Uşaq Kitabxanası



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix28.06.2018
ölçüsü1,06 Mb.
#51990
1   ...   5   6   7   8   9   10   11   12   13

24 

 

içtimai fikrin canlanmasına təkan verdi. H.Zərdabi nəşr etdirdiyi 



qəzetin  adını  “Əkinci”  qoysa  da,  orada  qabaqcıl  mütərəqqi 

ideyalar  təbliğ  olunurdu.  Azərbaycan  xalqının  ana  dilində 

oxuması çox əlamətdar bir hadisə idi. “Əkinci” də öz növbəsində 

ana  dilinin  saflığı,  zənginləşməsi  uğrunda  mübarizə  aparırdı. 

Həsən  bəy  Zərdabi  öz  həyatı  boyu,  eləcə  də  qəzetin 

səhifələrindəki yazı ilə xalqa fayda verən işlərlə məşğul olmağı 

əsas  vəzifə  hesab  edir,  Azərbaycanda  peşəkar  teatrın 

bünövrəsini qoymaq, xeyriyyə cəmiyyətini açmaq Bakı Realnı 

Məktəbində  müəllimlik    və  maarifçiliyi  inkişaf  etdirmək,  rus 

məktəbində  əməkdaşlıq  etmək  və  s.  ilə  məşğul  olurdu.  O, 

əməkçi  xalqa,  onun  tərəqqisinə  və  mübarizəsinə  xidmət  edən, 

zülmə,  haqsızlığa,  rəzalətə  qarşı  və  ümumiyyətlə,  xalqı 

cəhalətdə saxlayan, onun inkişafına maneəçilik törədən hər bir 

şeyə  qarşı  mübarizə  aparan  mətbuatın  tərəfdarı  idi.  XIX  əsr  

Azərbaycan  içtimai  fikri,  mətbuatı,  ədəbiyyatı  və  dilinin, 

həmçinin  təbiətşünaslıq  elminin  tarixini  öyrənmək  üçün 

“Əkinci”  çox  böyük  və  mühüm  bir  mənbə  idi.  Qəzetin 

“Daxiliyyə”,  “Elm  xəbərləri”,  “Mətbuat”,  “Əkin  və    ziraət  

xəbərləri”  və  “Əfhali-əhli-dehat”  bölmələrində  faktlara 

əsaslanan  çox  qiymətli  yazılar  dərc  olunurdu.  Həsən  bəy 

müxtəlif rublikalar altında verilən qəzet materiallarında özünün 

və  əqidə  dostlarının  S.Ə.Şirvani,  Əliməmməd  Abdulzadə, 

Əhsənül  Qəvaid,  Məhbus  Dərbəndi,  Məmnun  Əlgədarı, 

N.B.Vəzirov, Əsgər Gorani və başqalarının mütərəqqi fikirlərini 

yayır  və  məqsədinə  nail  olmaq  üçün  müxtəlif  formalardan 

bacarıqla  istifadə  edirdi.  Hər  bir  sahədən  oxuculara  bilik  və 

məlumat  verməyə,  həmvətənlərində  savad  ehtiyatı  yaratmağa 

səy göstərirdi. “Əkinci” yə nəzər salarkən onun içtimai, iqtisadi, 

elmi,  mədəni  işi  sırf  əməli  və  maarifləndirici  işlə  bir  yerdə 

paralel  surətdə  aparılmasının  canlı  şahidi  oluruq.  Qəzetin 

səhifələrində  dərc  olunan  yazıların  əksəriyyətində  yeni  tipli 



25 

 

mədəniyyət yaradılması məsələləri - qədim ədəbiyyat, incəsənət, 



dil, pedaqogika, dərslik, tərcümə, kitab nəşri, kitabxana, məktəb 

və s. əsas yerlərdən birini tutur. Eyni zamanda kiçikyaşlı məktəb 

uşaqlarına dərslik əvəzinə “Leyli və Məcnun”, “Min bir gecə”, 

“Pişik  və  siçan”  kimi  əsərlərlə  onların  mütailə  dairəsinin 

məhdudlaşdırılması  məzəmmət  və  tənqid  edilirdi.  Qəzet-

pedoqoji  meyllərin  təbliği  ilə  yanaşı  məktəb,  təlim-tərbiyə 

məsəlləri  ətrafında  mübahisə  və  müzakirələrindən  də 

çəkinmirdi.  H.Zərdabi  1876-cı  ildə  dərc  etdirdiyi  bir 

məqaləsində  Bakıda  klub  açmaq,  qiraət  üçün  kitab  və  qəzet 

gətirmək,  Azərbaycan  dilində    elmi  kitablar  hazırlayıb  çap 

etmək məqsədi ilə xüsusi bir cəmiyyət düzəldilməsi məsələsini 

irəli  sürürdü.  “Elmi  xəbərlər”  bölməsində  dərc  olunan  yazılar, 

əsasən maarifləndirici məqsəd daşıyırdı. O zaman Bakıya gəlmiş 

bir  fransız  jurnalisti  H.  Zərdabi  ilə  söhbətində    belə  demişdi:  

“Doğrusu siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul 

qəzet  üçün  işləmək  istəyən  adam  tapmaq  olmazdı.  Sizin 

qüvvətinizə heyran edirəm. Belə məlum olur ki, siz öz xalqınızı 

çox  istəyirsiniz.  Zərdabi  “Əkinci”  vasitəsilə    Azərbaycan 

ellərinə  maarif  işığı  saçacağı  günləri  düşünür  və  bu  məqsədlə 

yorulmadan çalışırdı. Bununla bağlı suallara isə “at ölüncə otlar” 

deyə  cavab  verirdi.  Qəzetin  1875-ci  ilin  6-cı  nömrəsində 

S.Ə.Şirvaninin  imzasız  dərc  edilmiş  bir  qəzəlində  Həsən  bəy 

Zərdabinin zəkalı bir şəxs olaraq zəmanəsində meydana çıxması 

və xalqı bu zəlalətdən qurtarmağa çalışmasından bəhs edilirdi:  

           Həzəran, şükr kim, bir 

                    şəxsi-aliqədr hümmətdən  

           Qəzet bünyadıma Rusiyyədə  

                     izn adlı dövlətdən 

             Məlikzadə Həsən bəy  

                    arifi-dünya  Zərdabi 




26 

 

             Götürdü əhli-islami bu 



 

         gün xaki-məzəllətdən 

             Zəbani-türk ilə ağah  

 

          eylər əhli-Qafqazi 



             Gəhi tazə xəbərlərdən, 

 

           gəh asari-hökümətdən  



             Olub sövdagəri-xeyir ol  

                       mükərrəm əhli-islami 

             Xəbərdar eylədi hər nəfü 

                       hər kəsbü ticarətdən... 

“Əkinci”nin ilk nömrələrindən Həsən bəy Zərdabi dad-

fəryad  edirdi  ki,  milləti-islami  qəflət  yuxusundan  oyatsın  və 

ayılanlıar da qeyrilərini qəflət yuxusundan ayıltsınlar. Bu yol, bu 

qayə  “Əkinci”nin  əsas  amalı  olmuşdur.    “Əkinci”  Həsən  bəy 

Zərdabinin ümidi, ən çox sevdiyi “övladı” idi. O, bu qəzeti uzun 

müddət yaşatmağa və orada ən vacib məqalələrini dərc etməyə 

ümid  bəsləyirdi.  Lakin  irtica  onun  arzusunu  ürəyində  qoydu. 

Son dərəcə ağır məşəqqətlər üzündən 1877-ci il sentyabrın 29-

da  “Əkinci”  qəzeti  öz  nəşrini  dayandırmağa  məcbur  oldu. 

Azərbaycan əbədiyyatı və mətbuatının bütün qabaqcıl xadimləri 

“Əkinci”  qəzetinin  bağlanmasından  xeyli  sonra  da  onun 

aktuallığını 

itirməyən 

demokratik-maarifçi 

ideyalarına 

yiyələnməyi  və  onları  yaşadıb  inkişaf  etdirməyi  özlərinə  borc 

bilirdilər. Bunun ən parlaq nümunəsi məşhur “Molla Nəsrəddin” 

jurnalının  və molla nəsrəddinçilərin “Əkinci” qəzeti və həmin 

qəzetin əsas müəllifləri ilə ideya-varislik əlaqəsidir. Həsən bəy 

Zərdabi qəzetin bağlanması ərəfəsində haray çəkərək “Əkinci” 

işığının sönməkdə olduğunu bildirir və onun xilası üçün xalqdan 

imdad diləyirdi.  Bu Həsən bəyin “Əkinci” qəzeti ilə bağlı son 

fəryadı idi.  



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə