Uşaq cərrahiyyəsi ixtisası üzrə test suallarına əlavələr və dəyişikliklər edilmişdir


) Uşaqlarda cərrahi sepsis anlayışı hansını təyin etmir?



Yüklə 1,6 Mb.
səhifə4/18
tarix14.06.2018
ölçüsü1,6 Mb.
#48386
1   2   3   4   5   6   7   8   9   ...   18

205) Uşaqlarda cərrahi sepsis anlayışı hansını təyin etmir?

A) Yerli cərrahi və ümumi intensiv müalicənin vacibliyini

B) Hormonal müalicəyə göstərişi

C) Ümumi ağır infeksion vəziyyəti

D) Yerli infeksiya ocağının olmasını

E) Orqanizmdə reaktivliyin dəyişməsini


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
206) Aşağıda göstərilənlərdən hansı cərrahi sepsisin patogenezini təyin etmir?

A) İnfeksiyanın törədicisi (növü, virulentliyi)

B) İlkin infeksiya ocağının vəziyyəti (yerləşməsi, yerli dəyişikliklərin xarakteri)

C) Orqanizmin qeyri-spesifik reaktivliyi

D) Əvvəl aparılan antibakterial müalicə

E) Orqanizmin spesifik reaktivliyi


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
207) Sepsis zamanı törədicinin çoxalması adətən hansında müşahidə edilir?

A) İlkin ocaqda

B) Qanda

C) İkincili ocaqda

D) Fərdi olaraq

E) Bütün variantlar


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
208) İrinli infeksiyada kortikosteroidlərin istifadə müddətini hansı təyin edir?

A) Şokun aradan götürülməsi

B) Temperaturun subfebrilədək enməsi

C) Bütün sadalananlar

D) Ürək-ağciyər çatmamazlığının aradan götürülməsi

E) Xəstənin vəziyyətinin orta dərəcəyə enərək normallaşması


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
209) Qlükokortikoidlərin istifadəsinə hansı göstərişdir?

A) Septiki şok və toksiko-allergik reaksiya

B) Septisemiya

C) Septikopiemiya

D) Presepsis (sepsisin ilkin mərhələsi)

E) Septiki ağırlaşmaların yüksək inkişaf riski


Ədəbiyyat :Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
210) Sepsisin ağır formalarında hiperbarik oksigenasiyanın istifadəsinə hansı əks-göstərişdir?

A) Terminal vəziyyət

B) Tənəffüs və ürək-damar çatmamazlığı

C) Hemoliz və toksin təsirindən inkişaf edən anemiya

D) Toksiko - infeksion proseslə əlaqədar ağır metabolik pozğunluqlar

E) Parenximatoz orqanların ağır zədələnmələri


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
211) Yeddi yaşlı uşağın baldır nahiyyəsində parlaq qırmızı rəngli, kəskin sərhədli iltihab ocağı vardır, periferiyada dəri ödemli və ağrılıdır, yayılmağa meyillidir. Sizin diaqnoz hansıdır?

A) Furunkul

B) Karbunkul

C) Dərialtı toxumanın absesi

D) Qızıl yel

E) Fleqmona


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
212) Beş yaşlı uşaqda uzunmüddətli yarımkəskin gedişə malik çoxsaylı konusabənzər irinciklər, irinli özəyi olan ocaqlar qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Psevdofurunkulyoz

B) Fleqmona

C) Qızıl yel

D) Furunkulyoz

E) Dərialtı toxumanın absesi


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
213) Beş aylıq hipotrofiyalı zəif uşaqda qısa müddət ərzində künbəzəbənzər formalı, irinli özəyi olmayan çoxsaylı abseslər qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Psevdofurunkulyoz

B) Fleqmona

C) Qızıl yel

D) Dərialtı toxumanın absesi

E) Furunkulyoz


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
214) Yeddi yaşlı uşağın bud nahiyyəsində kəskin sərhədi olmayan, mərkəzində flüktuasiyası olan, iltihabi infiltrasiya ocağı vardır. Sizin diaqnoz hansıdır?

A) Abses


B) Psevdofurunkulyoz

C) Qızıl yel

D) Furunkulyoz

E) Dərialtı toxumanın absesi


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
215) Yarım kəskin limfadeniti adətən nə ilə differensasiya etmirlər?

A) Hemangioma ilə

B) Şişlə

C) Vərəmlə

D) Pişik sıyrıntıları xəstəliyilə

E) Limfoqranulematozla


Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
216) Uşaqda dırnaqətrafı yastığın qızarması və şişkinliyi ilə yanaşı, həm də dırnaq kənarı boyunca dərialtı irin qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dəri dolaması

B) Dərialtı dolama

C) Paronixiya

D) Fleqmona

E) Abses
Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.


217) Uşaqda göstərici barmaq nahiyyəsində epidermisi qaldıran kiçik irinlik qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dəri dolaması

B) Fleqmona

C) Paronixiya

D) Dırnaqaltı dolama

E) Dərialtı dolama


Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
218) Uşaqda barmaq ucunun iynə ilə deşilməsindən iki gün sonra ağrı və dırnaq altında irin yığılması qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dəri dolaması

B) Dırnaqaltı dolama

C) Paronixiya

D) Dərialtı dolama

E) Fleqmona


Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
219) On dörd yaşlı uşaqda barmağın uc nahiyyəsində 3 gündür ki, döyünən ağrı, ödem, qızartı, oynaqda hərəkət məhdudluğu, hipertermiya, palpasiyada kəskin ağrılar qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Paronixiya

B) Dırnaqaltı dolama

C) Sümük dolaması

D) Dərialtı dolama

E) Dəri dolaması


Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
220) On üç yaşlı uşaqda mil-bilək oynağınadək yayılmış barmaq əsası toxumalarının ödemi, ağrı, oynaqda aktiv hərəkət məhdudluğu, passiv hərəkətlərin kəskin ağrılı olması qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dəri dolaması

B) Paronixiya

C) Dərialtı dolama

D) Dırnaqaltı dolama

E) Vətər dolaması


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
221) On dörd yaşlı uşaqda bilək nahiyyəsində kəskin ağrı, bilək arxasının ödemi, qızartı, hipertermiya, palpator kəskin ağrı qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Vətər dolaması

B) Dəri dolaması

C) Sümük dolaması

D) Biləyin fleqmonası

E) Dərialtı dolama


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
222) Beş yaşlı uşaqda sümük dolamasının cərrahi əməliyyatı üçün hansı ağrısızlaşdırma üsulu məqsədəuyğundur?

A) Yerli xloretil

B) İnfiltrasion anesteziya

C) Keçirici anesteziya

D) Maska narkozu

E) İntubasion narkoz


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
223) On iki yaşlı uşaqda sümük dolamasının rentgenoloji əlamətləri nə vaxt meydana çıxır?

A) 10 - 12 sutkaya

B) 1- 2 sutkaya

C) 13 - 15 sutkaya

D) 7 - 9 sutkaya

E) 4 - 6 sutkaya


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
224) İrinli iltihabda antibiotikin seçilməsi zamanı hansı əsas sayılmır?

A) Dərmanın toksikliyi

B) Mikrofloranın xarakteri və həssaslığı

C) Digər dərmanlarla qarşılıqlı təsiri

D) Dərmanın farmakodinamika və farmakokinetikası

E) Xəstəliyin müddəti


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
225) Antibiotikin seçilməsi zamanı ilk növbədə hansı nəzərə alınır?

A) İrinli ifrazatın xarakteri

B) İrinli ocağın yerləşməsi

C) Mikrofloranın xarakteri və həssaslığı

D) İrinli ifrazatın həcmi

E) İltihabın yayılması


Ədəbiyyat :: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
226) Kəskin hematogen osteomielitdə sümükdaxili təzyiq hansı müddətə ölçülməlidir?

A) 1 - 2 dəq

B) 60 dəq

C) 30 - 40 dəq

D) 20 - 25 dəq

E) 10 - 15 dəq


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
227) Kəskin hematogen osteomielitdə diaqnostik osteoperforasiya zamanı irin alınarsa, sonrakı taktika hansıdır?

A) Sümük iliyi kanalının yuyulması

B) Sümükdaxili təzyiqin ölçülməsi

C) Yaranın drenlənməsi

D) Yaranın tikilməsi

E) Əlavə osteoperforasiya


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
228) Stasionara kəskin hematogen osteomielitlə ağır vəziyyətdə uşaq daxil olmuşdur. Aparılan intensiv tədbirlərə baxmayaraq bir sutkadan sonra xəstə ölmüşdür. Göstərilən hansı gediş variantına aiddir?

A) Xroniki

B) Uzun sürən

C) Septikopiemik

D) Yarımçıq gedişli

E) İldırım surətli


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
229) Kəskin hematogen osteomielit keçirmiş uşaqda 2 il ərzində proses kəskinləşməmişdir. Göstərilən hansı gediş variantına aiddir?

A) İldırım surətli

B) Yarımçıq gedişli

C) Xroniki

D) Septikopiemik

E) Uzun sürən


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
230) Kəskin hematogen osteomielit keçirmiş uşaqda 10 aydan sonra yerli irinli ifrazata malik sviş, rentgenoqramda sekvestr qeyd edilir. Göstərilən hansı gediş variantına aiddir?

A) Yarımçıq gedişli

B) Xroniki

C) Septikopiemik

D) İldırım surətli

E) Uzun sürən


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
231) Kəskin hematogen osteomielit keçirmiş uşaqda 10 ay müalicə aparılmış, 2 il ərzində proses kəskinləşməmişdir. Yerli olaraq dəyişiklik yoxdur, R-ci osteoskleroz əlamətləri qeyd edilir. Göstərilən hansı gediş variantına aiddir?

A) Uzun sürən

B) İldırım surətli

C) Septikopiemik

D) Xroniki

E) Yarımçıq gedişli


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
232) Kəskin hematogen osteomielitdə xəstəliyin kəskin dövrünün müddəti hansı təşkil edir?

A) 12 aya qədər

B) 1 aya qədər

C) 8-10 aya qədər

D) 2-3 aya qədər

E) 4-8 aya qədər


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
233) Yeddi yaşlı uşaq budun aşağı 1/3-nin kəskin hematogen osteomieliti ilə xəstəliyinin 3-cü sutkasında ağır vəziyyətdə daxil olub. Yanaşı olaraq intoksikasiya, pnevmoniya. Hansı vacib icra edilməlidir?

A) İnfuzion və antibakterial terapiya, planlı osteoperforasiya

B) Əməliyyatönü hazırlıqdan sonra osteoperforasiya

C) Əməliyyatönü hazırlıqdan sonra yumşaq toxumaların kəsilməsi

D) Təcili osteoperforasiya

E) Antibiotiklərin sümükdaxili yeridilməsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
234) Kəskin hematogen osteomielitin erkən diaqnostikasında hansı üsul daha dürüstdür?

A) Yumşaq toxumaların diaqnostik punksiyası

B) Yaxmanın bakterioskopiyası

C) Sümükdaxili təzyiqin ölçülməsi

D) Elektrorentgenoqrafiya

E) Osteofleboqrafiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
235) Uşaqda ilkin-xroniki osteomielit ocağı qamış sümüyünün yuxarı 1/3-də olub, ağrı və hərarətin qalxması ilə periodik kəskinləşmə verir. Hansı tədbir uşağa vacibdir?

A) Təcili əməliyyat

B) Müşahidə

C) Planlı əməliyyat

D) Diaqnostik punksiya

E) Antibiotikoterapiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
236) İlkin-xroniki osteomielit ocağı qamış sümüyünün yuxarı 1/3-də R-ci olaraq təyin edilmişdir. Şikayəti yoxdur, qan analizləri normada. Hansı tədbir xəstəyə məsləhətdir?

A) Diaqnostik punksiya

B) Müşahidə

C) Antibiotikoterapiya

D) Təcili əməliyyat

E) Planlı əməliyyat


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
237) Dörd yaşlı uşaqda budun aşağı 1/3-nin kəskin hematogen osteomieliti ilə xəstəliyinin 2-ci sutkasında toxumaların punksiyası zamanı irin alınmadı. Əməliyyata hansı daxildir?

A) Dərinin kəsilməsi, osteoperforasiya

B) Venadaxili antibiotikin yeridilməsi

C) Antibiotikoterapiya əzələdaxili

D) Yumşaq toxumaların kəsilməsi

E) Yumşaq toxumaların kəsilməsi, osteoperforasiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
238) Kəskin hematogen osteomielitdə (metadiafizar zədələnmə) ciddi immobilizasiya hansı müddətə aparılmalıdır?

A) Göstəriş deyil

B) 2-aya qədər

C) 1-1,5 həftə

D) 1 həftə

E) 4 həftə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
239) Hematogen osteomielitlə xəstəliyin yarımkəskin dövründə formalaşmış sekvestral qutu olarsa, aşağıdakaılardan hansı göstərişdir?

A) Müşahidə

B) Voronçixin əməliyyatı

C) Sümükdaxili antibiotikoterapiya

D) Sekvestrektomiya

E) Fizioterapiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
240) Hematogen osteomielitlə xəstəliyin yarımkəskin dövründə sümüyün diffuz zədələnməsi sekvestrasiya ilə müşayiət olunmursa, hansı göstərişdir?

A) Sekvestrektomiya

B) Fizioterapiya

C) Çoxsaylı transdermal osteoperforasiya

D) Sümükdaxili antibiotikoterapiya

E) Müşahidə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
241) Kəskin hematogen osteomielitə şübhə olarsa, sümükdaxili təzyiq göstəricisi normada neçə olmalıdır?

A) 122-140 mm.su süt.

B) 160-180 mm.su süt.

C) 96-122 mm.su süt.

D) 90 mm.su süt.-dan aşağı

E) 140-160 mm.su süt.


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
242) Kəskin hematogen osteomielitə şübhə olarsa, sümükdaxili təzyiqin ölçülməsinə göstəriş nədir?

A) Yumşaq toxumaların xəstəliyi sindromu

B) Bir oynağın zədələnməsi ilə revmatizm

C) Anamnezində travma

D) Ətrafda ağrının olması və yüksək hərarət

E) Bütün göstərilən hallarda


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
243) Kəskin hematogen osteomielitdə dekompressiv osteoperforasiya nəyə imkan vermir?

A) Sümükdaxili təzyiqi ölçməyə

B) Aydın olmayan hallarda diaqnozu dəqiqləşdirməyə

C) Ağrını götürməyə

D) Sümük iliyi kanalından sitoloji müayinə üçün ifrazat götürməyə

E) İltihab ocağını tam sanasiya etməyə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
244) Kəskin hematogen osteomielitdə yumşaq toxumaların drenaj müddəti necə müəyyən edilir?

A) Patoloji ifrazatın xarakteri və miqdarı ilə

B) Əhvalın yaxşılaşması ilə

C) Ağrı sindromunu götürməklə

D) Rentgenoloji göstəricilərin dinamikası ilə

E) Laborator göstəricilərin dinamikası ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
245) Kəskin hematogen osteomielitdə immobilizasiya əməliyyatdan sonrakı dövrdə nəyi təmin etmir?

A) Ağrının azalmasını və iltihabın məhdudlaşmasını

B) Sümük toxumasının sürətli bərpasını

C) Lazımi sakitliyi

D) Kontrakturanın inkişaf etməməsini

E) Çıxıq və deformasiyanın inkişaf etməməsini


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
246) Kəskin hematogen osteomielitdə ətrafın ciddi immobilizasiyası xəstəliyin normal gedişi zamanı hansı müddətdən çox saxlanmamalıdır?

A) 1,5 həftə

B) 1 ay

C) 2-3 həftə



D) 1 həftə

E) 2-3 ay


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
247) Kəskin hematogen osteomielitdə uzun dövrün müddəti nə qədərdir?

A) 12 aya qədər

B) 2-3 aya qədər

C) 1 aya qədər

D) 6-8 aya qədər

E) 8-10 aya qədər


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
248) Xroniki osteomielitdə tipik R-ji əlamətlər hansıdır?

A) Osteoskleroz, sekvestrlərin formalaşması, sümük iliyi kanalının obliterasiyası

B) Paraossal toxumanın sıxlaşması

C) Periostal reaksiya simptomu

D) Sümükdə kortikal qatın dağılma və aydın görünməməsi

E) Alabəzək osteoparez əlamətləri


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
249) Kəskin hematogen osteomielitdə osteoperforasiya zamanı təzyiqlə irin xaric olarsa, sonrakı etapda nə icra edilməlidir?

A) Sümükdaxili antibiotikoterapiya

B) Yaranın rezin buraxıcılara qədər tikilməsi

C) Sümükdaxili təzyiqin ölçülməsi

D) Daimi yuyulma sisteminin təşkili

E) Ətrafın immobilizasiyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
250) Epifizar osteomielitdə iki tərəfli açıq drenləmə nə zaman göstərişdir?

A) Göstəriş deyil

B) İlkin punksiya zamanı çoxlu ifrazat müəyyən edilərsə

C) Paraartikulyar fleqmonada

D) Diaqnozun təyin edildiyi bütün hallarda

E) Punksiya üsulu effektiv olmadıqda


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
251) Kəskin hematogen osteomielitin patogenezində nə əsas əhəmiyyət daşıyır?

A) Orqanizmin sensibilizasiyası

B) Natamam qidalanma

C) Uzun müddətli KRVİ (ORVİ)

D) Törədicinin yüksək səviyyəli birmomentli kontaminasiyası

E) Travma


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
252) Kəskin hematogen osteomielitin ən çox rast gəlinən törədicisi hansıdır?

A) Streptokokk

B) Bağırsaq çöpü

C) Qızılı stafilokokk

D) Protey

E) Göy-yaşıl irin çöpü


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
253) Epifizar osteomielitlə xəstələrin cərrahi müalicəsində taktiki səhv hansı sayılır?

A) Oynağın təkrar punksiyası

B) Paraartikulyar sahənin drenajı

C) Oynağın ikitərəfli drenajı

D) Artrotomiya

E) Oynağın punksiyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
254) Epifizar osteomielitə şübhə zamanı aşağıdakılardan hansı göstərişdir?

A) Osteoperforasiya

B) Oynağın drenajı

C) Osteopunksiya və sümükdaxili təzyiqin ölçülməsi

D) Antibakterial müalicə və müşahidə

E) Oynağın diaqnostik punksiyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
255) Epifizar osteomielitdə «quru artritin» əmələ gəlməsində səbəbkar flora hansıdır?

A) Mikrofloranın xarakteri əhəmiyyət daşımır

B) Anaerob flora

C) Qramm-müsbət

D) Assosiativ flora

E) Qramm-mənfi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
256) Kəskin irinli mediastinit zamanı divararalığının açılması üçün hansı üsüllar istifadə edilə bilər?

A) Stemmer üsulu ilə sternotomiya və Daniels kəsiyi

B) Nasilov kəsiyi, Dobromıslov üsulu ilə arxa torakotomiya, Razumovski üsulu

C) Ön-yan torakotomiya

D) Total orta sternotomiya

E) Kombinəolunmuş torakotomiya variantları


Ədəbiyyat : Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
257) Boyun nahiyyəsindəki irinli proseslər döş boşluğuna necə keçir?

A) Boyun fassiyaları boyunca

B) Traxeya boyunca

C) Qida borusu boyunca

D) Döş sümüyünün arxa səthi boyunca

E) Böyük arterial və venoz damarlar boyunca


Ədəbiyyat : Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
258) İri bronxların vərəminin hansı formaları endoskopik olaraq fərqləndirilə bilər?

A) Kataral, hemorragik, irinli

B) Iltihabi aktivliyin I dərəcəsi, II dərəcəsi, III dərəcəsi və IV dərəcəsi

C) Infiltrativ, xoralı, fistulalı, çapıq stenoz

D) Ödemli, stenotik çapıq

E) Infiltrativ, indurativ, xoralı, psevdotumoroz


Ədəbiyyat : Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
259) Ağciyərin qanqrenasını qanqrenoz absesdən hansı əlamətə görə fərqləndirmək qəbul edilmişdir?

A) Immunoqramma və hemoqrammaya görə

B) Ağciyərdə boşluqların forması, lokalizasiyası və sayına görə

C) Klinik mənzərəsinə görə

D) Auskultativ məlumatlara görə

E) Ağciyərdə irinli-nekrotik prosesin yayılmasına və ətraf orqanları cəlb etmə


Ədəbiyyat : Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
260) Empiema boşluğunun fenestrasiyasının—plevral pəncərə qoyulmasının əsas şərti hansıdır?

A) Empiema boşluğunun mərkəzi

B) Empiema boşluğunun ən aşağı nöqtəsi

C) Irinin ən çox toplandığı nöqtə

D) Plevral boşluğun yalnız yan və arxa şöbələri

E) Plevral boşluğun yalnız ön şöbələri


Ədəbiyyat : Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
261) Aşağıdakı xəstələrdən hansında ağciyər xərçənginin gedişi daha tez-tez spesifik plevritlə ağırlaşır?

A) Adenokarsinomada

B) Kiçik hüceyrəli xərçəngdə

C) Parlaq hüceyrəli xərçəngdə

D) Iri hüceyrəli xərçəngdə

E) Yastı hüceyrəli xərçəngdə


Ədəbiyyat : Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
262) Boynun karbunkulu zamanı göstəriş hansılardır?

A) Vişnevski məlhəmilə isti kompres,əzələdaxili antibiotiklər,daxilə sulfanilomid preparatları,vitaminoterapiya,ultrabənövşəyi şüa verilməsi

B) Əzələdaxili antibiotiklər,daxilə sulfanilamid preparatları,vitaminoterapiya,ultrabənövşəyi şüa verilməsi

C) Vişnevski məlhəmilə isti kompres,daxilə sulfanilomid preparatları,vitaminoterapiya,ultrabənövşəyi şüa verilməsi

D) Vişnevski məlhəmilə isti kompres,əzələdaxili antibiotiklər,daxilə sulfanilomid preparatları,vitaminoterapiya

E) Vişnevski məlhəmilə isti kompres,əzələdaxili antibiotiklər,vitaminoterapiya,ultrabənövşəyi şüa verilməsi


Ədəbiyyat : Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
263) Hidradenitin törədicisinə əsasən hansı aiddir?

A) Bağırsaq çöpləri

B) Göy-yaşıl irin çöpləri

C) Stafilokokk

D) Streptokok

E) Protey


Ədəbiyyat : Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
264) Fleqmona üçün qeyd olunanlardan hansılar xarakterikdir?

A) Ümumi halsızlıq,bədən hərarətinin yüksəlməsi,lokal ağrı,dərinin lokal hiperemiyası,ətrafı kapsula ilə əhatə olunmuş irinlik

B) Bədən hərarətinin yüksəlməsi,lokal ağrı,dərinin lokal hiperemiyası,ətrafı kapsula ilə əhatə olunmuş irinlik

C) Ümumi halsızlıq, lokal ağrı,dərinin lokal hiperemiyası,ətrafı kapsula ilə əhatə olunmuş irinlik

D) Ümumi halsızlıq,bədən hərarətinin yüksəlməsi, dərinin lokal hiperemiyası,ətrafı kapsula ilə əhatə olunmuş irinlik

E) Ümumi halsızlıq,bədən hərarətinin yüksəlməsi,lokal ağrı,dərinin lokal hiperemiyası


Ədəbiyyat : Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
265) Antibiotiklərə qarşı davamlılığın inkişafına hansı təsir göstərmir?

A) İnvaziv diaqnostika və müalicə üsullarının tətbiqi

B) Antibiotiklərin qeyri-steroid iltihab əleyhinə dərmanlarla birgə istifadəsi

C) Yüksək doza antibiotiklərin tətbiqi

D) Uzun sürən antibakterial müalicə

E) Yüksək dərəcəli risk xəstələrinin genişləndirilməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
266) Kəskin hematogen osteomielitdə skelet dartmasının tətbiqi nə zaman göstərişdir?

A) Qamış sümüyünün distal zədələnməsində

B) Budun distal zədələnməsində

C) Budun proksimal zədələnməsində

D) İncik sümüyünün zədələnməsində

E) Qamış sümüyünün proksimal zədələnməsində


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
267) Kəskin hematogen osteomielitlərdə osteoperforasiyadan sonra hansı müddətə kontrol rentgenoqram çəkilir?

A) 1 həftə

B) 2 həftə

C) 3 həftə

D) 1,5 həftə

E) 2,5 həftə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə