Uşaq Kitabxanası



Yüklə 137,37 Kb.
tarix25.06.2018
ölçüsü137,37 Kb.
#51776


                                                            

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 



 

 

 



    

 

 

 

 

 

 

               

Opera səhnəsinin batmayan günəşi  

Azərbaycanda  professional  vokal  sənətinin  banisi,  SSRİ  xalq  artisti 

Bülbülün  120  illik  yubileyi  münasibətilə  mərkəzi  kitabxanaların  uşaq 

şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları,  musiqi 

məktəbləri üçün hazırlanmış metodik vəsait 

 

 

 

                                        Bakı-2017 


 

Tərtibçilər:                                         Nərgiz Məcidova 



                                                             Sevil Əhmədova  

 

 

 

 

  İxtisas  redaktoru və                          Şəhla Qəmbərova          

  buraxılışa məsul:                                  Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 

Opera səhnəsinin batmayan günəşi: metodik vəsait / tərt.ed.: N. 

Məcidova    ixt.  red.  və  burax.  məsul  Ş.Qəmbərova;  F.Köçərli 

adına Respublika Uşaq Kitabxanası. - Bakı, 2017.-23s. 

 

 

 

 

 

 

       

 

 

   ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017 



 

Tərtibçidən 

Böyüməkdə olan gənc nəslin bədii zövqünün formalaşdırılması 

bu gün xüsusi aktuallıq kəsb edən vəzifələrdən biridir. Məlumdur 

ki, bədii zövqə malik olmayan insanı hərtərəfli inkişaf etmiş insan 

hesab etmək olmaz. Mənəviyyatı zəngin, mədəni səviyyəsi və bədii 

zövqü yüksək olan varlığın estetik keyfiyyətlərini – musiqini, sənət 

əsərlərini  həssaslıqla  qavrayıb  özündə  gözəl  bədii  zövq  tərbiyə 

etməyi bacaran şəxsiyyətlər yetişdirilməsi işi məktəbəqədər tərbiyə 

müəssisələrindən,  kitabxanalardan  başlayır.  Bu  mənada 

məktəbəqədər  müəssisələr,  kitabxanalar  gələcəkdə  şəxsiyyət 

olaraq  uşaqların  musiqi  zövqünün  formalaşması  üçün  səmərəli 

işini  qurmalıdır.  Kitabxanalar  da  uşaqlar  üçün  təlim  və  tərbiyə 

sahəsi  olduğundan  nəzərdə  tutulmuş  müsbət  keyfiyyətlərin 

aşılanması  üçün  burda  müxtəlif  tədbirlər  həyata  keçirilir. 

Bunlardan  ədəbi-bədii  gecələr,  müxtəlif  tipli  sərgilər,  kitab 

müzakirələri,  icmallar  və  s.  nümunə  göstərmək  olar.  Musiqi 

sahəsində 

olan 

tədbirlər 



də 

kitabxanada 

əhəmiyyətli 

tədbirlərdəndir.  Çünki  incəsənətin  başqa  növü  kimi  musiqi  də 

uşaqlara  ətraf  aləmi  göstərir.  Lakin  öz  musiqi  dili  ilə. 

Məktəbəqədər yaşlı uşaqlar  və yuxarı sinif şagirdləri gerçəkliyin 

musiqi  əsərlərində  düzgün  əks  olunduğunu  eşitdikdə,  duyduqda 

onların  musiqi  zövqü də  yüksəlir, bədii zövqü də formalaşır. Bu 

məqsədlə 

kitabxanamızda 

keçirilən 

müxtəlif 

bəstəkar, 

müğənnilərin yaradıcılığı, musiqi günlərinə həsr edilmiş tədbirlər, 

zövqlü musiqinin təbliği üçün nəzərdə tutulur. Belə tədbirlərə 18 

sentyabr – Milli Musiqi günü ilə bağlı, bəstəkar Fikrət Əmirovun 

yaradıcılığı  ilə  bağlı  hazırlanmış  metodik  vəsaitlər  və  keçirilmiş 

tədbirləri nümunə göstərmək olar. Bu vəsait də Azərbaycan vokal 

sənətinin banisi, dahi müğənnimiz Bülbül haqqında hazırlanmışdır.  

 

 



 


 

                           



Dünyanın “Bülbülü” 

Bülbül  –  Murtuza  Məşədi  Rza  oğlu  1897-ci  ildə  Qarabağın 

gözəllik  tacı  olan  Şuşada  anadan  olmuşdur.  Şuşa  həmin  illərdə 

musiqi  mədəniyyətimizin  beşiyi  sayıldığından  Bülbülə  bu 

xanəndələrin  zəngin  təcrübəsi  təsir  etmişdir.  O  lap  uşaqlıqdan 

bülbülü,  çoban  tütəyi  ilə  o  qədər  gözəl  yamsılayırmış  ki,  elə  o 

vaxtdan  el  arasında  Bülbül  kimi  şöhrət  tapmışdır.  1914-cü  ildə 

Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında 

böyük  rol  oynayır.  O,  ilk  dəfə  Gəncədə  böyük  sənətkar  Cəmil 

Əmirovun  “Seyfəlmülk  ”  adlı  opera  tamaşasında  çıxış  edir.  İlk 

səhnə uğuru onun qəlbində “Leyli və Məcnun”, “Koroğlu”, “Əsli 

və  Kərəm”  operalarında  iştirak  etmək  istəyi  yaradır.  Mükəmməl 

vokal  təhsili  olmadığından  vokal  təhsili  almağın  vacibliyini  dərk 

edib, 1921-ci ildə Bakı Konservatoriyasında təhsil almaq qərarına 

gəlir.  Uğurları  ilə  kifayətlənməyən  Bülbül  1924-cü  ildə  İtaliyaya 

gedir, orada dünya şöhrətli musiqi ocağı La Skala teatrında təcrübə 

keçir.  Qayıdandan  sonra  yenidən  1925-ci  ildə  Konservatoriyada 

Üzeyir  Hacibəyov  sinfində  təhsilini  davam  etdirir.  1927-ci  ildə 

təhsilini  bitirir,  yenidən  musiqi  təcrübəsini  təkmilləşdirmək 

məqsədi  ilə  hökumətə  müraciət  edir  ki,  onu  İtalyaya  ezam  etsin. 

Milanda  Bülbül  İtalyanın  ecazkar  musiqi  həyatı  ilə  tanış  olur. 

Bülbül  Avropa  vokal  üslubunu  öyrənsə  də,  Azərbaycan  xalqının 

mentalitetinə, duyumuna uyğun musiqiləri daha gözəl ifa edirdi. O 

başa  düşürdü  ki,  Azərbaycanda  yetərincə  muğam  ifaçıları  var, 

Azərbaycan  musiqisini  dünya  mədəniyyətinə  qovuşdurmaq  üçün 

ariyalar,  romanslar  ifa  etmək  lazımdır.  Öz  üslubunda  oxuduğu 

operaları, ariyaları ilə Bülbülün səsi Azərbaycan xalqının nəğməli 

ruhunun  ifadəsi  olduğundan,  xalqın  öz  sevimli  sənətkarına  olan 

sevgisi tükənməzdir. 

                             

 

 



 

                      



     

 

Keçiriləcək tədbirlər 

Azərbaycanda  vokal  sənətinin  banisi  Bülbülün  120  illik 

yubileyi  bu  il  respublika  səviyyəsində  qeyd  olunur.  Görkəmli 

sənətçinin yubileyi münasibətilə respublikamızın bir çox musiqi 

məktəblərində,  incəsənət  ocaqlarında,  kitabxanalarda  və  s. 

yerlərdə  yubileylə  bağlı  tədbirlər  həyata  keçiriləcəkdir.  Bu 

tədbirlərdən bir neçəsinin F.Köçərli adına Uşaq Kitabxanasında 

keçirilməsi  nəzərdə  tutulmuşdur.

 

Kitabxanada  Bülbülün 



yaradıcılığı ilə əlaqədar yubiley həftəsi keçiririlir. Həftə ərzində 

aşağdakı  tədbirlər  hazırlanır.  Tədbirlərdən  sərgi,  Bülbülün 

yaradıcılığına  həsr  edilmiş  şeirlərdən  ibarət  şeir  müsabiqəsi, 

rəsm müsabiqəsi, kitab müzakirəsi, ədəbi-bədii gecə, Bülbülün 

Memorial  ev  muzeyinə  ekskursiya  və  s.  nəzərdə  tutulmuşdur. 

Kitabxanaya girişdə monitorda Bülbülün şəkillərindən, həyat və 

yaradıcılığı  haqqında  məlumatlardan  hazırlanmış  slayd  həftə 

ərzində nümayiş edilir. 

Sərgi  müxtəlif    başlıqlar  altında  verilir.  Məsələn:  “Özü 

Bülbül, sözü Bülbül”, “Sənət gülüstanının Bülbülü”, “Xoşbəxt 

sənətkar”, “Böyük nəğməkar ”,“Ecazkar səs” və s.    

“Böyük nəğməkar – 120” adlı sərginin nümunəsini veririk: 

Başlıq:  

1.  “Bülbül – 120” 

2.  Kitablarının nümayişi. 

3.  Görkəmli insanların sənətkar haqqında söylədikləri. 

4.  Dövri mətbuatda nəşr olunan məqalələrin kartotekası. 

5.  Sitat: “Öz dilində elə oxumalı ki, o dili başa düşməyənlər belə 

ləzzət alsınlar” . 

 

 



 

 



     

 

 



 

     


 

 

 



 

 

 



 

 

 



 

 

                                                     



 

 

 



 


 

Görkəmli  şəxsiyyətlərin  Bülbül  haqqında  söylədikləri 



fikirlər:

 

 

Sovet  opera  sənətinin  görkəmli  nümayəndəsi,  professor, 



SSRİ  xalq artisti Bülbülün ev muzeyinə böyük maraqla baxdım. 

Muzey  Bülbülün  yaradıcılıq  yolunu  çox  parlaq  surətdə  əks 

etdirir  və  şübhəsiz  ki,  indiki,  həmçinin  gələcək  nəsilləri  bu 

böyük sənətkarın yaradıcılığı ilə tanış edəcəkdir. 



                                                            Zərifə Əliyeva,  

      Akademik 



 

Bülbül sözün əsl mənasında böyük və ölməzdir. Xalq onun 

işıqlı surətini ürəyində qranit abidə kimi qoruyur.                                     

                                                        Mirzə İbrahimov,                                    

                                              Xalq yazıçısı, akademik   

 

Bülbülün xalq tərəfindən böyük maraq və ürək döyüntüsü ilə 



dinlənməsi, çətin və gərgin əməyin səmərəli nəticəsidir. 

                                                                          Niyazi, 

                                                           SSRİ xalq artisti 

 

O,  böyüməkdə  olan  gələcək  nəsillərə  böyük  fayda  verə 



biləcək 

materialları  fədakarlıqla,  məhəbbətlə  qoruyub 

saxlamışdır. 

                                             Firəngiz Əhmədova,  

                                                    SSRİ Xalq artisti 

 

Sənin  səsin,  sevimli  qardaşım,  bütün  ömrün  boyunca 

insanları  gözəlliyə,  həqiqətə,  haqqa  ümidə  çağırdı.  Mən  sənə 

dilə gətirdiyin Koroğlu üçün ölümsüz gənclik diləyirəm.  




 

Xalqımız  yaşadıqca  bülbülləri  mat  qoyan  ilə  həmişə 



oxuyacaqdır. 

                                                        Əlibala Hacızadə, 

                                                                         Yazıçı 

 

                                  Rəsm sərgisi 



Kitabxanada 

oxucularla 

işin 

təşkilində 



tədbirlərin 

keçirilməsində  rəsm  sərgilərinin  də  öz  əhəmiyyəti  var.  Göz 

yaddaşına əsaslanan rəsm sərgiləri oxucu yaddaşında daha yaxşı 

qalır. Yubilyar haqqında oxucunu daha dolğun məlumatlandırır. 

Bülbülün  120  illik  yubiley  tədbirində  milli  muğamımızı  – 

“Azərbaycan muğamları bir arada” başlığı ilə  uşaqlara tanıda 

bilərik.  Sərgidə  çəkilmiş  rəsmlər  uşaqların  muğamlarımız 

haqqında  dinlədikdən  sonra  düşündüklərindən  ibarət  olacaq. 

Rəsm çəkmək bacarığı olan uşaqlar dinlənmiş musiqidən sonra 

çəkdikləri  rəsmlər  sərgilənir.  Həmçinin  şair  Səməd  Vurğunun 

aşağıdakı fikrindən istifadə edə bilərik: 

Azərbaycan musiqisi muğamat üzərində qurulmuşdur. Eyni 

zamanda  bu  yalnız  Azərbaycan  zövqü  deyil,  bütün  Qafqaz  və 

Şərq  xalqlarının  bədii  zövqüdür.  Fəxr  edirik  ki,  yaratdığımız 

böyük  musiqi  məktəbi,  nəinki  Azərbaycanda  həm  də 

Azərbaycandan  xaricdə  bir  çox  xalqlara  möhkəm  təsir 

göstərməkdədir”. 

Bəstəkar,  vokalist  Bülbülün  yubileyi  ilə  bağlı  keçirilən 

tədbirlərdən  biri  də  Sənət  gülüstanının  Bülbülü”  adlı  xatirə 

gecəsidir.  Əvvəlcə  kitabxanaçı  uşaqlara  Bülbülün  yaradıcılığı 

haqqında məlumat verir,  Bülbülün ev muzeyi ilə qiyabi də olsa 

tanış edir. Daha sonra muzeyin görüntülərinə proyektorda baxa 

bilərik.    Sənətkarı  tanıtmaq  üçün  kitabxanada  onun  həyat  və 

yaradıcılığından 

toplanmış 

materiallardan 

bukletlər 

hazırlanması nəzərdə tutulmuşdur. Uşaqlara Bülbülün həyat və 




 

yaradıcılığı  haqqında  dolğun  məlumat  verdikdən  sonra  



kitabxanaçı  Bülbül  haqqında  yazılmış  xatirələrdən  Mehdi 

Məmmədovun “Xoşbəxt sənətkar” adlı xatirəsini oxuyur. 

                                Xoşbəxt sənətkar 

Xalqın məhəbbəti sənətkar üçün ən yüksək mükafatlardandır. 

Bu məhəbbətin, bütün varlığı ilə öz elinə, vətəninə bağlanmış, 

xalqın  yaradıcılıq  dühasından  öyrənmiş  və  kamala  yetmiş 

sənətkarlar qazanır. 

Xalqın məhəbbətini qazanan sənətkarlar xoşbəxtdirlər. SSRİ 

xalq artisti Bülbül belə sənətkarlardandır.  

Kitabxanaçı: Sizin aranızda musiqiçi olmaq istəyən varmı? 

                         (Kitabxanaçı oxumağa davam edir.) 

Xanəndəlik  həvəsi  Bülbüldə  kiçik  yaşlarından  oyanmışdır. 

Xalq musiqisi, el havaları Bülbül üçün əsl məktəb olmuşdur. Bir 

çox məşhur vokalçılar kimi Bülbülün də yaradıcılığı mahnıdan 

doğmuş  və  mahnılarla  tərbiyələnmişdir.  Onun  ifaçılıq 

xüsusiyyətini  xarakterizə  edən  səmimiyyət,  hərarət  sadəlik, 

məhz  bu  mənbədən  alınmış  keyfiyyətlərdəndir.  O,  “ürəkdən 

oxumaq”  dərsini  hələ  uşaq  yaşlarında  xalqdan  almışdır. 

Bülbülün  bir  xanəndə  olaraq  boy  atmasında,  ifaçı  kimi 

inkişafında Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski kimi məşhur 

sənətkarların  böyük  təsiri  olmuşdur.  Bülbülün  fitri  istedadı 

nadirdir. Onun çox məlahətli və güclü səsi, yaxşı musiqi hafizəsi 

vardır.  Bu  istedadına  görə  də  onu  uşaqlıqdan  Bülbül 

adlandırmışlar.  Bülbülün  oynadığı  Koroğlu  operasının  ilk 

tamaşasından illər keçsə də, bu gözəl əsər öz gözəlliyini hələ də 

itirməmişdir.  

Koroğlu  rolu  məhz  Bülbülün  ifasında  öz  ləyaqətli  ifaçısını 

tapmışdır.  O,  Koroğlu  operasının  ilk  və  gözəl  ifaçısıdır. 

Bülbülün  ifasında  Koroğlu  həm  mətin  bir  qəhrəman,  həm  də 




10 

 

sadiq bir aşiq kimi canlanır. Koroğlunun birinci keyfiyyəti üçün 



operanın ilk pərdəsindəki üsyana çağırış səhnəsi, Çənlibeldəki 

“Mərd  igidlər  nərə  çəksin  davada”  monoloqu  səciyyəvidirsə, 

ikinci  keyfiyyəti  üçünsə  “Sevdim  səni  mən...”  ariyası 

səciyyəvidir. 

          

Şeir müsabiqəsi 

Şeir müsabiqələrinin də təşkili kitabxanada təbliğat işində ən 

münasib işlərdəndir. Bu müsabiqənin təşkilində kitabxanaçı ilk 

növbədə  şeirləri  seçir  və  ətraf  məktəblərə  paylanır.  Uşaqlar 

şeirləri əzbərləyib müsabiqə keçirilən günü kitabxanaya gəlirlər. 

Bülbülün  yubileyi  ilə  əlaqədar  təşkil  edilmiş  bu  müsabiqədə 

münsiflər  daha  gözəl  şeir  ifaçılarını  mükafatlandırır.  Uşaqlara 

paylamaq üçün bu şeirlərdən aşağıdakıları təqdim edirik:          



             Şuşa Bülbülü 

 Səhnədə oxurkən Şuşa  Bülbülü, 

 Qızardı fərəhdən gülşəndə  gülü.



 

 Öyrənir nəğməni ondan bülbüllər,



 

 Oxucaq nəğməsin açılır güllər, 

 Adı da Bülbüldür, özü də bülbül. 

 O, yeni nəğmələr yaradır hər il. 

 Sənətkar sənətin ürəkdən sevir

 Səhnədə xalqına nəşələr verir. 

                                              Mirzə Xosrov Axundov (Şaiq) 

           

 

                Dostum Bülbülə 

Sən ellərin sevgisilə bəzəmisən ömrünü,



 

Balam deyib əziz tutur ana vətən ömrünü. 

Başın daşdan-daşa dəyib yeni sənət yolunda 

Döyüşmüsən əsgər kimi bu həqiqət yolunda, 




11 

 

Minbir ətir toplamısan minbir canlı çiçəkdən, 



Alqış yağmış ünvanına milyon-milyon ürəkdən, 

Sən ötdükcə vətənini ürəyinin gözüylə, 

Ucaltmışdır xalqın səni qanadında özüylə. 

Alnı açıq  nəğməkarı sayılırsan ölkənin... 



                                                             Süleyman Rüstəm, 

                                                                           Xalq şairi 

 

        

Eşit həqiqətin incə səsini 

...Bu günün eşqinə mahnılar deyək. 

Desin Koroğludan bir ağız aşıq, 

Nə lazım dünyada sözsüz yaraşıq? 

Eşit həqiqətin incə səsini, 

Bülbülün “Qarabağ” şikəstəsini... 

                                                                      Səməd Vurğun, 

                                                                                Xalq şairi 

 

 

                        Oxu, Bülbül! 

                        Oxu Bülbül! 

                        Oxu Bülbül! 

                        Çənlibeldən gəlsin səsin, 

                        Oxu  Bülbül 

                        Uzaq, yaxın 

                        Neçə eldən gəlsin səsin! 

                        Oxu Bülbül! 

                        Bu səs deyil, 

                        Bir əfsundur... 

                        Bu səsə dünya məftundur. 

                        Oxu! Bu bülbül cəh-cəhi 

                        Qarabağdan gələn səsdir 

                        Könlümüzü şeirə, sözə 




12 

 

                        Qanadlandıran həvəsdir. 



                        Bu Koroğlu zənguləsi,  

                        Qəhrəmanlıq nərəsidir. 

                              

                                         

                                  Bülbül                                   

                     Bülbül, fəğan etmə bu gecəyarı, 

                     Şirin yuxudadır hələ nazlı gül. 

                     Könüldə məhəbbət oyanmamışsa,  

                     Fəğanla oyatmaq olarmı Bülbül?... 

                                                                       Nigar Rəfibəyli, 



                                                                                Xalq şairəsi 

  

Görkəmli  sənətkarlardan  Hüseyn  Arif,  Ələkbər  Ziyatay, 

Qasım  Qasımzadə,  Əli  Kərim,  Məmməd  Araz,  Tofiq  

Mütəllibov,  Famil  Mehdi,  Sərdar  Əsədi,  Tofiq  Bayram,  İlyas 

Tapdıq, Həmid Abbas, kimi şairlərin Bülbülə həsr etdiyi digər 

şeirləri  “Nağıl  evi”  nəşriyyatının  2004-cü  ildə  çapdan  çıxan 



“Bizim Bülbül – dünyanın Bülbülü” adlı kitabında verilmişdir. 

Şeir müsabiqəsində bu şeirlərindən də istifadə edə bilərik. 

 

Kitab müzakirəsi 

Bülbülün 120 illik yubileyi münasibətilə kitab müzakirəsinin 

keçirilməsi də məqsədəuyğundur.  

Tədbirdə    vokalist  Bülbülə  həsr  edilmiş  “Bizim  Bülbül  –

Dünyanın  Bülbülü”  adlı  kitabın  müzakirəsi  keçirilir. 

Kitabxanaçı girişdə Bülbülün yaradıcılığından danışır. Və kitab 

haqqında məlumat verir:  

Bu kitab dahi  müğənnimiz Bülbülün xatirəsinə “Nağıl evi” 

nəşriyyatının  töhfəsidir.  Kitabı  hazırlayan  və  redaktoru  Nahid 

Hacızadədir.  Kitabda  Bülbül  haqqında  tanınmış  söz-sənət 




13 

 

adamlarının,  görkəmli  şəxsiyyətlərin  məqalələri,  xatirələri, 



fikirləri,  eləcə  də  şairlərimizin  böyük  sənətkara  həsr  etdikləri 

şeirlər verilir. Kitabın müzakirəsi bitdikdən sonra uşaqlara kitab 

haqqında öyrəndiklərini yoxlamaq üçün sual-cavab hazırlayırıq. 

Aşağdakı sualları təqdim edə bilərik: 

1)

 

Bülbül kimdir? 



2)

 

O, harada anadan olub? 



3)

 

Bülbül hansı ölkədə musiqi təhsili alıb? 



4)

 

Hansı ramansların ilk ifaçısı olub? 



5)

 

Hansı operaların ifaçısı kimi tanınıb? 



6)

 

Bülbülün xatirəsi Bakıda necə əbədiləşdirilib? 



Yubileylə bağlı Bülbülün ev muzeyinə ekskursiya təşkil edə 

bilərik.  İlk  növbədə  hər  hansı  bir  məktəblə  danışırıq.  Sinif 

rəhbəri  ilə  birgə  şagirdləri  təyin  edilmiş  gün  muzeyə 

ekskursiyaya  aparırıq.

 

Ekskursiya  zamanı  Bizim  Bülbül  – 



dünyanın Bülbülü: məqalələr, xatirələr, şeirlər. - Bakı: Nağıl evi, 

2004.  -  530  s.  Bülbülün  xatirə  muzeyi:    Bələdçi  –  kitab  = 

Мемориальный музей Бюль – Бюля: Краткий путеводитель 

=  Bulbul`s  memorial  museum:  Gide  –  book.  -  Bakı:  Gənclik, 

2006. - 60 s. bələdçi kitabdan istifadə edə bilərik. Bələdçi xalq 

artisti, professor Bülbülün memorial muzeyi haqqında 3 dildə – 

Azərbaycan,  rus  və  ingilis  dillərində  söhbət  açır.  Müğənni  və 

artist,  ictimai  xadim,  pedaqoq  və  musiqişünas-alim  Bülbül 

musiqi  sənətimizdə  hər  bir  mütərəqqi  yeniliyin  yorulmaz, 

fədakar  təşəbbüsçüsü,  alovlu  təbliğatçısı  olmuşdur.  Muzeydə 

Bülbülün  yaradıcılığını,  elmi-tədqiqat,  pedaqoji  və  ictimai 

fəaliyyətini  əks  etdirən  9000-ə  yaxın  sənəd  toplanmışdır. 

Ekskursiyadan  sonra  uşaqların  təəssüratlarını  bölüşmək  üçün 

anket  sorğularından  istifadə  edə  bilərik.  Sorğular  sinif  rəhbəri 

vasitəsi ilə uşaqlara paylanır.  



14 

 

Uşaqlar  tərəfindən  doldurulduqdan  sonra  kitabxanaçıya 



qaytarılır. Anket sorğusunu təqdim edirik. 

 

 Bülbül kimdir? 



    Bəstəkar 

    Vokalist, xanəndə 

    Müğənni 

   


 Bülbülün Memorial Muzeyi neçənci ildə açılıb? 

     1984 

     1982  

     1981 

 

 Bülbülün muzeyi Bakıda kimin təşəbbüsü ilə açılıb? 



    Ümummilli lider Heydər Əliyev 

    Prezident İlham Əliyevin 

    Oğlu Polad Bülbüloğlunun 

 

 Bakıda açılan muzey əvvəllər ev muzeyi kimi harada olub? 



     Gəncədə 

     Tiflisdə 

     Şuşada 

 

  Uzun illər bu muzeyin direktoru kim olub? 



      Həyat yoldaşı Adilə xanım 

      Oğlu Polad Bülbüloğlu  

      Oğlu Çingiz  

 

  Muzeydə Bülbülə aid hansı əşyalarla tanış oldunuz? 



 

   _______________________________________  

 



15 

 

 Muzeyi gəzərkən yadda qalan xatirələrdən nə oldu? 



    _______________________________________ 

 

Həftə  ərzində  kiçikyaşlı  uşaqlarla  Bülbülün  xatirəsinə  həsr 



edilmiş  şeirlərin  ucadan  oxusunu  da  keçirə  bilərik.  Rafiq 

Yusifoğlunun  yazdığı  “Qaçqın  heykəllər”  şeiri  daha 

məqsədəuyğun  olardı.  Oxucular  səhnəyə  dəvət  olunmazdan 

qabaq  aparıcı  iştirakçılara  Şuşa  haqqında  danışır.  Daha  sonra 

vətənpərvərlik  mahnısı  sədaları  altında  oxucular  səhnəyə  

yaxınlaşır: 

                                

                           Qaçqın Heykəllər 



I Oxucu              Heykəl Natəvan! 

                            Heykəl Üzeyir! 

                            Heykəl Bülbül! 

                            Gözləriniz önündə 

                            Şuşa qəltan oldu qanına. 

                            Tanklar qarışqa kimi daraşdı 

                            Onun şirin canına. 

                            Siz tarixin ucalığında susanda, 

                            Güllələr alçaqların əllərində  

                            dilləndi. 



II Oxucu:           Evləriniz od tutub yandı, 

                            Hayı alov-alov 

                            Üfüqlərə çiləndi... 

                            Gözləriniz önündə 

                            İldırımlar sayrışdı... 

III Oxucu:          ...Sizə işgəncə versələr də, 

                            Dindirə bilmədilər. 

                            Uçurdular postamentinizi, 

                            Ancaq özünüzün 

                            Tarixin  ucalığından... 



16 

 

                            endirə bilmədilər... 



IV Oxucu:          Millətin yaralı ürəyini 

                            Odlara yaxdınız. 

                            Zülmlər görə-görə 

                            Siz də gəlib 

                            Bakıya çıxdınız. 

                            ...Qanınız yerdə qalmayacaq, 

                            İgidlər silaha qurşanıb. 



 V Oxucu:           ...Gəlin gözlərinizdən öpək, 

                            Sonuncu siz görmüsünüz Şuşanı. 

                            Həmyerliləlirinizi görəndə 

                            Gözləriniz dolmadımı?! 

                            Heykəl Natəvan! 

                            Heykəl Üzeyir! 

                            Heykəl Bülbül! 

                            Heykəl Vaqifdən 

                            Xəbəriniz varmı?! 

 

                            Ədəbi-bədii gecə: 



     Tədbir  keçirilən  zal  qurulur.  Bülbülün  şəkli  və  Çingiz 

Əlioğlunun  misraları  zalda  proyektorda  nümayiş  edilir. 

Həmçinin tədbirə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 

şagird və tələbələri də dəvət edilir.  



                             Bəslərdi könlündə, həssas qəlbində 

                             Neçə xoş arzunu, diləyi Bülbül. 

                             Ötərdi xalqının toy-düyünündə 

                             Yurdunun oxuyan ürəyi Bülbül. 



                                      

 Səhnəyə aparıcılar daxil olur. 

 

I  Aparıcı:  Salam  əziz  qonaqlar,  əziz  uşaqlar.  Bu  gün 

Azərbaycanın vokal sənətinin banisi Bülbül kimi tanıdığımız – 




17 

 

Murtuza Məşədi oğlunun 120 illik yubileyini qeyd etmək üçün 



sizinlə  görüşmüşük.  O,  bizlər  üçün  gözəl  musiqi  əsərlərini 

ifasında qoyub getmişdir.  



II Aparıcı: Musiqi beşiyi sayılan Şuşada doğulan Bülbül dünya 

Avropa  musiqisinin  məskəni  sayılan  İtaliyada  təhsil  alsa  da 

Azərbaycan vokal musiqisini dünya səviyyəsinə gətirib çatdıran 

xanəndələrdəndir.  O,  Azərbaycan  bəstəkarlarının  kamera  – 

vokal  əsərlərinin  populyarlaşmasında  müstəsna  xidmətlər 

göstərmişdir.  



I  Aparıcı:  Bülbülün  doğulduğu  Şuşa  şəhəri  Azərbaycanın  bir 

çox  tanınmış  şair  və  musiqiçilərinin,  Şərq  üslubunda  avazı  və 

özünəməxsus  oxuma  tərzi  ilə  muğam  tariximizdə  iz  qoyan 

məşhur xanəndələrin beşiyi olub. Bülbülün atası Məşədi Rzanın 

da çox ürəyəyatımlı səsi olub. Məhz belə bir mühitdə böyüyüb 

8 yaşına çatan Bülbüldə öz təkrarsız səsi ilə artıq xanəndə kimi 

tanınıb. 

II Aparıcı: "İlk" sözü Bülbülün bütün yaradıcılığından qırmızı 

xətlə  keçir.  I  Ümumittifaq  vokalçıların  Moskvada  keçirilən 

müsabiqəsinin ilk azərbaycanlı  laureatı Bülbül olub. O, bütün 

müsəlman  aləmindən  İtaliyada  təhsil  almağa  gedən  ilk 

azərbaycanlı  tələbədir.  Bülbülün  müasirləri  olan  rus  vokal 

incəsənətinin tanınmış nümayəndələri Sobinov və Kozlovskinin 

Fiqner, Şalyapin kimi sələfləri olduğu halda, onun klassik opera 

ənənələri  əsasında  azərbaycanlı  sələfləri  olmayıb.  O, 

Azərbaycan vokal sənətində heç kimin getmədiyi naməlum bir 

yolda yeni cığır açmışdır. O cığırla bu gün Azərbaycanın bütöv 

vokalçılar ordusu irəliləyir.  

I  Aparıcı:  Asəf  Zeynallının  “Ölkəm”,  Üzeyir  Hacıbəyovun 

“Sənsiz”“Sevgili canan” romanslarını eşitmisinizmi? 

Uşaqlar: Bəli. 

II Aparıcı: Bülbül bu romansların da ilk ifaçısıdır. 

                                  (Romanslardan biri səslənir.) 




18 

 

I Aparıcı: Zaldakı rəsmlərə baxırsınızmı? 

Azərbaycan  muğamlarımızdan  hansılarını  deyə  bilərsiniz? 

Uşaqlar: Rast, Şur, Seygah, Çahargah  

Bu  rəsmlərdə  uşaqlar  Azərbaycan  muğamları  haqqında 

düşüncələrini təsvir ediblər.  

II  Aparıcı:  Professional  vokal  sənətimizin  banisi,  böyük 

Azərbaycan  müğənnisi,  pedaqoq,  ictimai  xadim,  SSRİ  xalq 

artisti, Dövlət mükafatı laureatı, professor Bülbül xanəndəlikdən 

opera müğənniliyinə, müəllimliyə qədər geniş  yaradıcılıq yolu 

keçmişdir.    

I Aparıcı: 1912-ci ildə Bülbülün həyatında görkəmli şair Abbas 

Səhhətlə  tanışlığı  önəmli  rol  oynayır.  Abbas  Səhhət  Bülbülə 

savadını artırmaqda kömək edir, ədəbiyyat və incəsənətə daha 

dərindən  bələd  olmaqda  ona  istiqamət  verir.  Şair  Bülbülə  rus 

dilini  öyrətməklə  yanaşı,  həm  də  özünün  Puşkindən, 

Lermontovdan etdiyi tərcümələrini oxuyur,  rus ədəbiyyatından 

Bülbülə mükəmməl bilgi verir. 

II  Aparıcı:  Dili  yaxşı  öyrənən  Bülbül  Milli  operalarımızla 

yanaşı,  Qərbi  Avropa  və  rus  klassiklərinin  də  operalarında 

müvəffəqiyyətlə  çıxış  edir.  İ.Bizenin  "Karmen",  C.Verdinin 

"Riqoletto",  İ.Massnenin  "Verter",  C.Puççininin  "Toska", 

N.A.Rimski-Korsakovun  "May  gecəsi",  S.Raxmaninovun 

"Aleko",  R.M.Qliyerin  "Şahsənəm",  Çileanın  "Arlezianka" 

operalarında canlandırdığı obrazlar onun repertuarında geniş yer 

tuturdu. Gəlin Bülbülün ifa etdiyi bu operaların birindən parçaya 

tamaşa edək: 

 

Proyektorda Bülbülün ifa etdiyi bu operalardan biri səslənir. 



 

I Aparıcı: Xalq mahnılarımızı böyük ustalıqla ifa edən Bülbül 

“Süsən Sünbül”, “Qara gözlər”, “Segah təsnifləri”, “Çal oyna” 

sırasından  olan  mahnılara  yeni  nəfəs  gətirir.  Asəf  Zeynallının 



19 

 

“Ölkəm”,  Üzeyir  Hacıbəyovun  “Sənsiz”,  romanslarının  ilk 



ifaçısı Bülbül olur. Bir sözlə Bülbül Azərbaycan vokal müusiqi 

sənətində inqilab edən, Azərbaycanın musiqi sənətinin inkişafı 

naminə bütün ömrünü sərf edən bir şəxsiyyətdir. Bakıda vaxtilə 

özünün yaşadığı küçə bu gün Bülbül prospekti adlanır. 



II  Aparıcı:  Bülbülün  adına  Orta  İxtisas  Musiqi  Məktəbi 

fəaliyyət  göstərir.  Elə  bu  məktəbin  yetirmələri  bizim  tədbirin 

iştirakçıları olmaqla yanaşı, öz ifaları ilə də çıxış edirlər. 

 

Bülbül  adına  Orta  İxtisas  Musiqi  Məktəbinin  şagirdlərinin 



çıxışı. 

 

I Aparıcı: Bülbül peşəkar xanəndə, musiqi folkloru tədqiqatçısı, 

Azərbaycan  professional  vokal  məktəbinin  banisidir.  1961-ci 

ildə  böyük  sənətkar  sentyabr  ayının  26-da  Bakıda  ürək 

tutmasından vəfat edir. 

II  Aparıcı:  1982-ci  il  iyunun  10-da  Ümummilli  liderimiz 

Heydər  Əliyevin  təşəbbüsü  ilə  Bülbülün  Memorial  Muzeyinin 

təntənəli açılışı olub. Bu gün muzeydə Bülbülün yaradıcılığını, 

elmi-tədqiqat,  pedaqoji  və  ictimai  fəaliyyətini  əks  etdirən 

sənədlər toplanıb. 

I  Aparıcı:  Bu  gün  Azərbaycan  musiqi  tarixindən  danışarkən 

Bülbülsüz danışmaq olmaz. Çünki Azərbaycanın vokal sənəti öz 

nadir, təkraredilməz korifeyini Bülbülün şəxsində tapmışdı. 

Tədbirin sonu Bülbülün ifasında Koroğlu operasından parçanın  

nümayişi ilə bitir.   

Son 

 

 

 



20 

 

Ədəbiyyat siyahısı 

Muğam ensiklopediyası [Elektron resurs]: Qarabağ xanəndələri 

/ Heydər Əliyev  Fondu; red.heyəti M. A. Əliyeva [et al.]; tərt.ed. 

A.Cahangirova  [et  al.].  -  Bakı:  Musiqi  dünyası;  [S.  l.]:  TUTU 

Design, 2008. - 4 el. opt. disk (CD-ROM): rəngli. - (Azərbaycan 

Xanəndələri). -  CD 1.1, 1.2, 1.3, 1.4 (qutuda):  

Kitablarda 

Hacızadə N. Bizim Bülbül – dünyanın bülbülü: müğənni Bülbül 

haqqında  // Yada düşdü. - Bakı : Araz, 2008. - S. 9-15.  

Rza X. Ustad Bülbül // Gəl, ey səhər. - Bakı : Nağıl evi, 2004. - 

S.  288-298.  -  Məqaləyə  şairin  "Möcüzə"  adlı  şeiri  əlavə 

olunmuşdur. 

Rza X.  Musiqi  –  ruhun qanadları:  Bülbül haqqında // Gəl,  ey 

səhər. - Bakı : Nağıl evi, 2004. - S. 371-377.  

Rza R.  Bülbül // Seçilmiş əsərləri. 5 cilddə. - Bakı: Öndər, 2005. 

– C.5. - S. 205-208.  



Dövri mətbuatda 

Abbaslı T. Könüllər fatehi Bülbül... : Təbiətdəkilər bağ-bağatlı, 

allı-güllü aləmlərçün oxuyur, o isə küll-aləmçün! // Mədəniyyət. 

- 2013. - 21 iyun. - № 44. - S. 7.  

Abbaslı T. Milli könüllər Bülbülü:  Xanəndə Bülbül (Murtuza 

Məmmədov) haqqında // Mədəniyyət. - 2012. - 22 iyun. - № 45. 

- S. 6.  

Abbaslı  T.  Səs  çeşməsi...:  müğənni  Bülbül  haqqında  // 

Mədəniyyət. - 2013. - 27 sentyabr. - № 69. - S. 11.  



21 

 

Abbaslı  T.  Şuşa  –  Bakı  –  Milan  –  Dünya...:  Şuşa  ailəsinin 



növbəti oğlu, Azərbaycan aləminin təkrarsız bülbülü – Bülbül! 

// Mədəniyyət. - 2012. - 26 sentyabr. - № 69. - S. 7.  

Ağamoğlanova  A.  Unudulmayan  səs:  Bülbül  -  115// 

Mədəniyyət. - 2012. - 21 dekabr. - № 93. - S. 12.  

Atakan  L.  Bülbül  Muzeyi  –  musiqi  folkloru  sahəsində  əsas 

qaynaq  kimi:  Bülbül  Azərbaycan  musiqisində  yeni  dövrün 

başlanğıcı idi // Qobustan. - 2015. - № 4. - S. 61-63.  

Azərbaycan  musiqisinin  Bülbülü:  Bülbül  -  115  //  Azərbaycan 

Müəllimi. - 2012. - 22 iyun. - № 24. - S. 6.  

Babayeva  M.  Bülbül  Azərbaycan  vokal  sənətinin  banisi  // 

Mədəni Həyat. - 2013. - № 3. - S. 81-84.  

Bakıda  görkəmli  opera  müğənnisi  Bülbülün  abidəsi  açılıb  // 

Yeni Azərbaycan. - 2012. - 1 noyabr. - № 200. - S. 2.  

Bülbülün 115 illiyinə həsr olunmuş müsabiqə // Mədəniyyət. - 

2012. - 17 oktyabr. - № 75. - S. 6.  

Cabbarova  F.  Unudulmayacaq  səs  :  Murtuza  Məmmədov  // 

Mədəniyyət. - 2013. - 28 iyun. - № 46. - S. 10.  

İsgəndərova  N.  Musiqi  folklorunun  qoruyucusu:  opera 

müğənnisi,  musiqi  folkloru  tədqiqatçısı,  SSRİ  xalq  artisti 

Məmmədov Murtuza (Bülbül) haqqında // Mədəniyyət. - 2015. 

- 7 oktyabr. - № 77. - S. 12.  

Məmmədova A. 23 ilin  nağılı  :  [Bülbülün həyat  yoldaşı Adilə 

Məmmədova ilə müsahibə / yazdı N.Bədəlov] // El. - 2012. - № 

10. – S.4-15. 




22 

 

Nəzərov İ. Dahi Bülbülün ilham pərisi: Hələ Bülbül adına Orta 



İxtisas  Musiqi  Məktəbində  təhsil  aldığım  zamanlardan  Bülbül 

sənətinə,  onun  yaradıcılığına  böyük  heyranlıq  duyardım. 

Müəllimlərimiz  bizi  tez-tez  Bülbülün  memorial  muzeyinə 

aparır,  muzeydə  mühafizə  olunan  eksponatlarla  tanış  edərdi  // 

Mədəniyyət. - 2017. - 23 avqust. - № 63/64. - S. 10. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                  



 

 

 

                                 

                                 

 

 

 


23 

 

 



Opera səhnəsinin batmayan günəşi 

(metodik vəsait) 

 

 

 

 

 

   

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 40 

Çapa imzalanmışdır: 09.10.2017 

 Tirajı:100 

Pulsuz 


 

 

Yüklə 137,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə