5
nəhayət, dördüncü dəfə-1841-ci ildə bu möhtəşəm elm ocağına
üzv seçilmişdir.
Hüqo yaradıcılığının ikinci dövrü 1850-1870-ci illəri əhatə
etmişdir. Bu illər ərzində ədibin “İntiqam” (1852), “Tamaşalar”
(1856), “Qərinələr əfsanəsi” (1858), “Küçələr və meşələr” şeir
kitabları,
“Mentana” poeması nəşr olunmuşdur.
Hüqo
yaradıcılığının bu dövrdə yaratdığı ən böyük əsər, şübhəsiz ki,
dahi Tolstoyun “Fransız ədəbiyyatının ən yaxşı romanı”
adlandırdığı “Səfillər” (1852) romanıdır. Bununla yanaşı müəllif
1866-cı ildə “Dəniz zəhmətkeşləri”, 1869-cu ildə “Gülən adam”
romanlarını yazmışdır.
Hüqo yaradıcılığının üçüncü dövrü isə 1870-1885-ci illəri
əhatə edirdi. 1870-ci il Fransa-Prussiya müharibəsi başlamış,
Fransa məğlub olmuşdur. Prussiya qoşunları Fransanın böyük
bir hissəsini işğal etmişdir. Vətənpərvər Hüqonun səsi ucalmış
və bu səs bütün Fransa xalqını vətəni müdafiəyə qalxmağa
çağırmışdı: “Nəyin bahasına olursa-olsun vətəni müdafiə etmək
lazımdır”. Həmin illərdə Hüqo “Dəhşətli il” (1872), kitabını,
“Dörd ruh küləyi” (1881), “Qərinələr əfsanəsi” (1883) şeirlər
kitablarını, 1874-cü ildə isə “Doxsan üçüncü il” romanını nəşr
etdirmiş, eyni zamanda 1871-ci ildə Milli Məclisə seçkilər
zamanı Parisdən deputat seçilmişdir.
Viktor Hüqo 1885-ci il may ayının 22-də 83 yaşında vəfat
etmişdir. Sənətkarın ölüm günü Fransada milli matəm elan
olunmuşdu.
M.Qorki Hüqo haqqında belə demişdi: “Bu tribun şair
dünyanın başı üzərində bir tufan kimi gurlayıb, insanın ruhunda
olan bütün gözəlliklərə həyat verdi, can verdi... O, bütün
insanlara həyatı, gözəlliyi, həqiqəti və Fransanı sevməyi
öyrətdi”.
Viktor Hüqonun yaradıcılığını gənc nəslə, məktəblilərə
tanıtmaq üçün kitabxanada bir sıra tədbirlər keçirilə bilər. Bu
6
tədbirlərin əsas mahiyyəti ədiblərin, eləcə də sözü gedən
yazıçının yaradıcılığına oxucu diqqətini yönəltmək və onun
əsərlərini tanıtmaqdır. Tədbirdə yazıçının həyat və yaradıcılığı,
əsərləri oxuculara çatdırılmalıdır. Kitabxanada keçirilən belə
tədbirlər oxucular tərəfindən çox gözəl və rəğbətlə qarşılanır,
kitaba və mütaliəyə qarşı sevgi aşılanır. Bu öhdəlik ən çox
kitabxanaçının üzərinə düşür. Bu münasibətlə kitabxanada
yazıçının kitab sərgisi hazırlanır. Sərgiyə “Böyük fransız
yazıçısı Viktor Hüqo”, “Şeir magistri”, “Vətənpərvər yazıçı”,
“Romantik ədəbiyyatın parlaq siması”, “Ədalət carçısı”,
“Fransız romantizminin patriarxı”, “Humanist sənətkar”, “XIX
əsrin
korifeyi”,
“Fransız
ədəbiyyatının
milyarderi”,
“Romantizm və Hüqo”, “Fransa xalqının böyük yazıçısı”,
“Alovlu vətənpərvər və demokrat” və s. kimi başlıqlar verilə
bilər. Bundan başqa sərgidə yazıçının kitabları, dövri mətbuatda
çap olunan müxtəlif materialları və onun söylədikləri sitatlar
verilir.
Kitabxanada təşkil olunmuş sərginin ətrafında kitabxanaçı
V.Hüqonun yaradıcılığı haqqında oxuculara ətraflı məlumat
verə bilər.
8
Viktor Hüqonun söylədiyi aforizmlər
Aristokratlar qadınların təhqir bildiyi bir şey-qocalıqla fəxr edir.
Onların hər ikisi cavan qalmaq illüziyasını yaşayır.
Ən çox fantaziyalarımız bizə bənzəyir. Hər kəsin arzusu onun
naturasına uyğun biçilib.
Xalqın böyüklüyü onun sayı ilə ölçülmür, necə ki, insanın
böyüklüyü onun boyu ilə ölçülməz.
Yeganə ölçü vahidi əqli inkişaf və mənəvi səviyyə ola bilər.
Camaatı teatrda cəlb eləməyin iki yolu var: dahilik və həqiqilik
vasitəsiylə. Dahilik kütlələri, həyatilik isə ayrı-ayrı adamları
cəlb eləyir.
Nadanlıq çalasının üstünü örtsəz, cinayətlərin kökünü də kəsmiş
olarsınız.
Sevgidə insana həmişə nəsə çatışmır. Xoşbəxt olanda cənnət
istəyir, cənnətdə olanda açıq səma arzulayır. Sevənlər, bütün
bunları sevginizdə tapmağı öyrənin!
Populyarlıq pula dəyişdirilmiş şöhrətdir.