Uot 902 İlyas babayev (amea arxeologiya və Etnoqrafiya İnstitutu) Hİdayət cəFƏrov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix04.07.2018
ölçüsü1 Mb.
#53509
1   2   3   4   5   6   7

12

Известия  НАН Азербайджана.  Серия общественных наук,  2017,  №3

Borsunlunun  əsasən  kasıb  avadanlığı  olan 

kurqanlarının  fonunda  sahəsi  256  kv.m.  olan 

qəbir  kamerası  (8  saylı)  zəngin  avadanlıqlı,  o 

cümlədən tunc və qızıl  lövhə ilə işlənmiş fil sü­

müyü,  şirli  qab,  qiymətli  metal  qablar,  naxışlı 

gil  qablar (şək.  9)  olan böyük  Borsulunun tor­

paq kurqanı xüsusi təəssürat yaradır.

Görünür,  qəbilə  ittifaqı  başçısına  məxsus 

olan  bu  kurqanda  əsas  dəfn  olunanla  yanaşı  9 

qulluqçu,  8  at  dəfn  olunmuşdur.  Borsunlu  abi­

dələrinin tədqiqi  qədim  dövrün bir  sıra mühüm 

ictimai-siyasi,  sosial-iqtisadi,  mədəni  əlaqələr 

məsələrini yenidən və başqa cürə işıqlan-dırma- 

ğa  imkan  verir.  Kurqan  e.ə.  XIV-XIII  əsrlərə, 

Xocalı-Gədəbəy  arxeoloji  mədəniyyətinin  bi­

rinci inkişaf dövrünə aid edilir.

Qarabağın II minilliyin sonlarına aid abidə­

lərinin  arasında  Beyimsarov kurqan  qəbiristan­

lığı xüsusi yer tutur.(şək.lO) Borsulundan fərqli 

olaraq  buradakı  kurqanlar  bütünlükdə  yuxarı 

təbəqənin  nümayəndələrinə  aiddirlər.  Belə  ko- 

nus formalı hündür torpaq kurqanlar qəbilə baş­

çılarına məxsus  olmuşdur.  Bu kurqanlardan  bi­

rində  qazıntılar nəticəsində  belə  kurqanın altın­

da 200  kv.m  sahəsi  olan,  6m.  dərinlikdə böyük 

dəfn  zalı  açılmışdır.  Kameranın  üstü  yoğun 

ağaclarla  örtülmüşdür.  Qəbir  kamerasında  qə­

bilə  başçısına  və  onun  yaxınlarına  məxsus  6 

sklet  aşkar  olunmuşdur  (şək.  10).  Bu  qəbirə 

120-dən  çox  saxsı  qablar,  6  at,  xüsusi  taxçada 

50-dən çox zərif qablar,  metal məmulatı,  pasta, 

əqiq,  balıqqulağı-  kauri  muncuqlar  qoyulmuş­

dur.  Bəyimsarov  kurqanının  (e.ə.X-IX  əsrlər) 

tədqiqi Azərbaycanın qədim qəbilələrinin həyat 

tərzinin  müxtəlif sahələrini  işıqlandırmağa  im­

kan verir [19, s.  155-170].

Göstərilən  dövrün  arxeoloji  abidələri  ara­

sında  Xmdırstan  və  Sarıçoban  abidələri  xüsusi 

yer tutur. Xmdırstan və Sarıçoban kurqanları öz 

formalarına  görə  böyük  Borsunlu və  Bəyimsa­

rov  torpaq  kurqanlarına  oxşaryırlar.  Görünür, 

bu  regionda  cəmiyyətin  sıravi  üzvülərini  kur­

qanlarda  deyil,  adi  torpaq  qəbirlərdə  dəfn  et­

mişlər. Ona görə də heç bir yerüstü əlamətə ma­

lik  olmayan  belə  torpaq  qəbirləri  aşkar  etmək 

yalnız  təsadüfi  tapıntılarla  mümkün  ola  bilər. 

Tayfanın varlı zümrəsi üçün isə möhtəşəm  tor­

paq kurqanlar ucaldılmışdır.

Sarıçoban  kurqanlarının  birində  xüsusi 

dəfn  mərasimi  icra  olunmuşdur.  Bu  kurqanın 

xaçvari  qəbir  kamerası  dünyanın  dörd  səmtinə 

yönəldilmişdir və  beləsi  hələlik dünya arxeolo­

giyasına  məlum  deyildir.  Qəbir  kamerası  bir 

neçə  qat  yoğun  ağaclarla  örtülmüşdür.  Lakin 

qəbilə  üzvlərinin  dəfn  zamanı  dəfn  edənlərin 

səylərinə baxmayaraq qəbiri talançılardan qoru­

maq mümkün olmamışdır.  Borsunlu  və  Bəyim­

sarov  kurqanlarında  olduğu  kimi  Sarıçoban  da 

talanmışdır.  Talançılar  kameraya  yol  açaraq 

orada  çox  pis  dağıntılar  törətmişlər.  Lakin  ta­

landan sonra qalmış qalıqlar da bu unikal abidə­

nin  dəfn  mərasimini  aydınlaşdırmğa  müəyyən 

imkan vermişdir.  Qəbrin mərkəzində zəngin ta­

butda  qəbilə  başçısını,  qərb  və  şimal  kamera­

larda  mühafizəçiləri  (qulluqçuları)  dəfn  etmiş­

dilər.  Qəbilə başçısının sevimli atları da öldürü­

lərək  bir  çox  əsləhələri  ilə  dəfn  olunmuşdur. 

Ola  bilsin  atların  bəziləri  qonşu  qəbilə  başçıla­

rının hədiyyəsi olmuşdur.  Qəbirə  qoyulan mad­

di mədəniyyət nümunələrinin bəziləri digər ma­

teriallardan xeyli fərqlənirlər.

Çox  saylı,  Zaqafqaziya tipli,  sallaq  qanadlı 

ox uduqları, zireh löhvələri, müxtəlif tipli qayış 

başlıqları,  xəncər,  qılnclar və nizə,  birinin qay- 

tarğanlanmn  çins  atların  başları  ilə  bəzədilən 

yüyən  ağızlığı,  digər  at  əsləhələri,  çoxlu  başqa 

tapıntılar  ayrı-ayn  sənət  sahələrinin  inkişaf sə­

viyyəsi, əhalinin estetik zövqləri, mənəvi mədə­

niyyətləri  haqqında  təsəvvür  yaradır  [J20,  s. 

191-207].

Zəngin  artefaktlar,  mürəkkəb  dəfn  mərasi­

mi flora və fauna qalıqları əcdadlarımızın təsər­

rüfat  həyatı,  dəfn  mərasimi,  onların  o  dövrdə 

dünya görüşü, cəmiyyətin sosial təbəqələri haq­

qında məlumat verir.(şək. 11-12)

Bunlarla  yanaşı  qeyd  etmək  lazımdır  ki, 

Qarabağın  hələ XIX  əsrin axrlarmda aşkar edi­

lib  öyrənilən  Xocalı,  Dovşanlı,  Axmaxı,  Ballı­

qaya, Sirxavənd, Qarabulaq kimi abidələrini nə­

zərə  almadan  Qarabağın  II  minilliyin  sonu-  I 

minilliyin əvvəl əri dövrünün abidələri  haqqında, 

əhalinin  sosial-iqtisadi  inkişafı,  təsərrüfatı,  məi­

şəti haqqında tam təsəvvür yaratmaq olmazdı.

Adı  çəkilən  abidələrdən  şübhəsiz  ən  əhə­

miyyətlisi Xocalı nekropoludur.  Qafqazda o qə- 

dərdə  böyük  olmayan  sahədə  müxtəlif tip  çox­

XƏBƏRLƏR 

•  


TRANSACTIONS 

•  


ИЗВЕСТИЯ


Azərbaycan  MEA-nın Xəbərləri.  İctimai elmlər seriyası,  2017,  №3

13

saylı  qəbir  abidələrinin  cəmləşdiyi  ikinci  belə 



abidəni  tapmaq  çətindir.  Burada  təkcə  kurqan­

ların  beş  tipi  aşkar  edilmişdir.  Kurqanlardan 

başqa,  yaxında  daş  yeşik  (qutu)  tipli  qəbirlər 

olan  dörd  qəbiristanlıq  vardır.  Bu  müxtəlif tip 

abidələr o qədərdə böyük olmayan tarixi dövrə- 

e.ə  XlV-XllI-əsrlərdən  VIII-VII  əsrlərə  qədər 

dövrə aiddirlər [5; 30, ].

Bu vəziyyətin nə  ilə əlaqədar olduğunu ay­

dınlaşdırmaq böyük maraq doğrur. Bəlkə bu qə­

bilə içərisində təbəqələşməni  və ya öz tərkibin­

də  müxtəlif  qəbilələri  birləşdirən  böyük  tayfa 

ittifaqının olduğunu göstərir?!  Suallar çox əmə­

lə  gəlir.  Hələlik  bu  suallara  qəti  cavab  tapmaq 

çətindir.  Ola bilsin gələcək tədqiqatlar bu məsə­

ləni də aydınlaşdırmağa imkan verəcəkdir.

Orada  qazılmış  abidələrin  azlığına  (cəmi 

30 qədər kurqan və təxminən o  qədərdə daş ye­

şik (qutu) qəbirlər) baxmayaraq alınan nəticələr 

əhalinin  iqtisadiyyatı,  məişəti,  dünya  görüşü, 

ictimai quruluşu, əmlak bərabərsizliyi haqqında 

qiymətli  bazanı  formalaşdırılmışdır.  Xocalı  qə­

biristanlığında  tapılan  bəzi  materiallar  həm  o 

dövrdə  Ön  Asiya  ölkələri  ilə  iqtisadi  əlaqələri 

öyrənməyə,  həm  də  Qafqazm  bir  çox  qədim 

abidələrinin  dövrünü  dəqiqləşdirməyə  imkan 

vermişdir.

Bu tapıntılar  indi  də  Qafqazın sinxron  abi­

dələrinin  dövrünü  dəqiqləşdirmək  üçün  etalon 

rolunu oynayırlar.  Belə tapıntıların sırasına şirli 

keramika məmulatı, qızıl bəzək əşyaların,  at əs- 

ləhələri, xüsusidə üstündə mixi  yazı  ilə Assuri­

ya  hökümdarı  Adadnirarinin  adı  yazılan  əqiq 

muncuq daxildirlər.

Qarabağın  digər  çox  əhəmiyyətli  abidələ­

rindən  biri  də  Xaçınçayın  sol  sahilində  aşkar 

edilən  Dovşanlı  kurqanlarıdır.  Burada  qeydə 

alınan  9  kurqandan  E.Resler  üstü  daşla  örtülən 

2  kurqan  qazmışdır.  Onların  birində  içərisində 

4  nəfər  dəfn  olunan  daş  sənduqə  (qutu)  tipli 

qəbir (onlardan biri əsas,  qalan 3-ü isə müşayət 

edənlərə  məxsusdur)  aşkar  edilmişdir.  Digər 

kurqanda  süvari  dəfn  olunan  3  qəbir  kamerası 

aşkar  edilmişdir.  Hər  qəbir  kamerasında  bir 

nəfər dəfn edilmişdir.  Lakin bu kameraların biri 

axıra qədər tədqiq edilməmişdir.

Bu kurqanlarda çoxsaylı  silahlar  (qılınclar, 

xəncərlər,  ox  və  nizə  uduqları,  təbərzin  balta,

yabalar və s.), alətlər (bıçaqlar, iskənələr, bizlər 

və  s.),  bəzək predmetləri  (toqqabaşları,  düymə­

lər,  üzüklər,  bilərziklər və s.)  dəfn  olunanın cə­

miyyətdə  mövqe  ilə  əlaqədar  predmetlər  (top­

puz başı, əsa başlığı), at əsləhələri, saxsı qablar, 

müxtəlif muncuqlar (o  cümlədən  qızıldan)  gös­

tərirlər  ki,  kurqanlarda,  cəmiyyətin  yuxarı  tə­

bəqələrinin  nümayəndələri  dəfn  olunmuşdur 

(şək.  11).  Dəfn  avadanlığının  arasında  qızıl 

slindir formalı  möhürün olması  cəmiyyətdə xü­

susi  mülkiyyətin  olduğunun  sübutudur  [Bu 

haqda daha ətraflı bax:  5, s. 72-74].

Dovşanlı  abidələrinin  yaxınlığında,  Ballı­

qaya və  Sirxavənd kəndlərinin  arasında müxtə­

lif kurqanlardan  ibarət  başqa  bir  qrup  abidələr 

vardır.  Hələ  XIX  əsrin  axırlarında  onlardan 

birini  E.Resler  tədqiq  etmişdir.  Bu  kurqanda 

taxtalardan düzəldilən təbəqənin üzərində kübar 

şəxs  dəfn  olunmuşdur.  Qəbirə  çoxlu  avadanlıq 

(vəhşi  heyvanların  başları  formada  düzəldilən 

bəzəkləri  olan yabalar,  ox uduqları,  kəmərbaş- 

lıqları,  qarmaqlar,  üzüklər  və  s.),  saxsı  qablar, 

sümükdən  hazırlanmış  bəzəklər  qoyulmuşdur. 

Qəbirdə  at,  öküz,  it  sümükləri  aşkar edilmişdir. 

Xüsusi  dəfn  mərasimi  (qəbirə  başları  kəsilmiş 

insan  skeletlərinin  olması)  bu  kurqanın  2-ci 

Dovşanlı kurqanı ilə oxşarlığını göstərir.

Dovşanlı  və  Ballıqaya  kəndləri  arasında 

Axmaxı  kəndinin  evləri  yerləşir.  Bunlardan bir 

qədər  cənubda  o  qədərdə  böyük  olamayan  bir 

qrup  kurqanlar  vardır.  E.Resler  bu  kurqanların 

beşində  arxeoloji  qazıntılar  apararaq  müəyyən 

etmişdi ki,  bu kurqanlarda,  Dovşanlı,  Ballıqaya 

kurqanlarından  fərqli  olaraq,  əhalinin  orta  və 

aşağı təbəqəsinin nümayəndələri  dəfn olunmuş­

dur.  Lakin  bu  kurqanlarda  da  maddi  və  sosial 

təbəqələşmə  müşalıidə  olunur.  Məsələn,  3  №-li 

kurqanda  dolixokefal  (uzunsov)  kəlləsi  olan 

adam  uzadılmış  vəziyyətdə  dəfn  olunmuşdur. 

Onu  müşayət  edən  8  nəfər  braxikefal  (yumru) 

kəlləli  adamlar  oturdulmuş  vəziyyətdə  dəfn 

olunmuşdur.  Belə  vəziyyət  l№-li  kurqanda  da 

müşahidə  olunmuşdur  [Bu  haqda  daha  ətraflı 

bax: 5, s.  74-76].

Axmaxı  kurqanları  qəbirə  qoyulan avadan­

lığın  sayının  azlığı  və  müxtəlifliyinə  görə  də 

Dovşanlı,  Ballıqaya  və  Sirxavənd  kurqanların­

dan  geridə  qalırlar.  Lakin  qəbir  avadanlığına

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 



•  

ИЗВЕСТИЯ



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə