Uşaqlarda mütaliə xüsusiyyətləri (Metodiki vəsait)



Yüklə 28,76 Kb.
tarix26.09.2017
ölçüsü28,76 Kb.
#1617

Uşaqlarda mütaliə xüsusiyyətləri (Metodiki vəsait)

Kitabxanada uşaq mütaliəsinə rəhbərlik elmi metodik fənn olub, kitabxanaşünaslığın tərkib hissəsi kimi ictimai elmlər sahəsində tanınmışdır. Uşaq mütaliəsinə rəhbərlik tərbiyəvi prosesdir. Odur ki, bu fənn bir elm kimi pedaqogikanın, uşaq mütaliəsi pedaqogikasının tərkib hissəsidir.Uşaq mütaliəsinə rəhbərlik anlayışı ayrı-ayrı kitabxanaşünaslar tərəfindən müxtəlif cəhətdən izah olunur. Kitabxanada uşaqlarla aparılan bütün işlər bu anlayış üzrə həyata keçirilir. Kitabxanalar uşaqların bir şəxsiyyət kimi tərbiyə olunmasını əsas məqsəd kimi qəbul edib, onların mütaliəsinə rəhbərlik edərək işinin bütün sistemi ilə azyaşlı oxucuların mütaliəsinin məzmununa məqsədyönlü təsir göstərirlər.Kitabxana məktəblilərdə kitaba, mütaliəyə marağı inkişaf etdirir, oxucu sorğularını formaşaldırır,ədəbi zövq  və marağı tərbiyə edir, ədəbiyyatla daim təmasda olmağa həvəs aşılayır. Kitabxana insanların informasiya tələbatını ödəmək üçün dünya biliklərinəaçılan pəncərə, mədəni dəyərlərin mühafizəsini təmin edən və nəsillərdən-nəsillərə çatdıran bir elm müəssisəsidir. Kitabxana bitib-tükənməyən, hesaba gəlməyən informasiya sərvətini özündə cəmləməklə yanaşı, insanların məlumat bazasının zənginləşdirilməsinə və elmi dünyagörüşünün  kamilləşməsinə, cəmiyyətin maariflənməsinə xidmət göstərir.Kitab bilik mənbəyi olmaqla yanaşı, mədəniyyət daşıyıcısıdır. 1999-cu ildə qüvvəyə minmiş “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti  cənəb İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası kütləvi nəşrlərin həyata kçirilməsi haqqında”, 2004-cü il 27 dekabr tarixli “2005-2006-cı illərdəAzərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısını təsdiq edilməsihaqqında” sərəncamları ölkə Prezidentinin bütövlükdə mədəniyyətə və mədəni dəyərlərimizə diqqət və qayğısının bariz nümunəsidir.

Respublikamızda kitaba marağın azalması ağrılı olsa da , artıq ölkəmizdə fəaliyyət göstərən istər dövlət, istərsə də özəl nəşriyyatlar poliqrafik baxımdan keyfiyyətli uşaq kitablarının nəşrini getdikcə artırır. Bu gün paytaxtın kitab mağazalarından müxtəlif uşaq kitablarına rast gəlmək olar. Uşaq ədəbiyyatı uşaqların yaş səviyyəsinə uyğun üslubda yazılır. Onların yaş səviyyələri 7-14-ə qədərdir. Uşaqlar üçün əsər yazan hər bir yazıçı bu yaş səviyyəsini nəzərdən qaçırmamalıdır. Burada uşağın ictimai mühiti, inkişafı, zövqü, nitqi, bilik dairəsi də nəzərə alınmalıdır. Bununa belə,heç bir vaxt unutmamayılıq ki, uşaqlar yaş etibarilə daim dəyişilir, onlar dövrdən-dövrə, nəsildən-nəslə dəyişilirlər. Kiçikyaşlı məktəblilərin(7-14 yaş) oxuduğu bədii əsərlərin dili aydın və rəvan olmalıdır.Yığcam sujetli nəsr əsərlərinin dilində də lirizmə üstünlük verilməlidir. Çünki yorucu əsərlər uşağı mətləbdən uzaqlaşdırar, məzmun yaddan çıxar.Dünya uşaq ədəbiyyatı Şərq ədəbiyyatından qədim hind abidəsi “Kəlilə və Dimnə”, ərəb xalqlarının əfsanələri ilə zəngin olan “Min bir gecə”, bir çox şərq xalqlarının uşaq ədəbiyyatı nümunələri toplanmış “Oxuyan piyalə” kitabı, ümumiyyətlə Şərq aləmi, psixologiyası və Şərq mədəniyyəti haqqında geniş və zəngin bilik əldə etməyə imkan verir. Həmçinin Qərb ədəbiyyatının ən nadir nümunələri Qrimm qardaşlarının nağılları, Andersenin nağıl və hekayələri, C.Sviftin “Qulliverin səyahəti”, M.Tvenin,J.Vernin, M.Ridin, C.Dikkensin, C.Rodari və digər görkəmli sənətkar yazıçıların əsərlərinin oxu imkanlarını xeyli artırmışdır.Respublikamızda dünya uşaq ədəbiyyatının incilərinə böyük maraq olduğundan həmin nəşrlər ana dilimizə tərcümə edilərək uşaqların ixtyarına verilir. Bununla belə, kiçikyaşlı oxucular kitabxanalardan yararlanmalıdırlar. Onlara valideyinləri müəyyən istiqamət verməlidir. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə  yanaşıb, onların sağlam və gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün  hər cür şərait yaratmağa çalışıb. Kitabxana sərbəst kitab seçmək öyrədir, kitabdan istifadə üçün vacib olan bilik və vərdişlərin inkişafına, eləcə də oxunanları düşünməyə və dərk etməyə fəal təsir göstərir. Sistemli mütaliəyə yönəldir, oxunanları tənqidi yanaşmağa kömək edir. Kitabxanada  uşaq mütaliəsinə rəhbərlik problemi ilə əlaqədar olan elmlərin- fəlsəfənin, sosiologiyanın, pedaqogikanın, psixologiyanın, ədəbiyyatşünaslığın, kitabşünaslığın və sənədşünaslığın üzərinə düşür.

Kitabxanalarda uşaqların mütaliyə rəhbərlik işi pedaqokinanın və kitabxanaşünaslığın əsas prinsipləri  üzərində qurulur. Bu prinsiplər 3 yerə ayrılır: Birinci qrup prinsplər metodoloji əsasını təşkil edir. Buraya məktəblilər üçün ədəbiyyat tövsiyəsinin məzmununda müasir biliklərin püxtələşdirilməsində elmilik məsələsi daxildir. İkinci  qrup prinsiplər uşağın yaş dövrünün psixoloji-fizioloji xüsusiyyətlərinə əsaslanır. Üçüncü qrup prinsiplər ənənəvi pedaqoji prinsiplərdir. Burada mütaliəyə rəhbərlik üçün nəzərdə tutulan bütün tərbiyəvi təsir üsullarında və formalarında anlaşıqlılıq, əyanilik və əyləncəlilik əsas götürülür.Psixoloji-pedaqoji prinsiplər uşaq mütaliəsinə rəhbərliyin tərbiyə-təhsil vəzifələrinin həllində baş verən müvəffəqiyyətləri:yəni, uşaqların intellektual, əxlaq, estetik, bədii inkişaf, dünyagörüşü, vətənpərvərlik, biliyə can atmaq, əməksevərlik kimi cəhətlərin formalaşmasının əsasını müəyyən edir. Bu vəzifələr uşaqlarla aparılan kitabxana işinin  müxtəlif istiqamətlərində həyata keçirilir.

Uşaq kitabxanalarında mütaliəyə rəhbərlik aşağıdakı vəzifələri həyata keçirir:

a)Uşaqların ümumi tərbiyəsində və uşaq şəxsiyyətinin hərtərəfli inkişafında kitabın və kitabxanaların rolunu yüksəltmək;

b) Biliklərin inkişafına, xarakterin  formalaşmasına onların gələcəyə inamına və hissiyatına kömək etmək;

c) uşaq oxuculara mütaliə sənətini öyrətmək;

d) oxuduqlarını düzgün vəprinsipal şəkildə dərk etmək;

e) şəxsi həyatda, əməkdə, təhsildə kitabdan səmərəli istifadə etmək;

ə) kitabxanadan istifadə etməyi bacarmaq.

Kitabxanaların uşaqlarla apardığı tərbiyəvi işin xüsusi əhəmiyyəti bir də ondan ibarətdir ki, uşaqlıqda hər bir kitab ciddi qəbul olunur və dərin iz buraxır. Görkəmli elm və mədəniyyət xadimləri uşaqlıqda oxuduqları kitabların onlaratəsirini xüsusi qeyd etmişlər.

Uşaqların mütaliəsinin pedaqoji qaydalar əsasında düzgün təşkili məsələsi dövlətin, eləcə də cəmiyyətin diqqət mərkəzinə olan problem kimi qəbul edilir.

Təsadüfi  deyildir ki, məktəbli oxucuların mütaliə sorğularını ödəmək üçün dövlətin xüsusi qayğısı sayəsində ən ucqar rayonlardan başlayaraq mərkəzi şəhərlərə qədər geniş şəbəkəyə malik olan  uşaq kitabxanaları  şəbəkəsi meydana gəlmişdir.Hazırda ökəmizdə kifayət qədər müstəqil uşaq və məktəb kitabxanası fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, uşaqlara  kitabxana xidməti göstərmək və onların mütaliəsinə rəhbərlik işini dövlət əhəmiyətli bir işəçevirmək üçün hələ çox iş görülməlidir.

Hal-hazırda uşaq kitabxanaları yetişməkdə olan nəslin düzgün tərbiyəsi və təhsil sistemində qabaqcıl yerlərdən  birini tutur. Uşaq kitabxanaları məktəblilərin sistemi mütaliəsini təşkil edərək onların maraqlarının oyanmasına vəbumarağın istiqamətlənməsinə təsir göstərir. Mütaliə üçün ideya bədii cəhətdən ən yaxşı kitabları tövsiyyə edir. Bununla uşaq kitabxanaları müasircəmiyyət üçün bacarıqlı və fəal qurucular tərbiyə etməkdə ailələrə,məktəbə vədövlətə yaxından köməklik göstərirlər.

Bu köməklik başlıca olaraq gənc oxucuların ideya-siyasi cəhətdən tərbiyəsində,əmək tərbiyəsində, əqli inkişafında eyni zamanda əxlaq və estetik tərbiyəsinə öz parlaq təzahürünü tapır.

Kiçik  məktəbyaşlı uşaqların mütaliəsinə rəhbərlik işinə onların ideya-siyasi cəhətdən tərbiyə olunması birinci dərəcəli əhəmiyyət kəsb edir. Yəni, insanın tərbiyəsi məsələsi ilə əlaqədar vəzifələrə uşaqlarla  kitabxana işinin bütün məzmunu tabe edilməlidir.

Son illərdə məktəbli oxucuları öyrənmək üşün anket üsuluna müraciət edirlər. Anketlər vasitəsilə məktəblilərin ayrı-ayrı tədris fənlərinə və eyni zamanda bu fənlərə kömək məqsədilə oxuduqları kitablara, incəsənətin müxtəlif növlərinə və dövri mətbuata münasibətləri kompleks şəkilində öyrənilə bilər.

Qabaqcıl kitabxanaların təcrübəsi göstərir ki, haqqında da danışdığımız bu üsullardan lazımı dərəcədə istifadə edərək tədqiqat aparan kitabxana işçiləri öz oxucularını ərtaflı öyrənməklə mütaliəyə rəhbərlik işini günün tələbləri səviyyəsində qura bilirlər.

Əlbəttə, məktəbli oxucuların öyrənmək məqsədilə tətbiq edilən bu üsullara əvəzolunmaz bir qayda kimi baxmaqdüzgün olmazdı. Çünki yetişməkdə olan gənc nəsli yeni şəraitdə, yeni tələblər səviyyəsində öyrənmək üçün kitabxanaçıların, pedaqoqların, psixoloqların və sosioloqlarınqarşısında əlaqəli şəkildə fəaliyyət göstərərək yeni-yeni forma və üsullar tapmaq kimi vacib vəzifələr durur.

Odur ki, uşaqların əqli tərbiyəsinə,politexniki təlim işinə köməksahəsində uşaq kitabxanaları işində məktəbin tədris proqramında baş verən dəyişikliklər nəzərə alınmalıdır. Bütün bu tədbirləri kitabxana şəraitində hər bir məktəbliyə fərdi yanaşmaqla onun şəxsi qabiliyyətini vəimkanını nəzərə almaqla həyata keçirdikdə daha yaxşı nəticə verir.

Məktəbli oxucuların əxlaq tərbiyəsi ilə estetik tərbiyəsi üzvi surətdə əlaqədar olduğu üçün uşaqların ümumi tərbiyəsində bunları əlaqəli şəkildə nəzərə almaq lazımdır. Bu tədbirlər məktəblərin əqli inkişafı iləəaqədar həyata keçirilir.

Yüksək ideyalı bədii və elmi kütləvi uşaq kitabları yetişməkdə olan nəsildə əxlaqi keyfiyyətlər tərbiyə etməyin ən yaxşı vasitələrindəndir. Məktəbli oxucuların mütaliəsinə rəhbərlik edən hər bir kitabxanaçı bu cəhətdən birinci növbədə bədii uşaq əsərlərinə müraciət etməlidir. Məktəbli oxucularla aparılan kitabxana işində estetik tərbiyə məsələsi heç vaxt unudulmamalıdır. Estetik  tərbiyə ədəbiyyatın və incəsənətin əsərlərinin təsiri ilə uşaqlarda estetik hiss oyatmaq, zəhmətkeş insanda və təbiətdə,eləcə də ərtaf mühitdə və ictimai həyatda gözəlliyi dərk etməkdə köməklik göstərməkdən ibarətdir.

Bu vəzifələri yerinə yetirmək üçün kitabxanaçı məktəblilərin diqqətini bədii əsərlərin poetik tərəfnə, sözün, obrazın gözəlliyinə, əsərin müəllifinin və rəssamının sənətkarlığına yönəlmişdir. O,məktəbli oxucuya ədəbi əsərlərin dilinin ifadəliyini, təbiət və insan təsvirini, yaradıcı və mübariz insan obrazının gözəlliyini izah etməlidir.

Bütün bunlar məktəblioxucularla müntəzəm aparılan fərdi iş prosesində həyata keçirilə bilər.

Uşaq mütaliəsinə rəhbərlik hər bir oxucuya fərdi yanaşmağı tələb edir. Yəni,kitabxanaçı hər hansı bir şagirdə onun özünəməxsus fərdi cəhətləri ilə hökmən hesablaşmalıdır.

Fərdi cəhətlər  dedikdə başqa adamlardan fərqli olaraq bu və ya digər insan xarakterizə edən mühüm və sabit psixi xassələr nəzərdə tutulur. Buraya psixi proseslərin qavrayış, hafizə, təfəkkür fərdi xüsusiyyətləri maraqlar meyillər daxildir.



Beləliklə, uşaq kitabxanalarında, eləcə də kütləvi kitabxanaları məktəbli oxucuların mütaliəsinə rəhbərlik işi gələcəkdə nəslin yetkin,ziyalı, kamil şəxsiyyət kimi yetişməsində həlledici rol oynamalıdır.

Hazırladı: Uşaq şöbəsinin müdiri R.İmamquliyeva
Yüklə 28,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə