Uşaq Kitabxanası



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix28.06.2018
ölçüsü1,06 Mb.
#51990
1   2   3   4   5   6   7   8   9   ...   13

18 

 

III iştirakçı:  Həsən bəy  Zərdabi alovlu bir   maarifpərvər kimi 

Azərbaycan  dilinə  xor  baxanlara,  “mənim  müsəlman  savadım 

yoxdur”  -  deyə  sadə  xalq  danışıq  dilini  məsxərəyə  qoyanlara 

qarşı öz qınından çıxıb, qınını bəyənməyən ibarəbazlar əleyhinə 

ciddi  mübarizə  aparırdı.  Doğma  ana  dilinə  dərin  məhəbbət 

bəsləyən və onun təmizliyini qoruyub müdafiə edən H. Zərdabi 

xalqın  başa  düşəcəyi  bir  dildə,  sadə  ana  dilində  yazırdı. 

Beləliklə,  “Əkinçi”  qaldırdığı  bütün  məsələlərə,  o  cümlədən 

xalq maarifi məsələlərinə geniş zəhmətkeş kütlələrin mənafeyi 

baxımından  yanaşmışdır.  “Əkinçi”  mövhumat  və  fanatizm 

hökmranlığı  üzərində  şimşək  kimi  parladı,  amma  tez  söndü. 

Lakin  qəzetin  səpdiyi  maarif  toxumları    sonralar,  XX  əsrinin 

əvvəllərindən  sürətlə  çücərib  boy  atdı.

 

“Əkinçi”  nin  xələfləri 



qəzetin  xalq  maarifi  və  s.  sahələrindəki  ənənələri  öz 

mübarizələrində davam və inkişaf etdirdilər.

 

Həsən bəy Zərdabi 



xalq  sənəti,  xalq  yaradıcılığı,  onun  bədii,  estetik,  məfkurəvi 

əhəmiyyəti haqqında çox qiymətli fikirlər söyləmişdir. Müəyyən 

bir sistem təşkil edən bu fikirlərin azəri folklorşünaslığı elminin 

tarixində mühüm yeri və mövqeyi vardır. 



IV

 

iştirakçı:   Həsən bəy Zərdabi bizim üçün kimdir?.. XIX əsrin 

böyük  azərbaycanlısı.  “Əkinçi”  qəzetinin  adı  təsadüfi 

seçilməmişdi.  Bu  adın  yalnız  qəzetin  aqrar  istiqamətini 

müəyyənləşdirdiyini  düşünmək  sadəlövhlük  olardı.

 

“Əkinçi” 



sözünün  altında  böyük  rəmzi  məna,  geniş  və  əhatəli  fəaliyyət 

proqramı  gizlənirdi.  Təkçə  Azərbaycan  kəndlisini  daha  yaxşı, 

daha  səmərəli  işləməyə  öyrətmək  yox,  həm  də  onun  ürəyinə, 

şüuruna  maarif toxumu səpmək lazım idi. Təkcə “süddən yağ 

qayırmağı” öyrətmək yox, həm də bir millət kimi birləşə bilmək 

təcrübəsini  aşılamaq  lazım  idi.    Bir  sözlə,  maarif,  mədəniyyət  

əkinçisi  üçün  ən  böyük  meydan  şüurunu  fanatizm,  cəhalət  və 

laqeyidliyin  alaq  otları  basmış  geniş  kütlə  idi.  Zərdabi  özü 

Azərbaycan  mədəniyyəti  tarixində  belə  bir  Əkinçi  oldu.  Onun 



19 

 

1875-ci  ildən  başlayaraq  səpdiyi  maarif  toxumları  çüçərərək 



“Kəşkül”  ü  və  “Şərqi-rus”  u  yaratdı,  qanlı-qadalı  1905-ci  ildə 

xalq üçün “Həyat” a və “İrşad”a çevrildi. “Molla Nəsrəddin” i 

ərsəyə  gətirdi.  “Füyuzat”  oldu.  Böyük  əkinçi-Zərdabi  hələ  öz 

sağlığında  yorulmaz  fəaliyyətinin  ilk  bəhrələrini  gördü.  Onun 

fikirlərinin  davamçısı  olan  azyaşlı,  lakin  cəsur,  iradəli 

maarifpərvərlər ordusunun bir zamanlar təkbaşına başladığı işi 

necə  əzəmətlə  davam  etdirdiyinin  şahidi  oldu.  Həsən  bəy 

Zərdabi bütün həyatı və əməlləri ilə sübut etdi ki, tək əldən də 

səs çıxar, təki bu əl xalqa doğru uzanmış olsun! 

         Həsən bəy Zərdabinin 180-illik yubieyi ilə bağlı keçirilən 

tədbirlərdən  biri  də  Əməkdar  jurnalist  Tahir  Aydınoğlunun 

tərtib  etdiyi  “Həsən  bəy  Zərdabi  xatirələrdə”  adlı  kitabının 

təhlilidir.  Kitabda  Azərbaycan  milli  teatrının  və  mətbuatının 

banisi, görkəmli jurnalist, xeyriyyəçi, içtimai xadim Həsən bəy 

Zərdabinin  yaradıcılığından  bioqrafik  səpkili  nümunələr,  onun 

doğmalarının-həyat yoldaşı Hənifə xanım Abayeva-Məlikova , 

kürəkəni  Əlimərdanbəy  Topçubaşovun  xatirələri  və  tanınmış 

zərdabişünasların məqalələri toplanmışdır. 

Böyük  şəxsiyyət

 

Həsən  bəy  Zərdabnin  yubileyi  ilə  əlaqədar 



“Zərdabi  irsinin  şah  əsəri  “Əkinçi””  adlı    sual-cavab  təşkil 

edilə bilər. Sual-cavab kitabxanaçı tərəfindən kitabxanada təşkil 

edilir. Kitabxanaçı böyük insan, vətənpərvər şəxsiyyət Zərdabi 

haqqında bir sıra əsaslı məlumatlar verir:  

     Əziz  uşaqlar,  Bakıda  İçərişəhərdə-Azərbaycan  Milli 

Ensiklopediyası  Baş  Redaksiyasının  binası  qarşısında 

H.Zərdabinin  əzəmətli  heykəli  qoyulub.  Soruşa  bilərsiniz,    nə 

üçün  heykəl  məhz  bu  binanın  qarşısında  ucaldılmışdır.  Çünki 

Zərdabi  tariximizə  milli  mətbuatımızın  banisi  kimi  daxil 

olmuşdur.  Həsən  bəy  Zərdabi  1837-ci  ildə  maarifpərvər  bir 

ailədə doğulmuşdur. İlk təhsilini mollaxanada alsa da, dini təlim 

üsulu  onun  ürəyinə  yatmırdı.  O,  sonralar  Şamaxı  şəhər 




20 

 

məktəbində  oxudu.  Məktəbi  bitirdikdən  sonra  isə  Moskva 



Universitetinin  fizika-riyaziyyat  fakültəsinin  təbiətşünaslıq 

şöbəsinə imtahansız daxil olundu. O, təhsilini başa vurduqdan 

sonra  Azərbaycana  qayıtmış,  xalqının  milli  mədəniyyətinin 

inkişafı  yolunda  çalışmışdır.  1869-cu  ildə  Bakı  realnı 

gimnaziyasında  təbiyyat  tarixindən  dərs  deyən  Zərdabi 

mütərəqqi  fikirlərinə  görə  dəfələrlə  təqib  edildiyindən 

müəllimlikdən əl çəkib, xalqı üçün geniş mədəni tədbirlər həyata 

keçirmək  uğrunda  fəaliyyətə  başlamışdır.  Zərdabi  Azərbaycan 

peşəkar  teatrının  yaradıcılarından  biri  olub.  Azərbaycanda 

demokratik  mətbuatın  təşəkkülündə  Zərdabinin  böyük  xidməti 

olmuşdur.  Onun  redaktorluğu  ilə  ana  dilində  nəşr  olunan 

“Əkinçi”  qəzeti  (1875-1877)  xalqın  maariflənməsi  yolunda 

böyük iş görmüşdür.  Milli mətbuatımızın ilk nümunəsi olan bu 

qəzet  demokratik  ideyaları  yaymaq  uğrunda  mübarizə 

aparmaqla yanaşı, təhsilin faydasından danışır, təkidlə gəncləri 

məktəbə çağırırdı. O, nümunəvi dərs kitablarının olmasını yaxşı 

təhsilin  ilk  şərtlərindən  sayırdı.  Köhnə  məktəblərdəki  təlim-

tərbiyə  üsullarını  kəskin  tənqid  edirdi.  “Əkinçi”  qəzetinin 

səhifələrində  uşaqların  qidalanması,  geyimi,  gigiyenası  və  s. 

məsələlərə  aid  yazılar  da  çap  olunurdu.  Zərdabi  zəhmətkeş 

kütlələrin  xoşbəxtlik  və  tərəqqisini  elmdə  görmüş,  elmin,  

təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişdir. O, geniş 

içtimai    fəailiyyət  göstərmiş,  N.Nərimanov  və  b.  ilə  birlikdə 

1906-cı  ildə  Azərbaycan  müəllimlərinin  Bakıda  keçirilmiş  I 

qurultayının  işində  yaxından  iştirak  etmişdir.  Xalqın  səadəti, 

maariflənməsi  yolunda  çalışıb  mübarizə  aparanlar  heç  vaxt 

unudulmur. Zərdabi belə bir mübarizlərdən idi.  

 

 



 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə