Uşaq Kitabxanası



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix28.06.2018
ölçüsü1,06 Mb.
#51990
1   2   3   4   5   6   7   8   9   ...   13

 

“Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası”, 



“Zaqafqaziya  müsəlmanlarının  milli  oyanışının  ilk  bələdçisi”, 

“Müsəlmanlar  arasında  Avropa  təhsili  alan  ilk  azərbaycanlı” 

kimi epitetlərlə təqdir etmişdilər. Bu, səbəbsiz deyildi. Çünki bu 

böyük  insan  şüurlu  həyatının  40  ildən  çoxunu  dayanmadan, 

usanmadan, yorulmadan doğma xalqının maariflənməsi, mədəni 

xalqlar  səviyyəsinə  yüksəlməsi,  ana  dilində  çağdaş  dünyəvi 

təhsil  ocaqlarının  yaradılması,  milli  ziyalıların  yetişdirilməsi 

işinə  həsr  etmişdi.  “Maarifdən,  elmdən  məhrum  olan  xalq 

işıqdan  məhrumdur”  deyən  böyük  maarifçi  inkişaf  etmiş 

millətlər arasında doğma millətinin də imzasını görmək arzusu 

ilə  ürəyini  məşəl  edib,  xalqının  elm,  maarif,  təhsil  yolunu 

işıqlandırmışdı. Yandırdığı maarif məşəlini ömrünün sonunadək 

əlindən yerə qoymamışdı. Qəlbinin hərarətini, gözünün nurunu 

bu  müqəddəs  amalın  gerçəkləşməsinə  həsr  etmiş,  bu  yolda 

ömrünü  şam  kimi  əritməkdən  çəkinməmişdi.  Hələ  sağlığında 

özünün maarifçilik ideyalarının gerçəkləşməsinin simvolu olan 

Azərbaycan  ziyalılarının  böyük  ordusunu  görmək  sevincini  də 

yaşamaq qismətinə nail olmuşdu. Ömrünün son günlərində-dili 

söz,  əli  qələm  tutmayan  anlarında  belə  uğrunda  çalışdığı 

müqəddəs  amalı-millətinin  maariflənməsi  işini  öz  şəxsi 

həyatından uca tutaraq belə bir vəsiyyət etmişdi: “Sizdən xahiş 

edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni 

çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti 

müsəlmanlar (azərbaycanlılar) arasında savad yayan cəmiyyətə 

verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı 

olardı…” 

 

 

 




 

                        Həsən bəy Zərdabinin fikirləri: 

“Hər kəsi çağırıram,  gəlməyir, göstərirəm,  görməyir, deyirəm, 

qanmır.  Axırda  gördüm  ki,  onları  haraylayıb  çağırmaqdan, 

onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim 

sözümü  eşidənlərdən  heç  biri  qanan  olmasın!  Necə  ki,  bir 

bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən 

sonra  o  su  tökülməkdən  o  bərk  daş  mürur  ilə  əriyib  deşilir, 

habelə söz də, ələlxsüsus, doğru söz mürur ilə qanmazın başını 

deşib onun beyninə əsər edər.” 

“Dünyada hər  qəzeti beş, ya on  adam inşa edir. Onu çap edən, 

hərflərini düzən, qələtlərini düzən başqa bir kəslər olur. Amma 

bu  işlərin  hamısını  gərək  mən  özüm  görüm.  Ey  bizə  diqqət 

edənlər,  bu  qəzetin  kəsirini  görəndə  gülməyin.  Gülmək  yeri 

deyil.  Siz  ağlayın  ki,  bizim  müsəlmanların  bircə  qəzetini  belə  

basdırmağa adam yoxdur.”  

“Ey  elm  təhsil  edən  cavanlarımız!  Doğrudur,  bizim  vətən 

qardaşlarımız  ilə  üns  tutmaq  çətindir,  siz  danışdığınızı  onlar 

başa düşməyib əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir 

deyib  incidəcəklər.  Pəs  ləzzəti-dünyaya  tamah  etməyib,  öz 

qardaşlarınızı  əməli-xeyrə  vadar  edin,  qoy  şüaralar  sizi  həcv 

etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət 

üçün  zəhmət  çəkirsiniz  və  bişək    gələcəkdə  millətin  gözü 

açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq.”  

“Dünyada hər şey hərəkət edir və daim dəyişir...”  “Xalq maarifi 

uğrunda mübarizə edin, əzmkarlığınızı və iradənizi göstərin ki, 

arzu adlandırdığınız şeyə çatasınız.”  

“Millət, dövlət qeyrəti çəkən qardaşlar gərək xəyalət və qəvaidi-

mövhuməni  kənara  qoyub,  bacarıq  və  qüvvə  sahibləri  aləti-

tərəqqiyyət və məktəbxanalar bina edib, maşın və ustalar gətirib, 

ətraflı  qaideyi-ülum  ilə  tərbiyyət  etsinlər,  ta  kəm-kəm  xalq 



10 

 

bixəbər  olub,  öz  məaşı  əbdanlarına  lazım  olan  işləri  əmələ 



gətirsinlər.” 

“Bizim  cənnətin  bir  guşəsinə  oxşayan  vətənimizin  dağları, 

çayları,  xoş  abu-havası  və  hər  bir  cəhətdən  səfalı  və  dilguşa 

olmağı,  onun  az  zəhmətlə  bol  məhsul  götürən  əhalisini  çuşa 

gətirir”. 

“Əlhəq  bizim  zəmanədə  elmsiz  qalan  millət  murur  ilə  öpuç 

olmağı məlum və aşikardır.”  

“Əqil və elm ilə insan tamam dünyanı təsərrüf edə bilər.” 

“Sən  xalq  üçün  işlə,  xalq  da  sənin  qədrini  bilər.  Bunun  üçün, 

əvvəlcə, xalqın etimadını qazanmaq lazımdır.” 

“Hər vilayətin qəzetəsi gərək ol vilayətin  ayinəsi olsun”. 

 

       Görkəmli  şəxsiyyət,  maarifçi  pedaqoq  Həsən  bəy 



Zərdabinin  anadan  olmasının  180  illik  yubileyi  ilə  əlaqədar 

olaraq,    bir  sıra    tədbirlər:  kitab  müzakirəsi,  oxucu  konfransı, 

rəsm  müsabiqəsi,  icmal,  ədəbi-bədii  gecə  və  s.  keçirilə  bilər. 

Zərdabinin  yaradıcılığını  gənc  nəslə,  oxuculara  tanıtmaq 

məqsədilə  kitabxanada  kitab  sərgisi  təşkil  oluna  bilər.  Sərgidə 

şairin  müxtəlif illərdə çəkilmiş foto stendi,  kitabları ilə yanaşı 

ədəbiyyatşünas  və  digər  müəlliflərin    onun  haqqında    yazdığı 

kitablar, araşdırmalar, ona ithaf edilən  şeirlər, kəlamlar və dövrü 

mətbuatda  yer  alan  məqalələr  öz  yerini  almaqdadır.  Sərgiyə 

müxtəlif başlıqlarlar verilə bilər: “Maarifçi ideyalar “Əkinçi” si 

Həsən bəy Zərdabi”, “Tarixi qədirbilənlik nümunəsi”, “Maarifçi 

insan - Həsən bəy Zərdabi”, “Böyük Əkinçi, yaxud unudulmaz 

Həsən bəy Zərdabi”, “Milli dirçəlişin başçısı”, “Xalq müəllimi-

Zərdabi”, 

“Jurnalist  qələmi,  vətəndaş  ürəyi”,  “Milli 

mətbuatımızın  atası”,  “Millət  fədaisi-Həsən  bəy  Zərdabi”,  

“Maarif  carçısı-Zərdabi”,  “O  bir  məşəl  idi,  əbədi  yanar”, 

“Maarif  və  tərəqqi  carçısı”,  “Ağıllı  müəllim,  xeyirxah 

məsləhətçi”,  “Xeyriyyəçilik  hərakatının  banisi”,

 

“Azərbaycan 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə