Uşaq cərrahiyyəsi 1 Boynun daxili və xarici üçbucaqlarının sərhədi hansı sayılır?


) Üç il 6 aylıq uşaqda R-ji müayinə zamanı ağ ciyərdə kistoz törəmə aşkar edilib. Vəziyyəti kafidir, tənəffüs çatmamazlığı yoxdur. Xəstəyə nə göstərişdir?



Yüklə 1,6 Mb.
səhifə6/18
tarix29.05.2018
ölçüsü1,6 Mb.
#46638
1   2   3   4   5   6   7   8   9   ...   18

337) Üç il 6 aylıq uşaqda R-ji müayinə zamanı ağ ciyərdə kistoz törəmə aşkar edilib. Vəziyyəti kafidir, tənəffüs çatmamazlığı yoxdur. Xəstəyə nə göstərişdir?

A) Punksion müalicə

B) Operativ müalicə planlı olaraq

C) Konservativ müalicə

D) Sanator müalicə

E) Gözləmə taktikası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
338) Uşaqda yüksək hərarət, R-də nazik divarlı, perifokal reaksiyası olmayan, maye tərkibli girdə törəmə müəyyən edilir. Diaqnoz hansıdır?

A) Bulla


B) Diafraqma dəbəliyi

C) Ağ ciyərin gərgin sisti

D) Ağ ciyərin irinləmiş sisti

E) Ağ ciyərin absesi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
339) Uşaqda ağır tənəffüs çatmamazlığı, R-də sağ ağ ciyərin gərgin sisti müəyyən edilir. Müalicəyə hansı daxildir?

A) Sistin punksiyası

B) Radikal əməliyyat

C) Sistin drenajı

D) Gözləmə taktikası

E) Konservativ müalicə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
340) Uşaqda ağ ciyərin irinləmiş sisti qeyd edilir. İki həftəlik konservativ müalicə nəticəsizdir. Hansı məsləhətdir?

A) Konservativ müalicənin davam etdirilməsi

B) Radikal əməliyyat

C) Sanator müalicə

D) Gözləmə taktikası

E) Sistin drenajı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
341) Ağciyərin gərgin solitar sistində nə icra edilir?

A) Pazvarı rezeksiya

B) Bronxun ekstirpasiyası

C) Sistektomiya

D) Lobektomiya

E) Kənari rezeksiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
342) Xəstəni daimi reflektoru öskürək, udqunmanın ağrılı olması narahat edir. Tənəffüs çətinləşməyib, anamnezində qida qəbulu zamanı qidanın ilişib qalmasını qeyd edir. Diaqnoz aşağıdakılardan hansı ola bilər?

A) Bronxun yad cismi

B) Seqmentar bronxun yad cismi

C) Traxeyanın fiksasiyalı yad cismi

D) Udlaq-qırtlağın yad cismi

E) Traxeyanın hərəkət edən yad cismi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
343) Xəstədə çətinləşmiş tənəffüs, mütəmadi boğulma tutmaları olur. Səsi xırıltılıdır, vaxtaşırı afoniya müşahidə edilir. Diaqnoz hansıdır?

A) Traxeyanın fiksasiyalı yad cismi

B) Qırtlağın yad cismi

C) Traxeyanın hərəkət edən yad cismi

D) Bronxun yad cismi

E) Seqmentar bronxun yad cismi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
344) Xəstənin vəziyyəti ağırdır, ifadə olunmuş tənəffüs çatışmazlığı qeyd olunur. Səsi cingiltilidir. Dövrü olaraq «şappıltı» simptomu eşidilir. Diaqnoz aşağıdakılardan hansı ola bilər?

A) Qida borusunun yad cismi

B) Bronxun yad cismi

C) Qırtlağın yad cismi

D) Traxeyanın hərəkət edən yad cismi

E) Traxeyanın fiksasiyalı yad cismi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
345) Xəstənin vəziyyəti çox ağırdır, kəskin ifadə olunmuş tənəffüs çatmamazlığı, döş qəfəsinin bəzi nahiyyələrinin dartılması (içəriyə doğru) qeyd olunur. R-də hər iki ağ ciyərin şəffaflığının artması, anamnezində yad cismin aspirasiyası müəyyən edilir. Diaqnoz hansıdır?

A) Traxeyanın fiksasiyalı yad cismi

B) Traxeyanın hərəkət edən yad cismi

C) Bronxun yad cismi

D) Qida borusunun yad cismi

E) Qırtlağın yad cismi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
346) Divararlığının şişləri arasında bədxassəli hansı sayılır?

A) Feoxromositoma

B) Neyrofibroma

C) Nevrinoma

D) Qanqlionevroma

E) Simpatoqonioma


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
347) Neyrogen şişlər harada lokallaşır?

A) Ön divararalığının yuxarı şöbəsi

B) Mərkəzi divararalığının yuxarı şöbəsi

C) Ön divararalığının aşağı şöbəsi

D) Arxa divararalığı

E) Mərkəzi divararalığının aşağı şöbəsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
348) Divararalığının bronxogen şişləri harada daha çox lokallaşır?

A) Mərkəzi divararalığının aşağı şöbəsi

B) Ön divararalığının yuxarı şöbəsi

C) Mərkəzi divararalığının yuxarı şöbəsi

D) Ön divararalığının aşağı şöbəsi

E) Arxa divararalığı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
349) Duplikasion şişlər harada daha çox lokallaşır?

A) Mərkəzi divararalığı

B) Arxa divararalığı

C) Arxa divararalığının aşağı şöbəsi

D) Ön divararalığının yuxarı şöbəsi

E) Ön divararalığının aşağı şöbəsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
350) Damar şişlər daha çox harada lokallaşır?

A) Arxa divararalığının aşağı şöbəsi

B) Ön divararalığının aşağı şöbəsi

C) Mərkəzi divararalığı

D) Arxa divararalığının yuxarı şöbəsi

E) Ön divararalığının yuxarı şöbəsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
351) Teratodermoid şişlər daha çox harada yerləşir?

A) Arxa divararalığının yuxarı şöbəsi

B) Mərkəzi divararalığının yuxarı şöbəsi

C) Mərkəzi divararalığının aşağı şöbəsi

D) Ön divararalığı

E) Arxa divararalığının aşağı şöbəsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
352) Uşaqda avto qəzadan sonra üz, boyun, döş qəfəsinin yuxarı şöbələri nahiyyəsində nəzərə çarpan dərialtı emfizema;rentgenoqramda sağda II, III, IV qabırğaların parasternal xətt boyunca sınığı qeyd edilir. Diaqnoz hansıdır?

A) Sağ ağciyərin partlaması

B) Sağ baş bronxun partlaması

C) Perikardın zədələnməsi

D) Traxeyanın travması

E) Magistral damarların travması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
353) Qastro-ezofageal reflüks xəstəliyi dedikdə nə başa düşülür?

A) Qusmalar

B) Requrgitasiya

C) Mədə möhtəviyyatının qida borusuna atılması

D) Döş sümüyü arxası ağrılar

E) Reflüks möhtəviyyatının aqressiv təsirinin nəticəsi olan, simptomokompleks


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
354) Qida borusu kardial çatmamazlığını daha dürüst təsdiqləyən üsul hansıdır?

A) pH-metriya

B) Uzanmış vəziyyətdə qida borusunun kontrast müayinəsi

C) Fibroezofaqoskopiya

D) Qida borusunun ayaq üstə kontrast müayinəsi

E) Sərt ezofaqoskopiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
355) Plevranın xroniki empiemasında optimal müalicə üsulu hansıdır?

A) Plevral punksiya

B) Plevral boşluğun USM-lə sanasiyası

C) Bülau üsulu ilə plevral boşluğun drenajı

D) Aktiv aspirasiya ilə plevral drenaj

E) Radikal əməliyyat


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
356) Döş qəfəsinin obzor R-mında qida borusunun axalaziyası əlaməti hansıdır?

A) Divararalığının sağa yerdəyişməsi

B) Qaz qabarcığnın olmaması

C) Divararalığının kölgəsinin genişlənməsi

D) Diafraqmanın sol künbəzinin yüksək duruşu

E) Divararalığının sola yerdəyişməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
357) Qida borusunun axalaziyasında əsas simptomu hansıdır?

A) Requrgitasiya

B) Qastral qusma

C) Residivləşən pnevmoniya

D) Ezofageal qusma

E) Disfagiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
358) Qida borusunun axalaziyasında differensial diaqnoz necə aparılmalıdır?

A) Pilorostenozla

B) Qida borusunun anadangəlmə stenozu ilə

C) Diafraqmanın qida borusu dəliyinin yırtığı ilə

D) Qida borusunun xalaziyası ilə

E) Anadangəlmə qısa qida borusu ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
359) Anadangəlmə qısa qida borusunda əsas simptomu hansıdır?

A) Salivasiya

B) Requrgitasiya

C) Qusma


D) Disfagiya

E) Hıçqırma


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
360) Anadangəlmə qısa qida borusu diaqnozu təyin edilərkən daha informativ xüsusi müayinə üsulu hansıdır?

A) Döş qəfəsi və qarın boşluğunun obzor R-qrafiyası

B) Qida borusunun kontrast müayinəsi

C) FEQDS


D) Sərt ezofaqoskopiya

E) pH-metriya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
361) Anadangəlmə qısa qida borusu diaqnozu təyin edilərkən əsas R-ji əlamət hansıdır?

A) Qida borusunun aşağı şöbədə genişlənməsi

B) Qida borusunun kardial şöbəsinin stenozu

C) Diafraqmal künbəzlərin yüksək duruşu

D) Qastro-ezofageal reflüks

E) Mədə dibinin döş boşluğuna keçməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
362) Anadangəlmə qida borusu stenozları daha çox hansı səviyyədə rast gəlinir?

A) Kardial şöbə

B) Qida borusunun yuxarı 1/3-i

C) Birinci fizioloji daralma

D) Qida borusunun orta 1/3-i

E) Qida borusunun aşağı 1/3-i


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
363) Anadangəlmə qida borusu stenozu daha çox hansı yaş dövründə rast gəlinir?

A) 6-12 ci aylarda

B) Yeni doğulmuşlarda

C) 3-6 cı aylarda

D) 1-3 cü aylarda

E) 1 ildən sonra


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
364) Uşaq sirkə esensi içdikdən sonra mədə hansı məhlulla yuyulmalıdır?

A) Soyuq su

B) İsti su

C) Zəif turşu

D) Qələvi

E) Otaq temperaturlu su


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
365) Yemək borusunun zədələnməsində konservativ taktika nə vaxt mümkündür?

A) Mənfəzinə keçməyən yarada

B) Abdominal hissəsinin mənfəzinə keçən

C) Plevraqarışı zədələnmədə

D) Döş qəfəsinə nüfuz edən zədədə

E) Instrumental zədədə


Ədəbiyyat: Хирургические болезни. М., 2001, 421 с.
366) Böyük yaşlı uşaqlarda ən çox hansı rast gəlir?

A) Yemək borusunun dəliyinin yırtıqları

B) Sol tərəfli yırtıqlar

C) Frenoperikardial

D) Diafraqmanın ön yırtıqları

E) Arxa yalançı yırtıqlar


Ədəbiyyat: Хирургические болезни. М., 2001, 421 с.
367) Yemək borusu dəliyinin dəbəliklərinin ən informativ diaqnoz üsulu hansıdır?

A) Fibroezofaqoskopiya

B) Rentqenoskopiya

C) Rentqenkontrast müayinə

D) Kompüter tomoqrafiyası

E) Ezofaqoskopiya


Ədəbiyyat: Хирургические болезни. М., 2001, 421 с.
368) Yemək borusu dəliyi dəbəliyinin differensial diaqnostikası aşağıdakılardan hansı ilə aparılır?

A) Xalaziya

B) Anadangəlmə qısa yemək borusu

C) Anadangəlmə stenoz

D) Axalaziya

E) Divertikul


Ədəbiyyat: Хирургические болезни. М., 2001, 421 с.
369) Döş qəfəsin travmasında hansı ən çox zədələnir?

A) Sümüklərin sınması daxili üzvlərin zədələnməsi

B) Karkasın sınması ilə daxili üzvlərin zədəsi

C) Doş qəfəsin əziyi

D) Döş qəfəsin əziyi və daxili üzvlərin zədəsi

E) Döşün sıxılması(asfiksiya ilə)


Ədəbiyyat: Хирургические болезни. М., 2001, 421 с.
370) Qabırğaların sınığı uşaqlarda harada olur?

A) Aksillər xətt üzrə

B) Döşün qığırdaq hissəsində

C) Qabırğanın ön hissəsində

D) Qığırdağın qabırğaya keçən yerdə

E) Qabırğanın arxa hissəsində


Ədəbiyyat: Хирургические болезни. М., 2001, 421 с.
371) Kürək sümüyün sınığı ən çox nədən olur?

A) Döşün sıxılması

B) Arxa üstə yıxılma

C) Yıxılma hündürdən

D) Düz zərbə

E) Qolun üstünə yıxılma


Ədəbiyyat: Хирургические болезни. М., 2001, 421 с.
372) On yaşlı uşaqda döşün travmasından sonra plaştipli hemotoraks var, hemodinamika stabildir. Nə etməli?

A) Radikal əməliyyat

B) Plevral boşluğun drena və aspirasiya Bülau üsulu ilə

C) Punksiya

D) Drenaj aktiv aspirasiya ilə

E) Torakoskopiya


Ədəbiyyat: Хирургические болезни. М., 2001, 421 с.
373) Səkkiz yaşlı uşaqda travmadan sonra sadə hemotoraksdır. Məsləhət nədir?

A) Aktiv aspirasiya ilə drenaj

B) Punksiya

C) Torakoskopiya

D) Bülau üsulu ilə drenaj

E) Radikal əməliyyat


Ədəbiyyat: Хирургические болезни. М., 2001, 421 с.
374) Yemək borusunun hansı xəstəliyində əsasən konservativ müalicə tətbiq edilir?
A) Yemək borusunun axalaziyası

B) Yemək borusunun anadangəlmə qısa olması

C) Kardiyanın xalaziyası

D) Yemək borusunun atreziyası

E) Yemək borusunun anadangəlmə stenozu
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 323
375) Qarın boşluğu üzvlərinin diafraqmanın genəlmiş yemək borusu həlqəsindən arxa divararalığına və ya plevra boşluğuna keçməsi necə adlanır?
A) Yalançı diafraqmal dəbəlik

B) Yemək borusu həlqəsinin dəbəliyi

C) Yemək borusunun qısa olması

D) Parasternal dəbəlik

E) Həqiqi diafraqmal dəbəlik
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 337
376) Aşağıdakı xəstəliklərdən hansı erkən yaşlı uşaqlarda aspirasiya sindromunu törədir?
A) Yalançı diafraqmal dəbəlik

B) Qida borusunun axalaziyası

C) Aorta qövsünün ikiləşməsi

D) Qida borusunun atreziyası

E) Diafraqmanın parezi
Ədəbiyyat: Ç. Quluyev:”Uşaq cərrahlığı”2008 səh 314

377) Hansı halda xaya qişasının punksiyası göstərişdir?

A) Xaya qişalarının gərgin hidropsu zamanı

B) Xayalığın idiopatik ödemi zamanı

C) Xayanın burulması zamanı

D) Toxum ciyəsinin sisti zamanı

E) Orxoepididimit zamanı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
378) Toxum ciyəsi elementlərinin kəskin meydana çıxan sistini aşağıdakılardan hansı sübut edir?

A) Qasıq nahiyəsində hiperemiya və ağrı

B) Xayalıqda xayanın olmaması

C) Xayalığın hiperemiyası

D) Narahatlıq və hərarətin yüksəlməsi

E) Toxum ciyəsi boyunca yumşaq elastik törəmənin və diafanoskopiya zamanı şəffaflığın olması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
379) Qasıq-xayalıq yırtığına görə əməliyyata göstəriş hansıdır?

A) Tez-tez boğulma

B) 5 yaşdan sonrakı dövr

C) Diaqnozun qoyulması

D) 2 yaşdan sonrakı dövr

E) Şişkinliyin 3 sm-dən böyük olması


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
380) Xaya qişalarının kəskin yaranmış hidropsu üçün daha xarakterik simptom hansıdır?

A) Xayalığın bir yarısında şişkinliyin meydana çıxması

B) Kəskin ağrı

C) Ümumi vəziyyətin pisləşməsi

D) Xayalığın hiperemiyası

E) Hərarətin yüksəlməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
381) 1,5 yaşa qədər olan xəstənin xaya qişalarının gərginləşməmiş hidropsunun müalicəsi nəyi tələb edir?

A) Planlı surətdə operativ müalicəni

B) 3 - 4 yaşa qədər müşahidəni

C) 1,5 - 2 yaşa qədər müşahidəni

D) Təcili əməliyyatı

E) Punksiyanı


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
382) Xaya qişalarının hidropsuna görə əməliyyatdan sonrakı dövrdə aşağıdakılardan hansı vacibdir?

A) Adi həyat tərzi

B) Masaj

C) Fizioterapiya

D) Yataq rejimi

E) Fiziki yüklənmənin məhdudlaşdırılması


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
383) Xaya qişalarının hidropsuna görə əməliyyatdan sonrakı ağırlaşmalar aşaıdakılardan hansı ilə əlaqədardır?

A) Yanaşı qüsurlarla

B) Uşağın yaşı ilə

C) Yuxarı sidik yollarının patologiyası ilə

D) Əməliyyatın gecikməsi ilə

E) Texniki kobudluqla


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
384) 7 yaşdan yuxarı uşaqlarda xaya qişalarının hidropsuna görə əməliyyatdan sonrakı proqnoz nə ilə əlaqədardır?

A) Sidik ifrazı sisteminin yanaşı xəstəlikləri ilə

B) Punksion üsulla müalicə cəhdləri ilə, operativ müdaxilənin variantı ilə

C) Operativ müdaxilənin variantı ilə

D) Punksion üsulla müalicə cəhdləri ilə

E) Əməliyyatdan əvvəl aparılmış hormonal terapiya ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
385) Toxum ciyəsi elementlərinin sistinin əmələ gəlməsinin ən çox ehtimal olunan səbəbi hansıdır?

A) Hormonal disbalans

B) Angiodisplaziya

C) Peritonun yataq çıxıntısının bitişməməsi

D) Spesifik proses

E) Sidik ifrazı sisteminin patologiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
386) 6 aylıq uşaqda toxum ciyəsi qişasının sistinin müalicəsi özündə nəyi əks etdirir?

A) Təcili operativ müalicəni

B) Hormonal müalicəni

C) Bir- ikidəfəlik punksiya, effektsiz olduqda əməliyyatı

D) Planlı surətdə operativ müalicəni

E) Dinamiki müşahidəni


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
387) 2 yaşlı xəstədə toxum ciyəsi elementlərinin sistinin müalicəsinə hansı daxildir?

A) Qross əməliyyatı

B) Xaya qişalarının kəsilib çıxarılması

C) Qişaların kəsilməsi

D) Vinkelman əməliyyatı

E) Toxum ciyəsi elementlərinin punksiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
388) Dörd yaşlı uşaqda «gizli cinsiyyət üzvü» diaqnozu qoyulub. Nə etmek göstərişdir?

A) Falloplastika

B) Endokrinoloqun müşahidəsi + hormonal müalicə

C) Müşahidə etməmək

D) Valideynlərin istəyi ilə operasiya

E) Cinsin dəyişilməsi + feminizasiyaedici plastika


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
389) «Gizli cinsiyyət üzvü» hansı sayılır?

A) Kavernoz cisimləri inkişafdan qalmış cinsiyyət üzvü

B) Kiçik ölçülü cinsiyyət üzvü

C) Normal yaşa uyğun ətraf toxumalarında itən sünnət

D) Mikrofallus qonadların disqeneziyası ilə olan cinsiyyət üzvü

E) Ətraf dərisi hipertrofiyalı olan cinsiyyət üzvü


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
390) Xaya hidatidasının burulmasına xas olmayan əlamət hansıdır?

A) Xaya qişalarında mayenin olması

B) Diafonoskopiyada xayalıqda qara törəmənin olması

C) Hərarətin və intoksikasiyanın olması

D) Xayada ağrılı törəmənin əllənməsi

E) Yarım kəskin başlanğıc


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
391) Kriptorxizm zamanı xaya ektopiyasına xas olmayan forma hansıdır?

A) Penial

B) Bud

C) Göbək


D) Xaçvari

E) Aralıq


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
392) HQ – sınağının müsbət olmasnın diaqnostik əhəmiyyəti nədir?(HQ-xorionik qonadotropin)

A) Birtərəfli kriptorxizm

B) Anorxizm

C) Yalançı kriptorxizm

D) İkitərəfli kriptorxizm

E) Monorxizm


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
393) Orxidopeksiyadan sonra xəstədə xayanın şişkinliyi və ağrısı qeyd olunur. Effekt verməyən preparat hansıdır?

A) Nikotin turşusu

B) Prednizolon

C) Antibiotiklər

D) Aspirin

E) Trental


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
394) Kriptorxizm cərrahi müalicəsinə ən əlverişli yaş hansıdır?

A) 2-5


B) Yenidoğulmuş

C) 6-9


D) 10 yaşdan sonra

E) 6ay-1 yaş


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
395) Hormonal terapiya kriptorxizm zamanı nə vaxt göstərişdir?

A) 2 yaş


B) Doğulandan

C) 12 yaş

D) 5 yaş

E) 6 aylıqdan


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
396) 6 aylıq uşağa qasıq retensiyası ilə olan kriptorxizmda taktika necə olmalıdır?

A) Cərrahi müalicə

B) HQ müalicə

C) Qasıq nahiyyəsinin müntəzəm massajı

D) Qeydiyyatdan çıxmaq

E) Dispanser müşahidə


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
397) Beş yaşlı uşaqda kriptorxizm müalicəsində xorionik qonadotropinin dozası neçə TV olmalıdır?

A) 2000


B) 250

C) 500


D) 1000

E) 1500
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.


398) On iki yaşlı uşaq sol tərəfli travmatik orxit diaqnozu ilə qəbul edilib. Bir gün əvvəl fiziki idman zamanı xayalıqda kəskin ağrı hiss edib, 2 saat sonra xayası kəskin ağrılı və şişkin olmuşdur, xayalıq kökünə çəkilib. Punksiya zamanı az miqdarda şəffaf maye alınıb. Differensial diaqnoz hansı ilə olmalıdır?

A) Xaya artımların burulması

B) Xayanın burulması

C) Xayanın əziyi

D) Xayalığın liponekrozu ilə

E) Xayanın partlaması


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
399) Üç yaşlı uşağa sağ tərəfli orxit diaqnozu qoyulub. Xəstəlik qəflətən ağrılardan başlayıb. Baxış zamanı: hiperemiya və şişkinlik, palpasiyada xaya dəyişiksiz, hərarət qalxmayıb. Anamnezində eksudativ diatez qeyd olunur. Diaqnoz hansıdır?

A) Xayalığın allergik ödemi

B) Xayanın burulması

C) Xayalığın qızıl yeli

D) Sağ tərəfli boğulmuş qasıq yırtığı

E) Sağ xayanın artımlarının burulması


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
400) Altı yaşlı uşaqda qarın boşluğunun təftişi zamanı retroperitoneal piy toxumasında, böyrəyin altında xaya aşkar edilib, artımlarsız. 1,2*0,7*0,4sm ölçüsündə. Xayalığa salmaq mümkün deyil, nə etməli?

A) Aponevrozun üzərinə çıxartmaq

B) Biopsiya aparmaq

C) Yerində saxlamaq

D) Qonadektomiya

E) Qarın boşluğuna çıxartmaq


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
401) Ektopiya formalı kriptorxizmdə xorionik qonadotropin təyini necə olmalıdır?

A) Əməliyyatdan dərhal sonra

B) Əməliyyatdan əvvəl və sonra

C) Əks göstərişdir

D) Əməliyyatdan əvvəl

E) Əməliyyatdan 2 ay sonra


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
402) İki yaşlı uşaqda qasıq formalı kriptorxizm aşkar edilib. Nə vaxt əməliyyat etməli?

A) 10 yaşda

B) 14 yaşda

C) Təcili

D) 6 yaşa qədər

E) 12 yaşda


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
403) Qarışıq quruluşlu xarici cinsiyyət üzvləri olan dörd yaşlı xəstə qəbula gətirilmişdir. Oğlan uşağı kimi tərbiyə edilir, xayaları əllənmir. Hipospadiyanın aralıq forması müşahidə edilir. Cinsi xromatin mənfidir, kariotip 46XY. USM- sidik kisəsinin arxasında uşaqlığı xatırladan törəmə görünür. Uretroqrafiya- kontrastla dolu sidik kisəsinin arxasında törəmə izlənir, kontrast ilə doludur, arxa prostatik uretradan sıxır, uzunsov forması 5,0*2,0sm ölçüdə. Laparotomiya zamanı kiçik çanaqda iki qonada 1,0*0,5sm ölçüdə və rudementar uşaqlıq boruları aşkar edilib. Nə etmək lazımdır?

A) Qonadları çıxartmaq

B) Uşaqlığı çıxartmaq, qonadları qarın boşluğunda saxlamaq

C) Necə var qalsın

D) Uşaqlığı xaric etmək və qonadları qarın boşluğundan xayalığa salmaq

E) Uşaqlığı və qonadları xaric etmək


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə