Uşaq Kitabxanası



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix28.06.2018
ölçüsü1,06 Mb.
#51990
1   ...   5   6   7   8   9   10   11   12   13

27 

 

Diqqəti  cəlb  edən  cəhətlərdən  biri  qəzetin  səhifələrində 



şöbələrin yerinin sabit və ardıcıl olması idi. “Əkinçi” nin nəşri 

boyu şöbələr aşağıdakı ardıcıllıqla verilmişdir:  

1. 

Daxiliyyə. 



2. 

Əkin və ziraət xəbərləri (sonralar “Əfali-əhli-dəhat”). 

3. 

Məktub. 


4. 

Elm xəbərləri.  

5. 

Təzə xəbərlər. 



 

                             Göylərdə anadil uçar. 



     (Həsən bəy Zərdabinin və “Əkinci” nin ruhuna) 

           Əsrin o tayında qalıb “Əkinci”, 

           Əkdiyi toxumlar yanmayıb hələ... 

           Zəmini dərzləyən halal biçinçi

            Kişinin haqqını danmıyıb hələ.  

       


            Sözün sinəsinə dağ çəkən qələm

            Sözün səngərinə Tanrı dayaqdır. 

            Sözün bostanına turp əkən qələm

            Bil ki, Həsən bəyin yurdu oyaqdır.  

 

            Qələmlər rəngbərəng, qələmlər çin-çin 



            Dəm tutan, züytutan, əl çalanı var.  

            İnsanlar cürbəcür, xasiyyət min-min 

            Enəni, qalxanı, alçalanı var... 

 

             Qələmlə Tanrının arasındakı  



             Göylər bağçasında anadil ötər.  

             Piyada qələmlər sırasındakı  

             Neçə naxələfi bircə söz tutar.  

                                                        Əli Rza Xələfli 




28 

 

     Oxucuların  sevərək  və  xüsusi  fəallıqla  iştirak  etdiyi 



tədbirlərdən  biri  də  kitabxanaçının  oxucular  arasında  keçirdiyi 

“Doğru sözün ulu qayəsi” adlı Həsən bəy Zərdabinin həyat və 

yaradıcılığının  təhlilidir.  Kitabxanaçı  ilk  öncə  kitabsevərləri 

salamlayaraq  Həsən  bəy  Zərdabinin  həyat  və  yaradıcılığı 

haqqında önəmli məlumat verməyə başlayır.   



      I  Ktabxanaçı:  Həsən bəy Məlikov hər zaman elmə, təhsilə 

xüsusi bağlılığı ilə hər zaman fərqlənmişdir. Bu məhəbbət ona 

göstərilən  ətraf  təzyiqlərə  baxmayaraq,  təhsilini  davam 

etdirməkdə  müsbət  təsir  göstərmişdir.  Onun  elmi  əsərləri 

sırasında təbiətlə, təbiətşünaslıqla bağlı təbiət və harmoniyasını 

təcəssüm etdirən “Torpaq, su və hava”, “Qan nə dövr bədəndə 

dövr  edir?”,  “İnsanın  bədəninin  hissələri”,  “Xörək  yemək,  su 

içmək”  və  b.  əsərləri  öz  zamanına  görə  təbiətşünaslıq  elminə  

görə,  xüsusilə  Azərbaycan  təbiətşünaslığına  mühüm  töhfə 

olmuşdur.  Ona  görə  də  Azərbaycan  alimləri,  tədqiqatçıları 

Heydər  Hüseynov,  Ziyəddin  Göyüşov,  Mirəli  Axundov, 

Məhəmmədəmin 

Əfəndiyev, 

İzzət 


Rüstəmov 

onun 


yaradıcılığını  monoqrafiyalar  səviyyəsində  tədqiq  etmişlər.

 

Azərbaycanın  məşhur  simaları  Mirzə  İbrahimov,  Feyzulla 



Qasımzadə,  Kamal  Talıbzadə,  Abbas  Zamanov  tərəfindən 

Zərdabinin  həyat  və  yaradıcılığına    qiymətli  əsərlər  həsr 

olunmuş, o, həm görkəmli tədqiqatçı alim, həm də maarifpərvər 

xadim  kimi  tədqiq  edilmişdir.  Tədqiqatlardan  öyrənirik  ki, 

“Əkinçi” qəzetinin dövriyəyə buraxıldığı ideyalar milləti oyadır, 

çalxalayır,  qütübləşmədə  elmi  üstünlüklərinə  rəvac  verirdi. 

Həsən  bəyin  “Torpaq,  su  və  hava”  əsəri  bu  cəhətdən    mühüm 

təsir bağışlayır. Xalqı cəhalətdən qoparmaq, onu təbiətşünaslıq 

elminin  ixtiyarına  vermək  çox  müşkül  məsələ  idi.  Həsən  bəy 

belə bir zamanda 1905-ci ildə “Həyat” qəzetində “Torpaq, su və 

hava” əsərini, digər elmi-təbiətşünaslıq məqalələrini çap etdirdi. 



29 

 

O, torpağın, Yer kürəsinin yaranmasının təbii şəraitlə bağlı elmi, 



təkamül  nəzəriyyəsindən  yararlanaraq,  Yerin,  cansızların, 

canlıların yaranmasının elmi-tarixi izahını verir, təkamül amilini 

önə  çəkərkən  həm  dünya,  həm  rus  elminin  nailiyyətlərindən 

bəhrələnirdi.  Bununla  yanaşı,  Həsən  bəy  təbiət  elminin  böyük 

alimlərinin  əsərlərindən  irəli  gələn  nəticələri  və  özünün  elmi 

baxışlarını  sadə  və  məntiqi  dillə  inandırıcı  şəkildə  oxuculara 

çatdırırdı. Suyun əmələ gəlməsi, qitələrin, torpağın yaranması, 

dəryalar, cəzirələr (adalar) haqqında müfəssəl məlumat verirdi. 

Dalğaların əmələ gəlməsi, zəlzələlər və vulkanlar, uçqunlar və 

daşqınlar  haqqında  maraqlı  araşdırmalar  aparırdı.  Təbətşünas 

alim  Həsən  bəy  Zərdabi  “Zaqafqaziya    çöllərində  meşə 

salınması”  məqaləsində  yaşıllığın  artmasının  iqlimə,  havaya 

müsbət  təsirini  əsaslandırır  və  qeyd  edirdi  ki,  Yerin  iqliminin 

dəyişməsi  müxtəlif  səbəblərdən  asılıdır,  burada  mühüm    rolu 

bitki örtüyü oynayır.  Həsən bəy sanki iki  yüz il  bundan əvvəl 

ekologiyamızda bugünkü vəziyyəti  görür, insanların təbiətdən 

harmonik 

və 


ölçü-biçili 

istifadəsinin 

istiqamətlərini 

müəyyənləşdirirdi.

 

Həsən bəyin bu və digər təbiət hadisələri ilə 



bağlı narahatlığını təbiətin böyük dostu fədakar alim, akademik 

Həsən  Əliyev  qələmi  və  əməli  ilə  bölüşmüşdür.  İki  böyük 

mütəfəkkir,  iki  yorulmaz  alim,  iki  Həsən-biri  keçən  əsrin 

əvvəlində, digəri sonunda-təbiətimizin, ekalogiyamızın mübariz 

qoruyucuları və tədqiqatçıları olmuşdur. “Əkinçi” dən başlayan 

“Ziya”,  “Kəşkül”,  “Həyat”,  “Kaspi”,    “Novoye  obozreniya”,  

“Dəbistan”,  “Məktəb”,  kimi  qəzet,  və  jurnallar  vasitəsilə 

mübarizə  aparan  bu  dahi  insanın  ruhu  Azərbaycan  təbiətinin 

canlanması, qorunması, zənginləşməsi ilə rahatlıq tapacaq.   

 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə