Uşaq Kitabxanası



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə1/13
tarix28.06.2018
ölçüsü1,06 Mb.
#51990
  1   2   3   4   5   6   7   8   9   ...   13


                           

            

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 



 

 

 

         

 

 

      Azərbaycan mətbuatının məşəli-

 Zərdabi 

 

 



Həsən  bəy  Zərdabinin  180  illik  yubileyi    münasibətilə 

mərkəzi  kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər, 

qəsəbə, kənd  kitabxana filialları üçün hazırlanmış  metodik 

vəsait 

 

 

                                      

 

                                        Bakı -2017 




 

                                          



Tərtibçilər:                                  Aynurə Əliyeva 

                                           

       Sevil Əhmədova  

 

Redaktor:                                     Səməd Məlikzadə 

 

İxtisas  redaktoru və                   Şəhla Qəmbərova 

buraxılışa məsul:                         Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 

 



“Azərbaycan mətbuatının məşəli- Zərdabi” metodik vəsait / 

tərt.ed.: A.Əliyeva; red. S.Məlikzadə; ixt. red. və burax. məsul 

Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- 

Bakı, 2017. - 50s. 

 

   


 

 

        



 

 

 



       ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası,  2017                                  


 

                                       Tərtibçidən 

     Hər hansı ölkə ilə işgüzar, iqtisadi münasibətlər qurmazdan 

əvvəl onun hansı dəyərlərə sahib olduğunu anlamağa çalışırsan. 

Maddi  dəyərlərini  araşdırmazdan  əvvəl  həmin  ölkənin  milli-

mənəvi dəyərlərini qiymətləndirirsən. Hər dəfə də əmin olursan 

ki,  maddi  dəyərlər  yalnız  tutarlı,  zəngin  ənənəli  milli-mənəvi 

dəyərlər  mövcud  olduğu  halda  mümkündür.  Əsrlər  boyunca 

Azərbaycanın  müdrik  oğulları  qeyri-maddi,  mənəvi  dəyərlərin 

yaradılması  üçün  yorulmadan,  əzmlə  çalışıb.  Bu  gün  müasir 

cəmiyyəti mətbuatsız, mədəniyyətsiz, təhsilsiz, iqtisadi və siyasi 

nailiyyətlər olmadan təsəvvür etmirik. İstər mədəni, istər işgüzar 

münasibətlərin  qurulmasında  biz  o  ənənələrə  söykənirik. 

Arxalandığımız  bu  kimi  keyfiyyətləri  qorumaq,  onların  təbliğ 

olunmasını,  unudulmamasını  təmin  etmək  bizim  vətəndaş 

borcumuzdur. Vaxtılə milli dəyərlər yaradanlar indi artıq özləri 

Azərbaycanın milli dəyərinə çevrilib. Hesab edirəm ki, ölkənin 

maddi  dəyərlərinin  yaradılmasında  iştirak  edənlər  hər  şeydən 

əvvəl  milli  dəyərləri  yaradan  insanları  xatırlamalı,  onların 

tanıdılmasına və təbliğ olunmasına dəstək göstərməlidir. Onlar 

sübut etdi ki, maddi dəyərlər tükənə bilər, mənəvi dəyərlər isə 

əsla! Xoşbəxtlikdən bu tendensiya ölkə rəhbərliyi tərəfindən hər 

zaman önə çəkilir və aşılanır. Bu vəsait  Azərbaycan xalqının ilk 

ali təhsilli müəllimi,  milli  teatrın  və  milli  mətbuatın qurucusu, 

xeyriyyə 

cəmiyyətinin 

banisi, 

millətin 

mənəvi 

atası, 


ensiklopedik biliyə malik, müsəlman dünyasının ilk təbiətşünas 

alimi,  dahi  şəxsiyyət  Həsən  bəy  Zərdabiyə  həsr  olunur. 

Azərbaycanın böyük oğullarından biri olan Zərdabinin həyat və 

yaradıcılığına həsr olunan bu vəsait iki hissədən ibarətdir. I hissə 



“Zərdabiçilik-millətə  təmənnasız  xidmət  örnəyi”,  II  hissə  isə 

“Azad sözün sevinci və acısı” adını daşıyır. 


 

            Zərdabiçilik-millətə təmənnasız xidmət örnəyi 



 

     Həsən  bəy  Zərdabi  (Məlikov)    1837-ci  il  iyunun  28-də 

Göyçay  qəzasının  Zərdab  kəndində  anadan  olmuşdur.  İlk 

təhsilini  mollaxanada  almış,  sonra  Şamaxı  şəhər  məktəbində 

oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə 

Moskva  Universitetinə  imtahansız  daxil  olmuş,  dörd  il  sonra 

həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirmişdir. Ali 

təhsil  ocağında  oxuduğu  müddətdə  tələbələr  arasında  xüsusi 

olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan 

sonra  elmi  iş  üçün  universitetdə  saxlanılması  qərarı  qəbul 

edilmişdir.  Lakin  vətəninə  olan  sonsuz  məhəbbəti,  xalqına, 

millətinə  xidmət  etmək  arzusu  onu  Azərbaycana  çəkib 

gətirmişdir. Bir müddət  Tiflisdə qulluq edəndən sonra Qubada 

məhkəmədə  işləmiş,  daha  sonra  1869-cu  ildə  Bakıya  gələrək 

burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlamışdır. 

Mütərəqqi  fikirlərinə  görə  dəfələrlə  təqib  edildiyindən 

müəllimlikdən  əl  çəkmiş,  xalqı  üçün  geniş  mədəni  tədbirlər 

həyata  keçirmək  uğrunda  fəaliyyətə  başlamışdır.  Vaxtilə 

evlərində  keçirilən  şeir  və  musiqi  həvəskarlarının  məclisləri 

onda  dərin  iz  buraxmışdır.  Həsən  bəy  Zərdabi  Azərbaycan 

peşəkar  teatrının  yaradıcılarındandır.  Onun  rəhbərliyi  və 

dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun 

fəal  iştirakı  ilə  1873-cü  ildə  M.F.Axundovun  “Hacı  Qara”  və 

“Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulmuşdur. 

O, zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisini elmdə görmüş, 

elmin,  təhsilin  həyatla  əlaqəsinə  böyük  əhəmiyyət  vermişdir. 

Həsən  bəy  Zərdabi  geniş  ictimai  fəaliyyət  göstərmiş, 

N.Nərimanov 

ilə 

birlikdə 



1906-cı 

ildə  Azərbaycan 

müəllimlərinin  Bakıda  keçirilmiş  birinci  qurultayının  işində 

yaxından 

iştirak 

etmişdir. 

Azərbaycan 

qadınlarının 

maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə