Uşaq, yenİyetmə və gənc Böyük Rəhbər həzrət Ayətullah Xameneinin baxışında



Yüklə 1,49 Mb.
səhifə1/18
tarix24.06.2018
ölçüsü1,49 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18


Uşaq, yenİyetmə və gənc

Böyük Rəhbər həzrət Ayətullah Xameneinin baxışında

Tərtib edən: Əmirhüseyn Purfərd və Əhməd Qumaşçı

Tərcümə edən: Cəlil İmanzadə


Birinci fəsil: Uşaq



Uşağın xüsusiyyətləri

Pak və kamillik axtaran fitrət

Dünya uşaqları həyatın pak fitrət toxumları və ümidverici tumurcuqlarıdır.

Bütün uşaqlar pak və kamillik axtaran fitrətlə doğulurlar.1
Taleyin təyin olunması

Uşaqlıq dövrü başqa bir cəhətdən həssasdır. Mən qəbul edirəm ki, bizim tərəf-müqabillərimiz uşaqlar olsalar, işimiz ağır olmaz. İnsanın yetkinlik dövründəki taleyi onun uşaqlıq çağında təyin olunur.2


Şəxsiyyətin formalaşması

Şəxsiyyətin formalaşması, məntiq və dil istedadlarının inkişafı, emosional balans və ictimai əlaqələr qurma bacarığı baxımından uşağın həyatının ilk altı ili böyük əhəmiyyətə malikdir. Demişlər ki, orta məktəb dövrünün sonundakı gəncin nailiyyətlərinin yarıdan çoxu onun məktəbə girməzdən qabaqkı illərinə aiddir.3


Ən çox təsirlənən insan

Uşaq həm gələcək məhsulların yeni ağacı, həm də müsbət və mənfi olmasından asılı olmayaraq, təbii və mənəvi amillərdən ən çox təsirlənən insandır.4


Uşağın güclü təsirlənməsi

Uşağın güclü və həssas təsirlənməsi çox sonuclu bir təsirlənmədir. Yəni onun uşağın taleyinə təsirləri olduqca çoxdur. Odur ki, bu məsələni nəzərə almaq lazımdır.5


Fərdi fərqlər

Təlim-tərbiyə işlərində uşaqların fərdi fərqlərinə diqqət yetirmək vacibdir. Uşaqlar genetik şərait, ailə vəziyyəti, valideynlərin peşəsi, ictimai vəziyyət, imkanlar, istedad və inkişafın digər cəhətləri baxımından fərqlənirlər.6


Qiymətli varlıq

Bu qiymətli varlıq valideynin əlində və nəhayət, təlatümlü cəmiyyətdə zəif və müdafiəsiz bir əmanətdir.7



Təhdidlər

Fiziki təhdidlər

Uşaqların sağlamlığını təmin etmək dini vəzifə kimi

Bizim fikrimizcə, uşağın fiziki və psixoloji sağlamlığını təmin etmək bir vəzifədir. Analar öz körpələrinə süd verərkən din və şəriət vəzifəsinə əməl etdiklərini hiss etməlidirlər. Ölkədə uşaqların sağlamlığının təmin edilməsinə çalışan şəxslər və həkimlər də öz dini vəzifələrinə əməl etdiklərini duymalıdırlar.8


Ana südündən məhrum olmaq

Bu gün həkim və mütəxəssislər bu nəticəyə gəliblər ki, körpə üçün ən yaxşı dərman ana südüdür. Halbuki inqilabdan öncə bizi uşaqlarımızı quru südlə qidalandırmağa çağırırdılar və anaların öz övladlarına süd verməməsini mədəniyyət və sivilizasiya prinsiplərindən hesab edirdilər.9


Vaksinləmə

Mən bütün cəmiyyətə, xüsusən də analara tövsiyə edirəm ki, uşaqların sağlamlığına və vaksin məsələsinə əhəmiyyətli yanaşsınlar. Bir uşaq xəstələndikdə onu müalicə etdirdikləri kimi, uşaqların sağlamlığına və qabaqlayıcı tibbi tədbirlərə də xüsusi diqqət yetirməlidirlər.

Avropada və İranda geniş yayılmış bir amil var: Analar körpələrə süd vermək istəmirlər. Bu, İslam tərəfindən qəbul olunmur, bəyənilmir, elm də bununla razılaşmır.10
Vaksinləmə - dini bir məsələsi

Qeyd etmək zəruridir ki, vaksinləmə dini bir məsələdir. Çünki xəstəlik, ölüm və əlillik təhlükəsini uşaqdan uzaqlaşdırır. Təhlükəni uzaqlaşdırmaq da İslama görə vacibdir.11


Mühitin sağlamlığı

Ölkədə ekologiyanın təmizliyi, təhlükəsizlik, körpələrin xəstəlik əleyhinə vaksinlənməsi, sağlam qidalanması, uşaq ölümünün azalması və doğuş zamanı həyata ümidin artması üçün görülən tədbirlər prioritet təşkil edir. Keçmiş işlərin məsuliyyətlə dəyərləndirilməsi çatışmazlıq və nöqsanların aradan qaldırılmasında sürətin artmasına səbəb ola bilər.12


Aclıq

...Lakin ehtiyatlı olmalısınız ki, gənc əldən çıxmasın. Yeniyetmələr, uşaqlar, yetimlər! Məbada onların aclıq çəkməsinə göz yumasınız!13


Övladlara qulluğun əhəmiyyəti

Ana südü ilə qidalandırmaq, uşağın həyatına, sağlamlığına və tərbiyəsinə önəm vermək bizim həmişə təkid göstərdiyimiz əsas məsələdir. Bunun ən böyük və ən müqəddəs bir iş olduğunu düşünürük. Düşünürük ki, bu bir ailədə ən böyük və ən müqəddəs bir işdir. Odur ki, təhsilli xanımlar ölkə qadınlarına övlada qulluq etməyin əhəmiyyətini əməli surətdə öyrətməlidirlər.14


Mədəni təhdidlər

Uşaqların emosional və psixoloji sağlamlığı üçün ümumi səfərbərlik

Bu gün uşaqların fiziki sağlamlığını təmin etmək üçün böyük və müntəzəm bir səfərbərliyə başlayırıq. Bu, çox mühüm məsələdir. Lakin onların emosional və psixoloji sağlamlığı üçün də səfərbərlik etməliyik. Bu iş ilk növbədə ata-anaların öhdəsinə düşür.15


Atasızlıq

Atasızlıq şəxsi, emosional və adi bir məsələ deyil. Atasını itirmiş uşaq ən vacib ehtiyaclarından birini əldən vermişdir. Müsəlmanlar cəmiyyətdə yetimlərin məişət vəziyyətinə fikir verməlidirlər ki, ac qalmasınlar və hörmətsizlik görməsinlər.16


İmansızlıq - ən böyük bəla

Uşaq və yeniyetmələri dərin imanla yetişdirmək lazımdır. İmansızlıq gənc nəsil üçün ən böyük bəladır.17


Narkomaniya və əxlaq fəsadı

Uşaqların ictimai təhlükəsizliyi haqda ağız dolusu danışılan cəmiyyətlərdə baş verən faciələr arasında hər gün yeni fərdi və ictimai fəsadların şahidi oluruq.

Narkomaniya və əxlaq fəsadının, hətta cinsi fəsadın bəşər bağının pak qönçələrinə keçib vaxtsız xəzan yaratması, dırnaqarası sivil ölkələr vasitəsilə yoxsul xalqların məsum körpələrinin alınıb-satılması və hətta təsəvvürü bizim xalqımız üçün dəhşətli olan daha vəhşi əməllər, misal üçün, günahsız körpələrin bədən üzvlərinin satılması böyük faciələrdir.18

Uşağın təlim və tərbiyəsi

Ləyaqəli, yaxud fəsadlı insan tərbiyəsi

Nəzərə almalıyıq ki, bütün uşaqlar pak və kamilliyə can atan fitrət əsasında doğulurlar. Onları uğurlu və ləyaqətli, yaxud ümidsiz və fəsadlı insanlara çevirən ailə və cəmiyyətin verdiyi tərbiyədir. Bu baxımdan, dünyada bütün öhdəlikli təlim-tərbiyə işçiləri bacarıqlı, normal və qüsursuz nəsillər tərbiyə edərək ləyaqətli insan kapitalına malik aydın gələcəyi təmin edə bilərlər.19


Ailənin və cəmiyyətin uyğun və təsirli rolu

Ailə və cəmiyyət bir-birinə uyğun təsirli tərbiyə qurumları kimi məktəbdən öncə uşağın ictimailəşməsi sahəsində - faydalı və qurucu adət-ənənələri qəbul etməsində və yaxşı əxlaqın formalaşmasında öz rollarını ifa etməlidirlər. Bu mühüm vəzifələri təkcə tərbiyəçi və müəllimlərə tapşırmasınlar.20


Uşaqların tərbiyəsi və ən dəyərli kapital

Uşaq məsələsi mühüm məsələdir. Uşağın tərbiyəsi, təhsili və əxlaqı gələcəyin ən dəyərli kapitalını təmin edən amillərdir və uşaqların sağlamlığı bu kapitalın xalqın gələcəyi üçün yaşamasına bais olur.21


Uşağın sağlamlığını və paklığını qorumaq

Mənim fikrimcə, biz uşağı fitrətən istedadlı və pak bilməli, bütün səyimizi onun sağlamlığının və paklığının qorunmasına yönəltməliyik.22


Uşaq üçün ata və ananın varlığı

Əvvəlcə övladda valideynlərin varlığı hissini yaratmaq lazımdır. Bu hissə malik bir uşağın inkişafı və tərbiyəsi ondan məhrum olan uşaqdan tam fərqli olacaq. İlham mənbəyi kimi ata və ananın varlığını hiss etmək uşaq üçün mühüm məsələdir.23


Sağlam təlim-tərbiyənin təsiri

Şübhəsiz, faydalı və sağlam təlim-tərbiyə münasib inkişaf şəraitində uşağın fitrət lövhəsinə gözəl naxış çəkib onun təkamül şəraitini hazırlaya və bu yolla xalqları aydın gələcəklə təmin edə bilər.24


Uşaqların əxlaqi tərbiyəsinin əhəmiyyəti

Uşaq və yeniyetmələrin əxlaqi tərbiyəsi bütün ölkə və cəmiyyətlər üçün həqiqətən, əhəmiyyətlidir, bizim üçün isə daha böyük əhəmiyyətə malikdir. Çünki İslam cəmiyyəti, yəni İslam təfəkkürü və hökmləri əsasında qurulan cəmiyyət öhdəsinə digər cəmiyyətlərdən daha böyük missiya götürmüşdür.25


Uşağın kamillik axtaran xislətini formalaşdırmaq

Uşaqların tərbiyəsinin zəruriliyinə, onların ailə və cəmiyyətdə mental, emosional və ictimai inkişafı üçün münasib maddi, psixoloji və mədəni şərait yaratmağın vacibliyinə heç kəs şübhə etmir. Mübahisəli və çox diqqətə ehtiyacı olan məsələ bu danılmaz prinsiplərin icra növü, uşağın kamilliyə can atan təbiətini formalaşdırmaq, aktivliyini, möhkəmliyini, psixoloji və mənəvi sağlamlığını təmin etmək üçün inkişaf maneələrini ortadan götürməyin yollarıdır. Bu hər bir cəmiyyətdə nəinki təlim-tərbiyə üzrə məsul şəxslərin və ekspertlərin, hətta hər bir dövlətin yüksək məmurlarının da ən mühüm vəzifələrindəndir.26



İman və mənəviyyatın inkişafı

İman toxumu

Çalışın uşaqları imanlı edin; Allaha, mütləq həqiqətə, İslama imanlı. Uşaq imanlı tərbiyə olunsa, siz onun qəlbində iman toxumu əkə bilsəniz, gələcəkdə böyük bir şəxsiyyətə çevrilə bilər və hər bir işə uyğun olar.27


Mömin yetişdirmək

Uşaq və yeniyetmələri güclü imanla böyütmək lazımdır.28


Uşaq tərbiyəsində mənəviyyata xüsusi diqqət

Materialist dünya mənəviyyatın azlığından əziyyət çəkir. Tərbiyəvi işlərdə mənəvi amilə xüsusi diqqət yetirilməlidir. Uşaqların tərbiyəsində və dəyərlərin aşılanmasında bu, ən mühüm vəzifədir.29


Mənəvi məsələləri öyrətmək

İnanmalıyıq ki, bizim uşaqlarımız bir çox mənəvi məsələləri dərk edirlər və bu yaşda münasib üsulların köməyilə onlara öyrətmək nəinki mümkün və məntiqli, hətta vacib və əsaslıdır.30


Uşağa uyğun mənəvi tərbiyə

Əgər uşağa bədəninə uyğun maddi qida verilirsə, deməli, ruhuna uyğun mənəviyyat da verilə bilər.

Bu gün sübut olunub və tərbiyə alimləri göstərmişlər ki, uşağı bir neçə aylığından tərbiyə predmeti bilmək lazımdır. Çünki onun qavrayış imkanı var və hər şeydən təsirlənir.31
Uşaqların təhlükəsizlik amili

Düzdür, düzgün təlim-tərbiyə üçün maddi imkanlar, ictimai və təhsil şəraiti, yaxud Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının ifadəsi ilə desək, ictimai təhlükəsizlik lazımdır. Lakin unutmaq olmaz ki, bu təhlükəsizlik yalnız bəyanat və şüarla əldə edilmir. İlahi etiqada və məktəbə arxalanan inanc insanların, o cümlədən körpələrin daxili və xarici təhlükəsizliyini təmin edib şəxsiyyətlərinin sabitliyinə səbəb ola bilər. Əks təqdirdə, uşaqların ictimai təhlükəsizliyindən ağız dolusu danışılan cəmiyyətlərdə baş verən faciələr arasında hər gün yeni fərdi və ictimai fəsadların şahidi olacağıq.32


Quran əzbərləmək

Uşaqlıqdan Quran əzbərləmək

Mənim fikrim budur ki, Quran əzbərləməyə uşaqlıqdan başlanmalıdır.33


Düşüncə təməllərinin möhkəmlənməsi ilə eyni zamanda Quran əzbərləmək

Gərək Quran öyrətməklə və əzbərlətməklə eyni zamanda Şəhid Mütəhhərinin və digər böyüklərin əsərləri vasitəsi ilə düşüncə və məntiq təməlləri də möhkəmləndirilsin, uşaq və yeniyetmələr gələcəkdə İslama, Qurana və Əhli-beytə xidmət göstərə bilsinlər.34


İslam cəmiyyətinin inkişaf yolu

Lazım və faydalı olan, bizi Quranı anlamağa yaxınlaşdıran məsələləri uşaqlara öyrədin ki, daş üzərindəki naxış kimi ömrünün sonuna qədər yadında qalsın və faydalı işlərə bais olsun. Bizim İslam cəmiyyətimiz bu yolla inkişaf edəcək, möhkəmlənəcək, bu yolla öz müstəqqilliyini təmin edəcək və öz hidayət yolunu İslamda tapıb dünya müsəlmanlarının diqqətini cəlb edəcək.35


Allaha yaxınlaşma vasitəsi

Demək istədiyim son məsələ budur ki, ən yaxşı Quran qiraəti həm də əzbərləməklə birgə olandır. Odur ki, yeniyetmələr, uşaqlar, həmçinin onların valideynləri və tərbiyəçiləri Quranı istedadlı və hazırlıqlı beyinlərə yeritməyə çalışsınlar. düşünürəm ki, kimsə Quranı əzbərləsə və Quranla ünsiyyətdə olsa, İslam təlimlərini qat-qat yaxşı anlayar.

İnsan Quranla işləyəndə Quran əzbərləməyin və Quranı mükəmməl bilməyin rolunun nə qədər böyük olduğunu duyur. Mən yuxarı yaşlarımda və Quran əzbərləməyin daha asan olmadığı dövrdə uşaqlıqda Quranı əzbərləmədiyimə görə çox heyfsilənmişəm. Çox yaxşı olar ki, dini məktəblər qəbul etdikləri tələbələrə müəyyən müddət Quran əzbərlətdirsinlər. Yaxud Quran əzbərləməyi dərs proqramlarına salsınlar və bir dini öyrənci 4-5 ildən sonra mütləq Quranı əzbərləmiş olsun. Həmçinin çox yaxşı olar ki, Quran əzbərləmək üçün yaxşı dövr olan ibtidai məktəblər və 6-8-ci siniflər üçün uyğun proqramlar tərtib olunsun. Quranın bir hissəsini, yaxud hamısını əzbərləyənlər bunun qədrini bilsinlər. Bu, çox böyük nemətdir. Heç bir nemət bunun yerini tutmur. Quran əzbərləmə neməti Allaha yaxınlıq və Allahın sözünü dərk etmək üçün bir vasitədir. Odur ki, Quranı yaddan çıxarmasınlar.36

Uşaq tərbiyəsində məsul şəxslərin vəzifəsi

Uşaqları qorumaqda ümumi vəzifə

Uşaq hər bir cəmiyyət üçün dəyərli ehtiyatdır. Cəmiyyətin bu ehtiyata əhəmiyyətsiz yanaşması ağıllı iş deyil. Odur ki, bir ailədə ata və anadan uşaqlarla daha artıq maraqlanmaq gözlənildiyi kimi, cəmiyyət səviyyəsində də məsul şəxslər, müdir və məmurlar bu dəyərli xəzinəni qorumalı, sağlam saxlamalıdırlar.37


Ailənin təlimatlandırılması

Uşaqlıq, yeniyetməlik və gənclik dövründə tərbiyənin təsiri daha dərin və uzunömürlü olur. İslam uşaqlıq və yeniyetməlik dövrü üçün bir neçə tərbiyə amili müəyyən etmişdir. Onların biri valideynlərin təlimləri və ailə mühitinin təsirləridir. Bu, geniş bir mövzudur.

Tərbiyə dövrünün əvvəlində uşağın şəxsiyyətinin möhkəmlənməsi üçün ata-anaya, ailəyə tapşırıqlar verilmiş, şərait nəzərdə tutulmuşdur. Onları təmin etməsək, uşağın tərbiyəsinin bir vacib şərti axsayar.38
İslam etiqadı və əməli

Mənim fikrimcə, bu gün bizim orta məktəblərimizdə hər şeydən vacib məsələ şagirdlərdə İslam etiqadını və İslam əməlini dirçəltməkdir. Əgər İslam əməlinə və etiqadına qarşı laqeyd bir ailədən, yaxud İslam fikirlərinə və əməlinə inamı və diqqəti az olmayan, lakin valideynləri savadsız, düşüncə və psixoloji cəhətdən qüsurlu olduğuna görə uşaqda müsbət təsir buraxa bilməyən bir ailədən bir uşaq məktəbə getsə, həmin çatışmazlıqlar orada düzəlməli, bu uşaq həm elm, həm əməl, həm etiqad baxımından dindar insana çevrilməlidir. Əlbəttə, hamımız bilirik ki, bir İslam adamı təkcə İslam etiqadına malik olan və əməllərini yerinə yetirən deyil, İslam əxlaqı da əsas şərtdir. Əgər düzgün İslam etiqadlarına sahib olsa, namaz, oruc və bu kimi əməlləri yerinə yetirsə, lakin paxıl, xəsis, qorxaq, bədxah, passiv və iradəsiz olsa, əsl müsəlman deyil. Müsəlman hər üç cəhətdə - həm tərbiyədə, həm elmdə, həm əməldə işləməlidir. Əlbəttə, bir baxımdan bunların hər üçü əməldir. Etiqad da bir növ əməldir, qəlb əməlidir. Hər halda, məqsəd aydındır. Məktəblərdə uşaqlarımızı dini baxımdan – həm etiqadda, həm tərbiyə və əxlaqda, həm də əməli bəndəlikdə əsl müsəlman kimi yetişdirməyə çalışmalıyıq.39


İslamçı yetişdirmək

Hər yerdə özümüzü hazırlamalıyıq. Bunun ən mühüm tədbirlərindən biri budur ki, biz ölkənin gənc, yeniyetmə və uşaqlarını islamçı yetişdirək.40


Uşaqları müsəlman yetişdirmək

Məncə, dərs vəsaiti hazırlamaqda, müəllim yetişdirməkdə, təlim-tərbiyə qurumlarının müxtəlif sahələrinə və məktəblər daxilində digər işlərə nəzarətdə başlıca proqram İslam təfəkkürünün aşılanması olmalıdır. Görək məktəblərdə əsl müsəlman yetişdirmək işi baş tutur, yoxsa yox.41


Təhsil mühitinin sağlamlığı

Əgər biz uşağın əxlaqi və tərbiyəvi cəhətdən pis təlimlərə bulaşmaması üçün məktəblərdə sağlam mühiti qoruya bilsək, inqilab ab-havasının özü onu inkişaf etdirər.42


Ailə tərbiyəsində boşluq

Siz ailə tərbiyəsindəki boşluğu aradan qaldırın. Uşağa psixoloji və şəxsiyyət baxımından çox təqsirli olan geriqalmış ailələr, şəxsiyyətsiz uşaqlar yetişdirən şəxsiyyətsiz ata-analar var. Siz bu boşluqları doldurmalısınız. Uşaqda dözüm və səbir, müxtəlif hadisələrlə üzləşmə bacarığı və güclü dindarlıq yaradın.43


Qanunda uşaq məsələlərinə diqqət

Qanunverici orqanlar, ictimai və mədəni qaydaları tərtib edənlər müxtəlif yaşlarda olan uşaqların özəl emosional, psixoloji və təhsil məsələlərini nəzərə almalıdırlar ki, istedadların çiçəklənməsi üçün yolları açmaqla yanaşı, bu geniş və pak sahəni ələ keçirmək istəyən mənfəətpərəstlərə imkan yaranmasın.44


Kitab və nəşriyyələrin və uşaqlara məxsus proqramların dəyərləndirilməsi

Uşaqlara məxsus kitab və nəşriyyələr, eləcə də kütləvi informasiya vasitələrində uşaq proqramları böyük əhəmiyyətə malikdir. Bu sahədə tərbiyəvi işlər üzrə mütəxəssislər elmi diqqətlə və lazımi hövsələ ilə onların hamısını araşdırmaları, mənfi və müsbət cəhətlərini dəyərləndirməli, yanlış məqamları tapıb düzəltməlidirlər.45


Uşaq tərbiyəsinə dair proqramlara yenidən universal baxış

Uşaqların tərbiyə və sağlamlıq işinə məsuliyyətli şəxslər bu bir neçə il boyunca ölkədə görülmüş işlərə hərtərəfli baxış keçirməli, inqilabdan sonra uşaqların tərbiyəsində və inkişafında İslam məqsədləri istiqamətində nə qədər irəlilədiyimizi bəlli etməlidirlər.

Qlobal hegemonizm bizim yeni nəslimizi, əsasən də yeniyetmələri cəlb etmək üçün uzunmüddətli planlar cızır və xüsusi layihələr hazırlayır. İslam Respublikasında aidiyyətli qurumlar onların planlarına qarşı hansı işlər gördüklərini və hansı nəticələr əldə etdiklərini müəyyən etməlidirlər.46
Ailə ocağına diqqət

Uşağın inkişafında ailənin sağlam təməllərinin önəmli olmasından irəli gələrək, ailənin daha da möhkəmlənməsi və uşaqların başsız qalmasına səbəb olan talağın qarşısını almaq üçün ictimai və hüquqi sahələrdə hər növ anlaşmalar təmin edilməlidir. Xüsusən tərbiyəvi məsələlərlə məşğul olanlar uşağın tərbiyə üsulu, onun əhəmiyyəti və birinciliyi barədə ailələri daim təlimatlandırmalıdırlar.47


Radio və televiziyanın uşağa təsiri

Radio və televiziya, KİV və digər qurumlar uşağın zərif hissi, beyni və qəlbi ilə nə iş gördüklərini bilməlidirlər. Televiziyanın uşağa təsiri bu gün-sabah görünmür, rəğbət və nifrətlərdə, duyğularda, allahçılıqda, Allahı istəməkdə və ya istəməməkdə görünəcək.48


Uşaq tərbiyəsində müəllimin rolu

Siyasi və mədəni inkişafın əsasını müəllim qoyur. Siz öz məktəblərinizdə uşağı 7 yaşında təhvil alır, 18-19 yaşında universitetə təhvil verirsiniz. Onun ömrünün ən əhəmiyyətli dövrü siz müəllimlərlə keçir. Dövlət və cəmiyyət bu məsələnin əhəmiyyətini nəzərə almalıdır. Uşağa yaxşı əxlaq, yaxşı bilgilər, düşünmək və fikir müstəqilliyi öyrədən, batil qarşısında və haqq yolunda mübarizə ruhu aşılayan şəxs müəllimdir.49


Tərbiyəvi işlərlə məşğul olmaq

Bu dəyərli və nəfis varlığın valideynlərin və nəhayət, təlatümlü cəmiyyətin əlində zəif və müdafiəsiz əmanət olduğuna görə, xüsusən həyatın ilk illərində uşaqların tərbiyəsi, psixoloji və fiziki sağlamlıqları ilə məşğul olmaq İslam Respublikası quruluşunda humanitar məsələlərin başında durmalıdır.50


Proqramların tənqidi

KİV-də uşaqlara məxsus proqramların, uşaq nəşriyyə və kitablarının böyük əhəmiyyətini nəzərə alaraq, onların tənqidinə çox diqqət ayrılmalıdır. Bununla səmərəli inqilabi proqram və əsərlərə həvəsləndirilməli, onların istehsalı artırılmalıdır.51


Dəyərləndirmə

Təkcə şüarçılıqla və danışmaqla uşaqların problemləri həll olunmur. Bundan ötrü çalışmaq lazımdır. Bu sahədə icraçıların iradəsi, səmimiyyəti və qayğıkeşliyi əsasında ümumi plan hazırlanmalı və dəyərləndirildikdən sonra gələcək işlərin gücləndirilməsi üçün ondan istifadə edilməlidir.52


Din böyüklərinin davranışı

Tövsiyə edirəm ki, bu barədə yeni elmi və səmərəli tədqiqat və araşdırmadan əlavə, zəngin İslam və Quran mədəniyyətinə və bu mədəniyyətin dahi nümayəndələrinin davranışlarına daha artıq diqqət yetirilsin. Görün İslamın əziz Peyğəmbəri və onun davamçıları necə ən kiçik tərbiyə cəhətlərini nəzərdən qaçırmamış və ən böyük ictimai vəzifələrlə yanaşı, uşaqlarla səmimi söhbətləri yaddan çıxarmamışlar.53


Nağlın təsiri

Nağıl və hekayə çox yaxşı sənət növüdür. Yaxşı nağıllar uşağın şəxsiyyətini formalaşdırır. Çalışın nağılda, sənət əsərlərində uşaqda yaratdığınız ilk şey iman olsun. Heç bir şey imanı əvəzləmir.54


Ölkə məsələlərinə dair məlumat vermək

Ölkənin cari məsələləri haqda uşaq və yeniyetmələrə lazımi məlumatlar verilməlidir ki, zehinləri boşluqda qalmasın.55





: lib -> doc
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: İman, İslam və mənəviyyat
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə