9
Onun “Azərbaycan kapriççosu” parlaq, milli ruhda bir əsər
olub, özünəməxsus təzadlı lövhələrdən qurulmuşdur. Çox
melodik, rəngarəng, temperamentli musiqisi ilə seçilən bu əsər
yüksək dərəcədə zövqlü orkestr palitrası ilə fərqlənir.
“Kapriçço”nun mərkəzi mövzusu geniş, möhtəşəm xarakterli
olub rast ladında səslənir. Bu mövzu Azərbaycanın təbiət
gözəlliklərini tərənnüm edir.
Bəstəkarın böyük istedad və yüksək professionalıqla qələmə
aldığı əsərlərdən biri də “Sevil” operasıdır. “Sevil” operası
bəstəkarın səhnə əsərləri üçün bəstələdiyi musiqilərin ən parlaq
zirvəsidir. 1953-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında tamaşaya qoyulan “Sevil” məhz opera
sənətimizdə yeni parlaq səhifə açdı. XX əsr Azərbaycan
operaları sırasında “Koroğlu”dan sonra məhz “Sevil” möhtəşəm
sənət əsəridir. “Sevil”ə öz yaradıcılıq təxəyyülü ilə gəlib çıxan
Fikrət Əmirov Azərbaycan musiqili teatrı sahəsində, ilk dəfə
olaraq müasir mövzuda lirik operanı yaratmağa nail olmuşdur.
F.Əmirov bu operanı yazan zaman belə bir açıqlama verir: “Mən
operada Cəfər Cabbarlının dediklərini musiqi vasitəsilə vermək
istəyirəm”. Bu əsər opera teatrının səhnəsində tamaşaçıların
qəlbini fəth edərək, ümumxalq məhəbbəti qazanmışdır.
Fikrət Əmirovun musiqi tariximizdə rolu bəllidir. Hər şeydən
əvvəl o, bizim mədəniyyətimizdə iki nəhəng musiqi abidəsi
ucaldıb. Bunlardan biri “Sevil” operası, ikincisi isə müəllifinə
dünya şöhrəti gətirmiş “Min bir gecə” baletidir. “Min bir gecə”
baleti təkcə Azərbaycan musiqisinin deyil, bütün dünya
mədəniyyətinin incilərindən sayılır. Bu baletdə Azərbaycan
təranələri ilə bərabər, ərəb musiqisinin intonasiya və
ritmlərindən də istifadə olunmuşdur. Fikrət Əmirovun öz
sağlığında bu balet dünyanın bir çox möhtəşəm konsert
salonlarında dəfələrlə ifa olunmuşdu.
Fikrət Əmirov iri, orijinal musiqi əsərlərinin müəllifi olmaqla
bərabər, həm də gözəl mahnılar yazırdı. Unudulmaz ifaçılarımız
Rəşid Behbudov, Şövkət Ələkbərova və başqaları onun
10
nəğmələrini şövqlə oxuyardılar. Fikrət Əmirovun ruhundan qida
almış o nəğmələr indi bizim retro mahnılarımızdan sayılır.
“Gülərəm gülsən”, “Mən səni araram”, “Reyhan”, “Gülür ellər”,
“Fortepiano üçün 12 miniatür”, “Ulduz”, “Azərbaycan elləri”,
“Gülüm”, “De görüm neyləmişəm”, “Toy” kimi romans və
mahnıları, neçə-neçə pyes-prelüdləri, dram-tamaşalarına,
kinofilmlərə (“Böyük dayaq”, “Səhər”, “Mən ki gözəl
deyildim”) yazdığı lirik, dinamik, dramatik musiqiləri hələ də
məşhurdur.
Hələ gənc yaşlarından Nizami poeziyasına olan marağı
bəstəkarın yaradıcılığında xüsusi yer tutur. O, “Nizami”
simfoniyası ilə kifayətlənməyərək dahi şairin həyat və
yaradıcılığını əks etdirən balet üzərində gərgin işləyir və 1984-
cü ilin yanvarında “Nizami” baletini tamamlayır.
Fikrət Əmirovun Azərbaycan mədəniyyəti tarixindəki yeri
müstəsnadır. O, sadəcə bir bəstəkar kimi deyil, xalqını, vətənini
bütün varlığı ilə sevən, əsl şəxsiyyət zirvəsində duran layiqli
vətəndaş və ictimai xadim kimi böyük xidmətlər göstərmişdir.
Onun
bu
xidmətlərini
xalq da, dövlət də yüksək
qiymətləndirilmişdir. Belə ki, 1958-ci ildə Azərbaycanın Xalq
artisti,
1965-ci
ildə
SSRİ Xalq artisti, Azərbaycan
Respublikasının Dövlət mükafatı laureatı, 1982-ci ilin may
ayında Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq
görülmüşdür. Bunlardan başqa, bəstəkar o dövr üçün daha
əlamətdar olan “Lenin” ordeni, iki dəfə “Qırmızı Əmək
Bayrağı” ordenləri və qızıl medalla təltif edilmişdir.
Bəstəkar həmişə öz yaradıcılığı üçün ilham mənbəyi olan
xalqla birlikdə olmuşdur. O, tez-tez təhsil ocaqlarında,
respublikamızın bölgələrində zəhmətkeşlərlə, görüşlər keçirər,
konfrans və qurultaylarda iştirak edər və öz çıxışları, dolğun
fikirləri ilə mədəniyyətimizin inkişafı üçün çalışardı.
1984-cü ildə bəstəkar bölgələrdəki seçiciləri ilə görüşə
gedərkən bərk xəstələnmişdi. Elə həmin il fevralın 20-də ürək
çatışmazlığından dünyasını dəyişmişdi.
11
Fikrət Əmirov yaradıcılığı ulu öndərimiz Heydər Əliyevin
həmişə diqqətində olmuşdur. Bəstəkarın anadan olmasının 80
illik yubileyi münasibətilə onun imzaladığı sərəncam
Azərbaycan mədəniyyətinə, sənətə və sənətkara qayğının,
diqqətinin bariz nümunəsidir. Sərəncamda Fikrət Əmirovun
seçilmiş əsərlərinin beşcildliyinin və bəstəkar haqqında kitabın
nəşr olunması, habelə həyat və yaradıcılığına dair sənədli filmin
çəkilişinin təmin olunması qeyd olunur.
Fikrət Əmirovun adını əbədiləşdirmək üçün Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblına, Bakı şəhərindəki
küçələrdən birinə onun adı verilmişdir.
Yubiley tədbirlərinin keçirilməsi
Bu il noyabr ayında görkəmli SSRİ Xalq artisti, tanınmış
ictimai xadim, dünya şöhrətli bəstəkarımız Fikrət Əmirovun 95
illik yubileyi qeyd olunur. Bu münasibətlə respublikamızın
müxtəlif təhsil ocaqlarında, liseylərdə, kitabxanalarda,
gimnaziyalarda yubiley tədbirlərinin keçirilməsi nəzərdə
tutulmuşdur. Bu tədbirlər arasında sərgilər mühüm yer tutur.
Sərgidə şairin kitabları, müxtəlif mətbuat səhifələrində onun
haqqında nəşr olunmuş məqalələr, onun fotoları nümayiş olunur.
Sərgi müxtəlif başlıqlarda ola bilər: “Əbədi varlığımız milli
sərvətimiz”, “Böyük Azərbaycan bəstəkarı”, “Dünya şöhrətli
bəstəkarımız”, “Mənəvi sərvətimiz - Fikrət Əmirov”, “İlhamlı
nəğməkar”, “Musiqi ilə doğulanlar əbədi yaşardırlar”,
“Azərbaycan musiqisinin korifeyi – Fikrət Əmirov”, “Zirvəyə
gedən yol”, “Ustad sənətkar - Fikrət Əmirov”, “Zəmanəmizin
böyük bəstəkarı”, “Dahi bəstəkarın düşüncəsi”, “Azərbaycan
musiqisinin iftixarı”, “Dahilər ölmür”, “Çoxcəhətli istedad”,
“Musiqimizin böyük dayağı – Fikrət Əmirov” və s.
Dostları ilə paylaş: |