Uşaq Kitabxanası



Yüklə 154,81 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü154,81 Kb.
#32158


 

F.Köçərli adına Respublika



Uşaq Kitabxanası

 

 

   



 

 

 



 

         Realist romanlar banisi Daniel Defo 

 

 

 

Daniel Defonun 355 illik yubileyi münasibəti ilə  

respublika uşaq kitabxanaları  üçün hazırlanmış  metodik 

vəsait

 

 

 

 

 

 

 

 

Bakı – 2015  

 

 

 

 

 



 

 



 

 

Tərtibçi:                                



    Aynurə Əliyeva  

 

Redaktor və buraxılışa məsul:               Şəhla Qəmbərova 



 

                             

 

 

İngilislərin sərvəti :  Daniel Defonun  355  illik yubileyi 

münasibəti ilə respublika uşaq  kitabxanaları  üçün 

hazırlanmış metodiki vəsait /tərt. ed. A. Əliyeva; red.  və  

burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq 

Kitabxanası.- Bakı, 2015.- 25 s. 

 

 

 

 

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanası 

 

 

2015   

 

 

 

 



 

 



 

  Tərtibçidən 

 

 

                 İngilislərin sərvəti 

Ta  qədim  dövrlərdən  bu  günkü  günümüzədək  yaşamış 

məhşur  yazıçıların,  şairlərin  adlarını  çəkəsi  olsaq  bizə  bir 

qəzet  səhifəsi  deyil  cild-  cild  kitablar  lazım  gələcək.  Bəli, 

ömürlərini bədii yaradıcılığa, qələmə həsr etmiş söz adamları 

çox olmuşdur.Və mən belə deyərdim, xoş o şəxsin halına ki, 

belə  nəhənglərin  kitablarını  bacardığı  qədər  çox  oxuya 

bilmişdir. Amma onu da etiraf etmək lazımdır ki, dəyərli söz 

adamları  hər  nə  qədər  olsa  da,  bəşəriyyət,  cəmiyyət  bütün 

dövrlərdə  onların  varlığına,  insanlarda  bədii  zövqü 

formalaşdıran, mənəviyyatı zənginləşdirən istedad sahiblərinə 

həmişə  ehtiyac  duyub.  Həmin  ehtiyac  elə  bu  gün    də  var, 

yəqin  ki,  sabah  da  olacaq.    Çox  maraqlıdır,  bu  istedadlar 

sırasında  elələri  də  var  ki,  onların  yaratdıqları  obrazlar, 

qəhrəmanlar  müəllifin  öz  adından,  imzasından  daha  məşhur 

olub,  yazıçının  qəhrəmanı  ilə  tanıyıblar.  Əminəm  ki,  Daniel 

Defo  haqqında  da,  eşitməyən  elə  adamlar  var  ki,  Robinzon 

Kruzodan daha çox şeylər danışa bilərlər. Ser Defo Robinzon 

Kruzo haqqında  yazdıqlarını təxminən dörd yüz ilə yaxındır 

ki,  oxuculara  tanıtdırır.  Məncə  tanıtmağa    hələ  davam 

etdirəcək də.  

 



 

                                        Ön söz 



 

   XVIII  əsrin  Avropa  cəmiyyəti  sosial-mədəni  sfera  kimi 

daha çox “maarifçilik epoxası” olaraq tanınır. Feodal içtimai-

tarixi 


münasibətlərinin 

öz 


yerini 

burjua-kapital 

münasibətlərinə  verməsi  ilə  səciyyələnən  bu  dövr  sosial-

iqtisadi  həyatda  olduğu  kimi,  içtimai-fəlsəfi    fikirdə,  o 

cümlədən  bədii-estetik  düşüncədə  köklü    yeniləşmələrə 

meydan  açır.  Maarifçilik  dövrü  ədəbiyyatının    əsas 

istiqamətləri  klassisizim,  maarifçi  realizm,  sentimentalizm, 

erkən  romantizm  idi.  Hər  bir  Avropa  ölkəsində  həmin 

istiqamətlərin  yerli  mühitdən  doğan  özünəməxsusluğu  var. 

İngilis ədəbiyyatında bu dövrə Stil və Addisonun  jurnalistik 

fəaliyyəti,  Aleksandr  Popun,  Conatan  Sviftin  və  Daniel 

Defonun  yaradıcılığı  aiddir.  Yeni  dövr  Avropa  realist 

romanının  banisi  Daniel  Defo  (1660-1731)  hesab  olunur. 

Onun  yaradıcılığı    ingilis  nəsrinin  təkamülündə  bütöv    bir 

dövrü  əhatə  edir.  Maarifçilik  romanı  tarixində  ilk  pillə 

olmaqla  bərabər,  Defo  yaradıcılığı  XIX  yüzillikdə  sosial 

mühitin    irimiqyaslı  mənzərəsini  əks  etdirən  realist  romana 

yol  açmışdır.  D.Defo  roman  janrının  macəra,  bioqrafiya, 

psixoloji, tarixi və tərbiyəvi roman kimi rəngarəng növlərinin 

əsasını qoymuşdur. Onun yaradıcılığında bu formaların daxili 

strukturu hələ tam mükəmməlliyi ilə açılmasa da, məhz Defo 

onları  özünəməxsus  şəkildə  işləmiş,  roman  janrının  ümumi 

inkişaf xəttini müəyyənləşdirmişdir.   

Ədəbi  fəaliyyətə  1697-ci  ildə  başlayan  D.Defo  ilk 

çalışmalarını  jurnalistika  istiqamətində  aparmış,”Layihələrə 



 

dair  təcrübə”  (1697)  əsərində  bir  sıra  iqtisadi  və  içtimai 



islahatlar  keçirilməsi  ideyasını  irəli  sürmüş,  vətəndaş 

azadlıqlarına    dair  broşüralar  yazmışdır.  O,1685-ci  ildə  kral 

Yakov  əleyhinə    hersoq  Monmutun  başçılıq  etdiyi  üsyanın 

iştirakçısı  olmuşdur.  1688-ci  ildə  III  Vilhelm  siyasətini

 

dəstəkləyən  Defo  kral  III  Vilhelm 



Oranlını “qeyri-ingilis” kimi 

gözdən  salmağa  çalışan  zadəganlara  qarşı  yönəldilmiş  “Əsl 

ingilis”  (1701)  adlı  satirik  şeirini  yazıb  özünə  müsbət  siyasi 

imic  və  karyera  qazanmağa    çalışmışdır.  Əsilzadələrə  qarşı 

olan kin  və  ironiya Defonun  satirasını tez bir zamanda xalq 

arasında 

məşhurlaşdırmışdır. 

Defo 


anonim 

şəkildə 


“Dissenterlərə  divan  tutmağın  kəsə  yolu”(1702)  pamfletini 

yazmışdır.  Pamfletdə  etiqad  azadlığını    müdafiə  etdiyi  üçün 

Defo  böyük  məbləğdə  cərimələnməyə,  yüksək  rüsvayçılıq 

sütununa  bağlanmağa    və  həbsə  məhkum  olunmuşdur.  

Hökümətin  gizli xəfiyyəsi olmağa razılıq verən Defo bunun 

müqabilində  həbsdən azad edilmişdir. Bu hadisələrdən sonra 

Daniel  Defo  siyasətdən  həmişəlik  getməyə  qərar  vermişdir. 

O,  həbsxana  həyatı  ilə  vidalaşandan  sonra,  yaradıcılıq 

həyatına  qədəm  qoymuşdur.    Onun  qələmə  aldığı  bədii 

əsərlərdə  cəmiyyətin  daxili  mexanizmində  hökm  sürən 

ədalətsizliyə,  amansızlığa,  antihumanist  cəhətlərə  açıq  və  ya 

dolayı şəkildə münasibət bidirilirdi. Yazıçı  bədii sözün gücü 

ilə  həyata  müdaxilənin  bütün  mümkün  variantlarını 

gercəkləşdirməyə  cəhd  edirdi.  Defonun  siyasi  və  ədəbi  –

estetik  baxışlarını  ifadə  edən  maarifçilik    ruhlu  əsərləri  

həmin  meylin  təzahürü  idi.  Bu  sıradan,  şübhəsiz,  onun  ən 

monumental  və  uğurlu  işi  dünya  ədəbiyyatı  tarixində 

özünəməxsus iz qoyan “Robinzon Kruzo” romanıdır . Bu əsər 

yazşçının dünyanı fəth edən ən məhşur əsəridir. Əsər işıq üzü 



 

görəndən  ta  indiyədək  dünyanın  elə  bir  nöqtəsi  yoxdur  ki, 



orada  çap  olunmasın.  Məhz    yüksək  bədii  keyfiyyətlərinə, 

hadisələrin    ustalıqla,  şirin  dillə  təsvir  edilməsinə,  sujet 

xəttinin çox maraqlı qurulmasına, ümumiyyətlə gözəl qələmə 

alınmasına görədir ki, “Robinzon Kruzo”  ən çox tirajla  çap 

olunan,  əsərlərin  ön  cərgəsində  idi.  Daniel  Defo  bu  əsəri  ilə 

Avropada  həm  də  roman  janrına  yeni  keyfiyyətlər  gətirdi, 

köhnə  steriotipləri  dağıtdı.  Nahaq  yerə  onu  Avropanın  yeni 

romançılığın  banilərindən  biri  hesab  etmirlər.  Ustalıqla 

yazılmış bu əsərlə bağlı ən maraqlı cəhətlərdən biri də budur 

ki,  roman  dəniz  səyahətindən  bəhs  etsə  də,  Daniel  Defo 

yalnız  bircə  dəfə  -  gənclik  illərində  gəmiylə  Portuqaliyaya 

səfər  edib,  yerdə  qalan  bütün  ömrünü    yalnız  öz  vətənində 

keçirib.  Maarifçilərin      içtimai-iqtisadi  və  əxlaqi  ideyalarını 

əks  etdirən  “Robinzon  Kruzo“  əsərinin  birinci  hissəsi  1719-

cu  ildə  nəşr  olunan  zaman  yazıçı  əlli  doqquz  yaşında  idi. 

Məhz bu əsərlə D. Defo özünə ölməzlik qazanmışdır. Əsərin 

ikinci  hissəsi  1720-ci,  üçüncü    hissəsi  isə  1721-ci  ildə  işıq 

üzü  görmüşdür.  Daniel  Defo  romanını  Robinzonun    həqiqi 

memuarı  kimi  təqdim  etmiş  və  əsər  yazıçının  müasirləri 

tərəfindən  də  məhz  bu  şəkildə  qəbul  edilmişdir.  Romanın 

yaranmasına  təkan  verən  və  əsasını  təşkil  edən  isə  Riçard 

Stilin  1713-  cü  ildə  nəşr  olunmuş  “Aleksandr  Selkirkin 

tarixçəsi”  oçerki  olmuşdur.  “Robinzon  Kruzo”  XVIII  əsr 

ədəbiyyatı, fəlsəfəsi və siyasi iqtisadına da təsir göstərmişdir. 

Əyləncə  və  təhkiyə  sadəliyi,  bədii  gözəllik-bütün  bunlar 

Daniel  Defo  romanını  uzun  illərdən  bəri  oxuculara  sevdirən 

keyfiyyətlərdəndir.  Qəhrəmanın  tənha  həyatının  təsvir 

olunduğu birinci  hissə daha çox ideya-bədii dəyərə malikdir. 

D. Defo ilk dəfə ekzotik planda olsa da, ədəbiyyatda yaradıcı 



 

əmək  və  fədakarlıq  mövsümünü  işləmişdir.  Məhz  əmək 



Robinzona  tənha  adada  insanlıq  sifətini  itirməməyə  yardım 

etmişdir.  Təbiətlə    üz-üzə  yalqız  qalan  Daniel  Defonun 

qəhrəmanı yorulmadan çalışır, ona lazım olan məişət əşyaları 

hazırlayır,  qayıq  düzəldir,  əkin  əkir  və  ilk  məhsulunu  yığır. 

Bir  sıra  çətinliklərə  sinə  gərən  Robinzon  müxtəlif    sənətlərə 

yiyələnir. Onun düzəltdiyi hər şey ən xırda detallaradək təsvir 

olunur.  Daniel  Defo  öz  oxucusunu    Robinzonun  gərgin 

zəhmət  və  düşüncələrini  bütün  xırdalıqlarına,  incəliklərinə 

qədər  incələməyə  vadar  edir.  Yazıçı  bu  bədii  manera  ilə 

oxucunu  psixoloji  cəhətdən  həmin  mühitin  ovqatına 

uyğunlaşdırmaq    məqsədi  güdürdü.  Daniel  Defo  özü 

romanını    alleqorik  səpkidə  yazdığını  qeyd  edir.  Həqiqətən 

də,  Robinzonun  macəralarının  təsviri  böyük  ümumiləşdirici  

məna kəsb edir, burada simvollarla çatdırılan sətiraltı mənalar 

kifayət  qədər  çoxdur.  Romanda  Defonun  insan  həyatını  və 

bəşəriyyətin tarixini əks etdirən görüşləri yer almışdır.  

 

                                     I bölmə 



  Daniel  Defonun  şəxsiyyətini  və  qələmini  oxuculara 

çatdırmaq  məqsədi  ilə  kitabxanada  müxtəlif  tədbirlər 

keçirilir. 

Təbdirlər 

yazıçının 

əsərlərini 

oxuculara 

mənimsətmək  və  sevdirmək  üçün  nəzərdə  tutulur.  Bu 

tədbirlərdən  biri  də,  məhz    kitab  sərgisidir.  Sərgidə  sözü 

gedən  yazıçının  müxtəlif  adda  kitabları  və  seçilmiş  əsərləri 

geniş  yer  alır.  Daniel  Defonun  öz  əsərləri  ilə    yanaşı,  onun  

özü  və  əsərlərindən  bəhs  edən  müxtəlif      ədib  və  tanınmış 

şəxslərin  kitabları  və  sitatları  da  sərgidə  yer  tutur.  Sərgi 

müxtəlif  başlıqlarla  “Realist  romanlar  banisi  Daniel  Defo”, 




 

“Romançılığın  banisi  Daniel  Defo”,  “Dünya  ədəbiyyatı 



tarixində    özünə  məxsusluğu  ilə  seçilən  Daniel  Defo”, 

“Yazıçını  ölməzliyə  aparan  roman”RobinKruzo””,”Həmişə 

yaşar  yazıçı  Daniel  Defo”  və  digərləri  ilıə  bəzədilir.  

Sitatlardan bir necəsini sizin nəz\ərinizə çatdırırıq. 



             Sitatlar 

 

İnsanı ölümdən ağlı, zəhməti və mənəvi aləmi xilas edir.  

                                                       İngilis yazıçısı Daniel Defo 

 

Əgər,  işdi-şayəd,  birdən  bir  insan  ayağı  dəyməmiş  adaya 

getməli  olsam  özümlə  “Bibliya”  və  “Robinzon  Kruzo” 

kitabını götürərdim.  Doğrudan da, “Bibliya” kimi “Robinzon 

Kruzo”  kitabı  da  əxlaqi  cəhətdən  saf,  mənəvi  baxımdan 

şəffafdır  və  hər  bir  insanın  həyatda  qarşılaşdığı  müxtəlif 

səpkili suallara bu əsərdə cavab tapmaq mümkündür. 

                                                                      Rus şairi A. Blok 

 

J.J.Russo  ”Emil  və  onun  tərbiyəsi”  əsərində  deyir: 



Yeniyetmələrin    və  gənclərin    əxlaqının  pozulmaması  üçün 

onlara D. Defonun əsərlərini oxumağı tövsiyə edirəm. 

 

Daniel Defonun Robinzon Kruzo əsərində hekayətin sadəliyi 



və təbiiliyi onun inandırıcılığını artırır. 

                                                           Professor Cəlil Nağıyev 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 




10 

 

Kitabxanada  oxucular tərəfindən sevilən tədbirlərdən biri də 



müsabiqələrdir.  Bildiyimiz  kimi  Daniel  Defo  bir-birindən 

gözəl  romanların    müəllifidir.  Müsabiqə  zamanı  xeyli  sayda 

məktəblilər  müsabiqəyə  cəlb 

olunur  və 

bu  haqda 

məlumatlandırılırlar. Oxucular əsərləri oxuyaraq tanış olur və 

həmin  hekayələrə  uyğun  rəsmlər  çəkirlər.  Şəkillərin 

hazırlanması  üçün  uşaqlara  iki  həftə  vaxt  verilir.  Bu  vaxt 

ərzində  oxucular  həm  Daniel  Defonun  əsərlərini  oxuyur,  

həm  də  oxuduqları    və  çox  bəyəndikləri    əsərlərə  uyğun 

şəkillər  çəkirlər.  Ən  gözəl  məna  kəsb  edən  rəsm  işləri 

mükafatlandırılır.  Uşaqlar    dahi  yazıçı  Daniel  Defonon  

əsərlərinə,  xüsusi  ilə    də  “Robinzon  Kruzo”  romanına  üz 

tuturlar. Ən çox diqqəti çəkən motivlər, Robinzon Kruzonun 

özü, onun şücaətini göstərən bir neçə xüsusiyyət ağ vərəqlərə 

həkk  olunur.  Həmçinin  Cümə,  gəmi,  dəniz,  sahil,  habelə  

adadakı  heyvanlar,  hətta    Robinzonun  sahildə    nəhəng  ayaq 

izi ilə ilk tanışlıq anı tez- tez müraciət olunan rəsmlərdəndir.  

Müsabiqənin  qaliblərini  müəyyən  etmək  üçün    münsiflər 

heyəti  təyin  olunur.  Sözü  gedən  heyət  fərqlənən  rəsmləri  

diqqətli  bir  şəkildə  nəzərdən  keçirərək,  qalibləri  müəyyən 

edirlər.  Qaliblər  təyin  edildikdən    sonra,  xüsusi  diplom  və 

fəxri  fərmanlarla  mükafatlandırılır,  müxtəlif    yazıçı  və 

şairləin kitabları ilə təltif olunurlar. 

 

 

 



 


11 

 

Məqsədyönlü  tədbirlərdən biri də sual-cavab gecəsidir.  



Kitabxanaçı:  Deyə  bilərsinizmi,  Daniel  Defo    neçənci  ildə 

anadan olmuşdur və kim idi? 



Oxucu:  Daniel  Defo  Dünya  şöhrətli  yazıçı  idi.  O,  1660-cı 

ildə  (bəzi  mənbələrdə  bu  rəqəm  1661-ci  il  göstərilir) 

İngiltərədə-Kripleytdə bir tacir ailəsində anadan olmuşdur. ... 

Kitabxanaçı: Yazıçının hansı əsərlərini sadalaya bilərsiniz? 

 I  Oxucu:  “Britaniya  kommersiyasının  xüsusiyyıətləri 

içərisində  ümumi  ticarət  tarixi”  (1713),  “Dünyanın  hər 

yerində  kommersiyanın böyük sahələrinin, gəmiçilik elminin 

və  əkinçiliyin  kəşfi  və  təkmilləşdirilməsinin  ümumi  tarixi”  

(1725),  ”Nümunəvi    ingilis  taciri”  (1727),  ”Mətbuatın 

müdafiəsi, yaxud  “Ədəbiyyatın xeyirliliyi  haqqında təcrübə” 

(1718) əsərini qeyd etmək olar. 

 

II  Oxucu  D.  Defonu  məşhurlaşdıran  isə  daha  çox  bədii 

əsərləri,  romanları  olmuşdur.  Bundan  sonra  o,  bir-birinin 

ardınca  “Məşhur  kapitan Sinqltonun  həyatı, macəraları və 

pirat  yürüşləri”  (1720),  ”Kavalerin  xatirələri”  (1720), 

“Məşhur    Mol  Flendersin  sevincləri    və  kədərləri”  (1722), 

“Polkovnik  Cekin tat rixi” (1722) və “Uğurlu  məhəbbət və 

yaxud,  Ledi  Roksana  adı  ilə  tanınan  madmazel    de  Belonun  

həyatının    və  başına  gələnlərin  tarixi”  (1724),  “Roksana” 

romanlarını yazmışdır. 

 

Kitabxanaçı: Daniel Defonun ən məhşur əsəri hansıdı?  

 Oxucu:  Daniel  Defo bədii yaradıcılığa çox geç başlamışdır.  

Buna  baxmayaraq,  o,  “Robinzon  Kruzo”  əsəri  ilə    dünya 




12 

 

ədəbiyyatına  öz  adını  qızıl  hərflərlə  yazdırmağa    nail 



olmuşdur.  Xüsusilə  də,  o,  58  yaşında  yazdığı  özünün  ilk  və 

ən yaxşı romanı olan “Robinzon Kruzo”nun həyatı və qəribə 

macəraları (1719) əsəri ilə dünyanın  hər yerində tanınmış  və 

çox  böyük  şöhrət  qazanmışdır.  Ustalıqla  yazılmış  bu  əsərlə 

bağlı  ən  maraqlı  cəhətlərdən  biri  də  budur  ki,  roman  dəniz  

səyahətindən    bəhs  etsə  də,  Daniel  Defo  Yalnız  bircə  dəfə  -

gənclik  illərində  gəmiylə  Portuqaliyaya  səfər  edib,  yerdə 

qalan  bütün ömrünü yalnız öz vətənində keçirib. 

 

 

Kitab  müzakirəsi:    Daniel  Defo  yaradıcılığı          yetərincə 



imkan  verir  ki,  ondan  dönə-dönə  söhbət  açılsın. 

Kitabxanalarda    keçirilən  maraqlı  tədbirlərdən  biri  kitab 

müzakirəsidir. Daniel Defonun  355 illik yubileyi münasibəti 

ilə  yazıçının  kitablarının  müzakirəsi  keçirilməsi  oxucular 

olduqca maraqlıdır. Daniel Defo bir neçə əsərin müəllifi olsa 

da, onu bütün dünyaya sevdirən, ona ölməzlik bəxş edən əsəri 

məhz  “Robinzon    Kruzo”dur.  Kitab  müzakirəsində 

kitabxanaçı  oxuculara bu əsər haqqında geniş məlumat verir. 

 

Hörmətli  oxucular!  Dünya  şöhrətli  yazıçının    bu  əsərini 



böyükdən –kiçiyə, hamı sevərək oxuyur. Bu əsəri həyəcansız 

oxumaq    mümkün  deyil.  Əsərdə  qəhrəmanın    başına  gələn 

macəralar olduqca maraqlı qələmə alınmışdır. Məlum olduğu 

kimi,  bu  roman  anonim  formada  əsərin  baş  qəhrəmanı 

Robinzon  Kruzonun  adından  qələmə  alınmışdır.  İlk    dövrdə 

müəllif  bu romanın böyük uğur qazanacağına ümid etmirdi. 

Hətta dostları və tanışları, ədəbi içtimaiyyət tərəfindən qınağa 

məruz  qalacağından  ehtiyat  edirdi.  Ancaq  bu  belə  olmadı. 

Əsər  çap  olunan  kimi,  sürətlə  yayıldı,  böyük  şöhrət  qazandı 

və  hətta  müəllif  sonralar  özünün  yeni  əsərini  ”Robinzon 




13 

 

Kruzo”  nu  yazan  adam  tərəfindən  qələmə  alındığını 



yazmışdır. “Robinzon Kruzo romanının bədii xüsusiyyətləri, 

ilk  növbədə,  əsərdə  təsvir  olunan  hadisələrin,  qəhrəmanın 

başına  gələn  macəraların  inandırıcı  verilməsində  və  

təbiiliyindədir.  Əyləncə  və  təhkiyə  sadəliyi,  bədii  gözəllik- 

bütün  bunlar  Daniel  Defo  romanını  uzun  illərdən  bəri 

oxuculara  sevdirən  keyfiyyətlərdir.  Əsər  fəlakət  zamanı 

gəminin  bütün  heyəti  məhv  olandan  sonra  kənara  atılıb 

Böyük Orinoko çayının mənsəbinə yaxın bir yerdə  Amerika 

sahilləri  yanında  kimsəsiz  bir  adada  iyirmi    səkkiz    il  tək-

tənha  yaşamış  dənizçi  Robinzon  Kruzonun  həyatı,  qeyri-adi 

və  qəribə  macəraları    və  gözlənilmədiyi  halda    quldurlar 

tərəfindən xilas edilməsi haqqında özünün yazdığı şəhrdir.   

    

Kitabxanaçı:    Əziz  oxucular,    deyə  bilərsinizmi,    Daniel 

Defonu sizə tanıdan hansı əsəri  oldu?  

 

Oxucu:  Daniel  Defo  bir  sıra  roman  müəllifi  olsa  da,  biz 

şagirdlərin  beyninə  həkk  olan  onun  məhz  ”Robinzon 

Kruzo”əsəri  idi.  Ustalıqla  yazılmış  bu  əsərdə  istedadlı     

yazıçı  məharətlə  bu  hadisələri  bədiiləşdirərək  oxucunu 

Robinzon Kruzo ilə adada  günbəgün,  saatbasaat  yaşamağa, 

onunla  birgə  çətinlikləri  aşmağa  məcbur  edib.  Romanı 

oxuyan hər kəs sanki Robinzonla  birgə həmin həyatı yaşamış 

olur ki, bu da müəllifin inkar edilməz istedadı sayəsində idi.   

 

Kitabxanaçı:  Bu əsərin uğuru , işığı özündən sonra bir neçə 

əsərin  doğulmasına təkan verdi.  Deyə bilərsinizmi o əsərlər 

hansılar idi?  

 



14 

 

Oxucu:  Daniel  Defo qazandığı   böyük uğurdan  sonra  yazıçı 

həvəslənir  və  səyahətdən  bəhs  edən  bir  neçə  əsər 

yazır.”Polkovnik  Cek”,  “Dünya  ətrafında  səyahət”,  “Dəniz 

qulduru”,”Şeytanın  siyasi  tarixi”  əsərləri  çap  olunsa  da, 

”Robinzon Kruzo”nun kölgəsindən çıxa bilmədilər.  



Kitabxanaçı: Yazıçı Robinzonu hansı xarakterdə yaratmışdı? 

Yəni  əsərin  qəhrəmanının  hansı  xüsusiyyəti  diqqətinizi  cəlb 

etdi?  

I  Oxucu:    “Atam  hüquqşunas  olmağımı  istəyirdi.  Mən  isə 

ancaq  dəniz  səyahəti  xəyalı  ilə  yaşayırdım.  Atam  və  anam 

fikrimdən  keçənlərdən  xəbərdar  idi.  Məni  bu  xəyallarımdan 

çəkindirməyə  çalışırdılar.  Atam  deyirdi  ki,  mənim  seçdiyim 

yolu ancaq işsiz-gücsüz adamlar, bir də idealistlər seçər, odur 

ki,  əgər  öz  ağılsız  niyyətimdən  əl  çəkməsəm,  Allah  mənim 

cəzamı  verəcək.  Mən  isə  qərarlı  idim,  atamla  üz-üzə 

gəlməmək  üçün  evdən  gizlicə  qaçmaq  qərarına  gəldim”. 

Məncə,  bu  sözlər  onun  nə  qədər  əzmli,  iradəli  və  qətiyyətli 

insan olduğunun bariz göstəricisidi. 



II Oxucu: Mənim diqqətimi cəlb edən xüsusiyyət isə, adada 

tək qalmasına baxmayaraq,  Robinzon kədərlənmir, düşdüyü 

vəziyyətlə  barışır  və  meşədə  mümkün  qədər  özünə  şərait 

yaradır.  Belə  ki,  o,  məişət  əşyaları  düzəldir,  ev  heyvanları,  

keçi saxlayaraq onun südündən və ətindən qidalanır. Onun ən 

böyük  kəşflərindən  biri  də  buğda    cücərdib,  taxıl  əldə 

etməsidir.  .    Siçanlar  yeməsin  deyə  o,  buğdanı  rütubətli  bir 

yerdə  saxlamaq  məcburiyyətində  qalır  və  müəyyən 

müddətdən  sonra  görür  ki,  buğdalar  cücərmiş  vəziyyətdədir. 

Beləliklə Robinzon çörək bişirmək fürsəti əldə edir.  




15 

 

III  Oxucu:  Məni  isə,  təəccübləndirən  qəhrəmanın  Cüməyə 

ingilis  dili  öyrətmək  qərarına  gəlməsidir.  Müəyyən  vaxtdan 

sonra Robinzon Cümə ilə ingilis dilində danışmağa başlayır. 



IV  Oxucu:  Mənim  fikrimcə  isə,    Robinzon  Kruzonun    ən 

səciyyəvi  xüsusiyyətlərindən  biri,  ondakı  azadlıq  əzmi  idi. 

Yəni o bu halla, qula çevrilmək halı ilə heç cür  barışa bilmir. 

Çətinliklə də olsa, gəmidən qaçır. Özünə qul  kimi  yaşamağı 

rəva  bilməyən,  azad  yaşamaga  can  atan    Robinzon  adada 

Cümə, Cümənin  atası və digərlərinə  da tam şəkildə azadlıq 

vermişdi.  O  nəinki,  adadakılara  vicdan  azadlığı,  hətta  din 

azadlığı  da  vermişdi.  Cümə-protestant,  atası-bütpərəst,  ispan 

isə-katolik idi. 

Kitabxanaçı:    Qəhrəmanımız  adada  olarkən  hansı  təbii 

fəlakətlə üzləşir və o bunu necə təsvir edir? 



Oxucu:  “Mağaranın  girəcəyində işlədiyim  yerdə bir gurultu 

eşitdim.  Başıma  Torpaq  töküldü.  Mağaranın  tavanındaki 

dirəklər  dəhşətli  bir  cırıltı  ilə  yerə  tökülüb  sındı.  Ayağımı 

yerə  basan  kimi  hər  şey  mənə  aydın  oldu.  Zəlzələ  baş 

vermişdi.  Səkkiz  dəqiqənin  ərzində  yer  üç  dəfə  elə  bərk 

silkələndi  ki,  dənizdəki  qayanın  baş  hissəsi  gurultu  ilə  uçub 

suya  düşdü.  Mən  belə  bir  şeyi  əvvəllər  görməmişdim,  odur 

ki, qorxdum. Üçüncü təkandan sonra hər şey sakitləşdi.Yarım 

saat sonra dəhşətli bir qasırğa qopdu.  

Kitabxanaçı:    Robinzonun  adada  tez-  tez  oxuduğu  kitab  

hansı idi? Ümumiyyətlə onun dinə münasibəti necə idi? 



Oxucu:     O, hər gün Incil oxuyardı və  gəmidə  baş vermiş 

qəzada  yeganə  tək  sağ  qaldığı  üçün  tanrıya  hər  an  dualar 

edərdi. Sonralar Cümə də bu adanın sakininə çevrilir və o da, 

Robinzondan  təəsirlənərək    allahın  müqəddəs  kitabını 

oxumağa  başlayır.  Qeyd  etməliyəm  ki,  Robinzon  Kruzonun 



16 

 

Dinə inamı da özünəməxsus səciyyə  daşıyır. Düşdüyü adada 



təsadüfən  buğda  və  düyü  sünbüllərinə  rast  gəldiyi  zaman, 

əvvəlcə elə bilir ki, bu, Allahın işidir. Sonra isə yadına düşür 

ki,  axı  həmin    bu  yerdə    o,  bir  vaxt  quş  yemi  üçün  nəzərdə 

tutulmuş  torbanı  silkələmişdir.  Və  yaxud  da,  adada 

yaşamasının  on  səkkizinci  ilində  Robinzon  qum  üzərində 

insan  ayaqlarının  izlərinə  rast  gəlir.  İlkin  olaraq  bir  puritan 

kimi  onun  ağlına  gəlir  ki,  bu  yəqin  şeytan  ayağının  izidir, 

həmin şeytan, çox güman ki, onu yoldan çıxarmağa gəlib. 



Kitabxanaçı:  Əsərdən də göründüyü kimi  Robinzon Kruzo  

olduqca  cəsarətli  insan  idi  və  heç  nə  onu  qorxutmurdu.  O, 

sanki  qorxunun  üzərinə  atılırdı.  Buna  baxmayaraq,  gördüyü 

ayaq  izləri ona necə təsir bağışlayır?  



Oxucu:  Bu  hadisə  Robinzon  Kruzonu  çox  qorxutdu.  Əsərin 

bu parçasına diqqət edək: “Bir dəfə günortaya  yaxın dənizin 

kənarı  ilə  qayığı  saxladığım  sahilə  tərəf  gedirdim.  Birdən 

qumun  üzərində  yalın  insan  ayağının  aydın  izlərini  gördüm. 

Mən  yerimdə  donub qaldım,  elə  bil, məni  qara basmışdı.  B

insan  ləpiri  idi.  Buraya  insan  necə  gəlib  çıxa  bilərdi?  Təşviş 



içində  öz  qalaqma  tərəf  götürüldüm.    Hər  iki-  üç  addımdan 

bir dönüb dala  tərəf baxırdım. Hər bir kötük mənə adam kimi 

görünürdü.  Ətrafımdakı  hər  şeyin  necə  qorxunc  şəkillərə 

düşdüyünü,    ağlıma  necə    dəhşətli    fikirlərin  gəldiyini 

təsəvvür  edə  bilməzsiniz.  Özümü  evimin  həyətinə  necə 

saldığımı bilməzsiniz. Dəhşət içində düşunürdüm  ki, indiyə 

qədər  məni  bu  boş  və  kimsəsiz  adada  himayə  edən  boyük 

Yaradan da mənə    kömək ola bilməz. Bu vəhşilərin ayaq izi 

idi. Mən o gündən vəhşiləri güdməyə başladım”. 

 

 




17 

 

Kitabxanaçı:  Cümə Robinzon Kruzo üçün kim idi? 



I  Oxucu:  Cümə  qəhrəmanımz    üçün    səmimi  dost,  bacarıqlı 

tələbə, sadiq qul, (baxmayaraq  ki, Robinzon nə Cüməyə, nə 

də  digərlərinə  qul  kimi  baxmır  və  onları  o  gözlə  görmürdü)   

və çevik  döyüşçü idi.  Onlar saatlarla söhbət  edər, birgə  əkin 

əkər,  ov  edər,  yemək  və  məişət  əşyaları  hazırlayar,  birgə 

kitab oxuyardılar. 



II  Oxucu:  Robinzona  sözəbaxan  köməkçi  lazımdır,  o, 

Cümənin  “sadiqliyindən  və  itaətkarlığından”  sevinir.  Cümə 

isə nəinki sadiq xidmətçi, həm də ağıllı və zəkalıdır. Cüməni 

yaxından  tanıyan  Robinzon  anlayır  ki,  dərin  zəkası  və 

“mənəvi  qabiliyyətinə”  görə  bu  gənc  heç  də  onun  özündən 

geri  qalmır.  Cümə  ona  öyrədilən  hər  şeyi  qavrayır.  Məhz  

Cümənin  sayəsində  tənha  adadakı  məşəqqətli    həyat 

Robinzona “xoş və asan” görünür.   



Kitabxanaçı:  Robinzon    Kruzo neçə  ildən sonra vətəninə, 

İngiltərəyə gəlir və o, nələrlə qarşılaşır? 



I  Oxucu:  Robinzon  Kruzo  otuz  beş  ildən  sonra  vətəninə 

qayıdır və qarşılaşdığı mənzərə heç də onun ürəyincə olmur. 

Əsərin  bu  hissəsinə  diqqət  yetirək:  “Uzun  sürən  dəniz 

səyahətindən  sonra  mən  1687-ci  il  iyulun  11-də  İngiltərəyə   

gəlib  çıxdım.  Mənhim  buradan  çıxdığım  düz  otuzbeş  il  idi. 

Burada  hər  şey  mənə  yad  idi.  Sanki  mən  heç  buralarda 

olmamışam.  Sonra  mən  Yorkşirə  getdim.  Atam  və  anam 

çoxdan  vəfat  etmişdi.  Qohum  -əqrabalarımdan  yalnız  iki 

bacım  və  qardaşlarımdan    birinin  iki  uşağı  qalmışdı.  Hamı 

məni ölmüş hesab edirdi, ona görə də ata malından mənə heç 

bir  irs  ayırmamışdılar.  Bir  müddət    ərzində  İngiltərədə 

yaşayıb  mənim  üçün  təzə  olan  bu  mühitə  alışdım  və 

evləndim.  Üç  uşağım-  iki  oğlum,  bir  qızım  oldu.  Artıq 



18 

 

həyatımın sakit və  şad  mərhələsini  yaşayırdım. Amma mənə 



çox  böyük  fəlakət  üz  verdi.  Arvadım  öldü.  Özümü  yenə  də 

yalqız hiss edirdim. Sonralar məndə dəniz səyahətinə qızğın 

meyl oyanmışdı. Artıq on beş ildən çox idi ki, mən həyatımı 

səyahətlərdə  keçirirdim.  İndi  artıq  mənim  72  yaşım  var. 

Həyatın  keşməkeşlərini  görmüşəm,  bir  yerdə  məskən  salıb 

ömrünün  son  günlərini  sakitlik  içində  keçirməyin  nə  qədər 

böyük səadət olduğunu  yaxşıca anlamışam.” 

 Kitabxanada oxucular tərəfindən sevilən tədbirlərdən biri də 

ədəbi  bədii  gecədir.  Çünki  ədəbi  -  bədii  gecə  yazıçını 

oxuculara  daha  da  sevdirmək  məqsədi    daşıyır.  Bunun  üçün 

səhnə  yazıçının  şəkilləri  ilə  bəzədilir.  Onun  əsərlərindən 

müxtəlif    obrazların  şəkilləri  zalın  divarından  asılır.  Çoxlu 

qonaqlar,  uşaq  şairi    və  yazıçıları,  müəllim  və  şagird  heyəti 

dəvət  olunur.    Daniel  Defonun  kitablarından  ibarət    kitab 

sərgisi səhnəyə rəngarənglik  verir.  

İlk  öncə    aparıcı  qismində  iki  şagird  səhnəyə  daxil  olur. 

Ədəbi-  bədii  gecəni  açıq  elan  edərək,  qonaqları 

salamlayırlar.  

I  Aparıcı:  Salam,  əziz  qonaqlar,  dəyərli  tədbir  iştirakçıları, 

hamınızı  355  yaşlı  həmişə  yaşar,  dünya  ədəbiyyatımızın 

sönməz  ulduzu  sayılan  dahi  yazıçı  Daniel  Defonun    ədəbi- 

bədii yaradıcılıq gecəsində xoş gördük. 



II  Aparıcı:  Bu  soyuq  qış  günündə  bizləri  buraya  toplayan  

məhz  Daniel  Defo  yaradıcılığının  hərarətidir.  Onun  kövrək 

qəlbindən  qopub  gələn  o  nəhəng  əsərlər  yazıçının  qeyri-adi  

istedadından  xəbər  verməkdədir.  Onun  əsərlərinə  nəzər 

saldıqda,  cansız  bir  qələmin  lal  vərəqlərə  nə  qədər  can 

verdiyini,  həyat  verdiyini  və  necə  böyük  gözəlliklər 

yaratdığının  şahidi  oluruq.    Bir  qələm    həyatı,  yaşamı  bu 



19 

 

qədər  gözəl,  incə  əks  etdiə  bilərmi?.. Belə bir dahi  haqqında  



söz  açmaq  üçün  sözü  qonaqlarımıza    verək.  Onların  yazıçı 

haqqında  dəyərli  məlumatlarını  dinləmək  əminəm  ki, 

hamımızın  qəlbincədı.  Dəyərli  qonaqlarımız  bir-bir  səhnəyə 

yaxınlaşır.  



I  Aparıcı:”Böyük  ingilis  maarifçisi,  görkəmli  roman  ustası, 

mütəfəkkir  yazıçı  Daniel  Defonun  “Robinzon  Kruzo”  əsəri 

dünya  ədəbiyyatının  nadir  incilərindən  biridir.  Daniel 

Defonun  bu  romanı  qeyri-  adi  bir  əsərdir.  Üç  yüz  il  bundan 

əvvəl  yazılmasına  baxmayararaq,  bu  roman  da  dünya 

ədəbiyyatının  çox  saylı  nadir  nümunələri    kimi  hələ  bu  gün 

də  öz  ilkin  təravətini,  bədii  dəyərini  itirməyib  və  dünyanın 

bütün guşələrində  müxtəlif yaşlı oxucular  tərəfindən  sevilə-

sevilə oxunur.  

II  Aparıcı:    Məlum  olduğu  kimi,  bu  əsərin  yazılmasına  

həmin  dövrlərdə    İngiltərədə    baş  vermiş  bir  hadisə  səbəb 

olmuşdur.  Robinzon  Kruzonun,    həqiqətən  də,  proto  tipi 

olmuşdur  və  bu  dörd  il  bir  adada  yalqız  yaşamağa  məhkum 

edilmiş Aleksandr Selkirk idi. 1709-cu ilin yanvar  ayının 31-

də  İngiltərə  mətbuatında    Vuds  Rocers  adlı  bir  kapitanın  

maraqlı qeydləri çap olunur. Bu qeydlərdə deyilirdi  ki, onun 

idarə  etdiyi  gəmi  su  götürmək  üçün  Xuan    Fernandes 

adalarından birinə-Mass-a Tyerra  adasına yan alır. Komanda 

üzvləri  gəmiyə  qayıdarkən  qəribə  bir  insanla  rastlaşırlar. 

Həmin  insan    əyninə  keçi  dərisindən  paltar  geyinmiş,  vəhşi 

heyvan kimi bir varlıq idi. Bu adam həmin adada dörd il altı 

ay yalqız  yaşamışdır. 

I  Aparıcı:  Onunn  bu  adaya  düşməsinin  tarixçəsi  isə  belə  

olmuşdur:  O,”Beş  liman”  adlı  gəminin    kapitanı  məşhur 

admiral    Dampyerin  köməkçisi  imiş.  Günlərin  bir  günü 



20 

 

onların  üzdüyü  gəmi    deşilir  və  su  buraxmağa  başlayır.  Bu 



səbəbdən kapitanla köməkçininn sözü çəp gəlir. Buna görə də 

bu  cəncəl  kapitan  köməkçisini  tək-tənha    bu  adada  qoymaq 

qərarına  gəlir.    Bu  məlumatı  mətbuatda  oxuduqdan  sonra  

Daniel  Defo  özünün  məşhur  “Robinzon  Kruzo“  romanını 

yazmaq  fikrinə  düşür  və  əsl  adı  Aleksandr  Selkirk  olan  bu 

adamın  prototipi  olaraq  bu  məhşur  qəhrəmanın  obrazını 

yaradır.  

II  Aparıcı:  Robinzon  Kruzo  ziddiyyətli  mənəviyyata 

malikdir. O, həm cəsurdur, həm də xeyirxahdır. Bu qəhrəman 

həyatını  təhlükə  qarşısında  qoyaraq  ,  əvvəlcə  Cüməni,  sonra 

isə  onun  atasını  və  gəmi  kapitanını  xilas  edir.  Uzun  müddət  

keçirdiyi    tənha  həyat  onu  nəinki  vəhşiləşdirməmiş,    hətta 

insani  hisslərini  belə  itirməmişdir.  R.  Kruzo  elə  ilk  andaca  

düşünüb- daşınmadan dara düşmüş  vəhşi  uşağa  yardım  əlini 

uzadır


.  

O, Cüməyə nökəri, qulu kimi baxmır, onunla əsl dost 

olur.  Robinzon  Kruzo  şüurlu  insan  (homo  sapiens)  olduğu 

üçün  ilk  növbədə,  yaşadığı    aləmi  öyrənməyə  çalışır.  O, 

düşdüyü,  ona  məlum  olmayan    bu  ada  ilə  tanış  olur.  Sonra 

yemək,  sığınacaq,  geyim  haqqında  düşünür.    Nəhayət,  ilk 

insanlar  kimi,  yaşamaq  üçün  o,  əvvəlcə  ovçuluq  edir,  vəhşi 

keçini əhilləşdirir-maldarlıqla  məşğul olur, təsadüfən tapdığı 

buğdanı  əkərək taxıl  əldə edir,  yəni  əkinçilik  edir, get-gedə 

öz  təsərrüfatını  genişləndirir.  Ölümdən  xilas  etdiyi  Cüməyə 

öz dilini (ingilis dilini) öyrədir, yazı yazdırır.  

I  Aparıcı:    Əlbəttə,  Robinzonun  həyatını  istehsalın  ilkin 

inkişaf    mərhələsi  kimi  təsdiqləmək  yanlıış  olardı.  Təbiətlə 

mübarizədə  Robinzon  heç  də  göründüyü  kimi  tək  deyil.  O, 

dağılmış  gəmidən    alətlər,  silah,  barıt,  kağız  və  mürəkkəb 

götürmək imkanı əldə edir. Adıçəkilən bütün bu əşyalarda isə 



21 

 

minlərlə  insan  əməyi  vardır.  Beləliklə,  insan  cəmiyyətinin 



məhsulu  Robinzonun  daxmasında    gözəgörünməz    şəkildə 

mövcuddur  və  onun  həyatının  nizama  düşməsində 

əhəmiyyətli  təsirə  malikdir.  Robinzon  məhz  bu  vasitələrin 

köməyi  ilə  çevrəsindəki  təbiəti  ram  etməyə,  ondan 

faydalanmağa müvəffəq olur. Onların köməyi olmadan bütün 

enerjisini sərf etsə belə, həyat üçün mühüm olan nisbi “sivil” 

şəraiti o özü üçün yarada bilməzdi.  

II  Aparıcı  :  Robinzon  Kruzonun  qeyri-adi  hekayətini  bədii 

boyalar,  üslubu  səlisliklə  nəql  edən  Daniel  Defo  yazıçı 

təhkiyəsini, əsasən, canlı və vasitəsiz formada  aparır. Bu isə 

gerçəkliklə bağlı informasiyaların obrazlaşdırılıb realistcəsinə 

verilməsi  sayəsində  əldə  olunmuşdur.  D.Defo  qəhrəmanının  

həyatını  xırdalıqlarınadək  qeyri-adi  incəliklə  təsvir  edir  ki, 

onların da hər biri ayrıldıqda  dərin məna və işarəvi məzmun 

kəsb edir. D.Defo istər hadisələrin epik plandakı təqvimində, 

istərsə  də  peyzajlar,  təbiət  lövhələri  yaratmaq  baxımından 

mahir  təsvirlər  ustasıdır.  O,  cənub  təbiətinin  parlaq 

mənzərəsini  rəssam tablosu kimi yaradır, ilin hər bir fəslinin 

rəngarəngliyini  özünəməxsus  peyzajlarla,  təbiət  lövhələri  ilə 

verə  bilir.  Bu  sıradan  dəniz  təsvirləri  daha  diqqətçəkicidir. 

Hiss  ovqatını  təlqin  etmək  üçün  yazıçı  çox  zaman  məqsədli 

şəkildə epik təsvirin təmkinli təqdimatına üstünlük verir. Bu 

bir  qədər  quru,  yorucu  görünsə  də,  adadakı  tənha  insanın 

müşahidələrini və daxili psixoloji  durumunu çatdırmaq üçün  

ən uyğun bədii maneradır. 



II.Aparıcı:  1719-cu  ildə  bu  romanın  ikinci  hissəsi  çap  

olunmuşdur.  Öz  vətəni    İngiltərədə    məskunlaşdıqdan  sonra 

o,  rahat  həyat  tərzi    keçirməyə  başlayır,  ailə  qurur,  uşaqları 

olur.  Buna  baxmayaraq  o,  yenə  də  səyahət  etmək  qərarına 




22 

 

gəlir.  Artıq  ahıl  yaşlarında  olmasına  baxmayaq,  Robinzon  



Kruzo  Sibirdən  keçərək  Çinə  gedir.  O,  hətta  ilk  səyahəti 

zamanı düşdüyü adaya da baş çəkir, oradakı vəziyyətlə tanış 

olur, orada qanun-qayda yaradır.  

II.  Aparıcı:  1720  -  ci  ildə  isə  Daniel  Defo  bu  romanın 

üçüncü  hissəsini  çap  etdirmişdir.  Bu  roman  “Robinzon  

Krunzonun  bütün  ömrü  boyu  keçirdiyi  ciddi  düşüncələr” 

adlanır.    Bu  roman  əvvəlki  əsərdən  zəifdir.  Təsadi  deyil  ki, 

Defonun  rəqiblərindən  biri    bu  romana  pamflet  də  həsr 

etmişdir.  “Robinzon  Krunzo”nun  ikinci  və  üçüncü  hissəsi  

həm  məzmun    dərinliyinə,  həm  də    bədii  səviyyəsinə    görə 

birinci  hissədən    əsaslı  şəkildə  fərqlənir.  Bu  hissələrdə 

Robinzonun  adanı    tərk  edəndən  sonrakı  həyat  və 

fəaliyyətindən,  Hindistan,  Çin  və  Sibirə  ticarət  məqsədi 

daşıyan  səyahətlərindən,    yaşadığı  adanın    müstəmləkəyə 

çevrilməsindən danışılır. Robinzon Krunzo bir çox maneələri 

dəf edir, lakin bu dəfə artıq  söhbət macəradan deyil, işgüzar 

avantüra  və  alverdən  gedir.  Belə  ki,  qəhrəman    özü  burada 

burjua    işbazı  kimi  təsvir  olunmuşdur.    Romanın    üçüncü 

hissəsi 


Robinzonun 

həyat 


haqqındakı 

didaktik 

mühakimələrindən  ibarətdir.  Görünür,  yazıçı    ekzotik   

yaradıcılıq məharətini o qədər də ifadə edə bilməmişdir.  



I  Aparıcı:      Daniel  Defonun  “Robinzon  Kruzo”dan  sonra 

yazdığı  əsərləri  bir  neçə  qrupa  ayırmaq  olar.  Avropa 

kələkbazlıq    romanlarından    götürülən  macəra  romanları  –

“Moll Flandes” (1722); “Polkovnik Cek” (1722); “Roksana” 

(1724);  dəniz  macəraları  romanı-“Kapitan  Sinqlton”  (1720); 

tarixi  romanlar  –  “Taun  ilinin  gündəliyi”  (1722), 

“Kavalerlərin  memuarları“  (1720)    kimi  əsərlərdir.  Klassik 

romanlar    müəllifinin  əksər  əsərləri  memuar  və  ya 




23 

 

avtobioqrafik  səpkidə yazılmışdır. Bu əsərlərdə  qəhrəmanın 



həyatından  və şəxsiyyət kimi formalaşmasından bəhs olunur.  

II  Aparıcı:  Daniel  Defo    sərgüzəşt  və  macəra  səhnələrinin 

təsviri  və  təqdiminə  xüsusi  maraq  göstərdiyindən  sözügedən  

əsərlərdə  bu  cəhət  tez-tez  qabarıq  görüntülərlə  nəzərə 

çarpmaqdadır.  Daniel  Defo    həyat  şərtlərinin    və  şəraitin 

insan  şəxsiyyətinin  formalaşmasındakı  əhəmiyyətini    öz 

əsərlərində  inandırıcı  təsvir  və  qənaətlərlə  açıqlayır.  O, 

qəhrəmanlarının  qəddar  və  amansız  dünya  ilə  toqquşmasını 

sərt  həyat  səhnələri    ilə  göstərir.    Bir  qayda  olaraq,  bu 

insanlar  yaşamaq  haqqından    məhrum  olan  yetimlər, 

atılmışlar,  quldurlardır.  Ya  burjua  dünyasının  qeyri  –insani 

qanunları çərçivəsində hərəkət  etməli, ya da onun qurbanına 

çevrilməlidir. Onların hər biri mübarizədə təkdir və yalnız öz 

güclərinə  arxalanır.  D.Defo  bununla  özünün  fəlsəfi 

baxışlarını  obrazlaşdırmışdır;  onun  qənaitinə  görə,  cəmiyyət 

öz  amansız  qanunları  ilə  daim  insanı  əzir,  tənhalaşdırır. 

Bundan  qurtulmağın  yolu  isə  sərt  xarakterə  malik  olmaq  və 

özünə inamdır. İnsanı qoruyan, onun mənəvi dünyasını xilas 

edən  həmin  keyfiyyətləri    yaratdığı  obrazlarda    təcəssüm 

etdirən  görkəmli  yazıçı  məhz  bu  seçimi  ilə  əbədi  ölməzlik 

qazanmışdır. 



I  Aparıcı:  Bu  istedadlı,    məhşur  yazıçı  həm  də  İngiltərə 

siyasətində qısa da olsa, öz sözünü  deyən adam böyük maddi 

sıxıntılar  içərisində  yaşadı,  pulsuzluqlar  içərisində  də  70 

yaşında  bu dünyayla vidalaşdı. Ən acınacaqlı fakt isə budur 

ki,  əsərləri  ilə  dünyanı  fəth  edən  yazıçının  qəbrində  üç-dörd  

kəlmə  yazısı  olan  başdaşı  yalnız  18-ci  əsrlərin  axırlarında 

qoyulub. Çox sadə qəbir lövhəsində isə bunlar yazılıb: Daniel 



24 

 

Defo,  “Robinzon    Kruzo”nun    müəllifi.  Doğumundan  70  il 



sonra 1731-ci il 24 apreldə vəfat etmişdir.” 

II Aparıcı: Göründüyü  kimi, onun özündən də məşhur olan 

qəhrəmanın  adı  Daniel  Defonun  qəbir  daşında  da  özünə  yer 

tapıb. Amma tanıyanlar tanıyır, bilir ki, Daniel Defo nəhəng  

yazıçıdır və  qəhrəman Robinzon Kruzo da o böyük istedadın 

məhsuludur  və  o,  nə  qədər  populyar  olsa  belə,  yenə  öz 

müəllifinə,  qəbir  daşında  adı  qoşa  çəkilən  Daniel  Defoya 

“borcludur.” 

Ədəbi  bədii  gecənin  sonunda  müdriyyətə  söz  verilir. 



Müdriyyətin çıxışı.  

Dəyərli  qonaqlar,  bəşəriyyətin  mənəvi  dəyərlərindən  biri  də 

mütaliyə    alışqanlığıdır.  Bu  insana    xas  olan  ən  gözəl 

keyfiyyətlərdəndir.  Hər  kəsin  kitaba  ehtiyacı  var.  Məncə, 

mütailə mənəvi dünyamızın  qidasıdır. Biz mənəvi dünyamızı 

zənginləşdirmək  üçün  Dünya  ədəbiyyatımızın  incilərindən 

bəhrələnməliyik.  O  incilər  ki,  öz  silinməz  əsərləri  ilə  onlar 

yaddaşlarda  həkk  olub  O  incilər  ki,  biz  onları  dönə-dönə 

oxuyuruq. Əsərləri əsirlər, qərinələr boyu  böyük bir maraqla 

oxunan    dünya  şöhrətli  ədiblərimizdən  biri  də  Daniel 

Defodur.  Bu  gün  görkəmli  yazıçı  Daniel  Defo  355 

yaşındadır.  Onun  əsərləri  hələ  də  öz  aktuallığını 

qorumaqdadır.  Böyük  istedada  sahib  olan  bu  yazıçı  elə  bir 

əsər  yaratdı,  dünya  ədəbiyyatına  elə  bir  nəhəng  obraz  bəxş 

etdi ki,  dünyamız  bu əsəri hələ də oxuyur, mənimsəyir.  Lap 

ilk  günkü  kimi.  Bu  əsər  yeddisindən,  yetmiş  yeddisinə  hər 

kəsin  sevərək  oxuyub,  rəğbətlə  söhbət  açdığı  “Robinzon 

Kruzo” dur. Bu əsərin dili, dini, irqi, milliyyəti yoxdur. Sözü 

gedən bu  əsər hər ölkənin,  hər dövlətin ortaq dilində yazılıb. 

Heç  də  nahaq  deyil  ki,  İngilislər  uzun  illər  Daniel  Defonu 




25 

 

İngiltərənin    sərvəti  adlandırıblar,  onun    istedadı  ilə  fəxr 



ediblər.  

Daniel  Defo  bəşəriyyət  var  olduqca  oxunacaq,  yazılacaq  və 

seviləcək, bir sözlə, yaşayacaq şəxsiyyətdir. 

 

Ədəbiyyat siyahısı 



 

1.  Daniel  D.  Robinzon  Kruzo  :  Roman.  -  Bakı  :  Çaşıoğlu, 

2005. - 408 s.  

2. Daniel D. Robinzon Kruzo:  Roman.  - Bakı : Altun kitab, 

2007. - 112 s.       

3. Daniel D. Robinzon Kruzo : Roman. - Bakı : Şərq – Qərb, 

2009. - 476 s.     

4.  Yusifoğlu  B.  Qəhrəmanı  özündən  məşhur    yazıçı  yaxud, 

yoxsulluq içərisində ölən “varlı”... //      Ədalət. - 2010. - 5  

oktyabr. - S. 5. 



 

  

 



Yüklə 154,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə