Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

 

18 


 

vacib bir məsələdir. “Kitabi Dədə Qorqud”da toy mərasimi leksikası ilə bağlı olan adaxlı leksemi 

Azərbaycan  dilinin,  eləcə  də  bir  çox  türk  dillərinin  toy  mərasiminin  müəyyən  mərhələsini  əks 

etdirən adlardan biridir. Sözün etimologiyasına nəzər salsaq ümumtürk mənşəli adak, yadak, ayaq 

leksik vahidlərinin paragenonimlər olduğunu aydın şəkildə görmək mümkündür. Adaxlı sözü “ada” 

feilindən olub və 2 mənada işlənmişdir: 1) ad vermək; 2) ad eləmək (nişanlamaq) deməkdir. Ada 

feilindən adaq ismi, ondan isə adaxlı sifəti əmələ gəlmişdir. 

Mahmud  Kaşğarinin  “Divan”ında  adak  (ayaq),  adhaklığ  (ayaklı),  adhaklan  (ayaklanmaq) 

mənalarında  verilən  leksemin,  Orxon  və  Yenisey  abidələrində  də  semantik  strukturunun 

çoxkomponentli  olduğunu  müşahidə  etmək  olar.  Belə  ki,  adak  sözü  burada  da  semantik 

diferensiyaya uğrayaraq, “ayaq” anlamındadır. Məsələn:  Bodun adak namastdı, yablak bol (taçı) 

erdi.  Səkkiz  adaklığ  barmen  və  s.  “Kitabi  Dədə  Qorqud”  da  adaxlı  leksemi  lə  sinonim  olaraq 

yavuqlu,  beşikkərtmə  sözü  də  işlənmişdir.  Məsələn:  Bəglər,  Allah  Taala  ana  bir  qız  verəcək 



olursa, siz tanıq olun, mənim qızım Baybörə bəy oğluna yavuqlu olsun  [2, 52]. 

Azərbaycan dilindəki adaxlı termini, türkmən dilindəki adağ, adağlı sözü ilə fonetik baxımdan 

fərqlənsə  də  semantik  cəhətdən    paralellik  təşkil  edir.  Belə  ki,  türkmən  dilinin  sözlüyündə  adağ  – 

Oğlan  bilen  qızı  bir-birinə  sataşdırmak  maksadı  bilen  yaşlığından  bellemeklik  dabi,  adağlı-

çağalıkda bir-birine bellenen qız və oğlan.  Adağlanmak öylenmeyi mejbur edyn daldır [5, 14]. 

Belə  nəticə  çıxır  ki,  xalq  öz  arasında  evlənmə  vaxtını  əl  ayağını  bağlamaq  vaxtının  çatdığı 

kimi  qiymətləndirmiş  və  buna  uyğun  olaraq  adaxlı,  adaxlanmaq  sözləri  yaranmışdır.  Ayaqaçdı, 

ayaqqaçma  terminləri  adaxlı,  adaxlılıq  sözləri  derivat  olsa  da,  etnoqrafik  termin  kimi  müxtəlif 

mənanı  kəsb  edirlər.  Belə  ki,  ayaqaçma  –  gəlinin  toydan  sonra  ilk  dəfə  atasının  evinə  getmə 

adətidir. 

Azərbaycan dilində adaxlı sözünün semantik ekvivalenti olaraq deyikli, nişanlı, bəlgəli və s. 

terminlər də işlənir.  Bu  terminlərə semantik  baxımdan daha  yaxın  olan beşikkərtmə,  göbəkkəsmə 

etnoqrafik  termini  də  eyni  mənada  işlənmişdir.  Etnoqrof  Həsən  Quliyev  yazır:  Göbəkkəsmə  və 



beşikkərtmə  nigah  adətləri  keçmiş  Azərbaycan  ailə-məişəti  üçün  o  qədər  də  səciyyəvi  bir  hal 

deyildir.  Qız  və  oğlanın  göbəkləri  kəsilərkən  bir-birinə  ad  eləyirdilər.  Bəzən  beşikkərtmə  zamanı 

oğlan  anasının  qundaqda  olan  qızı  köynəyinin  yaxasından  salıb  ətəyindən  çıxarması  ilə 

kifayətlənirdilər.  Əksər  rayonlarda  qızın  yatdığı  beşiyin  yan  taxtasından  bir  balaca  kərtir,  bəzi 

hallarda onun boynundan və  ya beşiyindən gümüş, qızıl pul asırdılar.  Beşikkərtmə, beşikkəsmə və 

göbəkkəsmə  toy  mərasimi  adları  “Azərbaycan  dilinin  izahlı  lüğətində”  köhnə  məişətdə  uşaqların 

(oğlan və qızın) körpə zamanlardan bir-birinə adaxlı olması adəti mənasında qeydə alınmışdır. 

Bu  adlar  iki  müxətlif  leksik  vahidlərin  beşik+kərt  (kəs)  və  göbək+kəs  birləşmələrindən 

törəmişdir.  Kərtmək  feili  kəsmək  feilinin  paragenonimidir.  Tarixən  dilimizdə  geniş  dairədə 

işlənmiş,  hazırda  isə  məhdud  dairədə  dialekt  və  şivələrdə  işlənməkdədir.  Məsələn:  “Kitabi  Dədə 

Qorqud”da  hər  iki  addan  leksik  paralel  kimi  istifadə  edilmişdi:  Baqdı-gördü  bu  otaq  Banıçiçək 



otağıymış ki, Beyrəgin beşikkərtmə nişanlısı adaxlısıydı. Nişanlı sözünün dilimizdə formalaşması 

tarixi qədim olduğu kimi, müasir mərhələdə də işlənmə tezliyi də dinamikdir. 

 Nişan və nişanlı sözləri bu mənanı ifadə edən digər sinonim mənalı sözlərə nisbətən yüksək 

funksionallığa  və  geniş  istifadə  arealına  malikdir.  Bu  adın  törəmələri  sırasında  “kiçik  nişan”, 

“böyük nişan” birləşmə konstruksiyalı toy adlarını da göstərmək olar. Nişan mərasimi kitabda kiçik 

dügün,  toy  mərasimi  isə  ulu  dügün  kimi  də  qeyd  olunmuşdur.  Məsələn:  “Yalançı  oğlı  Yalancuq 

kiçi dügininin eylədi. Ulu dügününə vədə qoydı”. 

Qeyd  edilən  faktlar  belə  bir  qənaətə  gəlməyə  əsas  verir  ki,  mərasim  leksikasının 

xüsusiyyətləri yalnız semantik proseslərlə deyil, eyni zamanda fonetik proseslərlə də müəyyən edilə 

bilər.  Düşünürük  ki,  mərasim  leksikasına  daxil  olan  leksik  vahidlərin  periferik  fonetik 

xüsusiyyətləri onların etimoloji strukturunun izahında xüsusilə böyük əhəmiyyət kəsb edir. 

Toy mərasimi ilə bağlı bəzi terminlərin struktur-semantik təhlili 

 



 

19 


 

Elmi  yenilik.  Ailə-məişət  mərasimi  ilə  bağlı  olan  duvaq,  beşikkərtmə,  adaxlı,  göbəkkəsmə 

terminlərinin  ümumtürk  leksik  qatına  nəzər  salınaraq,  leksik,  semantik  və  struktur  xüsusiyyətləri 

geniş və müqayisəli şəkildə tədqiq olunmuşdur. 

Tədqiqatın  əhəmiyyəti.  Tədqiqat  işi  etnoqrafiya  terminləri  lüğətinin  hazırlanmasında,  izahlı 

və  etimoloji  lüğətlərin  tərtibində,  mərasim  və  etnoqrafik  leksika  ilə  bağlı  tədqiqat  işlərinin 

hazırlanmasında istifadə oluna bilər.  

 

ƏDƏBİYYAT 

1. Azərbaycan dilinin izahlı lügəti: IV cilddə. I cild. Bakı: Şərq-Qərb, 2006, 744 s. 

2. “Kitabi-Dədə Qorqud” dastanı. Bakı: Öndər, 2004, 376 s. 

3.  Adem  Aydemir.  Türk  dünyasının  bazı  dügün  terimleri  ve  “Al  Duvak”  geleneği  üzerine. 

İnternational  Periodical  For  the  languagec  and  History  of  Turkisch  or  Turkic  Volume.  8/9, 

Summer, 2013. 

4. Mahmud Kaşğari. Divanü-lüğat-it-türk. / Tərcümə edən və nəşrə hazırlayan Ramiz Əskər. Bakı: 

Ozan,  2006,  747 s. 

5. Türkmen dilinin sözlüği. Aşğabat: Türkmenistan SSR Ilımlar Akademiyasının Neşiryatı, 1962.      

                                                                     

РЕЗЮМЕ 

СТРУКТУРНО-СЕМАНТИЧЕСКИЙ АНАЛИЗ НЕКОТОРЫХ ТЕРМИНОВ,  

СВЯЗАННЫХ С ОБРЯДАМИ 

Мусаева И.И. 

 

Ключевые слова:  обряд, нареченные, жених, обрученный, фата 

Исследование  структурно-семантической  и  функциональной  эволюции  лексем  обрядов  и  их 

сравнительных  этнолингвистических  факторов  является  важным  вопросом.  В  статье  проведён 

лингвистический анализ обрядовых слов отдельных тюркских языков, различающихся фонетически, 

но семантически обозначающих одно и то же понятие. Этнолингвистические факторы исследованы в 

сравнении. 

 

SUMMARY 

STRUCTURAL-SEMANTIC ANALYSIS OF SOME TERMS CONNECT  

WITH CEREMONIES 

Musayeva I.I. 

 

Keywords: ceremony, betrothed,bridegroom fiance, veil 

Investigation of structural – semantic and functional evolution of ceremony lexemes and researching 

ethno linguistic factors comparatively are very important. Linguistic analysis of some ceremony words being 

phonetically different but expressing semantically same meaning in different Turkish languages are given in 

the article and ethno linguistic factors are investigated comparatively. 

 

 



 

Daxilolma tarixi: 

İlkin variant 

23.11.2016 

 

Son variant 



 

Musayeva İ.İ.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə