Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə5/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   2   3   4   5   6   7   8   9   ...   83

maarifçi  F.Köçərli  adını  daşıyan  Respublika  Usaq 

Kitabxanasının  yaradılması  nəticəsində  uşaqlara 

kitabxana  xidmətinin  Ümumrespublika  metodik 

mərkəzi meydana gəldi, uşaqlara xidmət edən digər 

kitabxanalara,  o  cümlədən,  3  mindən  cox    məktəb 

kitabxanasına  metodik  rəhbərlik  təmin  edildi. 

Nəhayət, uşaq kitabxanaları üçün metodik mərkəzin 

yaradılması  ölkədə  uşaqlara  kitabxana  xidmətinin 

inkişaf  perspektivlərinin  elmi  konsepsiyasının 

yaradılmasına,  bu  işə  xidmət  bütün  kitabxanaların 

fəaliyyətinin  əlaqələndirilməsinə  və  tam  bir  sistem 

kimi fəaliyyət göstərməsinə hüquqi, nəzəri, metodik 

və  təşkilati  zəmin  yaratdı.  Respublika  Uşaq 

Kitabxanasının 

elmi-metodik 

fəaliyyətini 

kitabxanaşünaslıq 

fikrinin 

son 

nailiyyətləri 



zəminində  təşkil  etmək  məqsədilə  70-ci  illərdə  

zəngin  metodik  nəşrlər  fondu  yaradıldı.  Bu  fondda 

uşaqlara kitabxana xidmətinin bütün nəzəri, metodik 

ve  tecrübi  nailiyyətlərini  və  qabaqcıl  tecrübəni  əks 

etdirən  ədəbiyyat  toplanıldı.  Fonddan  yalnız 

kitabxananın 

öz 

işçiləri 



deyil, 

həmçinin 

respublikada 

fəaliyyət 

göstərən  bütün  uşaq 

kitabxanaları  fəal  istifadə  edirdi.  Onun  əsasında 

rayon  uşaq kitabxanalarına  hər  il orta hesabla 140-

150  yazılı  arayış  göndərilirdi.  F.Köçərli  adına 




Republika  Uşaq  Kitabxanası  müstəqillik  illərində 

Azərbaycan  mədəniyyətinin  inkişafı  və  mədəni 

sərvətlərimizin  mühafizə  olunaraq  gələcək  nəsillərə 

çatdırılması  və  dünya  kitabxanaları  səviyyəsinə 

qalxması  istiqamətində  də  mühüm  addımlar 

atmışdır.  Belə  ki,  bir  çox  dünya  kitabxanaları  ilə 

əlaqə yaradılmış, onların iş təcrübələrindən  istifadə 

etməklə    uşaqlara  kitabxana  xidmətində  ən  müasir 

metod  ve  formalar  tədbiq  olunmuşdur.  Firidun  bəy 

Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis 

etdiyi  "Göyqurşagı"  Uşaq  jurnalı  məktəblilərin  

dünya 


görüşünün 

inkişafında, 

onlarda 

vətənpərvərlik  hisslərinin  daha  da  güclənməsində, 

təhsilə  marağın  artmasında  böyük  rol  oynamaqla 

daim  diqqət  mərkəzində  olmuşdur.  32  səhifədən 

ibarət rəngli şəkillərlə nəfis tərtib olunan bu jurnalın 

hər  sayı  uşaqlar  tərəfindən    maraqla  qarşılanır. 

Jurnalın  hər  sayında    əlamətdar    tarixi  günlər, 

bayramlar,  tarixi  və  görkəmli    şəxsiyyətlər,  təhsil 

müəssisələri haqqında məlumatlar, uşaqların qələmə 

aldıqları  şeir  və  hekayələr,  çəkdikləri  rəsmlər  dərc 

olunur.  Jurnalda  kitabxanaya  daxil  olan  yeni 

kitablar  haqqında  oxuculara  müntəzəm  məlumat 

verilir. 

Uşaqların 

intellektual 

səviyyələrinin 

artmasına  xidmət  edən  məntiqi  suallarla  zəngin 



əyləncəli  səhifə  və  rubrikalar  jurnalı  daha  da 

maraqlı 


edir. 

"Göyqurşaği" 

Uşaq 

Jurnalı 


Mədəniyyət  və  Turizm  Nazirliyinin  göstərişi  ilə  

Azərbaycanın  bütün  rayonlarının  Mərkəzləşdirilmiş 

Kitabxana  Sistemi  vasitəsilə  ən  ucqar  dağ 

kəndlərinə belə yayılır. Azərbaycan Respublikasının 

Prezidenti  cənab  İlham  Əliyevin  imzaladığı  6 

oktyabr 


2008-ci 

il 


tarixli 

"Azərbaycan 

Respublikasında  kitabxana  -informasiya    sahəsinin 

2008-2013-cü 

illərdə  inkişafı  üzrə  "Dövlət 

Proqramı"  nın  təsdiq  edilməsi  barədə  sərəncamı 

kitabxana  işinin  inkişafında  yeni  bir    mərhələyə 

başlanğıc  verdi.  Dövlət  Proqramında  oxucuların 

informasiya tələbatının ödənilməsi ilə bağlı  Firidun 

bəy Köçərli adına Respublika Uşaq kitabxanası artıq 

neçə  illərdir  ki,  Uşaq  və  yeniyetmələr  üçün  səyyar 

kitab  sərgisini  "Uşaq  kitabı  Karvanı"  layihəsini 

uğurla  həyata  keçirir.  3  il  ərzində  keçirilən  layihə 

üzrə  16  rayona  Kitab  Karvanı  yola  düşmüş.  14270 

nüsxə  uşaq  kitabları  hədiyyə  edilmişdir.  F.Köçərli 

adına  Respublika  Uşaq  Kitabxanası  informasiya 

təminatı  istiqamətində  fəaliyyətinin  səmərəsinin 

artırılması,  inkişafı və  təkmilləşdirilməsi  məqsədilə 

günün  tələbləri  səviyyəsində  mütərəqqi  iş 

üsullarından 

istifadə 

edir. 


Yəni 

kompüter 




texnologiyalarının  tətbiqi,  ənənəvi  informasiya 

mənbələrin  elektron  daşıyıcılara  köçürülməsi,  CD-

ROM  texnologiyalarının  tədbiqi,  informasiyanin 

təqdim  etmək  imkanları  və  bir  sıra  başqa  işlərin 

həyata keçirilməsi üçün səy göstərərək uğurlar əldə 

edirlər. 

F.Köçərli 

adına 


Respublika 

Uşaq 


Kitabxanası Azərbaycanda uşaqlara xidmət göstərən  

bütün  uşaq  kitabxanaları  üçün  elmi-metodik 

mərkəzidir.  F.  Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanası  öz  iş  prosesini  dünya  kitabxanaları 

səviyyəsinə  çatdırmağa  səy  göstərir.  F.  Köçərli 

adına Respublika Uşaq Kitabxanası  respublika uşaq 

kitabxanalarının işini toplayıb analiz ve sintez edir, 

onların  hesabatını  hazırlayıb  rəhbər  orqanlara 

çatdırır,  elmi-tədqiqat  işləri  aparılır,  qabaqcıl 

təcrübəni 

bütün 

ölkəyə 


yayır, 

rayonlara 

ezamiyyətlər    təşkil  edir,  yeni  layihələrinin 

işlənməsində 

və 

kitabxananın 



tədbirlərində 

yaxından  iştirak  edir.  Elmi-metodika  şöbəsində 

ixtisasa aid elmi-kütləvi yazılar, əlamətdar və tarixi 

günlərlə  bağlı  metodik  vəsaitlər  çap  olunur  və  bu 

vəsaitlər  uşaq  kitabxanalarına  göndərilir.  Yubiley 

günləri  ilə  bağlı  yazılarda  görkəmli  səxsiyyətlərin, 

yazıçı  və  şairlərin  kitabxana-biblioqrafiya  qaydası 

ilə  təbliğ  olunmasının  metodikası  verilir.  Bu 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə