Uşaq Kitabxanası



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix28.06.2018
ölçüsü1,06 Mb.
#51990
1   2   3   4   5   6   7   8   9   ...   13

 

azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək 



göstərmişdir.  Gündəlik  həyatında  və  işində  xalqla  sıx  bağlı 

olmuş,  asudə  vaxtlarını  xalq  arasında  keçirmiş,  uşaqları  və 

yeniyetmələri  elmə,  mədəniyyətə,  maarifə  həvəsləndirmişdir. 

Apardığı  təbliğatın  köməyi  ilə  Bakı  gimnaziyasında  oxuyan 

tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır. Azərbaycanın 

mərkəzi  şəhəri  kimi  Bakının  sürətli  inkişafı  milli  mətbuatın 

yaranması  zərurətini  doğurmuşdur.  Ana  dilində  qəzetə  böyük 

ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək 

üçün  hökumətə  müraciət  etmişdir.  Bununla  əlaqədar  o 

İstanbuldan  hürufat  gətirtdirmiş  və  nəhayət,  xeyli  zəhmətdən, 

əzab-əziyyətdən  sonra  1875-ci  ilin  22  iyulunda  Bakıda 

qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin 

nəşrinə  müvəffəq  olmuşdur.  Bu  qəzetlə  Azərbaycan  milli 

mətbuatının əsası qoyulmuşdur. 1875-ci ilin 22 iyulundan 1877-



ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda 

iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 

56 nömrəsi işıq üzü görmüşdür. “Əkinçi” qəzetində Nəcəf bəy 

Vəzirovun,  Əsgər  ağa  Goraninin  Moskvadan,  Məhəmmədtağı 

Əlizadə  Şirvaninin  Şamaxıdan,  Heydərinin  Dərbənddən 

göndərdikləri  məktublar,  Seyid  Əzim  Şirvaninin  şeirləri  və 

Mirzə  Fətəli  Axundovun  “Vəkili-naməlumi  millət”  imzası  ilə 

məqalələri  dərc  olunmuşdur. 

Həsən  bəy  Zərdabinin  yaratdığı 

“Əkinçi”  qəzetinin  dəsti-xətti  əsasən  bir  ideya  üzərində 

qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir 

sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və 

süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz 

sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra 

bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu 

qəzetdə  belə  fikirlərin  səslənməsi  Azərbaycanı  əsarət  altında 

saxlayan imperiya məmurlarını ciddi narahat edirdi.

 

İlk mətbu 



orqan kimi  “Əkinçi”  öz əsas  ideyasına uyğun olaraq incəsənət 


 

və  ədəbiyyata  da  aid  yeni  demokratik  tələblər  irəli  sürürdü. 



Azərbaycanın  böyük  dramaturqu  Nəcəf  bəy  Vəzirov  köhnə 

şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət 

və  qəflət  yuxusundan  ayıltmağa,  müasir  ruhda  tərbiyə  etməyə 

çağırırdı.  Bununla  Zərdabinin  səsinə  Azərbaycanın  bir  çox 

görkəmli,  maarifpərvər  insanları  səs  verirdi.  Təbii  ki,  bu  cür 

demokratik  məqalələrindən  sonra  çarizmin  diqtəsi  ilə  özlərini 

“ziyalı” sayan bəzi üzdəniraq insanlar yerbəyerdən “Əkinçi” nin 

üzərinə hucuma keçdilər.

 

1877-ci il sentyabrın 29-da “Əkinçi” 



öz  nəşrini  dayandırmağa  məcbur  oldu.  Azərbaycan  milli 

mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da 

xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol 

oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi” 

realist  Azərbaycan  ədəbiyyatının  inkişafında  müstəsna 

xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet 

mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

 

1880-ci  ildən  etibarən  Həsən  bəy  Zərdabi  doğma  kəndi 



Zərdabda  yaşamışdır.  O,  kənd  təsərrüfatı  sahəsində  kəndlilərə 

məsləhətlər  verir,  məqamı  yetişəndə  yerli  camaata  öz 

maarifpərvər,  demokratik  ideyalarını  çatdırırdı.  Bakıdan 

kənarda  yaşamasına  baxmayaraq,  o  yenə  də  mətbuatda  fəal 

iştirak  edirdi.

 

1880-1890-cı  illərdə  naşirin  Bakıda  və  Tiflisdə 



çıxan  “Ziya”,  “Kəşkül”,  “Kaspi”,  “Novoye  obozreniye”  və  s. 

qəzetlərdə  Azərbaycan  və  rus  dillərində  çoxlu  elmi-kütləvi 

məqalələri nəşr olunmuşdur.

 

      Həsən  bəy  Zərdabi 



1875-c

i  ildə  “Əkinçi”  qəzetinin  1,4,8-

ci

, 1876-cı ildə 26-cı saylarında



 və 

1899-cu 


il “Kaspi

” qəzetinin 

172-ci  sayında  tоrpaqşünaslığın  əsas  müddəaları  və  əkinçilik 

mədəniyyəti  haqqında  ətraflı  məlumatlar  vermişdir,  tоrpağın 

xışla deyil, kоtanla şumlanmasını təklif etmişdir. 

Həyatının son 

illərində  Həsən  bəy  Zərdabi  Bakı  Şəhər  Dumasında  maarif 

şöbəsində  rəsmi  vəzifədə  çalışaraq  Bakı  və  ətraf  kəndlərdəki 




 

məktəblərə  başçılıq  etmişdir.  1906-cı  ildə  Bakıda  keçirilən 



Azərbaycan 

müəllimlərinin 

birinci 

qurultayında 

fəal 

nümayəndələrdən  biri  də  o  olmuşdur.



 

Gərgin  elmi  fəaliyyətlə 

məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü 

yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının 28-də vəfat 

etmişdir.  O,  1907-ci  ildə  köhnə  Bibiheybət  məscidinin 

yaxınlığında  dəfn  olunsa  da,  1937-ci  ildə  həmin  ərazi 

dağıdılmış,  mərhumun  sümükləri  bir  neçə  il  evdə  ailəsinin 

yanında qalmışdır. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 

50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn

 

olun



muşdur.

 

Azərbaycan  Təbiət  Tarixi  Muzeyi  Həsən  bəy 



Zərdabinin adını daşıyır.

 

       Həsən  bəy  Zərdabinin  yaratdığı  “Əkinçi”  qəzetinin  dəsti-



xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla 

birlikdə  bu  qəzetdə  çalışan  bir  sıra  maarifpərvər,  demokratik 

naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın 

olmamasında  görürdülər.  Onlar  öz  sözlərini  dolayı  yolla  olsa 

belə,  bu  qəzet  vasitəsi  ilə  xalqa  çatdıra  bilirdilər.  O  dövrdə 

xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin 

səslənməsi  Azərbaycanı  əsarət  altında  saxlayan  imperiya 

məmurlarını ciddi narahat edirdi. İlk mətbu orqan kimi “Əkinçi” 

öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid 

yeni  demokratik  tələblər  irəli  sürürdü.  Azərbaycanın  böyük 

dramaturqu  Nəcəf  bəy  Vəzirov  köhnə  şeirlərlə  yanaşı,  şairləri 

müasir həyatdan  yazmağa, xalqı cəhalət  və qəflət  yuxusundan 

ayıltmağa,  müasir  ruhda  tərbiyə  etməyə  çağırırdı.  Bununla 

Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər 

insanları  səs  verirdi.  Müasirləri  böyük  Azərbaycan  ziyalısı  və 

müəllimi, milli mətbuat və teatrımızın banisi, vətənimizdə qadın 

təhsilinin  ilk  carçılarından  biri  olan  Həsən  bəy  Zərdabinin 

(1842-1907)  millət  yolundakı  tarixi  xidmətlərini  yüksək 

qiymətləndirərək 

onu  “Qafqaz  müsəlmanlarının  atası”, 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə