Uşaq cərrahiyyəsi


) Fallo tetradası üçün nə xarakterik deyildir?



Yüklə 1,48 Mb.
səhifə17/17
tarix22.03.2018
ölçüsü1,48 Mb.
#33134
1   ...   9   10   11   12   13   14   15   16   17

990) Fallo tetradası üçün nə xarakterik deyildir?

A) Sağ mədəciyin çıxış şöbəsinin daralması

B) Konusvari arakəsmənin önə və sola yerdəyişməsi

C) Aortanın dekstrapozisiyası

D) Mədəciklər arası arakəsmənin restruktiv deffekti

E) Sağ mədəcik strukturlarının inkişaf pozğunluğu


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с.
991) Fallo tetradasında sağ mədəciyin çıxarıcı traktının daralması nə ilə əlaqədardır?

A) Ön-yan trabekulanın hipertrofiyası ilə

B) “Moderator bağının” yüksək ayrılması ilə

C) Aortanın dekstrapozisiyası ilə

D) Konuslu arakəsmənin uzanması ilə

E) Konuslu arakəsmənin uzanması ilə


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с.
992) Fallo tetradasında hemdinamiki pozğunluğun ağırlığı əsasən nə ilə şərtlənir?

A) Sol mədəcik hipoplaziyası ilə

B) Sağ mədəciyin hipertrofiyası ilə

C) Mədəciklər arası arakəsmənin deffektilə

D) Ağ ciyər arteriyasının daralması ilə

E) Aortanın dekstrapozisiyası ilə


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с.
993) Fallo tetradası mədəciklərarası arakəsmənin hansı deffektilə xarakterizə olunur?

A) Subaortal

B) Sadalananların heç birilə

C) Ağ ciyər arteriyasıaltı

D) Subtrikuspidal

E) Əzələvi hissənin trabekulyar deffekti


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с.
994) Fallo tetradasında Hiss dəstəsi deffektin kənarına münasibətdə saat sferblatı üzrə necə yerləşir?

A) 3-6 radələrində

B) 9-12 radələrində

C) 1-3 radələrində

D) Sadalananların heç biri

E) 6-9 radələrində


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с.
995) Fallo tetradasında kiçik qan dövranı hövzəsində hemodinamika necə xarakterizə edilir?

A) Kollateral ağ ciyər qan axını ilə

B) Zəifləmiş ağ ciyər qan axını ilə

C) Normal ağ ciyər qan axını ilə

D) Hipertenzion ağ ciyər qan axını ilə

E) Güclənmiş ağ ciyər qan axını ilə


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с.
996) Fallo tetradasında ürəyin kateterizasiyası zamanı nə müəyyən edilmir?

A) Ağ ciyər arteriyası ilə sağ mədəcik arasında sistolik qradientin olması

B) Ağ ciyər arteriyasına kateterin çətin keçirilməsi

C) Sağ mədəcikdə sistolik təzyiqin sola nisbətən yüksək olması

D) Sağ mədəcikdən aortaya kateterin keçirilməsi

E) Ağ ciyər arteriyasında sistolik təzyiqin enməsi


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с.
997) Ağ ciyər arteriyasının izolə olunmuş stenozu ilə Fallo tetradasında ürəyin kateterizasiyası zamanı differensial diaqnostik məqsədlə nəyə diqqət yetirilməlidir?

A) Sağ qulaqcıqda təzyiqin qalxmasına

B) Ağ ciyər arteriyasında təzyiqin enməsinə

C) Sağ və sol mədəciklərdə, yaxud periferik arteriyada müxtəlif təzyiqin olmasına

D) Sağ mədəcikdə yüksək sistolik təzyiqin olmasına

E) Sağ mədəcik ilə ağ ciyər kötüyü arasında sistolik qradientin olmasına


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с.
998) Fallo tetradasında xəstənin rentgenoloji müayinəsi zamanı frontal proyeksiyada damar dəstəsinin genişlənməsinə nə səbəb deyildir?

A) Qalxan aorta

B) Yuxarı boş vena

C) Ağ ciyər arteriyası kötüyü

D) Əlavə yuxarı boş vena

E) Aşağı boş vena


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с.
999) Fallo tetradasında exokardioqrafik müayinədə hansı aşkar edilmir?

A) Sağ mədəcikdə arterial konusun daralması

B) Qalxan aortanın genişlənməsi

C) Aypara mitral fibrozun olmaması

D) Mədəciklər arası arakəsmənin böyük deffekti

E) Aortanın sağa yerdəyişməsi


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с.
1000) Fallo tetradasında auskultativ nə müəyyən edilmir?

A) Ağ ciyər arteriyası üzərində II tonun zəifləməsi

B) Aorta üzərində II tonun güclənməsi

C) Deffektdən qan axını nəticəsində yaranan sistolik küy

D) Ağ ciyər arteriyasının stenozu nəticəsində yaranan sistolik küy

E) Zirvədə I tonun güclənməsi


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с.
1001) Fallo tetradasında elektrokardioqrafik olaraq nə müəyyən edilmir?

A) V1 aparmasında R/S münasibətinin 1,0-dən böyük olması

B) Ürəyin elektrik oxunun sağa yerdəyişməsi

C) V2 aparmasında R/S münasibətinin 1,0-dən kiçik və ya bərabər olması, Kaç-Vaxtel simptomu

D) V6 aparmasında R/S münasibətinin 1,0-dən kiçik olması

E) V5 aparmasında R dişciyinin S-dən böyük olması


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с.
1002) Ebşteyn anomaliyasında hansı anatomik dəyişiklik aşkar edilmir?

A) Ağ ciyər venalarının anomaliyası

B) Trikuspidal qapağın papilyar əzələlərinin hipoplaziyası

C) Qulaqcıqlar arası arakəsmənin ikincili deffekti ya oval dəliyin açıq olması

D) Trikuspidal qapağın taylarının sağ mədəciyə yerdəyişməsi

E) Ürəyin sağ şöbələrinin böyüməsi


Ədəbiyyat: Бокерия Л. А., Подзолков В. П., Сабиров Б. Н. Аномалия Эбштейна. Москва, 2005.,240 с.
1003) Ebşteyn anomaliyasında müşahidə edilən hemodinamiki dəyişikliklərə nə aid deyil?

A) Kiçik qan dövranında mülayim hipovolemiya

B) Qulaqcıqlar səviyyəsində venoarterial axının olması

C) Mülayim və ya ifadə olunmuş hipoksemiya

D) Mitral qapaq çatmamazlığı

E) Trikuspidal qapaqda requrgitasiya


Ədəbiyyat: Бокерия Л. А., Подзолков В. П., Сабиров Б. Н. Аномалия Эбштейна. Москва, 2005.,240 с.
1004) Aortanın koarktasiyası - aortanın hansı səviyyədə seqmentar daralmasıdır?

A) Qalxan və enən aortanın istənilən səviyyəsində

B) Sol körpücükaltı arteriyadan distal, arterial bağdan yuxarı və ya aşağı səviyyədə

C) Bütün sadalananlar

D) Sol körpücükaltı arteriyadan distal, arterial bağdan yuxarı və ya aşağı səviyyədə, aortanın boynu nahiyyəsində

E) Aortanın boynu nahiyyəsində


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə