi yetmiş; Gülgün 

duvağın başına örtmüş. (Xətayi)  

2) məc.Təşbehlərdə  “örtü” mənasında. Qapqara bir duvaqla örtülmüşdür göy saray. (R.Rza) 

[1, 710]                                                                                                                                   

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 2                   2017 

  



 

17 


 

 Bu  terminin  etnoqrafik  yaşına  nəzər  salsaq,  “Kitabi  Dədə  Qorqud”da  eyni  fonetik  tərkibdə, 

eyni  anlamda  işləndiyinin  şahidi  olarıq.  Məs:  Selcan  xatun  aydır:  -  Tatlu  dəmağ  tutubanı 

soruşmadım, al duvağım altında söyləşmədim. [2,116]  

İzahlı lüğətdə  həmçinin termininin bir çox törəmələrinin izahı verilmişdir: duvaqqapma (is. 

ədəb.  xalq  dastanlarının  axırında,  adətən,  gəlini  tərifləyən  və  ona  nəsihət  verən  aşıq  şeri)  duvaqlı 

(üzündə  duvaq  olan,  üzü  örtülü),  duvaqlıq  (duvağa  yarayan  duvaqlıq  tül),  duvaqlanmaq  (üzünə 

duvaq çəkilmək).                                                                                             

Türkiyə türkcəsində duvak, tuvak, tuğak “ sözləri fonetik baxımdan fərqlənsə də, semantik 

cəhətdən eyni funksiyanı daşıyır. Türk dilinin sözlüyündə leksemin 3 mənası göstərilmişdir:  

1) isim Gelinin başını, bazen de yüzünü örten dantel veya tülden örtü.                                                         

2) Küp, tandır, baca və b.nın taş ve ya torpaktan yapılmış kapağı.                                                         

3)Yeni doğan bazı bebeklerin doğduğu zaman başlarını çevreleyen zar. 

Türk dilinin leksik qatında işlənən “telli duvaklı” ifadəsi də bu sözün törəmələrindəndir. “Tel” 

dedikdə  gəlinlərin  başlarına  taxdıqları  gümüş  rəngli  simdən  düzəldilmiş  tellərdən  söhbət  gedir, 

hansı  ki,  toy  günündə duvaqla birgə taxılır. Ayrı-ayrı  türk dillərində işlənmə tezliyi  dinamik  olan 



duvaq leksik vahidinin semantik strukturu  o qədər də çoxkomponentli deyil. Belə ki, müxtəlif türk 

dillərində  fonetik  fərqlərlə  müşahidə  olunan  termin  qırğız  dilində  tubak,  özbəklərdə  tuvak

bulqarlarda  devak,  qazaxlarda    tumak  (baş  örtüyü),  qaqauz  dilində  duak  formasında  işlənməsinə 

baxmayaraq, semantik məna  sferası etibarilə bütün türk dillərində paralellik təşkil edir.  

Evlilik  mərasiminin  ən  önəmli  atributlarından  sayılan  duvaq  etnoqrafik  termininin 

etimalogiyasına gəldikdə isə, ingilis dilçisi Klausonun fikirlərinə əsaslanaraq demək olar ki, sözün 

kökü Mahmud Kaşğarlının Divanında “ qapamaq, tıxamaq, bağlamaq” anlamında işlənən     “ tu “ 

feilidir  [4,  567].  Tu-tog-tug  sözlərindən  tog-la-t  qapamaq,  qapatmaq  feillərinin  törədiyini    yazan  

dilçi alim sözün funksional məna keyfiyyətinin dəyişmədiyini göstərmişdir. 

Türkcədə  tuğ,  tuh,  kəlimələri  “doğmaq,  doğurmaq”  anlamında,  ak  (bəyaz)  sözü  isə  Altay 

türkcəsində  cənnət  anlamında  işlənmişdir  (B.Ögel).  Quman-qıpçaq  sözlüyündə  tuv,  Azərbaycan 

dilində  doğ  kəlimələri  də  doğmaq-  insanın  və  ya  heyvanın  dünyaya  gəlməsi  anlamındadır.Qeyd 

edilən  faktları  nəzərə  alaraq  belə  nəticəyə  gəlmək  olar  ki,  duvağın  bizə  məlum  olan  örtük 

anlamından başqa “doğmaq, törəmək”, el arasında işlənən “ağ günə çıxmaq”, ata evinə qapalılığı, ər 

evinə isə yeni bir doğumu ifadə edən rəmzi mənaları da vardır.  

Türk dillərində ilk baxışdan fərqli məna sferası ilə müşahidə olunan duvaq və divar sözlərinin 

mahiyyət etibarı ilə eyni funksiyanı yerinə yetirdiyini sübuta yetirən türk türkoloqu Adem Aydemir 

yazır:  Türkcede  tuvak-duvak  kəlməsiylə  eyni  kökdən  gələn  tuvar-duvar  kəlməsi  bir  tərəfi  digər 

tərəfdən ayıran yüksək əngəlin adı olmuş, duvak  maddədən mənanı, duvar  isə maddədən maddəni 

ayırmışdır [3, 624].                      

Duvaq  leksik  vahidinin  etimologiyası  ilə  bağlı  başqa  bir  variant  isə  tuğak,  tuvak,  duvak 

sözlərinin  tuv,tuğ,duv (qapa, tıxa, ört) feillərinə - ak  isim düzəldən şəkilçinin əlavə edilməsi yolu 

ilə düzəlməsidir. V.V.Rodlovun lüğətində üç məna çərçivəsində qeyd olunmuşdur:” gəlini gizlədən 

qırmızı  tül  örtü,  yeni  doğulan  körpənin  örtüyü,  örtük”.  Duvaq  və  duvar  sözləri    müasir  qaqauz 

dilində “v“foneminin düşməsi ilə müşahidə olunur  və duak, duar formasındadır.                

İnsan  həyatının  ən  önəmli  günü  olan  toy  mərasimi  ilə  bağlı  olan  duvaq  sözünün  işlənmə 

dairəsi  əhatəlidir  və  söz  hazırda    öz  funksional  keyfiyyətini  itirməmiş,  məna  dəyişikliyinə 

uğramamış, əksinə, ilkin mənasını qoruyaraq semantik aspektdən xeyli genişlənmişdir. 

 Mərasimlər,  onların  etnoloji  və  mifoloji  kökləri  qədim    türk  tayfalarının  tarixi  ilə  qarşılıqlı 

surətdə öyrənilməlidir. Bu, hər şeydən əvvəl qədim yazılı abidələri ətraflı şərh etmək, eyni zamanda 

türksistemli dillərin fonetik, leksik və qrammatik quruluşunu səciyyələndirməklə sıx bağlıdır.  

Xalqın  yaradıcı  təfəkkürünün  məhsulu  olan  “Kitabi  Dədə  Qorqud”  abidəsi  türk  dillərinə 

məxsus zəngin dil materialına malikdir. Burada işlənən mərasim leksemlərinin struktur-semantik və 

funksional  təkamülünün  tədqiqi,  etnolinqvistik  amillərin  müqayisəli  şəkildə  araşdırılması  olduqca 



Musayeva İ.İ.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə