Uot 9/47. 924 Aqrar siyasəTİn mahiYYƏTİ VƏ İslahatlarin uğurlu nəTİCƏLƏRİ Tarix elmləri namizədi N.Ə.Əlizadə



Yüklə 161,43 Kb.
tarix27.10.2017
ölçüsü161,43 Kb.

ADAU-nun Elmi Əsərləri. Gəncə, 2010, №1


UOT 9/47.924
AQRAR SİYASƏTİN MAHİYYƏTİ VƏ İSLAHATLARIN UĞURLU NƏTİCƏLƏRİ
Tarix elmləri namizədi N.Ə.Əlizadə

Azərbaycan Dövlət Aqrar Universiteti



“Aqrar bölmədə, kənd təsərrüfatında iqtisadi islahatlar bizim strateji yolumuzdur, gələcəyimizdir. Bu yol ilə getməliyik və nə qədər tez getsək, respublikanın iqtisadiyyatının yüksəldilməsinə, bir o qədər tez nail ola bilərik, respublika əhalisinin tələbatının təmin olunmasina nail ola bilərik”. Bu müdrik fikirlərin müəllifi ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda aqrar islahatların həyata keçirilməsi nəticəsində 1980-ci illərin sonlarından etibarən ölkəmizdə başlayan iqtisadi tənəzzül–görülmüş tədbirlər nəticəsində 1995-1996–cı illərdə dəf edilmiş 1997-ci ildən isə tərəqqi, irəliləyiş əldə olunmaqdadır.

Azərbaycanda iqtisadi islahatların vüsəti aqrar sahədə özünü daha aydın büruzə vermişdir. “Torpaq haqqında” qanunun qəbul edilməsi ilə torpaq üzərində xüsusi mülkiyyət hüquqi təsbit edilmiş, kənd əhalisinə torpaq sahələri paylanmışdır.

Kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi kənddə sahibkarlığın inkişafına geniş təkan vermiş, kənd təsərrüfatı məhsulları istehsalının artımını təmin etmişdir. 1999-cu ildə Heydər Əliyev tərəfindən “Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” qəbul edilmiş fərmada göstərildiyi kimi, ölkəmizdə aqrar islahatların birinci mərhələsi başa çatmışdır [1]. Aqrar sahədə həyata keçirilən islahatlar Dünya bankı tərəfindən yüksək qiymətləndirilmişdir və Azərbaycanda fermer təsərrüfatına kömək göstərmək məqsədi ilə milyonlarla ABŞ dolları həcmində kredit ayrılmışdır.

Məhz Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə Azərbaycanda islahatların Beynəlxalq valyuta fondu və dünya bankı , Avropa yenidənqurma və inkişaf Bankı ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməsi ölkə rəhbərliyinin azad iqtisadiyyatın formalaşması məqsədinə sadiqliyinin sübutudur. Aqrar sahənin inkişafı istiqamətində son dövrdə aparılan işlər, o cümlədən aqrolizinqin, aqroservislərin yaradılması, güzəştli şərtlərlə gübrələrin, yanacağın verilməsi və s. Göstərmək olar.

Azərbaycan dövlətinin xətti ilə ölkəyə 10 min kənd təsərrüfatı texnikası, traktorlar, kombaynlar, digər texnika gətirib və icarə əsasında fermerlərə paylanıbdır. Bu böyük dəstəkdir və demək olar ki, Azərbaycanda texnika parkının böyük hissəsi yeniləşməkdədir. Kənd təsərrüfatının inkişafına dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan vəsaitlər ayrılır.

Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş aqrar islahatlar bu gün də uğurla davam etdirilir və nəticədə kənd təsərrüfatı ildən-ilə inkişaf edir, aqrar sahələrdə böyük irəliləyişlər göz qabağındadır. Bu prosesi daha da sürətləndirmək məqsədi ilə dövlət tərəfindən daim zamanla ayaqlaşan Dövlət proqramları, mütərəqqi qanunlar qəbul olunur və aqrar sahədə çalışanlara imtiyazlar verilir.

Tarixi təhlil föstərir ki, müstəqil Azərbaycan Respublikasının Milli iqtisadiy­yatında kənd təsərrüfatı həmişə mühüm rol oynamış və oynamaqdadır. Respublikada ümumdaxili məhsulun 30%-dən çoxu kənd təsərrüfatının payına düşür. Ölkədə əmək qabiliyyətli əhalinin 30-35 %-i kənd təsərrüfatında çalışır.

Kənd təsərrüfatının inkişafı öz növbəsində bir sira problemlərin həllinə səbəb olur. Ən başlıcası, əhalinin ərzaq təhlükəsizliyi təmin olunur , bir sıra sənaye sahələrinin inkişafı üçün ilkin baza yaranır, istehsal resurslarından səmərəli istifadə edilir, işsizliyin qarşısı alınır, demoqrafik problemlər yaranmır, dövlətlərarası iqtisadi münasibətlərin formalaşdırılmasına əlverişli şərait yaranır, yeni təsərrüfat formalarının idarə olunması üçün ali təhsilli kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına tələbatı artırır. Məhz bütün bunlara görə də kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahənin ali təhsilli kənd təsərrüfatı mütəxəsisləri ilə təmin edilməsi həmişə dövlətimizin iqtisadi siyasətində mərkəzi yer tutmuş və tutur.

2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın qəbul edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 avqust 2008-ci il tarixli sərəncamının “Aqrar sahə üçün kadr hazırlığı” bölməsində göstərilir ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı sahəsində müasir tələblərə cavab verən kadr potensialının olması həlledici əhəmiyyət kəsb edir.[2].

Aqrar sahənin inkişafını ölkənin ali strateji məqsədi kimi qiymətləndirən cənab prezident İlham Əliyev 2008-ci il oktyabr ayının 30-da kənd təsərrüfatı işçilərinə onların professional peşə bayramları ilə əlaqədar müraciətində bir daha qeyd etmişdir ki, əhalinin ərzaqla etibarlı təminatına dair Dövlət proqramının qəbulu ilə Azərbaycanda aqrar islahatların yeni mərhələsi başlanır.

2009-cu-ilin oktyabr ayında Bakıda keçirilən Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgi və konfransında Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin iştirakı bu sahəyə dövlət qağsının təzahürüdür. Aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin aqrar sənaye kompleksinin daha yüksək inkişafı təmin ediləcəkdir. Buna dövlət büdcəsinin investisiya tutumu, sosial və kənd yönümü, böhrana davamlı büdcə olması da zəmanət verir [3].

Azərbaycanda aqrar sahənin inkişafına tarixi baxış və təhlil göstərir ki, bu sahədə kadr hazırlığını yaxşılaşdırmaq üçün müvafiq proqramların olması, maddi-texniki, tədris-metodiki, elmi-tədqiqat işlərinin bazası müasirləşdirilməlidir. Bunun üçün sabit inkişaf modeli son dərəcə zəruridir.

Bu gün biz fərəhlə deyə bilərik ki, son dövrdə Universitetdə aparılan son dərəcə vacib yenidənqurma işləri, təhsilin müasirləşdirilməsi, maddi–texniki bazanın indiyə qədər görünməmiş bir sürətlə yeniləşdirilməsi, tədris, elmi-tədqiqat, sağlam mənəvi mühit, bütün sahələrdə müşahidə olunan təşəbbüskarlıq və novatorluq – yeni aqrar təhsil modelinin formalaşdırılması və inkişafı istiqamətində atılan ən uğurlu addımlardır, ilkin nəticələri inkaredilməzdir və təqdirəlayiqdir, gələcək inkişafımız üçün böyük mənada stimuldur. Bu böyük və şərəf gətirən əməllərin təşəbbüskarları və daşıyıcıları hər cür ehtirama layiqdirlər.




ƏDƏBİIYYAT


  1. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 6-cı kitab, mart 1996-iyun. 1996, Bakı: Azərnəşr, 1998-ci il 595 səh: 7-ci kitab iyul –noyabr 1996, Bakı: Azərnəşr, 1998-ci il 476-477 səh.

  2. Əliyev İ.H. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” 14 aprel 2009-cu il, “Azərbaycan”qəzeti, № 95, 15 aprel, 2009-cu il.

  3. Əliyev İ.H. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminata dair Dövlət Proqramı” Bakı, “Azərbaycan” qəzeti, 26 avqust, 2008-ci il


УДК 9/47.924

Сущность аграрной политики и достижений в области реформ

Кандидат исторических наук. Н.А.Ализаде

РЕЗЮМЕ
В предлагаемой статье автор затрагивает oсновополагающие принципы осуществлённой в Азербайджане аграрной политики и реформ под руководством общенационального лидера Г.А.Алиева. На конкретных примерах обобщаются достигнутые результаты.

The essence of the agrarian policy and good results of the reforms

Candidate of Historical Sciences N.A.Alizade

SUMMARY
In the article the author touched upon the agrarian reforms carried under the guidance of the national lieder Heydar Aliyev in Azerbaijan. The achieved results were generalized on the basis of specific exemple.
UOT 1 M
FƏLSƏFƏ ELMİ VƏ ZAMANIN TƏLƏBİ
Fəlsəfə elmləri namizədi M.Z.Qocayev

Azərbaycan Dövlət Aqrar Universiteti


Fəlsəfə bəşər mədəniyyətinin ən böyük nailiyyəti, insan biliyinin ən qədim növlərindən biridir. Fəlsəfə dünyanın dərk edilməsinin xüsusi forması olub, varlığın ümumi problemlərinə insanın baxışları sistemidir. Fəlsəfə özünün idraki funksiyasını həyata keçirərək tarixi inkişaf nəticəsində müstəqil elm sahəsinə çevrilmiş, bəşərriyyətin ümumi mənəvi inkişafında mühüm rol oynamışdır [1].

Fəlsəfə e.ə. III minillikdə ilkin fəlsəfi görüşlər kimi qədim quldarlıq cəmiyyətində Şərq ölkələrində əmələ gəlmiş, sistemli bir elm kimi isə Yunanıstanda və Romada yüksək inkişaf səviyyəsinə çatmışdır. “fəlsəfə” yunan dilində “filosofiya” sözündən olub, hikmətə, müdrikliyə məhəbbət mənasını verir [2].

Fəlsəfə ifadəsini ilk dəfə yunan riyaziyyatçı mütəfəkkiri Pifaqor işlətsə də, Platon fəlsəfəni ilk dəfə xüsusi elm kimi fərqləndirmiş, onu həqiqətə məhəbbət elmi adlandırmışdır. Platonun tələbəsi Aristotel fəlsəfəni əsasında müdriklik duran elm, biliklərin universal sistemi və digər elmləri isə onun hissələri hesab edirdi. O göstərirdi ki, fəlsəfənin məqsədi şeylərin səbəb və prinsiplərini öyrənməkdir. Demokrit və Epikur isə fəlsəfəni əqlin tələblərinə uyğun olaraq xoşbəxt yaşamaq sənəti hesab etmişlər [3].

Siseron fəlsəfəni xeyirxahlıq mücəssəməsi hesab etmişdir. Sokrata görə yalnız xeyirxah insanlar xoşbəxt olmağa layiqdirlər. T.Hobbsa görə fəlsəfə gerçəkliyi öyrənən insanın əqlidir, dünyanın və insan təfəkkürünün balasıdır. Kantın fikirincə, fəlsəfə ən ümumi nəzəri baxışlar sistemi olub, dünyagörüşüdür. Hegelin fikirincə, fəlsəfə zamanın, öz dövrünün fikiri, ifadəsi olduğundan o, siyasi tarixlə, dövlət quruculuğu ilə, dinlə, incəsənətlə üzvü surətdə bağlıdır. O, xalq ruhunun bir tərəfi, bir hissəsidir. Bütün hallarda fəlsəfə insanla, gerçəkliklə, bizi əhatə edən ictimai və təbii hadisələrlə sıx surətdə bağlıdır.

Fəlsəfənin predmetində duran problem dairəsinə gerçəkliyə insanın münasibəti, təbiət-insan münasibətləri; cəmiyyət-insan münasibətləri; insan -mənəvi münasibətləri, gerçəkliyin dərk edilməsi məsələsi və həmin qarşılıqlı münasibətləri ifadə edən mənəvi prinsip, nəzəriyyə və baxışlar sistemi daxilidir. Bütün bu münasibətlərin inkişafı və dəyişməsi qanunauyğunluqları fəlsəfənin üç ən ümumi qanunu və çoxsaylı kateqoriyaları vasitəsilə ifadə olunur.

Fəlsəfə insanın gerçəkliyə münasibətini ümumiləşdirilmiş şəkildə əks etdirən ideyalar və qanunauyğunluqlar haqqında, təbiətin, cəmiyyətin və təfəkkürün ən ümumi inkişaf qanunlar haqqında elmdir.

Fəlsəfə geniş, çoxəhatəli elmdir. O, varlıq və təfəkkür, təbiət və insan, maddi və mənəvi və s. kimi mürəkkəb anlayışlarn təbiətini öyrənməklə məhdudlaşa bilməz. Gerçəklikdə baş verən dəyişmə, inkişaf və qarşılıqlı əlaqələrin nisbəti, yeri və əhəmiyyəti, inkişafın ən ümumi qanunauyğunluqları da elmi-nəzəri cəhətdən öyrənilməlidir. Bunsuz bitkin fəlsəfə ola bilməz. Əgər varlığın mahiyyətini ontologiya, təfəkkürün mahiyyətini, idrak prosesini qnoseologiya kimi fəlsəfi təlimlər öyrənirsə, inkişafın mahiyyətini, onun ən ümumi qanunauyğunluqlarını, hadisələr arasındakı ən ümumi əlaqə və münasibətləri isə dialektika öz qanunları və kateqoriyaları vasitəsilə öyrənir.

Fəlsəfə özünün predmetində duran məsələləri ayrılıqda, təcrid olunmuş halda öyrənə bilməz. Materiya, hərəkət, məkan, zaman, şüur, cəmiyyət, dövlət və s. kimi anlayışların təhlilini vermək üçün təbiətşünaslığın fizika, kimya, biologiya və s. cəmiyyət haqqında elmlərin naliyyətlərinə əsaslanmaq lazımdır. Bunsuz elmi-materialiist fəlsəfə yarana və inkişaf edə bilməz. Digər tərəfdən, xüsusi elmlər özlərinin metodoloji, dünyagörüşü və nəzəri əsaslarını verərkən fəlsəfəyə, onun nəzəri müddəalarına istinad etdikdə daha dolğun olur. Deməli, fəlsəfə ilə xüsusi elmlər arasında möhkəm qarşılıqlı zəginləşmə əlaqəsi və qarşılıqlı təsir vardır. Əgər xüsusi elmlər fəlsəfəni dünyagörüşü xarakterli informasiya ilə təbiət, cəmiyyət, insan, idrak, mənəviyyat, varlıq, həyat, ölüm və s. haqqında konkret biliklə silahlandırırsa, fəlsəfə xüsusi elmlərə hadisələrə yanaşma üsulu, dialektik metodologiya, fəlsəfi idrak metodları verir, konkret elm sahələrində çalışan ziyalıların fəal sosial mövqe tutmalarına kömək edir [4].

Fəlsəfə bir tərəfdən öz xüsusi qanunları və kateqoriyaları vasitəsi ilə gerçəkliyi ən ümumi və dolğun şəkildə öyrəndiyi üçün spesifik elmdir, digər tərəfdən isə təbiət, cəmiyyət və təfəkkürün ən ümumi qanunauyğunluqlarından bəhs etdiyinə görə, insanın gerçəkliyə münasibətini əks etdirən ideya və təsəvvürlərin məcmusu olduğuna görə dünyagörüşüdür. Fəlsəfə elm olmaqla yanaşı, daha çox dünyagörüşüdür, metodoloji səciyyə daşıyan humanitar elmdir.

Fəlsəfə dünyagörüşü elmdir. Dünyagörüşü insanın gerçəkliyə münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən sosial-mənəvi, elmi, siyasi prinsiplər və baxışlar sistemidir. Fəlsəfə bütün dünyagörüşü növlərinin əsasını təşkil edir. Fəlsəfi dünyagörüşü həmişə insana, onun dünyaya münasibətinə əsaslanır. Buna görə də insan dünya görüşünün məhək daşıdır. Ən mütərəqqi fəlsəfə - insan fəlsəfəsidir. Insan dünyanın tacı, şöhrətidir. Dünya insanla gözəldir, mənalıdır. Hec də təsadüfi deyildir ki, bütün fəlsəfi cərəyanların mahiyyətində dünya - insan münasibətləri durur.

Fəlsəfə insan mənəviyyatını zənginləşdirir, onun mürəkkəb sosial- iqtisadi və mənəvi proseslərdən baş cıxarmasına kömək edir. Bütün elmlərlə əlaqədar olan fələsəfə hər bir mütəxəssisə öz ixtisası sahəsində düzgün istiqamət götürmək və həyatda dünyagörüşü mövqeyi tutmaq ücün, bütün elmlərin fəlsəfi problemlərini dərindən bilmək ücün lazımdır. Lakın bu azdır. Vətəndaşlıq baxmadan fəlsəfə insana daha geniş mənada lazımdır. Həqiqi fəlsəfə insanı elmi – materialist dünyagörüşü ilə, möhkəm ideya inamı, mətin iradə və yaradıcı fəallıqla silahlandırır, daha cox səfərbəredici və sosial fəallaşdırıcı rol oynayır, cəmiyyətdə qarşıya cıxan vəzifələrin düzgün həll yollarını tapmağa kömək edir, bir sözlə insanı daha cox insanlaşdırır.

Müstəqillik qazanmış Azərbaycan Respublikasının mühüm vəzifələrindən biri də ali təhsil sistemini təkmilləşdirməkdən ibarət olmuşdur. Bunun üçün XIX əsrin 90-cı illərindən başlayaraq keçid dövründə geniş miqyaslı islahatlar mərhələsinə başlanmışdır. Dünya birliyinə, informasiya cəmiyyətinə, qlobal iqtisadi birliyə daxil olmaq, elm və təhsilin inkişafının Qərb modelinin tətbiqi, təhsilin bakalavr və magistr mərhələsinin həyata keçirilməsi, Boloniya prosesinə qoşulmaq və ölkədə təhsil haqqında qanun qəbul edərək Azərbaycan təhsili dünya və Avropa təhsil sisteminə inteqrasiya olunmuşdur. Bütün bu islahatlar qlobal inkişafın müasir meyllərini nəzərə almaqla həyata keçirilir.

Lakin keçid dövründə ali məktəblərimizdə ictimai və humanitar elmlərin tədrisində müəyyən qüsur və nöqsanlara yol verilmişdir. Bu baxımdan akademik Ramiz Mehdiyevin 8 dekabr 2009-cu il tarixili “Azərbaycan” qazetində dərc olunan “İctimai və humanitar elmlər: zaman konteksində baxış ” məqaləsi elmi-siyasi dairələrdə böyük marağa səbəb olmuş və razılıq hissi ilə qarşılanmışdır. Müəllif bu məqaləsində milli elmin problemlərinə əsl vətəndaş və ziyalı yanğısı mövqeyindən yanaşır, ali məktəblərimizdə ictimai və humanitar elmlərin tədrisi sahəsində yol verilən qüsur və nöqsanları qeyd və təhlil edir, onların aradan qaldırılması yollarını göstərir [5].

Akad R.Mehdiyevin məqaləsi 15 yanvar 2010-cu il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetinin geniş Elmi Şurasında universitetin rektoru prof.M.M.Sadıqovun bilavasitə rəhbərliyi ilə müzakirə və təhlil edilmiş, məqalə haqqında məruzə və çıxışlar edilmişdir. Müzakirələr zamanı məqalədə göstərilən nöqsanlar universitetin həyatı ilə əlaqələndirilmiş, ictimai və humanitar fənlərin tədrisində mövcud olan nöqsanlar rektor, prof. M.M.Sadıqov tərəfindən geniş təhlil olunmuş, onların aradan qaldırılması, ictimai və humanitar fənlərin tədrisi keyfiyyətinin yüksəldilməsi yolları haqqında təkliflər planı qəbul edilmişdir.

Akad. R.Mehdiyevin məqaləsinin ideya qayəsində duran ümumi fikir bundan ibarətdir ki, ictimai və humanitar elmlərin hazırki xoşagəlməz durumu, onların dürüst inkişaf strategiyasının hələ də müəyyənləşdirilməməsi, tədqiqat işlərinin müasir dövrün tələblərinə cavab verməməsi, cəmiyyətin mütərəqqi ruhda köklənməsinə yönələn dəyərli elmi yeniliklərin olmaması ölkə rəhbərliyini narahat edir. İnkişafın “Azərbaycan modeli” ilə bağlı samballı tədqiqatların olmaması məqalədə qaldırılan problemlərdən biri kimi qeyd olunur, ictimai elmlərin zamanın tələblərinə cavab verməsinin vacibliyi qeyd olunur.

Məqalənin müəllifi qeyd edir ki, keçid dövründə siyasi, iqtisadi və sosial böhran insanların elmə və təhsilə olan münasibətinə də təsir göstərmişdir. İndi artıq keçid dövrü başa çatmışdır. Buna görə də müasir dövr humanitar-ictimai elmin və təhsilin ənənəvi rolu və statusunun keyfiyyət baxımından ən yüksək səviyyəyə qaldırılmasını tələb edir. Azərbaycanda ictimai elmin tədqiqi və tədrisinin struktur, funksiya və mahiyyətinin dinamik yeniləşməsini, marksist-leninçi konsepsiyadan uzaq olmağı, müasirlik baxımından ölkəmizdə mövcud olan ictimai münasibətlərin problemləri ilə, cəmiyyətdəki sosial-siyasi, iqtisadi və mənəvi proseslərlə əlaqələndirilməsi, tədrisin milli-bəşəri məzmun daşıması, onların dialektik və fəlsəfi təfəkkür baxımından izah edilməsi və qısa müddətdə həyata keçirilməsi tələb olunur.

Dünya fəlsəfəsi tarixinin hərtərəfli öyrənilməsi Azərbaycanın ali məktəbləri üçün də xüsusi əhəmiyyətə malikdir. Ulu öndərimiz H.Əliyevin dediyi kimi, biz dünya xalqlarının fəlsəfi və dini fikir tarixini, o cümlədən Azərbaycan xalqının yaratdığı ümumbəşəri dəyərləri ali məktəb tələbələrinə öyrətmədən onlar üçün dünyaya yol aça bilməyəcəyik. Biz həm milli tariximizdən aldığımız milli-mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi dəyərlərə yiyələnməliyik, o cümlədən Avropa, rus və Şərq mədəniy­yətlərindən istifadə etməliyik.

Müasir ideyamız və mənəviyyatımız milli-tarixi ənənələrimiz, millətimizin keçdiyi tarixi yol, ulu babalarımızın yaratdığı ümumbəşəri dəyərlər əsasında, tarix boyu bir çox mütəfəkkir alimlərimizin, filosoflarımızın yaratdıqları mənəvi dəyərlər əsasında formalaşdırılmalı və inkişaf etdirilməlidir. Buna görə də gələcəkdə fəlsəfə tarixinin müstəqil bir fənn kimi ali məktəblərin humanitar fakültələrində, klassik fəlsəfənin, xüsusi ilə Şərq fəlsəfəsinin, Azərbaycan fəlsəfi fikir tarixinin, dinin elmi tarixinin, etika kursunun bütün ali məktəblərdə tədris olunması məqsədəuyğun olardı. Bəşəriyyətin fəlsəfi, ictimai-siyasi və dini fikir tarixini ali məktəb tələbələrinə öyrətmədən geniş dünyagörüşünə malik kadrlar hazırlamaq mümkün deyildir.

Bir məsələni də qeyd etmək istərdik ki, son illərə qədər Azərbaycanın texniki ali məktəblərində etika, estetika, dinşünaslıq, mədəniyyətşünaslıq fənləri tədris olunurdu. Hazırda onların heç biri tədris olunmur. Lakin bu fənlərin tədrisinə zəruri ehtiyac var.

Məqalədə xüsusi olaraq vurğulanır ki, ictimai elmlər cəmiyyətdə baş verən proseslərin və dövlət- vətəndaş münasibətlərinin əlaqələndirilməsini təmin etməlidir. O, millətin düşünən beyninə, insanların ictimai əxlaqının yüksəldilməsinə, bütövlükdə inkişafın aparıcı amilinə çevrilməlidir. Buna görə də dünya elminə inteqrasiya mərhələsində yuxarıda adları qeyd olunan islahatların həyata keçirilməsi eyni zamanda ölkədə ictimai və humanitar elmlər sahəsində də islahatların keçirilməsini tələb edir.





ƏDƏBİYYAT
1. Şükürov A. Fəlsəfə, cəmiyyətdə onun yeri və rolu. Bakı, 1996.

2. Əhmədov A.Qədim dünya fəlsəfəsi. Bakı, 1997.

3. Fəlsəfə ensiklopedik lüğəti. Bakı, 1997.

4. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Dərs vəsaiti. Bakı, 1998.

5. Akad. Mehdiyev R. “İctimai və humanitar elmlər: Zaman Kontekstində Baxış” “Azərbaycan” qəzeti, 8 dekabr 2009-cu il.

Наука философия и требование времени

М.З.Годжаев

РЕЗЮМЕ
Современный Азербайджан находится на важном этапе экономического, политического и культурного развития . Наша Республика благодаря своей самостоятельной внутренней и внешней политики добилась новых достижений . Несмотря на существенные положительные достижения в результате проводимых в стране реформ в области науки , образования , научных исследований и культуры , перед нами стоят важные задачи . В переходный период в преподавании общественных и гуманитарных наук в вузах и в проведении научно-исследовательских работ в этой области существуют серьёзные изъяны и недостатки.

В статье анализированы своеобразные стороны науки философии, её соответствующие требованиям времени функции, как науки о мировоззрении и её роль в воспитании личности и формировании гражданского общества. При анализе поднятых вопросов автор руководствовался статьёй «Общественные и гуманитарные науки: обзор во временном контексте» академика Мехтиева Р.В.

В статье особо подчёркивается, что общественные науки, в том числе философия должны обеспечить координацию процессов происходящих в обществе и отношении между государством и гражданином, превратиться в ведущий фактор развития в целом всего общества.


Phylosophy and demand of the time

M.Z.Qocayev

SUMMARY
Modern Azerbaijan lives important time of economical , political and spiritual devlopment .

Though certain achievements are obtained in the sphere of science, education , scientific – research and spiritual upbringing in the results of reforms carried out duties in forward .

In the article the specific pecularities of phylosophy , its appropriate functions to the demands of the time as a science of world outlook , its role in the formation of civil society and individuals upbringing are analysed and existing shortcomings in this sphere are showed .

Academic R.Mehdiyev’s article “ Social and humanitarian sciences : look in time context ” is guided in the analysis of the problems raised in the article .


UTC 15:413

MEANING AND CONTEXT
Mustafazada S.N.

Azerbaijan State Agrarian University


In the beginning of the paragraph entitled. “Polysemy” we discussed the advantages and disadvantages of this linguistic phenomenon. One of the most important “ drawbacks” of polysynaptic words is that there is sometimes a chance of misunderstanding when a word is used in a certain meaning but accepted by a listener or reader in another. It is only natural that such cases provide stuff of which jokes are made, such as the ones that follow [1].

C u s t o m e r. I would like a book, please

B o o k s e l l e r . Something light?

C u s t o m e r. That doesn’t matter. I have my car with me.

In this conversation the customer is honestly misled by the polysemy of the adjective light taking it in the literal sense whereas the bookseller uses the word in its figurative meaning “ not serious; entertaining”.

In the following joke one of the speakers pretends to misunderstand his angry retort on the polysemy of the noun kick:

The critic started to leave in the middle of the second act of the play.

“Don’t go,” said the manager. “ I promise there’s a terrific kick in the next act.”

“Fine,” was the retort, “give it to the author.”

Generally speaking, it is common knowledge that context is a powerful preventative against any misunderstanding of meanings. For instance, the adjective dull, if used out of context, would mean different things to different people or nothing at all. It is only in combination with other words that it reveals its actual meaning: a dull pupil, a dull play, a dull razor-blade, dull weather, etc. Sometimes, however , such a minimum context fails to reveal the meaning of the word , and it may be correctly interpreted only through what Prof. N.Amosova termed a second-degree context, as in the following example: the man was large, but his wife was even fatter. The word fatter here serves as a king of indicator pointing that large describes stout man and not a big one.

Current research in semantics is largely based on the assumption that one of the more promising methods of investigating the semantic structure of a word is by studying the word’s


linear relationships with other words in typical contexts, i.e.its combinability or collocability.

Scholars have established that the semantics of words characterized by common occurrences (i. e. words which regularly appear in common contexts) are correlated and, therefore, one of the words within such a pair can be studied through the other.

For instance, a study of typical contexts of the adjective bright in the first pattern will give us the following sets: a) bright colour (flower, dress, silk, etc.), b) bright metal (gold, jewels,. armour, etc.), c) bright student (pupil, boy, fellow, etc.), d) bright face(smile, eyes, etc.)and some others. These sets will lead us to singling out the meanings of the adjective related to each set of combinations: a) intensive in colour, b) shining, c) capable, d) gay, etc [2].

All this leads us to the conclusion that context is a good and reliable key to the meaning of the word. Yet , even the jokes given above show how misleading this key can prove in some cases. And here we are faced with two dangers. The first is that of sheer misunderstanding, when the speaker means one thing and the listener takes the word in its other meaning.

The second danger has nothing to do with the process of communication but with research work in the field of semantics. A common error with the inexperienced research worker is to see a different meaning in every new set of combinations. Here is a puzzling question to illustrate what we mean. Cf.: an angry man, an angry letter. Is the adjective angry used in the same meaning in both these contexts or in two different meanings? Some people will say “two” and argue that, on the one hand, the combinability is different (man – name of person; letter – name of object) and, on the other hand, a letter cannot experience anger. True, it cannot: but it can very well convey the anger of the person who wrote it. As to the combinability, the main point is that a word can realize the same meaning in different sets of combinability. For instance , in the pairs merry children, merry laughter, merry faces, merry songs the adjective merry conveys the same concept of high spirits whether they are directly experienced by the children (in the first phrase) or indirectly expressed through the merry faces, the laughter and the songs of the other word groups [3].




THE LIST OF LITERATURE


  1. M.M. Bryant . A Garayeva. English Phonetics. B., 1995. p- 234

  2. G.O.Curme. A Grammar of the English Language, vole 2,3 London-New-York, 1997.p-201.

  3. H. W. Favler. A Dictionary of Modern English Usage. London-oxford, 1999. p-24



UOT 15:413

Məna və məzmun

Mustafazadə S.N

Azərbaycan Dövlət Aqrar Universiteti

XÜLASƏ
Məqalədə nitqdə istifadə edilən məntiqi və hərfi məna daşıyan sözlərin mənasından danışılır. Hər hansı söz müəyyən mənada işlədilərkən dinləyici və ya oxucu tərəfindən başqa mənada qəbul edilir.

УДК 15 : 413
Значение и содержание

Мустафазаде С.Н.

Азербайджанский государственный аграрный университет.

РЕЗЮМЕ
В статье говориться о значении и контексте и о полисемантических словах, используемых в речи.

Слово используется в определенном значении, по воспримется слушателемими читателем, в другом.


TARİXƏ YAZILAN ÖMÜR!


Görkəmli Azərbaycan alimi, əməkdar elm xadimi, biologiya elmləri doktoru, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Siddiqə Rza qızı Məmmədova 1925-ci il mart ayının 8-də Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olmuş və orda natamam orta məktəbi bitirmişdir.

O, 1940-cı ildə Gəncə şəhərində Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1943-cü ildə texnikumu bitirmişdir.

1943-1947-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsində oxumuş və təhsildə göstərdiyi nəticəyə görə Stalin adına təqaüd almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir.

İnstitut dövründə öz üzərində çalışan əlaçı tələbə kimi tanındığı üçün, institutu bitirdikdən sonra onu entomologiya və fitopatologiya kafedrasında baş laborant vəzifəsinə işə qəbul etmişlər.

1948-ci ildə AKTİ-də Entomologiya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1952-ci ildə “Azərbaycanda toxumluq yoncanın zərərverici-ləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.

1952-ci ildən 1963-cü ilə qədər AKTİ-də assistent, dosent vəzifələrində, o cümlədən fakültə partiya təşkilatının katibi işləmişdir.

1963-cü ildən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizəsi İnstitutunun direktoru təyin edilmiş və hal-hazırda da bu vəzifədə çalışır.

Zəhmətkeş qadın işləməklə yanaşı öz elmi axtarışlarını da davam etdirir. O, respubli-kamızda becərilən subtropik bitkilərin zərərvericilərinin öyrənilməsi və onlara qarşı mübarizə tədbirlərinin sisteminin işlənib hazırlanmasına dair sanballı tədqiqat işləri aparmışdır. 1971-ci ildə “Azərbaycanda çay və sitrus bitkilərinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusu üzrə doktorluq işi aparmış, müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1973-cü ildən isə ona professor, 1981-ci ildən “Əməkdar Elm Xadimi” adı verilmişdir. 1983-cü ildən Azərbayca, Elmlər Akademiyasının müxbir üzvi seçilmiş və 2001-ci il iyun ayının 29-da Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvi seçilmişdir. Hal-hazırda MEA-nın Biologiya bölməsi üzrə yaradılan Kordinasiya şurasının Bitkiçilik və Bitki mühafizə üzrə sədridir.

Rəhbərlik etdiyi institutda Azərbaycanda becərilən müxtəlif kənd təsərrüfat bitkilərinin zərərverici, xəstəlik və alaq otlarından mühafizəsinə həsr olunmuş ətraf mühit üçün az təhlükəli olan inteqrir mübarizə tədbirləri sisteminin işlənib hazırlanması üzrə çoxsahəli dəyərli tədqiqat işləri aparılıb. Alimin respublikaya müxtəlif yollarla gətirilmiş zəhərli kimyəvi maddələrin (sınaqdan keçməyən pestisidlərin) aşkarlanması və sınağa cəlb edilməsi, bu baxımdan kənd təsərrüfatı məhsullarında zəhərlərin qalığının azalmasına və nitrat azotunun bostan və tərəvəz məhsullarında miqdarına nəzarət olunmasında gördüyü işlər təqdirəlayiqdir.

Az.ETBMİ onun rəhbərliyi altında respublikamızda bitki mühafizəsi və tətbiqi zoologiya sahəsində aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətverici mərkəzinə çevrilmişdir.

S.R. Məmmədovanın rəhbərliyi altında institutda 120-ə yaxın tədbir hazırlanmışdır. Bunların çoxusunun böyük nəzəri və praktiki əhəmiyyəti vardır. Hazırda kənd təsərrüfatında bu tədbirlərin 90-ı geniş tətbiq edilmiş, 30 iş isə metodiki baxımdan elmi-tədqiqat işlərinin yerinə yetiril-məsində istifadə olunur.

Akademik S.R. Məmmədova bitki mühafizəsi, o cümlədən, entomologiya sahəsində hərtərəfli biliyə malik olan alimdir. O, 205-dən artıq elmi əsərin, 5 tədris vəsaitinin, 2 soraq kitabının, 3 monoqrafiyanın, 7 ixtiranın, 2 pestisidlər kataloqunun müəllifidir.

Yüksəkixtisaslı kadrların hazırlanması da alimin daimi diqqət mərkəzindədir. Onun rəhbərliyi ilə institutda 5 elmlər doktoru və 70-dən çox elmlər namizədi hazırlanmışdır. 2 elmlər doktoru və 15 elmlər namizədinin rəhbəri şəxsən özü olmuşdur. Hal-hazırda 2 doktorantın elmi məsləhətçisidir.

Hökümət alimin kənd təsərrüfatı elmi qarşısındakı xidmətlərini layiqincə qiymətləndir-mişdir. Belə ki, 1967-ci ildə “Şərəf Nişanı”, 2 dəfə (1971,1978) “Qırmızı Əmək Bayrağı”, ordeni, 2000-ci ildə müstəqil dövlətimizin “Şöhrət Orden”-i ilə, 1967-ci ildə “Əməkdə İgidliyə görə”, 1982-ci ildə “Əmək veteranı” medalları ilə təltif olunmuşdur.

Akademik S.R. Məmmədova elmi fəaliyyəti ilə yanaşı geniş ictimai işlər də aparır. Belə ki, uzun müddət Ümumittifaq Kənd Təsərrüfatı Aka­demiyası Zaqafqaziya şöbəsinin bitki mühafizəsi üzrə seksiyasına rəhbərlik etmişdir. Bitki mühafizəsi üzrə respublika koor-dinasiya şurasının sədri, keçmiş SSRİ Kənd Təsərrüfatı Nazirliyi yanında “Zərərverici, xəstəlik və alaq otlarından kimyəvi vasitələrlə mühafizə” üzrə dövlət komissiyasının, keçmiş ümumittifaq entomoloqlar cəmiyyətinin rəyasət heyətinin, “İntensiv bitkiçilikdə başlıca ziyan-kar növlərin aqrosenozda miqdarının səmərli idarə olunma qaydalarının işlənib hazırlanması” üzrə ümumittifaq tapşırığı koordinasiya şurasının, kənd təsərrüfatında aqrokimyəvi xidmət üzrə ümum-ittifaq istehsalat birliyinin nəzdindəki texniki iqtisadi - şurasının bitki mühafizəsi üzrə seksiyanın üzvi olmuşdur.

Uzun müddət “Bilik” cəmiyyəti Gəncə şəhər şurasına sədrlik etmişdir. Ümumittifaq “Bilik” cəmiyyəti yaranmasının 30 illiyi və respublikamızda elmi biliklərin inkişafında xidmətlərinə görə 1977-ci ildə ümumittfaq “Bilik” cəmiyyətinin təşəkkürnaməsi və ordeni ilə, 1980-ci ildə isə “Fəal işə görə döş nişanı” ilə təltif edilmişdir.

Akademik S.R. Məmmədova ölkəmizdə və xaricdə tanınmış alimdir. Bitki mühafizəsi sahəsindəki apardığı elmi işlərə görə, bitki mühafizəsi üzrə keçirilmiş VII Beynəlxalq konqresin böyük medalı və diplomu ilə təltif olunmuşdur. Entomoloqların Ümumittifaq, eləcə də Zaqafqaziya qurultaylarının dəfələrlə iştirakçısı olub.

Görkəmli alim qadın, əməkdar elm xadimi S.R. Məmədova institutdakı əmək fəaliyyəti ilə yanaşı, Gəncə şəhərinin ictimai həyatında yaxından fəal iştirak edir. 1948-ci ildən, demək olar ki, bütün çağrışlar üzrə şəhər soveti deputatı seçilmişdir.

1985-ci ildə II çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

S.R. Məmmədova Yeni Azərbaycan Partiyasının Gəncə şəhər idarə heyyətinin üzvü-dür, YAP-ın bütün qurultay və konfranslarına nümayəndə seçilmiş, I və II Azərbaycan qadın-lar qurultayının iştirkaçısı olmuşdur.

2008-ci ildən Azərbaycan Aqrar Universitetində doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış müdafiə şurasının sədridir.

Ailəlidir, iki oğul və bir qız anasıdır.

Bu gün də yorulmadan, əzmlə çalışan S.R. Məmmədovanı bütün institut kollektivi anadan olduğu gün münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür və möhkəm can sağlığı arzulayırıq.



Az.ETBMİ-nin elmi katibi, dosent S.F. Cabbarov

Az.ETBMİ-nin lab. müdiri, dosent E.A. Xəlilov

AĞSAQQAL ƏKINÇI ALIM - 75


Bu günlərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, qocaman əkinçi-alim, professor Cəmil Əli oğlu Hacıyevin 75 tamam olmuşdur. Professor Cəmil Hacıyev şərəfli həyat yolu keçmişdir.

Professor, Cəmil Əli oğlu Hacıyev 1935-ci il fevralın 15-də Göyçə mahalının Böyük Mərzə kəndində anadan olmuşdur. 1953-cü ildə həmin kəndin orta məktəbini bitirərək AKTİ-nin (indiki ADAU) aqronomluq fakültəsinə qəbul olmuş və 1958-ci ildə institutu bitirərək “Alim-aqronom” adı almışdır.

İnstitutu bitirdikdən sonra təyinatla iki il Mirbəşir (indiki Tərtər) rayonunun “Şəfəq” kolxozunda baş aqronom işləmişdir.

Elmi-pedoqoji işə sonsuz marağı olan Cəmil Hacıyev 1960-cı ilin sonlarında AKTİ-nin Botanika və seleksiya kafedrasına aspiranturaya qəbul olmuş və akademik İmam Daşdəmir oğlu Mustafayevin elmi rəhbərliyi altında müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir.

1965-ci ildə kənd təsərrüfütı elmləri namizədi alimlik dərəcəsini, 1968-ci ildə Ümumi əkinçilik kafedrasının dosenti elmi adını almışdır.

Professor C.Ə.Hacıyev bütün əmək fəaliyətini AKTİ-də yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması işi ilə bağlamış və layiqli alim-pedoqoq kimi tanınmışdır. O, burada aspiranturanı (1960-1963) bitirmiş, assistent (1963-1967), dosent (1967-2009), aqronomluq və qiyabi təhsil fakültələrində dekan müavini (1970-1983), qiyabi təhsil fakültəsinin dekanı (1983-1986), Ümumi əkinçilik kafedrasının müdiri (1987-1990), Aqronomluq fakültəsinin dekanı (1990-1996) vəzifələrində çalışmışdır.

1998-ci ildən 2009-cu ilin ortalarına qədər Ümumi əkinçilik kafedrasının müdiri işləmiş, hazırda Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının professoru və müdiridir.

Qeyd olunduğu kimi, 50 illik elmi-pedoqoji fəaliyyəti olan professor C.Ə.Hacıyev 40 ildən çoxdur ki, ADAU-da fasiləsiz olaraq məsul təşkilatı vəzifələrdə çalışır.

Onun apardığı elmi-tədqiqat işləri əsasən növlər arası hibrit buğda formalarının şaquli bölgələr (Tərtər, Ağdərə, Kəlbəcər) üzrə bioloji və təsərrüfat xüsusiyyətlərinin dəyişməsi, bir ildə buğdadan iki dəfə dən məhsulunun götürülməsi yolları, lentvari səpin zəminində buğdanın cərgələrarası becərilən bitkilər qrupuna daxil edilməsi və mütərəqqi üsulla becərilməsinə həsr edilmişdir. Cəmil Hacıyev özünün 70-ə yaxın elmi əsərlərinin əksəriyyətini məhz bu məsələlərə həsr etmişdir.

Əsas müəllif kimi onun təşəbbüsü ilə Azərbaycan dilində ilk dəfə olaraq 10 adda əkinçiliyə aid orijinal dərslik, dərs vəsaiti, 20-dən çox tədris-metodiki göstərişlər və proqramlar nəşr edilmişdir.

Prof. Cəmil Hacıyevin müəllifi olduğu dərslik və dərs vəsaitlərində əkinçiliyin elmi əsasları, qanunları və aqroekoloji qaydaları, torpağın münbitliyi və onun artırılması, bitkilərin yaşayış amilləri və onların nizamlanma yolları; alaq bitkilərinin əsas nümayəndələləri və onlara qarşı mübarizə tədbirləri; növbəli əkinlərin elmi əsasları, onun intensivləşdirilməsi, qurulma qaydası, tətbiqi və mənimsənilməsi; torpağın becərilməsinin nəzəri əsasları, vəzifələri, becərmənin qaydası, üsulu və sistemləri, aqroekoloji şəraitdən, habelə əsas və sələf bitkilərindən asılı olaraq torpaqbecərmənin xüsusiyyətləri; əkinçilik sistemləri və onların ərazinin aqroekoloji şəraitinə uyğunlaşdırılması məsələləri şərh edilmişdir.

2009-cu ildə ilk dəfə olaraq Azərbaycan dilində onun “Əkinçilik” adlı iri həcmli dərsliyi dərc olunmuşdur.

Doğma Azərbaycanın bərəkətli torpaqlarının və əkinçiliyinin inkişafında və yüksəlişində əkinçilik kafedrasının apardığı işlərin mühüm rolu olmuşdur. Kafedraya müxtəlif dövrdə əməkdar elm xadimi, professor N.İ.Malov, professor F.İ.Məmmədov, dos. İ.N.Hüseynov, professor F.H.Axundov rəhbərlik etmişdir. Kafedrada pambıq, yonca və taxılın əkininə səpinqabağı hazırlıq sahəsində orijinal işlər aparılmışdır.

Kafedra pedoqoji və tədris-metodiki fəaliyyətlə yanaşı, həm də əkinçiliyin müxtəlif sahələri üzrə geniş elmi-tədqiqat işi aparır, respublikanın qabaqcıl fermerləri ilə yaxından əlaqə saxlayır, onlara əməli yardım göstərir, nəticələrini müxtəlif torpaq-iqlim zonalarında və təsərrüfatlarda sınaqdan keçirir.

Professor Cəmil Hacıyev universitetdə böyük hörmət və nüfuza malikdir. O, Universitetin Ağsaqqallar Şurasının sədridir. Professor elmi rəhbəri akademik İ.D.Mustafayevin və sabiq iş yoldaşları, əməkdar elm xadimi professor N.İ.Malov, professor F.İ.Məmmədov və başqalarının əkinçilik ənənələrini və elmi irsini məharətlə davam etdirir, Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafında yaxından kömək edir.




Aqronomluq fakültəsinin dekan əvəzi, dosent M.M.İsmayılov

Kafedra müdiri, professor V.Ş.Quliyev

Azərbaycan Dövlət Aqrar Universi

MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ!
MƏQALƏLƏRƏ TƏLƏBLƏR
Məqalə başqa nəşrlərə təqdim olunmamış yeni tədqiqat nəticələri olub, mükəmməl redaktə edilmiş şəkildə verilməlidir.

Təşkilatlarda aparılan tədqiqatların nəticələrini əks etdirən məqalələrin dərci haqqında müvafiq elmi müəssisənin elmi şurasının protokolundan çıxarış və ya həmin təşkilatın müraciəti olmalıdır.

Məqalələrin həmmüəlliflərinin sayının üç nəfərdən artıq olması arzu olunmur.

Məqalələr üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap oluna bilər. Məqalələrin yazıldığı dildən əlavə digər 2 dildə xülasəsi verilməlidir.

Məqalələrin mətnləri 1 (bir) intervalla Times New Roman, 12 ölçülü şriftlərlə yazılmalıdır. Məqalələrin formatı A4 formatında (210x297 mm - ölçüsündə) olmalı, kənar məsafələr: yuxarıdan 20 mm, aşağıdan 25 mm, sol tərəf 30 mm, sağ tərəf 20 mm boş məsafə saxlanılmalıdır.

Məqalədə problemin aktuallığı, tədqiqat obyekti və üsulu, alınmış nəzəri və təcrübi nəticələr, onların təhlili, tətbiqi və istifadəsi üçün təkliflər öz əksini tapmalıdır. Istifadə edilmiş ədəbiyyat mətnin sonunda (xülasələrdən əvvəl) istinad ardıcıllığı ilə verilməlidir.

Elmi məqalədə son 10 ildə çap olunan əsərlərə istinad olunması tövsiyə edilir. Məqaləyə daxil olan bütün kəmiyyətlərin ölçüləri Beynəlxalq Ölçülər Sistemində (BS) verilməiidir.

Məqalənin mətni 5...6 səhifədən və 2...3 şəkildən artıq olmamalıdır.

Məqalədəki düsturlar və ifadələr "Equation 3.0м redaktorunda yığılmalı, qrafiklər isə tuşla işlənmiş şəkildə təqdim edilməlidir.

Məqaləyə aşağıdakı materiallar əlavə edilməlidir: müəlliflər haqqında məlumat (soyadı, atasının adi, iş yeri, vəzifəsi, alimlik dərəcəsi və elmi adı, iş və ya əl telefonları), məqalənin əlyazması və elektron variantı 1 nüsxədə məsul katibə təqdim olunmalıdır.

Redaksiya məqalədə lazımi düzəlişlər və ixtisarlar aparmaq hüququna malikdir, məqaləni əlavə rəyə göndərir və əlyazmanı geri qaytarmır.
Redaksiya heyəti

MÜNDƏRİCAT
KƏND ƏHALİSİNİN MƏŞĞULLUQ SƏVİYYƏSİNİN YÜKSƏLDİLMƏSİNİN PRİORİTET İSTİQAMƏTLƏRİ

ZEYNALOV H.S.



AQRONOMLUQ VƏ EKOLOGİYA

ИЗУЧЕНИЕ ДЕЗИНФИЦИРУЮЩЕГО ДЕЙСТВИЯ РАСТВОРА ФОРМАЛЬДЕГИДА

А.Б.АСАДОВ……………………………………………………………………………………………'>……………………………………………………………………………………………
GÜBRƏ NORMALARININ, SUVARMALARIN VƏ BİTKİ SIXLIĞININ BİR QOZADAN ÇIXAN XAM PAMBIĞIN KÜTLƏSİNƏ TƏSİRİ

N.Y. SEYIDƏLIYEV…………………………………………………………………………………….


AZƏRBAYCANDA AMARANTIN BECƏRİLMƏSİ PERSPEKTİVLƏRİ
Kənd təsərrüfatı elmləri doktoru N. M .Yusifov,

biologiya elmləri namizədi K.Ş. Daşdəmirov,

magistr, tədqiqatçı N.A. Quliyeva
Asetİlen və onun İstehsalının ekologİyası

R.İ.HÜSEYNOV, V.N.MƏMMƏDOV,

M.İ.BABAYEV, N.Q.NAĞIYEV ………………………………………………………………………
REMONTANT MORUQ SORTLARININ TƏSƏRRÜFAT VƏ İQTİSADİ ÜSTÜNLÜKLƏRİ

A.İ.QULIYEV…………………………………………………………………………………………….


DAŞKƏSƏN RAYONU ƏRAZİSİNDƏ YAYILMIŞ DAĞ-MEŞƏ QƏHVƏYİ TORPAQLARIN MÜNBİTLİK GÖSTƏRİCİLƏRİ

Z.H.ABDULLAYEVA, H.M.NƏZƏROVA,

S.A. OSMANOVA ……………………………………………………………………………………….
TORPAQ STRUKTURUNUN MÜNBİTLİYİN ARTIRILMASINDA ROLU

O.A.SEYIDZADƏ, S.F.ABDULLAYEVA………………………………………………………………


KİÇİK QAFQAZIN ŞİMAL -QƏRB YAMACI TORPAQLARININ EKOLOJİ ŞƏRAİTİNİN QIYMƏTLƏNDIRILMƏSI

A.D.BABAYEVA………………………………………………………………………………………...


KOLORADO KARTOF BÖCƏYİ VƏ ONA QARŞI MÜBARİZƏ

S.R.MƏMMƏDOVA, K.Q.HÜSEYNOV…………………………………………………………………


ŞƏKƏR ÇUĞUNDURUNUN ZƏRƏRVERİCİLƏRİ VƏ ONLARA QARŞI MÜBARİZƏ

B.B. XƏLILOV, C.E. İBRAHIMOV……………………………………………………………………..


NÖVÜN SİNTEZİ VƏ RESİNTEZİ, ONDAN SELEKSİYADA İSTİFADƏ EDİLMƏSİ

T.M.ABBASOVA, E.Z.BAXŞƏLIZADƏ,

A.V.QULIYEVA, P.Ə.TANRIVERDIYEVA……………………………………………………………
AZƏRBAYCANDA BECƏRİLƏN ÇƏLTİK SORTLARININ BİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ YAŞIL CIRCIRAMA (CICADELLA VIRIDIS L.) TƏRƏFİNDƏN SİRAYƏTLƏNMƏSİ

S.R.MƏMMƏDOVA

Q.Q.MƏMMƏDOV……………………………………………………………………………………
PAMBIQ SOVKASININ POPULYASİYA SIXLIĞININ AZALMASINDA ENTOMOFAQLARIN ROLU

Q.F.BAYRAMOV ………………………………………………………………………………………


ÜZÜMLÜK EKOSİSTEMİNDƏ BİTKİDƏ YAŞAYAN GƏNƏLƏR HAQQINDA

C.S.BAXIŞOV ……………………………………………………………………………………………..




MİL – MUĞAN ZONASININ TORPAQ ÖRTÜYÜNÜN TƏHLİLİ

Ə.İ. HÜSEYNOV ……………………………………………………………………………………….


AZƏRBAYCANDA AQROKİMYA ELMİNİN TARİXİ İNKİŞAFI VƏ PROBLEMLƏRİ

F.H.AXUNDOV…………………………………………………………………………………………


ЭТНОБОТАНИЧЕСКИЕ ИССЛЕДОВАНИЯ В АЗЕРБАЙДЖАНЕ

Э.З. АГАЕВА ………………………………………………………………………………………….


BƏZİ ABORİGEN VƏ İNTRODUKSİYA OLUNMUŞ ÜZÜM SORTLARININ TƏLƏBATINA UYĞUN AQROTEXNİKANIN SEÇİLMƏSİ

O.F.MEHDIYEVA, T.Ç.HƏMZƏYEV,

S.X.HƏSƏNOVA, E.M.MƏMMƏDOVA……………………………………………
TORPAQ MÜHAFİZƏLİ NÖVBƏLİ ƏKİNLƏRİN İŞLƏNMƏSİ

M.M.HÜSEYNOV, O.M.QƏDIMOV…………………………………………………………………..


ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ

СОДЕРЖАНИЕ МЕДИ И МОЛИБДЕНА В РАСТЕНИЯХ ЗИМНИХ ПАСТБИЩ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ  

И.К.ТАГИЕВ………………………………………………………………………………………………..
GƏNCƏBACAR ZONASINDA TOYUQLARIN HELMİNTOZLARININ YAYILMASI

S.M. AXUNDOV……………………………………………………………………………………………


HЕЙВАНДАРЛЫГ МЯЩСУЛЛАРЫ İСТЕЩСАЛЫНЫН ЙÜКСЯЛДİЛМЯСİ VƏ КЕЙФİЙЙЯТİНİН ЙАХШЫЛАШДЫРЫЛМАСЫ

М.И.ЯЛИЙЕВ……………………...…………………………………………………………………


FİTONSİD TƏRKİBLİ BİTKİLƏRDƏN AYI-SOĞANININ CÖCƏLƏRİN BOY VƏ İNKİŞAFINA TƏSİRİ

O.M.MƏMMƏDOVA……………………………………………………………………………………..


СЦНИ ЙОЛУХМА ФОНУНДА ТУТ ИПЯКГУРДУНУН ПЕБРИН ХЯСТЯЛИЙИНЯ ГАРШЫ МЦАЛИЪЯВИ ПРЕПАРАТЛАРЫН ТЯСИРИНИН ЮЙРЯНИЛМЯСИ

Е.Я.ЯЩМЯДОВ…………………………………………………………………………………………….


HÖVRƏGƏLMƏ DÖVRÜNÜN GECİKMƏSİNDƏ İNƏK VƏ CAMIŞLARDA HORMONAL PREPARATLARIN TƏTBİQİ

Ə.Q.ƏHMƏDOV, R.M.ƏLIYEV,

H.B.MƏMMƏDOV………………………………………………………………………………………
ƏT ÜÇÜN KÖKƏLDİLƏN CAVAN MALLARIN YEMLƏNDİRİLMƏSİNDƏ SEOLİT MİNERAL ƏLAVƏSİNİN TƏTBİQİNİN İQTİSADİ SƏMƏRƏSİ

R.T.ABBASOV………………………………………………………………………………………….


CAMIŞ TÖRƏDİCİLƏRİNİN NƏSLİNİN KEYFİYYƏTİNƏ GÖRƏ QİYMƏTLƏNDİRİLMƏSİ

M.Ə.MEHDIYEV…………………………………………………………………………………………


ЛАЗЕРНАЯ ТЕРАПИЯ КОРОВ ПРИ ЗАБОЛЕВАНИЯХ ЭНДОМЕТРИТА
Канд. вет. наук Насибов Ф.Н.


İQTİSADİYYAT VƏ HUMANİTAR ELMLƏR



Azerbaycan’da Tarım Sektörünün Rekabetçilik Durumu


F.S. AHMADOV………………………………………………………………………………………….
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİNDƏ DİASPOR TƏŞKİLATLARININ ROLU

A.Y.AXUNDOV…………………….…………………………………………………………………..


AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ YARANDIĞI TARİXİ ŞƏRAİT

M.Z.ABDULLAYEV……………………………………………………………………………………


QLOBALLAŞMA SƏRAİTİNDƏ MİLLİ OZÜNÜDƏRK PROSESİ

R.M.XƏLILOV…………………………………………………………………………………………..


ПРИНЦИП РАЗДЕЛЕНИЯ ВЛАСТЕЙ, ЕГО СОДЕРЖАНИЕ И ЗНАЧЕНИЕ. ГАРАНТИИ САБЛЮДЕНИЯ

А. Г. ГАХРАМАНЗАДЕ………….…………………………………………………………………….


YENİ TƏFƏKKÜRÜN FORMALAŞMASINDA MİLLİ FAKTORUN VƏ SOSİAL AMİLLƏRİN ROLU

A.M.BAYRAMOV………….……………………………………………………………………………


AQRAR SAHƏDƏ YENİ MÜLKİYYƏT MÜNASİBƏTLƏRİNİN YARANMASI VƏ DƏRİNLƏŞMƏSİ ZƏRURİDİR

Z.T.ƏHMƏDOV…………………………………………………………………………………………..


AQRAR SİYASƏTİN MAHİYYƏTİ VƏ İSLAHATLARIN UĞURLU NƏTİCƏLƏRİ

N.Ə.ƏLIZADƏ…………………………………………………………………………………………….


FƏLSƏFƏ ELMI VƏ ZAMANIN TƏLƏBI

M.Z.QOCAYEV……………………………………………………………………………………………..


MEANING AND CONTEXT S.N.MUSTAFAZADA……………………………………………………………………………………..
TARİXƏ YAZILAN ÖMÜR!
AĞSAQQAL ƏKINÇI ALIM - 75

Ó ADAU nəşriyyatı, 2010


Yığılmağa verilmişdir .2010-cu il

Çapa imzalanmışdır 05.05.2010-cu il

kağız formatı 1/8, Kağız №1.

uçot çap vərəqi 7.25 ç.v

Sifariş 122, tiraj 200


Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəsində yığılmış

rezoqrafiya üsulu ilə nəşr edilmişdir

Ünvan: Gəncə şəhəri, Ozan küç., 102


Elektron ünvan: www.adau.edu.az

e-mail: info@adau.edu.az

azkta@rambler.ru

mahilmi@rambler.ru









SCIENTIFIC WORKS OF ASAU

2010, №1

Научные труды агау

2010, №1






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə