Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   34


Uşaq hüquqlarının araşdırılması

İbtidai siniflər üçün dərs proqramı

Rolf Qollob və Piter Kraf

Emir Adzoviçlə əməkdaşlıq şəraitində

İllüstrasiyaların müəllifi: Emir Haraciç




Məzmunu

Səhifəsi


Giriş

I hissə: 1—9-cu siniflər üçün uşaq hüquqlarına dair kiçik layihələr

Uşaq hüquqları Konvensiyasının dörd əsas prinsipi

1-ci sinif: Mənim adım var – bizim məktəbimiz var

2-ci sinif: Adlar sadəcə hərflərin birləşməsi deyil!

3-cü sinif: Biz sehrbazıq!

4-cü sinif: Bizim hüquqlarımız – bizim xəzinəmiz

5-ci sinif: Biz öz sinfimiz üçün qaydalar yaradırıq

6-cı sinif: Uşaq hüquqları: rəsm əsəri!

7-ci sinif: Mənim istədiyim mənə lazım olandırmı?

8-ci sinif: Mən öz plakatımı düzəldirəm!

9-cu sinif: Biz nəyə görə qaydalara riayət etməliyik? 

II hissə: Əlavə

Təməl informasiyalar, sənədlər və tədris materialları

“Bu o deməkdir ki, mənim tənəffüsə çıxmaq hüququm var, elə deyilmi?”

Uşaq hüquqları sinif otağında 

Uşaq hüquqlarının tədrisi: tədris metodlarının seçiminə bələdçilik edən əsas 

məsələlər

BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası ilə bağlı tez-tez verilən suallar

Uşaq hüquqları insan hüquqları prosesinin tərkib hissəsi kimi

Uşaq hüquqları təbii hüquqlar kimi

Uşaq hüquqları necə yaranıb?

Uşaq hüquqları Bəyannaməsi (20 noyabr 1959-cu il)

Uşaq hüquqları haqqında Konvensiya

Aydın de! BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının Kanada gəncləri 

üçün hazırlanmış sadələşdirilmiş versiyası

İştirak etməyin yolları




Uşaq hüquqlarına dair İnternet saytları

Uşaq hüquqlarına dair qeydlər 



Giriş

Bu   kitab   ibtidai   və   aşağı   sinif   şagirdlərinə   uşaq   hüquqlarını   tədris   edən   müəllimlər   üçün 

hazırlanıb. Dərslik aşağıdakıları özündə ehtiva edir:

Məktəbin ilk 1-ci—9-cu siniflərinin şagirdləri üçün hər biri dörd dərsdən ibarət olan 



doqquz kiçik layihə.

Bu   sahədə   tədrisə   yeni   başlayan   müəllimlər   üçün   ətraflı   tədris   təlimatları.   Bu 



təlimatlardan müəllimlərin təlimində də istifadə oluna bilər.

Hər  bir   layihənin   təsviri   hissəsinin   əvvəlində   verilən   dərs   planı.   Dərs   planında   əsas 



suallar, əsas tapşırıqlar və əyani vasitələr göstərilir.

Tədrisə tapşırıqlarla öyrənmə, diqqətin problemlərin həllinə yönəldilməsi və nümunələrlə 



öyrənmə   üsulları   ilə   yanaşma.   Bu   yanaşma   konseptual   öyrənmədə,   qabiliyyətlərin 

aşılanmasında və dəyərlərin və baxışların inkişafında şagirdlərə yardımçı olur.

Demokratik   Vətəndaşlıq   Təhsilinin   (DVT)   əsas   prinsiplərinə,   açıq   və   kooperativ 



öyrənmənin metod və qaydalarına riayət etmək uşaq hüquqlarını öyrənməyin məzmun və 

prinsiplərinin qayəsini dəstəkləyir. (Uşaq hüquqları vasitəsilə öyrənmək, uşaq hüquqları 



haqqında öyrənmək və uşaq hüquqları üçün öyrənmək).

Dərs zamanı fikir yürütmə və müzakirə etmə prosesinə təkan verən vasitə (aşağıya bax).



Əlavədə   tədris  üçün   və   uşaq   hüquqları   sahəsində   əlavə   araşdırma   aparmaq   üçün 

materiallar verilib.

Konseptual çərçivə

Uşaqlar   hansı   hüquqlara   malik   olduqlarını   bilməlidirlər,   onlar   həmçinin   gərək   bu 

hüquqları dərk etməyi və onlardan istifadə etməyi öyrənsinlər. Buna nail olmaq üçün məktəbdə 

uşaq hüquqlarının tədrisi sahəsində geniş çeşidli öyrənmə təcrübələrindən istifadə edilməlidir ki, 

bu öyrənmə təcrübələri də DVT-nin üç əsas kateqoriyası ilə ifadə oluna bilər:

Uşaq hüquqları  haqqında  öyrənmə: şagirdlər hansı hüquqlara malik olduqlarını bilir və 

qavrayırlar   (bilik   və   qavrayış).   Uşaq   hüquqları   “haqqında”   öyrənməyə   konkret   bir   sinifdə 

konkret bir müəllimin konkret dərs bölgüsü əsasında tədrisi daxildir.

Uşaq hüquqları vasitəsilə öyrənmə: şagirdlər uşaq hüquqlarını sinif otağını və bütövlükdə 

məktəbi idarə edən qaydalar kimi təcrübədən keçirirlər (baxışlar, dəyərlər və bacarıqlar).

Uşaq   hüquqları  üçün  öyrənmək:   şagirdlər   sinifdə   və   ümumiyyətlə,   məktəbdə   öz 

hüquqlarından faydalanmağa həvəsləndirilir. Bu yolla onlar gələcəkdə demokratik cəmiyyətdə 

məlumatlı və fəal bir vətəndaş kimi iştirak etməyə (istər məktəbdə, istərsə də sərbəst həyatda 

iştirak etməyə) hazırlanırlar. Uşaq hüquqları ruhunda (uşaq hüquqları vasitəsilə) öyrənmək və 

demokratik cəmiyyətdə necə iştirak etməyi öyrənmək bütövlükdə məktəbin vəzifəsidir. Bütün 

müəllimlər və baş müəllimlər, eləcə də şagirdlər və onların valideynləri bu işə öz töhfələrini 

verməlidirlər.



DVT-nin bu üç öyrənmə kateqoriyası bir-birini dəstəkləyir və tamamlayır. Bu dərslikdə 

bunun   necə   baş   verdiyi   göstərilir.   Uşaq   hüquqları  “vasitəsilə”   öyrənmə   dedikdə,   şagirdlərə 

məktəbi insan və uşaq hüquqları normaları ilə idarə olunan bir mikro-icma kimi təcrübədən 

keçirməyə imkan verən həssas tədris metodlarının seçilməsi nəzərdə tutulur. Misal üçün, uşaq 

ona bir şəxs kimi hörmət edildiyini, nə isə müzakirə edilərkən və ya qərar qəbul olunarkən onun 

fikrinin nəzərə alındığını hiss etməlidir. Təcrübə real həyatda öz əksini tapmalıdır, real həyatdakı 

təcrübə isə insan və uşaq hüquqları haqqında məlumatlı olmaq və bu barədə düşünməklə birbaşa 

bağlıdır. İnsan və uşaq hüquqları haqqında məlumatlı olmağın və bu barədə düşünməyin yolu isə 

uşaq hüquqları “haqqında” öyrənməkdən keçir.

Nümunələr əsasında öyrənmək (induktiv yanaşma)

Bu dərslikdə nümunələr əsasında tədrisin klassik induktiv yanaşmasından istifadə olunur. 

Bir   və   ya   bir   neçə   nümunəni   öyrənməklə,   yaxud   təcrübədən   keçirməklə   şagirdlər   ümumi 

prinsipi,   yaxud   mahiyyəti   mənimsəyə   bilərlər.   Bu   dərslikdə   nümunələrlə   tədris   zamanı 

müəllimlərin etməli olduqları üç şey göstərilir:

1. Müəllim nümunəni diqqətlə seçir və onu hansı üsul və vasitələrlə şagirdlərə çatdırmağa 

qərar verir.

2.  Müzakirə   və   fikir   yürütmə   mərhələlərində   şagirdlər   ümumi   qavrayışlarını   inkişaf 

etdirir və nümunədə əks olunan əsas ideya və anlayışları mənimsəyirlər.

3. Şagirdlər yenicə əxz etdikləri ideya və anlayışları təkrar tətbiq edirlər.

Müəllimin  2-ci bənddə göstərilənə nail olmasına kömək etmək üçün aşağıda verilən və 

DVT-nin və uşaq hüquqları sahəsində tədrisin hər üç kateqoriyasını əhatə edən sual cədvəlindən 

istifadə   olunur.   Bu  cədvəldə   sinifdə   şagirdlərin   fikir   yürütməsinə   rəvac   verə   biləcək   başlıca 

suallar təklif olunur. Şagirdlərin fikir yürütməsi vacibdir, çünki tədrisin məqsədləri müəllimlərin 

və ya şagirdlərin hafizəsində qapalı informasiya kimi saxlanmamalı, əksinə, şagirdlər onları başa 

düşdükləri, təcrübədən keçirdikləri, məşq etdikləri, yaxud gələcəkdə etməyi arzuladıqları şeylər 

kimi öz sözləri ilə ifadə etməlidirlər. Şagirdlərin dərs zamanı öz düşüncələrini öz aralarında 

bölüşməsindən təkcə onların hər biri yox, bütövlükdə sinif də bir icma kimi faydalanacaq.

Öyrənmə   prosesi   yalnız   o   halda   güclü   və   effektiv   olar   ki,   şagirdlər   bu   və   ya   digər 

informasiyanı,   konsepsiya   və   anlayışı,   qabiliyyəti,   yaxud   demokratik   cəmiyyətdə   özünü 

aparmağın üsul və prinsiplərini niyə və nə üçün mənimsədiklərini bilsinlər. Ona görə də fikir 

yürütmə və müzakirə etmə metodlarından təkcə konkret nümunələrdən ümumi nəticələrin hasil 

edilməsi   zamanı   yox,   bütün   öyrənmə   prosesində   istifadə   olunmalıdır.   Konstruktiv   öyrənmə 

baxımından, şagirdlərin ümumiyyətlə öyrənməyə öz şəxsi yanaşmaları barədə məlumatı olacaq 

və onlar özlərinin hansı tip öyrənən olduqlarını, öyrənmə prosesində konkret hansı güclü və zəif 

tərəflərə   malik   olduqlarını   aşkar   edəcəklər.   İnsan   hüquqları   ruhunda   tədris   (“vasitəsilə”) 

müəllimləri öyrənənlərə nəyisə öyrənmək üçün onların ehtiyaclarına uyğun olaraq vaxt və imkan 

verməyə həvəsləndirir. 

Demokratik   idarəçilik   perspektivi   baxımından,   müəllim  tədrisin   məqsədlərini   öz 

beynində   yalnız   ona   aid   informasiya   kimi   qapalı   saxlamamalı,   əksinə   onları   şagirdlərlə 

bölüşməlidir. Belə olduqda dərsin planlanması bir növ demokratik şəraitdə qərar qəbul edilməsi 

işinə çevrilir.

Beləliklə, uşaq hüquqları dərslərində bu cür öyrənmə bizə elə bir model verir ki, bu 

model sayəsində şagirdlərə özlərinin öyrənmə prosesini necə təşkil etməyi öyrətmək olur. Müasir 

zamanda,   məsələn,     cəmiyyətdə,   texnologiyada,   iqtisadiyyatda,   qloballaşmada,   yaxud   ətraf 

aləmdə   getdikcə   daha   dinamik   və   mürəkkəb   dəyişikliklər   baş   verir.   Bu   isə   gələcək   nəsillər 

qarşısında həll edilməli yeni  vəzifələr  qoyur  – onlar öz işlərində  uğur qazanmaq, qərarların 

qəbulu   prosesində   iştirak   etmək   üçün   bütün   həyatları   boyu   öyrənmə   prosesinin   içində 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə