Uşaq Kitabxanası



Yüklə 475,08 Kb.
Pdf görüntüsü
səhifə1/19
tarix25.06.2018
ölçüsü475,08 Kb.
#51312
  1   2   3   4   5   6   7   8   9   ...   19


 

 



 

      


                          

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

    

 

               

 

                                      

 

              

                                

 

 

Müqəddəs söz-sənət ocağının nurlu varisi Elçin 

Əfəndiyev

 

 

    


E. Əfəndiyevin anadan olmasının 73-cü ildönümü münasibətilə  mərkəzi 

kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana 

filialları üçün hazırlanmış metodik vəsait 

 

                                 

 

 

 

 

 

 

 

 

 

 

                                        Bakı – 2016 

 



 

 



Tərtib edən:               Ruhiyyə Məmmədli  

 

Redaktor:                   Səməd Məlikzadə 

 

İxtisas redaktoru       Şəhla Qəmbərova   

və buraxılışa məsul:  Əməkdar mədəniyyət iĢçisi 

 

 

 

 

 

Müqəddəs  söz-sənət  ocağının  nurlu  varisi  Elçin  Əfəndiyev: 

metodik vəsait /tərt. edən R.Məmmədli, redaktor S.Məlikzadə,  red. 

və  bur.  məsul  ġ.Qəmbərova.  F.Köçərli  adına  Respublika  UĢaq 

Kitabxanası. - Bakı, 2016. – 69 s. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

       ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016. 

  



 

                              Tərtibçidən 



 

Bu  vəsaiti  Elçin  Əfəndiyevin  anadan  olmasının  73-cü 

ildönümü  münasibətilə  hazırlayıb  sizə  təqdim  edirik.  Əsas 

məqsədimiz  oxucuların  lirik hekayələr ustası, müqtədir romançı, 

mahir  komediyalar  müəllifi,  psixoloji  faciələr,  tragediyalar 

dramaturqu,  ədəbi  prosesə  hakimlik  etmək  səlahiyyəti  olan  ustad 

tənqidçi,  fundamental  monoqrafiyalarıyla  özünəməxsus  elmi-

nəzəri  sistemini  yaradan  klassik  ədəbiyyatĢünas  alim  Elçin 

Əfəndiyev haqqında olan biliklərini daha da artırmaqdır. 

―Müqəddəs  söz-sənət  ocağının  nurlu  varisi  Elçin  Əfəndiyev‖ 

adlanan  metodik  vəsait  ―GiriĢ‖  və  ―Keçiriləcək  tədbirlər‖ 

hissəsindən  ibarətdir.  Vəsaitin  ―GiriĢ‖  hissəsində  Elçin 

Əfəndiyevin həyat və yaradıcılığından söhbət açılır. Ġkinci hissədə 

isə kitabxanalarda keçiriləcək tədbirlərdən bəhs olunur.       

Elçin Əfəndiyev 60-cı  illərdə ədəbiyyatımıza gəlmiĢ və tez bir 

zamanda  əsərlərinin  poetik  gücü  ilə  geniĢ  oxucu  kütləsinin 

hörmətini  qazanmıĢ  yazıçılarımızdandır.  O,  Azərbaycan  nəsrinin 

―ədəbi  təəccüb‖  hissindən  daha  çox  xalqımızın  milli-tarixi 

təəccübünü qoruyub saxlayan nümayəndələrdəndir. 

Elçin  Əfəndiyev  əsl  bir  ziyalı  ömrü  yaĢayıb.  Ötən  əsrin  60-cı 

illərindən  üzü  bəri  yaĢadığımız  həyatın  elə  bir  ciddi  hadisəsi 

yoxdur  ki,  onun  özünün,  sözünün,  qələminin  diqqətindən 

yayınsın; bu dövrdə dünyada baĢ verən elə bir dəyərli ədəbi hadisə 

yoxdur  ki,  Elçin  Əfəndiyev  ona  münasibət  bildirməsin,  öz 

qiymətini verməsin; yaĢlı, gənc nəslin elə bir uğurlu əsəri yoxdur 

ki, Elçin Əfəndiyev onun haqqında ayrıca məqalə yazmasın və ya 

fürsət  tapdığı  bir  məqamda  qələm  dostlarının  nailiyyətlərinə 

sevinməsin.  Bu  dövrün  mürəkkəbliyi  daban-dabana  zidd  olan 




 

ideoloji  sistemlər,  imperiyanın  çöküĢü,  müstəqillik  uğrunda 



mübarizə, doğma ġuĢa və Qarabağ itgisiylə nəticələnən iĢğalçılıq 

müharibəsi  –  hamısı  xalq  yazıçısının  əsərlərində  əksini  tapıb;  bu 

tarixin  içindən  Elçin  Əfəndiyev  alnıaçıq  çıxıb,  çünki  həmiĢə 

xalqın  tərəfində  olub,  vətəndaĢlıq  məfkurəsindən  dönməyib, 

mövqeyi aydın və ardıcıl olub. Yazıçı indi də yorulmaq bilmədən 

mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin inkiĢafı üçün 

əlindən gələni əsirgəmir. Yazıçının povest və hekayələrdən ibarət 

kitabları, seçilmiĢ əsərləri, ədəbi tənqidi məqalələri həmiĢə diqqət 

mərkəzində olmuĢdur. Elçin Əfəndiyev nədən yazırsa yazsın, ona 

oxucularının  arzu  və  düĢüncələri  prizmasından  baxmağı 

bacarmıĢdır. Yazıçı tənqidi fəaliyyətə də yazıçı kimi baĢlamıĢdır. 

Lakin  tənqidi  əsərləri  öz  canlılığı,  kəsəri,  aktuallığı  ilə  həmiĢə 

ümumi 

maraq 


oyatmıĢdır.Yazıçı 

müasirliyi 

aktuallıqla 

eyniləĢdirməyi, hər iki estetik kateqoriyadan sənətkarlıq hesabına  

sui-istifadə etməyi müasir ədəbiyyatın ən yaralı yeri sayır və bədii 

ədəbiyyatın  sənətkarlıq  məsələlərini,  tənqidini  həmiĢə  onlarla 

vəhdətdə aparır. 

   Sevimli  yazıçımıza  yaradıcılığında  uğurlar  arzulayaraq,  vəsaiti 

sizə təqdim edirik. 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 475,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə