Uşaq Kitabxanası



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix28.06.2018
ölçüsü1,06 Mb.
#51990
1   2   3   4   5   6   7   8   9   ...   13

15 

 

vəzifələrindən  bəhs  edərək,  onun  ilk  nömrələrində  yazmışdır: 



“Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o 

vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə 

onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə 

baxan,  xalqı  aynada  görən  kimi  görsün.”  “Əkinçi”  qəzeti  öz 

nəşri illərində bu vəzifələri layiqincə yerinə yetirmişdir. Az bir 

vaxtda  o,  Azərbaycanda  qabaqcıl  ideyaların  carçısına 

çevrilmişdir.  “Əkinçi”  qəzeti  ətrafına  toplanmış  mütərəqqi 

ziyalılar-maarifpərvər şair Seyid Əzim Şirvani, dramaturq Nəcəf 

Bəy Vəzirov, Əhsənül-Qəvvaid,  Əsgər ağa Görani və başqaları 

mürtəce  qüvvələrə  qarşı  cəhalət  və  zülmətə  qarşı,  avamlıq, 

gerilik,  mühafizəkarlığa  qarşı  kəskin  mübarizə  aparmışlar. 

“Əkinçi”  qəzeti  yerli  feodalların  təhriki  və  müstəmləkəçi  çar 

məmurlarının  təkidi  ilə    bağlandığından  sonra  da  Həsən  bəy 

Zərdabi öz qızğın maarifçilik fəaliyyətini davam etdirmişdir. O, 

“Ziya”,  (“Ziyayi-Qafqaz”),  Tiflisdə  çıxan  “Qafqaz”,  “Novoye 

obozreniye”,  Bakıda  nəşr  olunan  “Kaspi”  və  başqa  qəzetlərə 

müntəzəm  surətdə  məqalələr  yazaraq,  bir  tərəfdən  kəndliləri 

“zəli  kimi  soran”  qolçomaqları,  kəndxudaları,  kəndlilərin 

avamlığından  istifadə  edib  onları  aldadan  və  amansız  surətdə 

istismar  edən  mollaları,  müridləri,  şeyxləri,  rüşvətxor  çar 

məmurlarını  və  başqa  çəhalətpərəstləri  özünə  məxsus  bir 

cəsarətlə  ifşa  etmiş,  digər  tərəfdən  kəndlilərə  öz  hüquqlarını 

başa  düşməyə,  hər  cür  zülmə  müti  qul  kimi    dözməməyə, 

istismarçılığa qarşı müqavimət göstərməyə çağırmışdır.  



Daha sonra iştirakçılar öz çıxışlarına davam edir.  

I  iştirakçı:  Həsən  bəy  Zərdabinin  dünyagörüşünün  xarakteri, 

onun  ideya  irsi,  içtimai  fikir,  təbiətşünaslıq  sahəsindəki 

xidmətləri, çoxcəhətli əməli fəaliyyəti haqqında geniş danışmaq 

mümkündür.  Lakin  mən  onun  bu  gün  belə  öz  təravətini 

itirməyən  vətənpərvərlik  ideyaları  barədə  bir  neçə  söz  demək 

istərdim. Həsən bəy Zərdabi öz vətənini, öz xalqını tükənməz bir 




16 

 

məhəbbətlə sevən içtimai xadim idi. O, bütün ziyalıların, həqiqi 



vətənpərvərlərin  əsas  vəzifəsini  xalqı  qəflət  yuxusundan 

oyatmaqda,  elmi,  maarifi    xalq  arasında  geniş  yaymaqda 

görürdü.  O,  gənclərə  müraciət  edərək  onları  vətəninin,  xalqın 

səadəti və maariflənməsi uğrunda mübarizə aparmağa və bu işdə 

heç  kəsdən  qorxmamağa,  hər  cür  çətinliyə  sinə  gərməyə 

çağırırdı.  Vətənpərvərlik  ideyaları  Zərdabinin  əsərlərinin  ana 

xəttini təşkil edir. O, xalqın, vətənin səadəti uğrunda mübarizəni 

ən  yüksək  əxlaqi  vəzifə  səviyyəsinə  qaldırmış  və  onu  əxlaqi 

hərəkətinin    meyarı  kimi  qiymətləndirmişdir.  Onun  nəzərində 

vətənini,  xalqını,  ürəkdən  sevməyən,  vətənin  tərəqqisi  ilə 

maraqlanmayan  adamları,  sözün  əsil  mənasında  insan  hesab 

etmək 


olmaz. 

Eyni 


zamanda 

Zərdabinin 

əsərlərində 

vətənpərvərlik sadəcə olaraq vətəni və xalqı sevməklə məhdud 

edilmir.  Zərdabinin  vətənpərvərliyi  mücərrəd  vətənpərvərlik 

olmayıb, 

əməli 

fəaliyyətlə 



bilavasitə 

bağlı 


olan 

vətənpərvərlikdir.  Zərdabi  həqiqi  vətənpərliyi  saxta,  yalançı 

vətənpərvərlikdən  ayırmağı  təkidlə  tələb  etmişdir.  Onun 

nəzərincə vətənpərvərlik yalnız “boğazdan yuxarı” dildə vətəni 

sevməkdən  ibarət  olmayıb,  insana  daxilən  xas  olan  həqiqi 

vətənpərvərlik olmalıdır. Zərdabinin şərhində vətənə məhəbbət, 

onun  tərəqqisi  uğrunda  mübarizə  təmənnasız  olmamalıdır. 

Sözdə  vətənpərvərlikdən,  milləti,  xalqı  sevmədən  dəm  vurub, 

lazım gələndə öz şəxsi mənfəəti üçün xalqın mənafeyini qurban 

verənləri  Zərdabi  ən  alçaq  xainlər  adlandırmışdır.  Həsən  bəy 

Zərdabi qəti  surətdə əmin idi ki, xalq heç  bir zaman öz ləyaqətli 

oğul və qızlarını unutmur və xalıqın səadəti uğrunda sərf olunan 

əmək heç bir zaman hədər getmir.  

II iştirakçı:

     


Həsən bəy Zərdabi ilk növbədə xalq maarifi kimi 

ciddi  bir  problemin  şərh  olunmasında  dövrünün  qabaqcıl 

ziyalılardan  istifadə  etməli  idi.  Təsadüfü  deyil  ki,  o,  yenə  də 

qəzetin birinci ilində çıxan 8-ci nömrəsində Rusiyada, həmçinin 




17 

 

Bakıda  açılan  təzə  məktəblər,  oxumaq  istəyənlərin  sayca 



çoxalması və təhsil alanların milliyətcə qeyri-müsənasibliyindən 

danışan  məqaləsinin  bir  yerində  yazırdı:    “Ey  müsəlmanlar, 

mürvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə təhsil 

etməyə belə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə fayiq 

gəlsinlər, amma bizlər: allahdan buyruq, ağzıma quyruq”- deyib 

duraq! Ey

 

müsəlmanların millət təəccübü çəkən kəsləri! Bir açız 



gözünüzü,  dünyaya  tamaşa  edin...”    Qəzetdə  bir  xalqın  başqa 

xalqlar arasında nüfuz və hörmət qazanması üçün elm və təhsilin 

həlledici  əhəmiyyəti  izah  edilir.  Maraqlıdır  ki,  qəzetin  həmin 

nömrəsində yeni  üsulu məktəb əleyhdarlarını rüsvay edən Nəcəf 

Bəy  Vəzirovun  məqaləsi,  Seyid  Əzim  Şirvaninin  şeiri  də 

çıxmışdır.

 

Seyid Əzimin şeirində deyilirdi: 



 

                      Bəs “Əkinçi” bizə münasibdir,  

 

          Qiyməti yaxşı, mali-kasibdir. 



 

          Bəs “Əkinçi” çəlalımızdı bizim, 

 

          Hacehi-xoşməqalımızdı bizim.  



 

          Səy edin, ey güruhi-niksifat,  

 

          Etməsin ta bizim “Əkinçi” vəfat.  



 

 

        *************************** 



                     Vermədi yazdığı pulu hüzzar

 

          Hamı iqrarın etdilər inkar. 



                      Dedilər: “neylirik biz uşqolanı, 

 

          Hər nə tövr ilə olsa el dolanı.  



                      Nə üçün biz verək  bu barədə  pul,  

 

          Bizə bundan nə xeyir olur məhsul ...” 



 

 

 



 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə