Uşaq Kitabxanası



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə4/13
tarix28.06.2018
ölçüsü1,06 Mb.
#51990
1   2   3   4   5   6   7   8   9   ...   13

11 

 

milli mətbuatının ilk qaranquşu-



 

Əkinçi”, ““Əkinçi” və Zərdabi 

irsi  milli  məfkurə  qaynağıdır”,  “Əkinçidən  düşən  işıq”, 

“Nəsillərə  örnək  olan  qələm  sahibi”,  “Zərdabda  bir  uşaq 

doğuldu”, “Azərbaycan mətbuatının mayakı, məşəli- Zərdabi”, 

“Zülmətdə  işıq-Həsən  bəy”,  “Yandırdığı  maarif  məşəlini 

ömrünün  sonunadək  əlindən  yerə  qoymayan    Həsən  bəy 

Zərdabi” və s. 

 

 

 



 


12 

 

Görkəmli  şəxsiyyətlərin  Həsən  bəy  Zərdabi  və  onun  təsis 



etdiyi  “Əkinçi”  qəzeti  haqqında söylədikləri: 

 “Milli    mətbuatımızın  yaranmasında  görkəmli  ziyalı,  içtimai 

xadim,  nasir  Həsən  bəy  Zərdabinin  misilsiz  xidmətləri 

olmuşdur. Onun minbir əzablara qatlaşıb çap etdirdiyi “Əkinci” 

qəzeti Azərbaycanda ana dilində mətbuatın əsasını qoymuşdur.” 

 

 



 

 

                    Heydər Əliyev, 



 

 

 



 

                        Ulu öndər 



 

Azərbaycan 

mədəni-içtimai 

fikir 


tarixinin 

görkəmli 

şəxsiyyətlərindən  biri,  milli  mətbuatımızın  banisi  Həsən  bəy 

Zərdabinin  zəngin  irsi  bugünki  və  gələcək  nəsillərin 

azərbaycançılıq  məfkurəsinə  sədaqət  ruhunda  formalaşmaları 

baxımından müstəsna əhəmiyyətə malikdir. 

 

 

 



 

 

         İlham Əliyev, 



 

 

 



   Azərbaycan Respublikasının  Prezidenti 

 

Azərbaycan  ziyalılarının  çoxunun  özünə  “mənəvi  ata”  saydığı 

Zərdabi bu gün də sıramızdadır. 

                                                                   M.Ə.Sabir, 

 

 

 



 

 

             şair 



 

Sizin qəzetininzin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, 

ibarələrin  zərifliyi    və  aydınlığı,  orfoqrafiyanın  düzgünlüyü 

olmalıdır.    Çünki,  sizin  qəzetiniz,  başqa  məqalələrlə  yanaşı, 

Azərbaycan 

yazıçısının 

düzgün 

olmayan 


ifadələrdən 

təmizləməyə  çalışmalı,  bu  dildə  yazan  bütün  adamlar  üçün 

nümunə olmalıdır. 

 

 



 

 

                M.F. Axundov,  



 

 

 



 

 

        dramaturq  



 

 

 



 

 

 




13 

 

 “Əkinçi” maarifpərvər, demokratik görüşlərin yayılmsı və yeni 



içtimai əlaqələrinin yaranması uğrunda ardıcıl surətdə mübarizə 

edirdi. 


 

 

 



 

                Mirzə İbrahimov,  

 

 

 



 

                      Xalq yazıçısı 



 

Aləmi-islam bir qaranlıq içərisində qaldığı zaman bu adam əlinə 

məşəl alıb qaranlığı işıqlandırmağa çalışmışdır. O məşəl nə idi? 

Əvvəlinci mətbu kəlam idi. 



                                                              Əli bəy Hüseynzadə,  

                                                         filosof, ədəbiyyat tənqidçisi                          

Bəzən  düşünürəm  ki,  Həsən  bəyin  qismətinə  həqiqətən,  çox 

qəribə,  qəribə  olduğu  qədər  şərəfli  və  şərəfli  olduğu  qədər  də 

əzablı bir tale payı düşüb.  

                                                  

 

 



 

 

 



         Jalə Əliyeva

 

 



 

 

 



            professor 

Azərbaycanda  sənaye  və  ticarəti,  xüsusən  kənd  təsərrüfatını 

inkişaf etdirmək Zərdabinin əsas məqsədlərindən biri olmuşdur. 

Onun  “Əkinçi”  qəzetinin  demək  olar  ki,  bütün  nömrələrində 

kənd təsərrüfatı elmlərinə dair yazdığı qiymətli məqalələr də bu 

məqsədə xidmət etmişdir. 

 

 

 



                       Məmmədçəfər  Cəfərov, 

                                                                         akademik 



 

Azərbaycan  mədəniyyəti  tarixində  ədəbi-bədii  əsərlərin  milli 

mətbuat səhifələrində ilk dəfə nəşri “Əkinçi” qəzeti ilə başlanır.  

                              

 

                Adil Abdullayev,  



                                                          Əməkdar mədəniyyət işçisi    

   

  


14 

 

      Həsən bəy Zərdabi irsini  oxuculara çatdırmaq məqsədi ilə 



kitabxanada  “Sözün  dəyərinə  dayaq  duranlar”  adlı  konfrans 

keçirilə  bilər.  Bunun  üçün  kitabxanaçı  oxucuları  kitabxanaya 

cəlb edərək onları böyük maarifçinin  yaradıçılığı ilə tanış edir. 

Təyin  olunmuş  vaxtda  oxucular  kitabxanaya  gələrək  tədbirdə 

iştirak  edirlər.  Tədbiri  açıq  elan  edən  kitabxanaçı  hər  kəsi 

salamladıqdan sonra böyük maarif carçısı Həsən bəy Zərdabinin  

keşməkeşli  ömür  yolundan  və  coşğun  yaradıcılığından  söhbət 

açır: 


Kitabxanaçı: Azərbaycan

 

xalqının mədəniyyət tarixinə görkəmli 



şəxsiyyət kimi daxil olan Həsən bəy Zərdabi 40 ildən artıq bir 

dövr ərzində öz xalqının səadəti və tərəqqisi uğrunda yorulmaq 

bilmədən  əzmlə  mübarizə  aparmışdır.  Həyatının  mənasını 

xalqın  səadəti  uğrunda  mübarizədə  görən  Zərdabi  zəngin  və 

çoxcəhətli həyat yolu keçmişdir. Bu böyük mübariz elm fədaisi 

öz  qarşısında  Azərbaycan  xalqını  cəhalət  və  avamlıqdan  xilas 

etmək kimi nəcib bir məqsəd qoymuşdu və bunun üçün maarifi 

əsas  vasitə  seçmişdi.  Mövhumat  və  orta  əsr  geriliyinin  hökm 

sürdüyü, xalqımızın çəhalət və zülmət içərisində boğulduğu bir 

dövrdə Zərdabi ilk maarif məşəlini yandıranlardan biri olmuş və 

ömrünün  axırınadək  bu  məşəli  əlindən  yerə  qoymamışdır.  

“Maarifdən,  elmdən  məhrum  bir  xalq  işıqdan  məhrumdur”-

deyən Zərdabinin bütün həyatı xalqın maariflənməsi işi ilə bağlı 

olmuşdur.  O,  haqlı  olaraq,  Azərbaycanda  ana  dilində  təhsilin, 

qadın təhsilinin Azərbaycan teatrı və mətbuatının banisi hesab 

edilir.  Həsən  bəy  Zərdabinin  1875-1877-ci  illərdə  olmazın 

çətinliklər bahasına nəşr etdiyi  “Əkinçi” qəzetinin  xalqımızın 

həyatında  oynadığı  bu  rolu,  keçən  əsrin  50-60-cı  illərində 

“Kolokol” qəzeti və “Sovremennik” məcmuəsinin rus həyatında 

oynadığı  mütərəqqi  rolla  müqayisə  etmək    olar.  “Əkinçi” 

qəzetinin      nəşri  xalqımızın  mədəni  tərəqqisində  irəliyə  doğru 

atılan  mühüm  bir  addım  idi.  Həsən  bəy  Zərdabi  qəzetin 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə