Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə9/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   5   6   7   8   9   10   11   12   ...   83

azalmağına,  digər  tərəfdən  elektron  formatda  uşaq 

mütaliəsi  üçün  yazılmış  mətnlərin  keyfiyyəti  və 

onlardan  istifadə  imkanlarının  genişlənməsinə 

tələbat  artmaqdadır.  2008-2015-ci  illərdə  Dövlət 

Proqramı 

kitabxana 

fondlarının 

müasir 


komplekləşdirmə 

mexanizminin 

yaradılması, 

respublikada 

kompüterləşdirilmiş 

kitabxana-

informasiya şəbəkəsinin yaradılması, kitabxanaların 

kompüter 

və 

informasiya-proqram 



təminatı, 

Azərbaycan Respublikasının milli-mədəni irsinin və 

informasiya  ehtiyyatlarının  qorunması,  gələcək 

nəsillərə  çatdırılması,  kitabxana  xidmətinin  əhatə 

dairəsinin 

genişləndirilməsi,onun 

forma 

və 


məzmunca  yeniləşdirilməsi,  kitabxana  şəbəkəsinin 

idarəetmə 

strukturunun 

təkmilləşdirilməsi, 

optimallaşdırılması  və  kadr  islahatlarının  həyata 

keçirilməsi və.s məsələləri əhatə edir.  

Görkəmli alim və maarifçi F.Köçərlinin adını 

daşıyan 


Respublika 

Uşaq 


Kitabxanasının 

yaradılması 

nəticəsində 

uşaqlara 

kitabxana 

xidmətinin 

ümumrespublika  metodik  mərkəzi 

meydana  gəldi,  uşaqlara  xidmət  edən  digər 

kitabxanalara,  o  cümlədən,  3  mindən  çox  məkətəb 

kitabxanasına  metodik  rəhbnərlik  təmin  edildi. 

Respublikada  uşaq  kitabxanalarının  fəaıiyyətini 



metodik 

cəhətdən 

tənzimləyən 

mərkəzin 

yaradılması  uşaqlara  xidmət  edən  kitabxanaların 

təşkilati-metodik  problemlərinin  vahid  qaydada 

həllini  təmin  etməkdən  eyni  zamanda  ayr-ayrı 

kitabxanaların qabaqcılları səviyyəsinə qaldırmasına 

kömək  etməkdən  ibarət  idi.  Nəhayət,  uşaq 

kitabxanaları  üçün  metodik  mərkəzin  yaradılması 

ölkədə  uşaqlara  kitabxana  xidmətinin  inkişaf 

prespektivlərinin 

elmi 

konsepsiyasının 



yaradılmasına,  bu  işə  xidmət  bütün  kitabxanaların 

fəaliyyətinin  əlaqələndirilməsinə  və  tam  bir  sistem 

kimi fəaliyyət göstərməsinə hüquqi, nəzəri, metodik 

və  təşkilati  zəmin  yaratdı.  Respublika  Uşaq 

Kitabxanasının 

elmi-metodik 

fəaliyyətinin 

kitabxanaşünaslıq 

fikrinin 

son 


nailiyyətləri 

zəminində  təşkil  etmək  məqsədilə  70-ci  illərdə 

zəngin  metodik  nəşrlər  fondu  yaradıldı.  Bu  fondda 

uşaqlara kitabxana xidmətinin bütün nəzəri, metodik 

və  təcrübi  nailiyyətlərini  və  qabaqcıl  təcrübəni  əks 

etdirən  ədəbiyyat  toplanılmışdı.Fonddan  kitabxanın 

öz  işçiləriBakı  şəhərinin  bütün  uşaq  kitabxanaları 

istifadə edirdilər. Onun əsasında kitabxana işçilərinə 

hər il orta hesabla 140-150 yazılı və şifahi arayış və 

tövsiyə 


verilirdi. 

Azərbaycanda 

uşaq 

kitabxanalarının  metodik  təminatının  vəziyyətini 




yekunlaşdırarkən 

qeyd 


etmək 

istərdik 

ki, 

ümumiyyətlə  hər  bir  kitabxana  şəbəkəsində 



təşkilati-metodik  işlərin  nəticəsi  müvafiq  şəbəkədə 

oxuculara  xidmət  işinin  səmərəliliyi  ilə  ölçülür. 

Respublika  Uşaq  Kitabxanası  öz  fəaliyyətinin  ilk 

illərində 

şəhər 

və 


rayon 

mərkəzi 


uşaq 

kitabxanalarının  ayrı-ayrı  regionlar  üzrə  metodik 

mərkəz kimi formalaşmasına xüsusi diqqət yetirirdi. 

Bu məqsədlə respublika kitabxanasının metodistləri 

və  təcrübəli  əməkdaşları  şəhərlərə  və  rayon 

mərkəzlərinə  çoxsaylı  ezamiyyətlər  təşkil  edərək 

uşaqlara  kitabxana  xidmətinin  metodik  təminatının 

dayaq 


bazalarını 

yaratmağa 

başladılar. 

Ezamiyyətlərlə  xüsusilə  respublikanın  24  rayonu 

əhatə  olunmuş  Ağcabədi,  Ağsu,  Astara,  Bərdə, 

Quba,  Qubadlı,  Dəvəçi,  Yevlax,  Zəngilan,  Zərdab, 

Kəlbəcər,  Masallı,  Mingəçevir,  Naxçıvan,  Şəki, 

Ucar,  Xaçmaz,  Şamaxı  kimi  rayon  və  şəhərlərdə 

dayaq  bazaları  yaradılmışdı.  Eyni  zamanda  həmin 

yerlərdə  zona  kitabxana  işçilərinin  seminar-

müşavirəsi  təşkil  edilir  və  konkret  olaraq”Mərkəzi 

rayon  (şəhər)  uşaq  kitabxanası  bölgədə  uşaqlara 

kitabxana  xidmətinin  metodik  mərkəzi  kimi 

formalaşması  vəzifələri  məsələsi  müzakirə  edilirdi. 

Geniş  kitabxana  cəmiyyətinin  iştirakı  ilə  keçirilən 



seminar-müşavirələrdə 

Respublika 

Uşaq 

Kitabxanasının  əməkdaşları  uşaqlara  kitabxana 



xidmətinin 

metodik 


təminatının 

forma 


və 

metodları,metodik işinin təşkili, qabaqcıl təcrübənin 

ümumiləşdirilməsi,  uşaq  kitabxanası  işçilərinin 

ixtisasının  artıtılması  və  s.  məsələlərə  dair  məruzə 

və  çıxışlar  edir,  kitabxana  işçilərinə  yerlərdə  əməli 

köməklik  göstərir  və  təlimatlar  verirdilər.  Müxtəlif  

illərdə  bu  kimi  seminar-müşavirələr  12  şəhər  və 

rayonda  Bakı,  Şəki,  Şəmkir,  Gəncə,  Naxçıvan, 

Quba,  Salyan  və  s.yerlərdə  ətraf  rayonlar  cəlb 

olunmaqla  təşkil  edilmişdi.  1969-cu  ilin  oktyabr 

ayında  Respublika  Uşaq  Kitabxanası  Azərbaycan 

Dövlət  Kitabxanası  ilə  birlikdə  Oğuz  rayonunda  2 

günlük  seminar  müşavirə  təşkil  etmişdir.  Bu 

tədbirdə  uşaqlara  kitabxana  xidmətinin  aktual 

məsələləri 

müzakirə  edilmiş,uşaqlar  arasında 

diyarşünaslıq 

biliklərinin 

təbliği, 

kənd 


kitabxanalarında 

uşaqlara 

xidmətin 

təkmilləşdirilməsi  diqqət  mərkəzinə  çəkilmişdir. 

Respublika Uşaq Kitabxanası tərəfindən  keçirilmiş 

seminar-müşavirələrdə  qəbul  olunmuş  qərarlarda 

uşaqlara  kitabxana  xidmətinin  yaxşılaşdırılmasının 

cari  vəzifələri,  bölgədə  kitabxana  işinə  vahid 

rəhbərlik 

sisteminin 

formalaşması, 

uşaqlara 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə