Uşaq cərrahiyyəsi 1 Boynun daxili və xarici üçbucaqlarının sərhədi hansı sayılır?



Yüklə 1,6 Mb.
səhifə1/18
tarix29.05.2018
ölçüsü1,6 Mb.
#46638
  1   2   3   4   5   6   7   8   9   ...   18

Uşaq cərrahiyyəsi
1) Boynun daxili və xarici üçbucaqlarının sərhədi hansı sayılır?

A) Kürək – dilaltı əzələ

B) İkiqarıncıqlı əzələ

C) Döş – körpücük – məməyəbənzər əzələ. Ikiqarıncıqlı əzələ

D) Döş – körpücük – məməyəbənzər əzələ

E) Döş – qalxanvari əzələ


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
2) Aşağıda sadalanan damarlardan hansı uşaqlarda traxeyanın boyun hissəsinin aşağı şöbələrinə birləşmir?

A) Sol baş – çiyin venası, aorta qövsü

B) Sol baş – çiyin venası

C) Aorta qövsü

D) Baş – çiyin kötüyü

E) Tək vena


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
3) Tək və yarımtək venalar haradan keçir?

A) Sadalanan variantlardan istəniləni

B) Diafraqmanın xarici ayaqcıqları və əzələ şöbəsinin medial hissəsi arasından

C) Diafraqmanın orta və daxili ayaqcıqları arasından

D) Diafraqmanın orta və xarici ayaqcıqları arasından

E) Diafraqmanın daxili ayaqcıqları arasından


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
4) Təbii limfa – venoz anastomozların normada sayı neçədir?

A) İki


B) Beş

C) Üç


D) Altı

E) Dörd
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


5) Aypara (Şpiqel xətti) xətlə və qarnın düz əzələsinin xarici kənarı ilə qabırğa qövsündən pupart bağına qədər aponevrotik sahələr - əzələ örtüyünün olmaması səbəbindən ön qarın divarının zəif yeri sayılır. Köndələn əzələnin güclü inkişafı və zəif aponevrotik sahənin azalması hansı yaşda müəyyən olunur?

A) 7 - 9 yaşda

B) 4 - 7 yaşda

C) 1 yaşa qədər

D) 9 - 11 yaşda

E) 2 - 3 yaşda


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
6) Qarın boşluğunun lateral hissəsində boylama laparatomiya zamanı cərrah iri seqmentar qan damarları və sinirlərlə harada rastlaşır?

A) Daxili çəp və köndələn əzələlər arasında

B) Xarici və daxili çəp əzələlər arasında

C) Qarnın xarici çəp əzələsinin vətəri altında

D) Qarnın köndələn əzələsi və köndələn fassiyası arasında

E) Dərialtı piy toxumasında


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
7) Qarın divarının hipoqastral nahiyyəsinin innervasiyası üçün şaxələr haradan çıxır?

A) Bel kələfindən

B) Oma kələfindən

C) Yuxarı müsariqə kələfindən

D) Günəş kələfindən

E) Aşağı müsariqə kələfindən


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
8) Qasıq kanalının yaranmasında aşağıdakı elementlərdən hansı iştirak etmir?

A) Köndələn və daxili çəp əzələnin aşağı kənarı

B) Qarnın xarici çəp əzələsinin aponevrozu

C) Köndələn fassiya

D) Qalça - daraq bağı

E) Pupart bağı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
9) Bud yırtığı zamanı yırtıq qapısının yaranmasında hansı element iştirak etmir?

A) Bud venası

B) Qasıq bağı

C) Jimbernat bağı

D) Qasıq sümüyü və onu örtən fassiyaları

E) Qalça – daraq bağı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
10) Aşağı mədəaltı - onikibarmaq arteriyası haradan başlayır?

A) Qarın kötüyündən

B) Mədə - onikibarmaq arteriyasından

C) Yuxarı müsariqə arteriyasından

D) Ümumi qaraciyər arteriyasından

E) Aşağı müsariqə arteriyasından


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с
11) Günəş kələfinin yaranmasında hansı iştirak edir?

A) Kiçik qarın, azan, böyük qarın, simpatik və diafraqmal sinirlər

B) Azan və simpatik sinirlər

C) Simpatik, azan, böyük qarın və diafraqmal sinirlər

D) Böyük qarın, azan və simpatik sinirlər

E) Azan, simpatik, kiçik qarın və böyük qarın sinirləri


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
12) Sidik axarının yuxarı şöbəsinin qidalanması aşağıdakılardan hansının hesabına həyata keçirilir?

A) Böyrək arteriyası

B) Böyrək arteriyası, xaya arteriyası

C) Yuxarı müsariqə arteriyası

D) Xaya arteriyası

E) Aortanın qarın hissəsinin şaxələri


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
13) Sol böyrəkdən ön və bayır tərəfdə nə yerləşir?

A) Mədəaltı vəz

B) Nazik bağırsaq ilgəkləri

C) Dalaq, enən çənbər bağırsaq

D) Enən çənbər bağırsaq

E) Dalaq
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


14) Aşağıdakı xəstəliklərdən hansı inkişaf etməkdə olan orqanizmin orqan və toxumalarının tam inkişaf etməməsi nəticəsində yaranır?

A) Bud - çanaq oynağının dislaziyası

B) Amniotik bağ

C) Klippel - Feyl xəstəliyi

D) Budum patoloji çıxığı

E) Anadangəlmə çəpgözlük


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
15) Osteoxondropatiyanın əsasını nə təşkil edir?

A) Yetişkənliyin disfunksiyası

B) İnkişafın disfunkiyası

C) Dölün ana bətnində qeyri düzgün inkişafı

D) Dölün ana bətnində infeksiyası

E) Derofogen təsirlər


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
16) Venaseksiya nədir?
A) Venanin trombozu

B) Venanın açıq üsulla kateterizasiyası

C) Venoz qanaxma

D) Venaya tikiş qoymaq

E) Venanın kəsilməsi
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 14
17) Venaseksiya nə zaman aparılır?
A) Yenidoğulmuşlarda aparılan əməliyyatlarda

B) Yanıq xəstəliyi zamanı

C) Kollaps zamanı

D) Xəstəyə ilk yardım zamanı

E) Periferik venalar təyin edilmədikdə
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 13.
18) Venaseksiya əsasən hansı nahiyələrdən aparılır?
A) Daxili topuğun ön kənarı və dirsək büküşü nahiyyəsindən

B) Qarin nahiyyəsindən

C) Kürək nahiyyəsindən

D) Baldır və bud nahiyyəsindən

E) Ənsə nahiyyəsindən
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 13
19) Daxili vidaci vena nə üçün sağ tərəfdən punksiya edilir?
A) Döş limfatik axarı zədələməmək üçün

B) Bazu kələfini zədələməmək üçün

C) Daxili yuxu arteriyasını zədələməmək üçün

D) Körpücükaltı arteriyanı zədələməmək üçün

E) Körpücükaltı venanı zədələməmək üçün
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 16
20) Qasıq kanalının yuxarı divarın nə təşkil edir?
A) Qasıq bağı

B) Daxili çəp və göndələn əzələnin aşagı kənarı

C) Qarnin düz əzələsi

D) Xarici çəp əzələ

E) Göndələn əzələ
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 342
21) Diz oynağı hansı sümüklərin birləşməsindən əmələ gəlmişdir?
A) Bud, qamış, incik

B) Bud, qamış, diz qapağı

C) Bud, qamış, incik, diz qapagı

D) Bud,qamış

E) Qamış, incik ,diz qapağı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 586
22) Oğlanlarda qasıq kanalında nə yerləşir?
A) Girdə bağ

B) Toxum ciyəsi

C) Bud arteriyası

D) Bud venası

E) Sidik axarı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 385
23) Qızlarda qasıq kanalında nə yerləşir?
A) Bud arteriyası

B) Sadalananlarin hamısı

C) Bud venası

D) Uşaqlığın girdə bağı

E) Toxum ciyəsi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 385

24) Yenidoğulmuşlarda çox miqdarda piy toxumasından ibarət olan gicgah nahiyyəsinin üçüncülü süngəri boşluğu üçün aşağıdakılardan hansı xarakterikdir?

A) Boyun nahiyyəsinin piy toxuması ilə birləşməsi, gicgah əzələsinin və gicgah aponevrozunun arasında yerləşməsi

B) Gicgah əzələsinin və gicgah aponevrozunun arasında yerləşməsi

C) Gicgah əzələsinin altında yerləşməsi

D) Digər hüceyrə boşluqları ilə əlaqəsinin olmaması

E) Boyun nahiyyəsinin piy toxuması ilə birləşməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
25) Orta qişa arteriyasını bağlamaq məqsədilə kəllənin sümük-plastik trepanasiyası zamanı dəri kəsiyinin sərhədi öndən yuxarı və arxaya doğru istiqamətlənərək necə proyeksiyalanır?

A) Alın sümüyünün almacıq çıxıntısına – gicgah sümüyünün pulcuğu – məməcik çıxıntısının əsasına qabarı

B) Alın sümüyünün almacıq çıxıntısına – gicgah sümüyünün pulcuğu – xarici ənsə

C) Alın sümüyünün almacıq çıxıntısına – gicgah sümüyünün pulcuğu – xarici ənsə

D) Alın sümüyünün almacıq çıxıntısına – təpə qabarı – xarici ənsə qabarı

E) Alın qabarı – təpə qabarı – məməcik çıxıntısının əsasına


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
26) Boynun yan kistasının çıxarılması əməliyyatı zamanı kistanın orta 1/3 hissəsinə hansı yapışır?

A) Qırtlaq və traxeya

B) Döş axarı, simpatik sütunun boyun hissəsi

C) Döş axarı

D) Simpatik sütunun boyun hissəsi

E) Boynun damar – sinir kələfi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
27) Mastoiditlər zamanı döş–körpücük–məməyəbənzər əzələyə doğru yayılan iltihabi prosesin topoqrafiyası hansına uyğundur?

A) I boyun fassiyası

B) V boyun fassiyası

C) II boyun fassiyası

D) IV boyun fassiyası

E) III boyun fassiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
28) Qida borusunun boyun şöbəsi üçün xarakter olmayan hansıdır?

A) Udlağın qida borusuna keçən yerində daralmanın olması

B) Qida borusu boyunda sola meyl edir

C) Qida borusunun ön səthinə traxeyanın pərdəli hissəsi yapışır

D) Qida borusu boyunda sağa meyl edir

E) Qida borusunun yuxarı daralmasının səviyyəsi üzükvari qığırdağa uyğundur


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
29) Uşaqlarda birləşdirici boşluqda iltihabi proseslərin yaranmaması məqsədilə rasional şəkildə aşağıdakılardan hansı icra edilməlidir?

A) Orta traxeostomiya

B) Sadalanan əməliyyatlardan istəniləni

C) Yuxarı traxeostomiya

D) Aşağı traxeostomiya

E) Konikotomiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
30) Qida borusunun boyun şöbəsinə çatmaq üçün hansı digər əsas mərhələlər xarakter deyil?

A) Cərrahi yaranın dərinliyində onurğanın ön səthinə və traxeyaya əsaslanılır

B) Ümumi yuxu arteriyası, daxili vidaci venasının və azan sinir xaricə doğru

C) Sadalananların hamısı doğrudur

D) Sol döş – körpücük – məməcik əzələsinin aşağı yarısının ön kənarı boyu dəri

E) Ümumi yuxu arteriyası, daxili vidaci venasının və azan sinir daxilə doğru


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
31) Əksərən hansı döş axarının terminal şöbəsi enir arxa səthinə?

A) Sol daxili vidaci venanın

B) Sadalanan variantlardan istəniləni

C) Sağ venoz əyriliyin

D) Sol körpücükaltı venanın

E) Sol venoz əyriliyin


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
32) Vaqosimpatik blokada zamanı inyeksion iynə haradan yeridilir?

A) Xüsusi əhəmiyyət kəsb etmir

B) Boynun damar – sinir kələfinin medial kənarından

C) Boynun damar – sinir kələfinin arxa tərəfindən

D) Boynun damar – sinir kələfinin lateral kənarından

E) Boynun damar – sinir kələfinin ön tərəfindən


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
33) Arxa kürəkönü şırımdan irinli – iltihabi proses haraya yayılır?

A) Ön kürəkönü şırıma

B) Döşün arxa orta hissəsinə

C) Sümüküstü boşluğa

D) Qoltuqaltı yatağa

E) Deltayabənzər altı boşluğa


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
34) Ağciyərlərin anadangəlmə qüsurlarından hansı ən çox rast gəlinir?

A) Ağciyərin əlavə payları

B) Ağciyərlərin hipoplaziyası

C) Ağciyərlərin paylarının birləşməsi

D) Ağciyərlərin polikistozu

E) Ağciyər sekvestrasiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
35) Bronxların nəfəsalma zamanı genişlənməsi nə ilə əlaqədardır?

A) Qayıdan sinirlərlə

B) Simpatik sinirlərlə

C) Parasimpatik sinirlərlə

D) Qabırğaarası sinirlərlə

E) Diafraqmal sinirlərlə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
36) Uşaqlarda traxeyanın bifurkasiyası döş qəfəsinin ön divarına münasibətdə haraya proyeksiyalanır?

A) II və III qabırğalar arası

B) II qabırğa səviyyəsində

C) III və IV qabırğalar arası

D) I qabırğa səviyyəsində

E) III qabırğa səviyyəsində


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
37) Bronxların paycıqlarından hansı ən irisi sayılır?

A) Sağdan yuxarı paycıq

B) Soldan aşağı paycıq

C) Sağdan orta paycıq

D) Soldan yuxarı paycıq

E) Sağdan aşağı paycıq


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
38) Sadalanan anatomik yaranmalardan hansı qida borusunun ön tərəfinə bilavasitə traxeyanın bifurkasiyası altında yerləşir?

A) Perikard və sağ qulaqcıq

B) Perikard və sol qulaqcıq

C) Aorta


D) Ağciyər arteriyası

E) Ağciyər venaları


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
39) Qida borusu divertikullarından hansı nisbətən tez–tez rast gəlinir?

A) Udlaq – qida borusu

B) Bifurkasion

C) Qida borusunun abdominal şöbəsi

D) Epifrenal

E) Bütün sadalananlar eyni tezlikdə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
40) Ağciyərlərdə cərrahi əməliyyat zamanı tək venanın tez-tez zədələnməsinə səbəb daha çox nə vaxt yaranır?

A) Ağciyər kökünün işlənməsi zamanı

B) Perikardın arxa divarının ifrazatı zamanı

C) Ağciyər kökünün damarlarının ifrazatı zamanı

D) Qanaxmanın dayandırılması zamanı

E) Ağciyərin səthi bitişmələrinin ifrazatı zamanı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
41) Perikardın punksiyası üçün ən əlverişli üsul hansıdır?

A) N.İ.Piroqov

B) Marfan

C) Larrey

D) Kurşman

E) B.M. Şapoşnikov


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
42) Qida borusunun döş şöbəsinin orta üçdə bir hissəsinə cərrahi müdaxilə texniki cəhətdən hansı tərəfdən rahatdır?

A) Arxadan

B) Öndən

C) Sol tərəfdən

D) Transabdominal

E) Sağ tərəfdən


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
43) Qida borusunun döş şöbəsinin aşağı üçdə bir hissəsi aortaya münasibətdə harada yerləşir?

A) Aortadan sol tərəfdə yerləşir

B) Aortadan arxa və sol tərəfdə

C) Aortadan sağ tərəfdə yerləşir

D) Aortadan ön və sol tərəfdə

E) Aortadan arxa və sağ tərəfdə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
44) Arxa divararalığının punksiyası haradan həyata keçirilir?

A) Onurğaya münasibətdə 60° bucaq altında paravertebral V – VII qabırğa arasından

B) Onurğaya münasibətdə 70° bucaq altında paravertebral IV – VI qabırğa

C) Kürək nahiyəsinin IV qabırğa arasından

D) Onurğaya münasibətdə 45° bucaq altında arxa qoltuqaltı xətt boyu IV qabırğa

E) Paravertebral V qabırğa arasından


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
45) Göbək yırtığının yaranmasında nəyin zəifliyi və olmaması üstünlük təşkil edir?

A) Sinir kələfləri

B) Göbək fassiyası və aponevrotik liflər

C) Dərialtı toxuma qatı

D) Birləşdirici – toxuma yaranmaları

E) Damar elementləri


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
46) Xarici qasıq dəliyi haradan yaranmışdır?

A) Kuper bağından

B) Qasıq sümüyünün hissəsindən

C) Qarnın xarici çəp əzələsinin parçalanmış aponevrozundan

D) Ayaqcıqlararası liflərdən

E) Kollezi bağından (dönən bağ)


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
47) 12 - barmaq bağırsağın əsas funksiyası hansı hesab olunur?

A) Sorulma

B) Sekretor

C) Onda assimilyasiya prosesi gedir

D) Onda dissimilyasiya prosesi gedir

E) Onda turş mədə həzminin bağırsağa keçidi baş verir


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
48) Kava-kaval anastomozun əmələ gəlməsində retroperitoneal sahənin hansı venaları böyük rol oynayır?

A) Müsariqə

B) Xaya

C) Bel


D) Böyrək

E) Tək və yarımtək


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
49) Retroperitoneal sahədə döş limfa axarı sisternası hansı səviyyəyə proyeksiya olunur?

A) Onbirinci döş fəqərəsi

B) Onikinci döş və birinci bel fəqərəsi

C) Üçüncü bel fəqərəsi

D) İkinci - üçüncü bel fəqərəsi

E) İkinci bel fəqərəsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
50) Sidik - cinsiyyət diafraqmasının əmələ gəlməsində hansı iştirak edir?

A) Çanağın armudabənzər əzələsi

B) Anusu qaldıran əzələ

C) Çanağın daxili va xarici qapayıcı əzələsi

D) Aralığın dərin köndələn əzələsi

E) Anusu qaldıran əzələ və çanağın armudabənzər əzələsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
51) Sidik kisəsinin xarici sfinkteri harada yerləşir?

A) Anusu qaldıran əzələdə

B) Düzgün cavab yoxdur

C) Aralığın vətər mərkəzində

D) Sidik kisəsinin əsasında

E) Sidik - cinsiyyət diafraqmasında


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
52) Sağ sidik axarı çanağın hüdudi xətti səviyyəsində nə ilə kəsişir?

A) Daxili qalça arteriyası ilə

B) Xarici qalça arteriyası ilə

C) Qarınaltı arteriya ilə

D) Qapayıcı arteriya ilə

E) Ümumi qalça arteriyası ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
53) Sol sidik axarı çanağın hüdudi xətti səviyyəsində nə ilə kəsişir?

A) Ümumi qalça arteriyası ilə

B) Qarınaltı arteriya ilə

C) Daxili qalça arteriyası ilə

D) Xarici qalça arteriyası ilə

E) Qapayıcı arteriya ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
54) Patoloji şəraitdə seroz maye (xayanın hidropsu) hansıların arasında toplanır?

A) Xarici toxum və ətli qişalar

B) Xayanın ağlı qişası və xüsusi yataq qişasının visseral səfhəsi

C) Xayanın xüsusi yataq qişasının parietal və visseral səfhələri

D) Xarici və daxili toxum fassiyaları

E) Daxili toxum fassiyası ilə xayanın xüsusi yataq qişası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
55) Kürək sümüyünün tam sümükləşməsi nə vaxt baş verir?

A) 7 - 8 yaşa qədər

B) 16 - 18 yaşa qədər

C) 13 - 17 yaşa qədər

D) 1-3 yaşa qədər

E) 20 - 25 yaşa qədər


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
56) Saidin arxa səthində hansı ayırd edilir?

A) 4 kanal

B) 8 kanal

C) 5 kanal

D) 2 kanal

E) 6 kanal


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
57) Əksər hallarda dirsək oynağının punksiyası haradan həyata keçirilir?

A) Arxa və lateral tərəflərdən

B) Medial və lateral tərəflərdən

C) Bayır tərəfdən

D) Medial və ön tərəflərdən

E) Arxa tərəfdən


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
58) Soxulcanabənzər çıxıntı nədir?

A) Bölünmə dövründən bir variantdır

B) Anamoliyadır

C) Funksional orqandır

D) Qida pozğunluqundan əmələ gəlib

E) Rudumentdir


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
59) Aşağıdakı xəstəliklərdən hansı ödemli xayalıq sindromuna daxil deyil?
A) Morqan hidaditinin nekrozu

B) Orxoepididimit

C) Xayanın burulması

D) Kvinke ödemi

E) Xayanın travması
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 592
60) Nə üçün praktiki baxımdan xaya burulmasını kəskin orxitlə differensasiya etmək çox vacibdir?
A) Xaya burulmasında təcili cərrahi müdaxilə, orxitdə konservativ müalicə vacibdir

B) Xaya burulmasını əllə düzəltmək olar

C) Hər ikisində təcili cərrahi müdaxilə göstərişdir

D) Hər ikisində konservativ müalicə göstərişdir

E) Xaya burulmasında konservativ müalicə, orxitdə cərrahi müalicə vacibdir
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 592
61) Qarnın ön divarı əzələlərinin aplaziyası patologiyasının əsas xüsusiyyəti hansıdır?
A) Aplaziya ikitərəfli kriptorxizm və sidikçıxarıcı yolların atoniyası ilə müştərək rast gəlinir

B) Uşaqlar fiziki inkişafdan qalmırlar

C) Aplaziya tez - tez rast gəlinir

D) Qarındaxili təzyiq çox olur

E) Xəstələr ishaldan əziyyət çəkirlər
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 387
62) Hirşprunq xəstəliyi zamanı aqanqlionar zona ən çox harada yerləşir?
A) Total olaraq bütün yoğun bağırsaqda

B) Köndələn çənbər bağırsaq nahiyəsində

C) Düz bağırsağın aralıq hissəsində

D) Rektosiqmoidal hissədə

E) Düz bağırsağın ampulyar hissəsində
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 439
63) Hansı anatomik əlamət həm yoğun bağırsağın xarici səthində, həm də nazik bağırsağın xarici səthində mövcuddur?
A) Zolaqlar

B) Limfa düyünləri

C) Çömçələr

D) Köndələn şırı mlar

E) Piy artı mları
Ədəbiyyat: K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979səh 86
64) Aşağıdakılardan hansı intraperitoneal üzvdür?
A) Mədə

B) Enən çənbər bağırsaq

C) Böyrəklər

D) Qaraciyər

E) Qalxan çənbər bağırsaq
Ədəbiyyat: K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979 səh 95
65) Aşağıdakılardan hansı ekstraperitoneal üzvlərə aiddir?
A) Böyrəklər

B) Dalaq


C) Mədə

D) Kor bağırsaq

E) Qalxan çənbər bağırsaq
Ədəbiyyat: K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979 səh 95
66) Aşağıdakılardan hansı mezoperitoneal üzvlərə aiddir?
A) Köndələn çənbər bağırsaq

B) Dalaq


C) Böyrəklər

D) Düz bağırsağın orta hissəsi

E) Mədə
Ədəbiyyat: K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979 səh 95
67) Yuxarı hissəsi intraperitoneal, orta hissəsi mezoperitoneal, aşağı hissəsi ekstraperitoneal olan orqan hansıdır?
A) Onikibarmaq bağırsaq

B) Mədə


C) Düz bağırsaq

D) Çənbər bağırsaq

E) Qida borusu
Ədəbiyyat: K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979 səh 96
68) İleus dedikdə nə başa düşülür?
A) Bağırsaq deşilməsi

B) Bağırsaq atoniyası

C) Bağırsaq qanaxması

D) Bağırsaq keçməzliyi

E) Bağırsaq spazmı
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 397


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə